Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-828/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-828/2023 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6244/2022 nömrəli, 21 sentyabr 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. İddiaçı xx.xx.1995 – xx.xx.1996-cı il tarixlərdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İsmayıllı rayon Talıstan kəndi üzrə sosial xidmət işçisi işləmiş, xx.xx.2000-ci il tarixdə 31 saylı əmr ilə yenidən vəzifəyə təyin olunmuş və fasiləsiz olaraq xx.xx.2020- ci il tarixə qədər işləmişdir. Strukturda dəyişiklik olduğuna görə xx.xx.2020-ci il tarixdə işdən azad olunmuş və Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir. Müqavilə birinci ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. 2. xx.xx.2021-ci il tarixli, **********7 nömrəli əmrə əsasən Sosial Xidmətlər Agentliyinin 20 saylı filialında sosial xidmətçi vəzifəsində çalışan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir və işçiyə son haqq-hesabın ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki iş yerinə bərpa olunması, əmək münasibətlərinin davam etdirilməsi, habelə işdən azad edildiyi tarixdən iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.1995 – xx.xx.1996-cı il tarixlərdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İsmayıllı rayon Talıstan kəndi üzrə sosial xidmət işçisi işləmiş, xx.xx.2000-ci il tarixdə 31 saylı əmr ilə yenidən vəzifəyə təyin olunmuş və fasiləsiz olaraq xx.xx.2020- ci il tarixə qədər işləmişdir. Strukturda dəyişiklik olduğuna görə xx.xx.2020-ci il tarixdə işdən azad olunmuş, 25 gün sonra - xx.xx.2020-ci il tarixdə yenidən işə qəbul edilmiş və 11 avqust 2020-ci ildə bir illik müddətə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti bitdikdən və 3 ay keçdikdən sonra heç bir hüquqi əsas olmadan işdən azad edilmişdir. 23 il sosial xid mət işçisi vəzifəsində işləmişdir. Cavabdehlə arasında müddətsiz əmək müqaviləsi bağlanmalı olduğunu düşünür.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(004)3309/2022 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, bir neçə dəfə müqavilənin müddəti uzadılmış və xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir.
7. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1-ci maddəsi, 47-ci maddəsin f) bəndi, 68.2-ci maddəsinin b ) bəndi, 73.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, əmək müqaviləsinin pozulmasına dair bildiriş işdən azad edilməsinə dair əmrdən sonra hazırlanıb ona təqdim edilmişdir. Belə çıxır ki, tərəfin təklifinin işdən azad edilmə ilə heç bir əlaqəsi yoxdur. Bu halda qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, tərəflərin qarşılıqlı münasibətini, iddiaçının həmin "Agentlikdə" uzun müddət qüsursuz işləməsini, himayəsində olmuş şəxslərin, yəni qocaların problemlərinin həll edilməsində və onlara qayğı və yüksək xidmət göstərməsini nəzərə almamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6244/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2) apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3309/2022 saylı, 5 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında **********7 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməklə İddiaçı sosial xidmətçi vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır ki, bunun da 1 ayı sınaq müddəti olmuşdur. Halbuki, iddiaçının kifayət qədər ixtisaslı işçi olmaqla, sınaq müddətinə heç bir ehtiyac olmadığı qabaqcadan aydın idi. İddiaçı 20 ildən artıq eyni vəzifədə işləmiş, sonradan işəgötürənin təşkilatı hüquqi forması dəyişmiş və iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmışd ır.
12. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 20 ildən artıq iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 1 aylıq sınaq müddəti ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
13. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Res publikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47, 51, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh X13 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-6244/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam əğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək münasibətlərində olduğu müddət ərzində müqavilənin müddətli olmasını heç bir zaman mübahisələndirməmiş, yalnız işəgötürənin müvafiq hüquqdan istifadə edərək müqaviləyə xitam verdikdən sonra məhkəmə qarşısında iddia qaldırmış, həmin müqaviləni müddətli bağlamağa məcbur edildiyini təsdiq edə n hər hansı bir mötəbər dəlil hazırkı iş materiallarına iddiaçı tərəfindən əlavə edilməmişdir. Əksinə iddiaçı müddətli əmək müqaviləsini imzalamış və bu müddət ərzində iddiaçının heç bir şikayəti olmamış, bağlanmış əmək müqaviləsinin qanunsuz hesab olunmasını tələb etməmişdir. Bütün bunlar isə onu göstərir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
19. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakt erə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
20. Maddə 47, «f» bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
21. Maddə
51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müdd ətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
22. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamə də işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
27. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkə mə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövl ükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1112-ci bəndlərində əks edilən q iymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
39. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
40. Kassasiya şikayətinin dəlillərinə isə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.
41. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
42. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin a dətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
43. Bu nöqtəyi nəzərdən kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1995-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətlə ndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
44. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2(103)6244/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.