Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8290/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019cu il tarixli 2(108)-147/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Naxçıvan şəhər məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.N.Məmmədov, iş № 2(078)-620/2019) İddiaçı cavabdeh Heydər Əliyev adına Hərbi Liseyə qarşı işə bə rpa, məcburi işburaxmaya görə əmək haqqının və pul mükafatlarının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.M.Xıdırov, S.M.Qarayev və F.M.Abbasov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan şəhər məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Heydər Əliyev adına Hərbi Liseyin Tədris kurslarının 3-cü bölüyünün 9-cu taqımının hərbi rəhbər-tərbiyəçisi vəzifəsində işləmiş, Lisey rəisinin 01 aprel 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrin lisey rəhbərinin ona olan qərəzli münasibəti nəticəsində verilməsini, əmək funksiyalarını yerinə yetirməməsi ilə əlaqədar əmrdə göstərilənlərin həqiqətə uyğun olmamasını və s. əsas göstərməklə əmrin ləğv edilib işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və pul mükafatlarının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məh kəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı öz əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, tabeliyində olan şəxsi heyətin təhsilinə nəzarət etmədiyinə, kursantların s ağlamlığına diqqət göstərmədiyinə və əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığına görə Liseyin rəisi X1 təqdimatla müraciət etmiş və göstərilənlər iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş hallar iş materialları ilə təsdiq olunduğundan və eləcə də onun tərəfindən əmək qanunvericiliyinin tələblərinin dəfələrlə pozulması və həmin hərəkətlərin ə görə onun barəsində intizam tənbeh tədbirləri tətbiq olunduğundan, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8290/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8290/2019
26.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver