Məhkəmə qərarları › İş №2(102)-830/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-830/2023

03.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-830/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4241/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəmə sinin 20 sentyabr 2013-cü il tarixli, 2(001)590/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddiaçı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə pulun cavabdeh X4 alınaraq İddiaçı verilməsi və i ddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-1341/2015 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" firmasının və X5 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-590/2013 saylı mülki iş üzrə qəbul etdiyi 20 sentyabr 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (yəni iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddi açı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə pulun cavabdeh X4 alınaraq İddiaçı verilməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli, 2(102)3413/2015 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İşdə iştirak etməyə cəlb edilməmiş, məhkəmə aktı ilə maraqlarına toxunan ASC “Xalq” Bankının müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermiş, Azərbaycan R espublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13(102)2/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli 2(102)-3413/2015 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2(103)-1341/2015 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(103)-7096/2021 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli, 2(001)-590/2013 saylı qətnaməsi qismən - cavabdeh "xxxx" fi rması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən ödəniş günü Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun olaraq ******* ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh-yə (bundan sonra – cavabdeh) qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, "xxxx" firması ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli **********588 15/SİM saylı sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 16100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin iddiaçının istifadəsində olan 296 kv.m qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışd ır ki, "xxxx" firması ilə bank arasında xx.xx.2013cü il tarixində bağlanılmış kredit xətti müqaviləsinə əsasən, bank firmaya illik 16 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə ******* manat məbləğində kredit vermiş, sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14 000 000 manat təşkil etmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış, "xxxx" firmasına məxsus Nərimanov rayonu S.Vurğun küçəsi 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m, faktiki isə 8 mərtəbə 20684 kv.m təşkil edən qeyriyaşayış binası ipotekaya qoyulmuş, göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC-ə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. İpoteka müqaviləsi iddiaçının hüquqlarının pozulması ilə bağlanmışdır. Belə ki, ipoteka müqaviləsi bağlanmamışdan əvvəl, yəni xx.xx.2010-cu il tarixdə iddiaçı ilə "xxxx" firması arasında barter müqaviləsi bağlanılmış, müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2008-ci il tarixli müqaviləyə görə, onun qoyduğu sərmayənin "xxxx" firmasına verilməsi müqabilində firma öz növbəsində ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı 296 kv.mlik ticarət sahəsini ona vermişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozmuş, kredit vəsaiti verərkən və əmlakı ipotekaya qəbul edərkən əmlakın digər şəxslərə məxsus olmasını və əmlaka dair məhkəmə mübahisəsinin olub-olmamasını yoxlamamışdır.

9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində qaldırdığı məsələlər ilə bağlı artıq bir neçə məhkəmə qərarları mövcuddur və həmin qərarlarla mübahisəli ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanıldığı müəyyən edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5763/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İddiaçı cavabdehlər X8, “Ras-M” MC, "xxxx" MMC X2, X3 qarşı öhdəliyin icrasının tələb edilməsi, müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayo n Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli 2(001)-590/2013 saylı qətnaməsindən apellyasiya şikayəti üzrə 30 avqust 2021-ci il tarixli 2(103)-7096/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı ilə barter müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi üzərində "xxxx" firmasının hüquqları qeydə alınmamışdı. Sonuncu yalnız xx.xx.2010-cu ildə həmin Ticarət Mərkəzi barəsində hüquqlarını qabaqcadan qeydə aldıraraq, xx.xx.2010-cu ildə həmin mərkəzi ipoteka ilə yüklü etmişdir. Belə olan halda "xxxx" firması xx.xx.2010-cu il tarixdə barter müqaviləsi ilə Ticarət Mərkəzindəki 296 kv.m qeyri-yaşayış sahəsini əldə etdiyi sərmayə müqabilində iddiaçıya verə bilməzdi.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 146.2, 146.3, 152.1, 152.4, 33 7.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, hüquqlarının pozulmasını və s. göstərmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4241/202 2 nömrəli mülki iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbinin əsası kimi istinad etdiyi, yəni onunla "xxxx" firması ilə arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyriyaşayış sahəsi üzərində hüquqlarının mövcud olması, həmin əmlakın əsassız olaraq cavabde hə ipoteka qoyulması və s. bu kimi dəlilləri əsassız olmaqla, ipoteka müqaviləsinin etibarsız olması üçün qanuni əsas təşkil etmir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının qanuni qüvvədə olan məhkəmə qərarı ilə həmin əmlakla bağlı tələbi (cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması) rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(103)-7096/2021 saylı qətnaməsi) müəyyən olunmuşdur ki, barter müqaviləsi bağlanarkən qeyri -yaşayış sahəsi üzərində "xxxx" firmasının hüquqları qeydə alınmamışdır. Sonuncu yalnız xx.xx.2010-cu ildə həmin Ticarət Mərkəzi barəsində hüquqlarını qabaqcadan qeydə aldıraraq, xx.xx.2010-cu ildə həmin mərkəzi ipoteka ilə yüklü etmişdir. Belə olan halda "xxxx" firması xx.xx.2010-cu il tarixdə barter müqaviləsi ilə Ticarət Mərkəzindəki 296 m2 qeyri-yaşayış sahəsini əldə etdiyi sərmayə müqabilində iddiaçıya verə bilməzdi. Eləcə də nəzərə almaq lazımdır ki, banka münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur və bank əmlakı vicdanlı əldə etmişdir (ipotekaya götürmüşdür). Qətnamənin həmin hissədə qüvvədə qalması Mülki Məcəllənin 140 və 271.1-ci maddələrinin tələbləri baxımından yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınmış ipoteka saxlayanın - bankın məhdud əşya hüquqlarının pozulmasının davam etməsinə gətirib çıxara bilər. Beləliklə, işin hallarından və qanuni qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməkdə müvafiq subyektiv (tələb) hüquqları mövcud deyildir. İddiaçı ipoteka qoyulmuş mübahisəli əmlakın mülkiyyətçisi olmamaqla yanaşı, onun üzərində hər hansı əmlak (əşya) hüquqlarına da malik deyildir. Eyni zamanda, məhkəmə qərarı ilə bankın mübahisəli əmlakı vicdanlı olaraq əldə etməsi (ipotekaya götürməsi) də müəyyən olunmuşdur (bu hal hazırki iddianın qanuni həll baxımından artıq əhəmiyyət kəsb etmir, çünki yuxarıda da qeyd edildiyi kimi iddiaçının hazırki vaxtda ümumiyyətlə ipoteka müqaviləsini mübahisələndirməkdə subyektiv h üququ müəyyən olunmur). Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. İddiaçı isə mübahisələndirilən əqdin etibarsızlığı əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsassızdır. Belə ki, mübahisəli əmlak dövlət qeydiyyatından keçmədiyinə baxmayaraq, cavabdehin qanuni istifadəsində olmuş və bu səbəbdən də tərəflər arasında xx.xx.2010-cu il tarixdə barter müqaviləsi bağlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(103)-7096/2021 saylı qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli, 2(001)590/2013 saylı qətnaməsi qismən - cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 2-də yerləşən “MarsM” firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən ödəniş günü Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun olaraq ******* ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi həmin qətnamə ilə cavabdeh "xxxx" firması ilə İddiaçı arası nda bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsini, cavabdehdən iddiaçıya ******* ABŞ dolları məbləğində pulun tutularaq, verilməsi qərarını verməklə qəbul etmiş və tanımışdır. Bununla yanaşı əvvəl qeyd olunduğu kimi iddiaçı mübahisəli əmlakı bankdan əvvəl vicdanlı olaraq əldə etmişdir. İş materiallarından göründüyü kimi mübahisəli əmlaka görə tərəflər arasında 2013-cü il tarixdən məhkəmə çəkişmələri getmişdir. Buna baxmayaraq, Bank nədənsə, qeyd olunan məsələ ilə bağlı 8 ildən sonra xəbər tutduğunu və bunu mübahisələndirməyə başladı. Halbuki, bank cəmiyyətə 2011-ci ildən yüksək məbləğdə kredit ayırırdı. Tərəflər arasında müqavilələri bağlanarkən ipoteka - qoyan predmet üzərində 3-cü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməli, ipoteka saxlayan isə ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktiki surətdə yoxlamalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyay a və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

22. Maddə Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

24. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiy yatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Prosessual Məcəllə:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən ş əxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iddiaçının ünvan 1 ünvanda yerləşən binadakı 296 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi haqqında iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya məhkəməsi də bu halı nəzərə alaraq iddiaçının hazırkı iş üzrə ipoteka müqaviləsinin qismən etibarsız sayılmasına dair iddia qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda ipotekanı vicdanlı əldə edənin hüquqlarının qorunduğunu bildirmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mövqeləri yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğundur.

36. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymə t verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4241/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar