Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-828/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: nikahın pozulması barədə akt qeydinin etibarsızlığı, iş üzrə icraata xitam verilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı nikahın pozulmasının və nikahın etibarsızlığı tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)- 2653/2*23 nömrəli, 2*23-cü il 6 noyabr tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) X1 ilə 1988-ci il 13 noyabr tarixində rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan 1991-ci il 7 sentyabr təvəllüdlü Süleyman adlı övladları doğulmuş. 2. 1994-cü il 28 aprel tarixində Cavabdeh2ndə həmin nikahın pozulması barədə 82 saylı akt qeyd aparılmışdır.
3. X1 2*12-ci il 18 sentyabr tarixində Cavabdeh1 ilə nikah bağlamış, birgə nikahdan 2*12-ci il 8 oktyabr təvəllüldü Nurlan adlı övladları doğulmuşdur.
4. X1 3*.*3.2*15-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək X1 ilə aralarında bağlanmış nikahın 28.*4.1994-cü il tarixdə pozulmasının və X1 ilə Cavabdeh1 arasında 18.*9.2*12-ci il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, İlqar Əliməmmədov ondan xəbərsiz 28.*4.1994-cü il tarixdə nikahlarını birtərəfli qaydada qanunsuz və əsassızdır qaydada pozdurmuşdur. Birincisi, tərəflər arasında nikah pozularkən onların yetkinlik yaşına çatmayan sağlamlıq imkanları məhdud olan uşağı olmuşdur. İkincisi, nikah pozularkən iddiaçı orada iştirak etməmiş və nikahın pozulması ilə əlaqədar onun hər hansı razılığı olmamış dır. Həmin nikah hazırda da etibarlı olduğu üçün X1 ilə cavabdeh arasında 18.*9.2*12-ci il tarixdə bağlanmış nikah etibarsızdır.
7. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(125)-453*/2*23 nömrəli, 2*23-cü il 25 sentyabr tarixli qərardadı ilə iş üzrə icraata nikahın pozulmasının etibarsızlığı tələbinə dair hissədə xitam verilmiş, eyni tarixdə qəbul edilmiş qətnamə ilə nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir (hakim Fuad Fərhadov).
8. Birinci instansiya məhkəməsinin iş üzrə icraata nikahın pozulmasının etibarsızlığı tələbinə dair hissədə xitam verilməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının etibarsızlığını tələb etdiyi nikahın pozulması inzibati orqanın faktiki xarakterli fəaliyyəti (hərəkətləri) olduğundan, idd ia tələbinə ümumi məhkəmədə deyil, inzibati icraat qaydalarına riayət edilməklə inzibati məhkəmədə baxılmalıdır.
9. Məhkəmə öz mövqeyini hüquqi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.*.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28.*8.2**7-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”-nın 2.1.4-cü bəndi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1, 2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 25-ci maddəsi, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 2*15-ci il 1* aprel tarixli qərarının 15.4-cü bəndinə istinad etmişdir.
10. İ ddiaçı şikayət verərək, qərardaddan ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin 2*23-cü il 18 oktyabr tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Apelyasiya instansiyası məhkəməsinin 2(1*4)-2653/2*23 nömrəli, 2*23-cü il 6 noyabr tarixli qərardadı ilə (hakimlər Loğman Süleymanov (məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov) birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi qənaəti eyni məzmunda əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəliləri
14. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, mülki iş materiallarının apelyasiya instansiyası məhkəməsinə göndərilərək, işə mülki icraat qaydasında baxılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin əsası nikah pozularkən razılığının və yetkinlik yaşına çatmayan uşağının olmasıdır. Müvafiq icra hakimiyyəti tərəfindən nikahın pozulması üçün əsas tərəflər arasında iradə ifadəsinin olmasıdır. Çünki, nikahın pozulması tərəflər üçün hüquq və vəzifələr yaradır. Bu əsasa görə də, nikahın pozulması əqddir, inzibati akt deyildir. Qeyd olunan mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətb iq edilən hüquq “İnzibati icraat haqqında” Qanun
17. Maddə 2.*.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;
18. Maddə 2.*.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28.*8.2**7-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”
19. Bənd 2.1.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanların siyahısına aiddir. İnzibati Prosessual Məcəllə
20. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
21. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 261.*.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.
26. Maddə 262.3. Bu Məcəllənin 261.*.1-ci və ya 261.*.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir
27. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrə li, 2*15-ci il 1* aprel tarixli qərarı
30. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz ) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Bənd 9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətən daşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Bənd 9.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır.
33. Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə gön dərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.*, 261.*.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmu şdur, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
37. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, nikahın pozulması tərəflər üçün hüquq və vəzifələr yaradır. Bu əsasa görə də, nikahın pozulması əqddir, inzibati akt deyildir.
37. Məhkəmə kollegiyasi bununla bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə, maddə 324).
38. Nikahın pozulması isə əsasında tərəflərin hər ikisinin iradə ifadəsini əks etdirən ərizə (məhkəmə qətnaməsi) və ya tərəfin yalnız birinin iradə ifadəsi əsasında qəbul edilə bilən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar müvafiq inzibati orqan tər əfindən aparılan akt qeydidir. Həmçinin nikahın pozulması mülki hüquq münasibəti deyil, ailə münasibətlərinin xitamına yönəlmiş bir prosedurdur.
39. Nikahın pozulmasına dair akt qeydinin əsassız olması ilə bağlı iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün ayrı-ayrı vaxtlarda irəli sürülən tələblərin “akt qeydinin ləğv edilməsi, etibarsız sayılması, yaxud qeyddə düzəlişin aparılması və s.” kimi ifadə olunması iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin predmeti eynidir.
40. Apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair mövqeyi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 2*15-ci il 1 * aprel tarixli Qərarının 9.1-ci bəndində ifadə edilmiş hüquqi mövqelərə uyğun olmuşdur (§ 31).
41. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-2653/2*23 nömrəli, 2*23cü il 6 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.