Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-83/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)2976/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Goranboy rayon məhkəməsinin (hakim Samir Mayılov) xx xxxxx 2019-cu il tarixli 2(045)-481/201 9 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh borc üzrə 25000 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Rəşad Mamedov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Goranboy rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan şahmatçısı, qrossmeyster xxxxxxx anasıdır. Cavabdeh qardaşı oğludur. Təxminən 2012-ci ilin mart və ya aprel aylarında Cavabdeh dostu xxxxxx birlikdə onların evinə yəni, ünvan 1 ünvanına gəlmişlər. xxxxxx çox pis vəziyyətdə olmasını, banka borclarının olmasını, evlərinin girov altında olmasını, bankın ona vaxt qoymasını bildirərək ona kömək etməsini xahiş etmişdir. O, da ürəyi yumşaqlıq edərək cavabdehə yazığı gəlmiş və kiçik oğlu Vüqarın evinin təmiri üçün yığdığı pulları, yəni 25000 manat pul vəsaitini öz əli ilə cavabdehə vermişdir. xxxxxxx maşınının bankda kreditdə olduğunu nəzərə alaraq uzun müddət cavabdehin kreditini bağlamasını gözləmişdir. xxxxxxxxxxx maşının kreditini bağladığını öyrənəndən sonra təxminən 2015-ci ilin son aylarından başlayaraq o, cavabdehə zəng edərək yanına çağırmış, lakin cavabdeh gəlməmişdir. Cavabdehlə aralarında dəfələrlə pulun qaytarılması ilə bağlı yazışmalar olmuş, lakin cavabdeh pulu qaytarmamışdır. O, uzun müddət istəməmişdir ki, qohumlar arasında olan bu pul məsələsini məhkəmə müstəvisinə çıxarsınlar. Lakin artıq xxxx digər bir yol qoymadığından məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh şifahi borc müqaviləsinə görə verilmiş 25000 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçıya borcu yoxdur. “WatsApp” sosial şəbəkədə olan yazışmanın olması hələ borcunun olmasını təsdiq etmir. Məhkəmə işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahat larını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 2019-cu ildə iddiaçı tərəfindən ***-***-**-** saylı telefon nömrəsindən cavabdehə ***-***-**-** saylı telefon nömrəsinə “WatsApp” tədbiqetməsi vasitəsi ilə yazılmış smslərdə cavabdeh «menim pulum yoxdu özum yaman gundeyem, mene umud olma ayın axırı getirib çıxardanmram» cavabini yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) x eyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci masddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür İddiaçı iddia ərizəsində gös tərmişdir ki, cavabdeh onun qardaşı oğludur. Sonuncunun banka borcunun ödənilməsi və girovda olan evinin çıxarılması üçün ona təxminən 2010-cu ilin əvvəllərində 25000 manat borc pul vermişdir. 2014-cü ildə oğlu Azərbaycan şahmatçısı, qrossmeyster xxxxxxx vəfat etmişdir. Bir müddət özünə gələ bilməmişdir. Bu səbəbdən də 2015-ci ildə cavabdehə zəng vuraraq pulunu istəmişdir. Cavabdeh isə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmışdır. 2019-cu ildə iddiaçı cavabdehə “WhatsApp” tədbiqetməsində yazmış və cavabdeh “menim pulum yoxdu özum yaman gundeyem, mene umud olma ayın axırı getirib çıxardanmram” cavabini yazmışdır. Bu hala qiymət verərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh bunu inkar etsə də, işdən göründüyü kimi onunla iddiaçı arasında borc münasib ətlərinin yaranmışdır. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 və X6 iddiaçı tərəfindən cavabdehə 25000 manat məbləğində borc verilməsini təsdiqləmişlər. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (Azərbaycan Respublikası MPM-in 62.1, 76.1 və 76.2 və 106.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddianı qəbul etməməsi onun özünümüdafiə xarakterli dəlilidir ki, bu hal işdə olan yazışma və şahid ifadələri ilə təsdiq olunur. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlmişir ki, iş üzrə cavabdeh apellyasiya şikayətində şikayətin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında olan “Whatsap ” yazışmalarında göstərilən məlumatlar işin digər halları ilə yanaşı qiymətləndirilərək cavabdehin iddiaçıya borcunun olmasının sübutu kimi qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətində həmin yazışmaların 2010-cu ildə baş verməsi ehtimal edilən borc münasibətləri ilə əlaqəsinin olmamasını, həmin dövrdən bu vaxta qədər onlar arasında başqa hansı yazışmaların baş verməsinin iddiaçı tərəfindən göstərilmədiyini bildirmişdir. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, yazışmaların digər tərəfi kimi məhkəməyə onun iddiaçıya əslində heç bir borcunun olmaması, onlar arasında olan yazışmaların başqa münasibətlərlə bağlı olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2976/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil diyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-83/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-83/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver