Məhkəmə qərarları › İş №2(102)-829/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-829/2020

12.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-829/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Ramazanov Nicat Rüfət oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Dövlət Sosial Müdafiə Fonudunun Abşeron rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 21 may 2019-cu il tarix li qətnaməsi ilə (hakim E.T.Məmmədov) ərizə təmin edilməklə, x1nun 1971-ci il tarixdən 21.11.1972-ci il tarixə kimi “Bakı Kardon Tarası Fabriki”-də fəhlə, 07.07.1975-ci il tarixdən 04.11.1975-ci il tarixə kimi yenidən “Bakı Kardon Tarası Fabriki”-də fəhlə, 22.01.1976-cı il tarixdən 01.09.1980-ci il tarixə kimi Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında, 1980-1999-cu illərdə AR Meşə Ağac Emalı Sənayesi Nazirliyinin nəzdində olan Avtonəqliyyat kontoru və Təmir Tikinti idarəsində (sonradan Bakı Təmir Tikinti idarəsi) sürücü işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən, məruzəçi), T.Quliyev və E.Rəhimov, 2(105)-3245/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin iş üzrə 21 may 2019-cu il tarixli 2(012)1664/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları Ərizəçi x1 ərizə ilə məhkəməyə müraciət edərək, onun 16.11.1971-ci il tarixdən 21.11.1972ci il tarixə kimi “Bakı Kardon Tarası Fabriki”-də fəhlə, 07.07.1975-ci ildən 04.11.1975-ci ilə kimi yenidən “Bakı Kardon Tarası Fabriki”-də fəhlə, 22.01.1976-cı ildən 01.09.1980-ci ilə kimi Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında, 1980-1999-cu illərdə Azərbaycan Respublikası Meşə Ağac Emalı Sənayesi Nazirliyinin nəzdində olan Avtonəqliyyat kontoru və Təmir Tikinti idarəsində (sonradan Bakı Təmir Tikinti İdarəsi) sürücü işləməklə qeyd edilən illər üzrə əmək stajının olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Sosial Müdafiə Fonudunun Abşeron rayon şöbəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Ramazanov Nicat Rüfət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi q iymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmədə şahid qismində dindirilən x2 bildirdi ki, ərizəçi ilə Bakı Kardon Tarası Fabrikində 1971-ci ildən bir yerdə işləmişdir. 1973-cü ildə əsgərliyə getmişlər və 1975-ci ildə əsgərlikdən qayıtmışlar. Əsgərlikdə də ərizəçi ilə bir yerdə olmuşdur. Özü 1971-ci ildən 1976-cı ilədək, ərizəçi ilə isə bir yerdə 1971-1975ci illərdə həqiqətən həmin fabrikdə işləmişdir. Məhkəmədə şahid qismində din dirilən x3 bildirdi ki, ərizəçi ilə AR Meşə Ağac Emalı Sənayesi Nazirliyinin nəzdində olan Avtonəqliyyat kontoru və Təmir Tikinti İdarəsində 1984-cü ildən 1999-cu ilədək sürücü kimi birgə işləmişdir. O, həmin müəssisəsə gələndə gələndə ərizəçi orda işləyirdi. Ərizəçi 1999-cu ilədək orada çalışmışdır. Sürdüyü maşın yük maşını olmuşdur, onunla yükləri daşıyırdı. O, ərizəçidən əvvəl işdın çıxmış, ona görə əmək kitabçasını götürə bilmişdir. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, x1 27.05.1973-cü ildən 14.06.1975-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsi Siyasi Sənədlər Arxivinin 06 fevral 2017ci il tarixli, 24 nömrəli arxiv arayışından görünür ki, x1 Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının 4 fevral 1976 -cı il tarixli, 28 saylı əmrinə əsasən 22 yanvar 1976-cı il tarixdən kağız bazasına fəhlə qəbul edilmişdir və 1 sentyabr 1980-ci il tarixli, 430 saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin 13.02.2017-ci il tarixli, 387 saylı arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Karton Tasası Fabrikinin natamam arxiv sənədlərinin əmək haqqı cədvəllərində 06.01,1954-cü il təvəllüdlü x1nun 07.07.1975-ci il tarixli, 83 saylı əmrlə işə qəbul olunması və 04.11.1975-ci il tarixli, 145 saylı əmrlə işdən azad olunması barədə məlumatlar mövcuddur. Məhəkəmə işdə iştirak edən ərizəçini, maraqlı tərəfin nümayəndəsini və şahidləri dinləyib, arayışları və iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi q iymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin 1971-ci il tarixdən 21.11.1972-ci il tarixə kimi “Bakı Kardon Tarası Fabriki”-də fəhlə, 07.07.1975-ci ildən 04.11.1975-ci ilə kimi yenidən “Bakı Kardon Tarası Fabriki”-də fəhlə, 22.01.1976-cı ildən 01.09.1980-ci ilə kimi Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında, 1980-1999-cu illərdə AR Meşə Ağac Emalı Sənayesi Nazirliyinin nəzdində olan Avtonəqliyyat kontoru və Təmir Tikinti idarəsində (sonradan Bakı Təmir Tikinti idarəsi) sürücü kimi işləməsi iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bi lməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları tə sdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fonudunun Abşeron rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar