Məhkəmə qərarları › İş №2(102)-830/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-830/2020

10.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-830/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı2, vəkili Vəkil X5və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3660/2019 nömrəli qətnaməsindən İddiaçı 2 və vəkili Vəkil X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 saylı evi vaxtı ilə mərhum ataları X5 tikmişdir. Sağlığında mərhum ataları evi sənədləşdirməmişdır. Evi iş üzrə İddiaçı2 rəsmiləşdirmişdir. Hazırda, X5 saylı ev mərhum ataları X5nun adına şəxsi mülk kimi qeydiyyatdan keçmişdir. Ataları M.Ə.Əliyev xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi günə yaşadıqları evi və torpaq sahəsini sənədləşdirmədiyi üçün vərəsəlik xx xxxxxx 2016-cı il tarixdə açılmışdır. Miras əmlakın və rəsələr tərəfindən qəbul edilməsi ilə əlaqədar Sumqayıt şəhəri 1 saylı notariat kontoruna müraciət etmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 2 saylı forma üzrə arayışda olan bütün vərəsələr notariat kontoruna dəvət edilsələr də, Cavabdeh və vəfat etmiş qardaşı uşaqları-X6, X3 və X5 notariat kontoruna gəlməkdən imtina etmişlər. Buna görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Onlar miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert daşınmaz əmlaka baxış keçirərkən müəyyən olunmuşdur ki, Cavabdeh miras əmlak kütləsinə daxil olan to rpaq sahəsində müvafiq icra hakimiyyətinin razılığı olmadan ev tikdirmişdir. Baxışdan sonra isə Cavabdeh miras əmlak kütləsinə daxil olan evin bir hissəsini sökmüş, hazırda həyəti 2 yerə bölən hasar inşa edir. Cavabdeh inşa etdiyi ev özbaşına tikili kimi qiymətləndirilməlidir. Cavabdeh özünə məxsus olmayan torpaq sahəsində özbaşına tikinti inşa etmiş, bununla da onların mülkiyyət hüquqlarını pozmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov, iş № 2(060)-10476/2017) iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və keçmiş tikililərin bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarix li qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov, iş № 2(105)-665/2018) İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)-4779/18) İddiaçı2 kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədov a, E.G.Rəhimov və S.A.Qafari) Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iddia təmin edilmiş və Cavabdeh tərəfindən X5saylı evin həyətində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, mirasın kütləsinə daxil olan 5 və 6 saylı otaqların cavabdehin hesabına bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: i.Xələfov, Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)-2191/19) Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.Tağızadə, T.Quliyev və E.Əhmədov, iş № 2(105)-3660/2019) İddiaçı2 apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli 2(060)-10476/2017 saylı qətnaməsi İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 və vəkili Vəkil X5 kassasiya şikayəti verərək iş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3660/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında X5 saylı evin 1/7 hissədə bölünməsi və həmin evdə Cavabdeh 1/7 hissəd ə pay ayrılması ilə bağlı hər hansı bir hüquq müəyyənedici sənəd mövcud deyildir. Sumqayıt, şəhər Məhkəməsinin 2(060)-52/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, vərəsələrin həmin evdə hər birinin 1/7 hissədə payları müəyyən edilmişdir. Payların bölünməsi və xüsusən də Cavabdeh payının ayrılması barədə hər hansı bir sənəd yoxdur. Cavabdeh özbaşına olaraq X5 saylı evin həyətinin yarısını ələ keçirərək, orada müvafiq icra hakimiyyəti orqanının razılığı və təsdiq olunmuş layihə-smeta sənədləri olmadan yaşayış evi tikdirmişdir. Yaşayış evinin standartlara uyğun olub- olmaması məsələsi də açıq qalmışdır. Məhkəmə isə artıq Cavabdeh payını ayırmış və hesab etmişdir ki, Cavabdeh vərəsəlik payına düşən torpaq sahəsi (tikintialtı sahə) onun payına düşən hissədən 18,4 kv.m əsk ikdir. Məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirərkən müəyyən etmişdir ki, həyətin yarısı Cavabdeh tərəfindən zəbt edilmiş və hazırda yalnız onun istifadəsindədir. Paylar müəyyən olunmadığından məhkəmənin belə bir nəticəyə gəlməsi qanunun tələblərinə uyğun deyildir, Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsində qanunsuz hər hansı bir tikilinin inşa edilməsindən söhbət gedə bilməz. Məhkəmə tədqiqat zamanı Cavabdeh vərəsəlik payına düşən torpaq sahəsində onun inşa etdiyi fərdi yaşayış evinin altındakı torpaq sahəsinin vərəsəlik payına düşən torpaq sahəsindən 18,4 kv.m az olması müəyyən edilmişdir. Məhkəmə həyətə baxış keçirərkən Cavabdeh tərəfindən həyətdə qeydiyyatdan keçmiş tiklilərin sökülməsini və həmin tikililərin yanında Cavabdeh inşa etdiyi evə qədər hasar çəkildiyini m üəyyən etmişdir. İddia ərizəsinə əlavə verərək həmin hasarın da sökülməsini xahiş etmişdilər. Lakin, məhkəmə bu hissəyə hüquqi qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh payı artıq ayrılmış və orada artıq fərdi yaşayış evi tikmişdir. Bu baxımdan da həmin ev özbaşına tikili kimi qiymətləndirilə bilməz. Cavabdeh özünə məxsus olmayan torpaq sahəsində özbaşına tikinti inşa etmiş, evi inşa edərkən buna lazımi icazələr almamış və şəhərsalma, tikinti normalarının və qaydalarının tələblərini pozmuşdur. Bu baxımdan inşa edilmiş ev özbaşına tikilidir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, X5ndan miras qalmış X5 saylı ev onun övladları arasında 1/7 hissədə bölünmüş və həmin evdən Cavabdeh 1/7 hissədə pay ayrılmışdır. Əslin də isə iş materiallarında X5 saylı evin 1/7 hissədə bölünməsi və həmin evdə Cavabdeh 1/7 hissədə pay ayrılması ilə bağlı hər hansı bir hüquq müəyyənedici sənəd mövcud deyil. Sumqayıt şəhər məhkəməsinin 2(060)-52/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, vərəsələrin həmin ünvanda yerləşən evdə hər birinin 1/7 hissədə payları müəyyən edilmişdir. Payların bölünməsi və xüsusən də Cavabdeh payının ayrılması barədə hər hansı bir sənəd yoxdur. Paylar müəyyən olunmadığından məhkəmənin belə bir nəticəyə gəlməsi qanunun tələblərinə uyğun deyil. Cavabdeh özünə məxsus olmayan torpaq sahəsində özbaşına tikinti inşa etmiş, evi inşa edərkən buna lazımi icazələr almamış və şəhərsalma, tikinti normalarının qaydalarının tələblərini pozmuşdur. Bu baxımdan biz hesab edirik ki, tikilmiş ev özbaşına tikilidir. Məhkəmə maddi hüquq normaları nı düzgün tətbiq etməmişdir. Məhkəmə işi tam araşdırmamış, keçirilmiş ekspertiza qanunun tələblərinə uyğun aparılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında İddiaçı2 və vəkili Vəkil X5 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin i ştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X5saylı ev, yeni qaydalarla X5 saylı ev və həmin evin yerləşdiyi 0,07902 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5nun adına xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. X5 xx xxxxxx 2007-ci il tarixdə olmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-52/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə M.Ə.Əliyevdən mira s qalmış X5saylı ev İddiaçı1 1/7 hissədə, F.M.Mövsümovanın 1/7 hissədə, Cavabdeh 1/7 hissədə, İddiaçı4 1/7 hissədə, İddiaçı3 1/7 hissədə, İddiaçı2 1/7 hissədə və mərhum Ə.M.Əliyevin 1/7 hissədə payına övladları X4, X1, X2 payları müəyyən edilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş x xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx xxxxxx 2007-ci il tarixdə olmüş M.Ə.Əliyevin vərəsələri hər birinin payı 1/7 hissədə olmaqla, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2dir, şəhadətnamə verilən miras əmlak X5saylı ev, yeni qaydalarla X5 saylı evdən və həmin evin yerləşdiyi 0,07902 ha torpaq sahəsindən ibarətdir, göstərilən miras əmlakın qalan 1/7 hissəsi xxx, 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi xxx, xxx və xxx payları açıq sa xlanılmışdır. xx xxxxxx 2017-ci il tarixli, 25208 saylı ekspert rəyi ilə Cavabdeh vərəsəlik payına düşən torpaq sahəsinin 112,9 kv.metr olduğu nəzərə alınaraq, onun inşa etdiyi fərdi yaşayış evinin altındakı torpaq sahəsinin (tikinti altı sahə) vərəsəlik payına düşən sahədən 18,4 kv.metr az olması müəyyən edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddialarının təmin olunmamasına baxmayaraq, iş üzrə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamə ilə razılaşmışlar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsində cavabdehin qanun üzrə vərəsəlik qaydasında payına düşən torpaq sahəsi 1/7 hissə, yəni 112,9 kv.metr olmuş, onun inşa etdiyi fərdi yaşayış evinin altındakı torpaq sahəsinin (tikinti altı sahə) vərəsəlik payına düşən sahədən 18,4 kv.metr az olması müəyyən edilmişdir. İş materiallarında mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin Cavabdeh və eləcə də digər vərəsələrin, o cümlədən iddiaçıların ayrı-ayrılıqda mülkiyyətində olmasına, evin və torpaq sahəsinin naturada bölünməsinə, paylarının ayrılmasına dair hər hansı bir sənəd yoxdur. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası K onstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ev inşa edilmiş torpaq sahəsi ümumi mülkiyyətdədir. Həmin torpaq sahəsinin 1/7 hissə, yəni 112,9 kv.metr hissəsi cavabdehə məxsusdur, lakin paylar naturada bölünməmişdir. Lakin iddiaçının inşa etdiyi fərdi yaşayış evinin tikinti altı sahəsi onun mülkiyyət payını təşkil edən torpağın sahəsindən 18,4 kv.metr azdır. Kassasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında da müəyyən edilmişdir ki, miras qalmış yaşayış evi və torpaq sahəsi, vərəsələrdən hər birinin payı 1/7 hissə olmaqla mülkiyyət hüququ əsasında onlara məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Müəyyən olunduğu kimi cavabdeh özünün faktiki istifadəsində olan otaqları sökmüş və faktiki istifadə etdiyi torpaq sahəsində yeni tikili inşa etmiş və digər vərəsələrin buna etiraz etmələri, ümumiyyətlə tikilinin nə vaxt inşa olması iş materiallarından görünmür. Həmçinin mübahisəli tikili vərəsələrin, o cümlədən cavabdehin ümumi mülkiyyətində olan, lakin onun faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş, bu zaman şəhərsalma və tikinti normalarının və qaydalarının ciddi surətdə pozulması halı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sökülməsi tələb edilən mübahisəli tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində deyil, cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş, işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli ekspertiza rəyində qeyd edilən ölçülərinə görə ( uzunu 10,5 m, eni 9 metr olmaqla, ikimərtəbəli ev) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən inşasına icazə alınması tələb edilməyən tikilidir. Həmçinin Mülki Məcəllənin 180.3-cü maddəsi mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş tikiliyə onu aparmış şəxsin mülkiyyət hüququnu tanınması imkanını nəzərdə tutmuşdur. Buna görə də, həmin tikili Mülki Məcəllənin 180.1-ci maddəsində müə yyən edilmiş, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak kimi qiymətləndirilə bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0”səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların t ikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. (80.1.) Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. (80.2.) Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikilinin özbaşına tikinti hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar iş üzrə müəyyən edilmədiyindən həmin tikilinin sökülməsi barədə iddia tələbi əsassı z olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğvi üçün əsas vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, digər 3 iddiaçı isə qətnamə ilə razılaşmışlar. İddiaçı2 Cavabdeh kimi həmin ev və torpaq sahəsinin 1/7 hissəsinə mülkiyyət hüququ var. Ümumi əmlakda paylar naturada bölünmədiyindən cavabdehin ona çatası torpaq payı hissəsindən artıq olmayan sahədə inşa etdiyi tikilinin İddia çı2 hansı maraqlarına toxunduğu kassasiya şikayətində əsaslandırılmamışdır. Eyni zamanda, kassasiya şikayətində iddia tələbinə əlavə verilərək hasarın sökülməsinin tələb edildiyi və bu tələbə məhkəmə tərəfindən qiymət verilmədiyi göstərilsə də, iddiaçıların belə bir tələbinin olması iş materialları ilə müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3660/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar