Məhkəmə qərarları › İş №2(102)-831/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-831/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-831/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 11 » fevral 2019-cu il İş № 2(102)-831/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və onun vəkili X2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 22 noyabr 2017-ciil tarixli, 2(075)-4631/2017 saylı qətnaməsi ilə (h akim C.İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh1 100 000 (yüz min) rus rubulu və Cavabdeh2 isə 2000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq İddiaçıverilməsi, ödənilmiş 30 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev, İş № 2(107)629/2018) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək ŞəkiRayonMəhkəməsinin 22 noyabr 2017-ciil tarixli, 2(075)-4631/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cava bdeh1 borc olaraq verdiyi 100 000 rus rubulunun Azərbaycan manatına məzənnəsi ilə 3000 manat pulunun, o cümlədən nağd olaraq verdiyi 4000 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə, yəni 6800 manat məbləğin, ümumilikdə 9800 manat məbləğin və ödədiyi 30 manat dövlət rüsumun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 000 rus rubulunun Azərbaycan manatına olan məzənəsi və 4000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanıb onlardan tutulmasına və həmin məbləğin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili X2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 münasibətdə icraata xitam verilməsini, Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıx arılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellya siya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünürki, Cavabdeh1 iddiaçının 100 000 rus rubl məbləğində pul vəsaitini və Cavabdeh2 isə iddiaçının 4000 ABŞ dolları məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışlar. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 739.1, 739.2, 740, 1091.1, 1091.2, 1092.1, 1093.1 və 1093.2-ci maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, baxışın hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının Cavabdeh2 münasibətdə tam yoxlanılması təşkil edir. Digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırı r ki, kassasiya şikayətində Cavabdeh2 iddia tələbinin özünə münasibətdə rədd, Cavabdeh1 münasibətdə isə xitam verilməsini xahiş etmişdir. Halbuki, işin materiallarından kassatorun Cavabdeh1 adından kassasiya şikayəti vermək səlahiyyəti olması görünmür. Həmçinin də Cavabdeh2 kassasiya şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehin şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesabedirki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh2 münasibətdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Beləki, apellyasiya instansiyası məhk əməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı 20 yanvar 2016-cı il tarixdə «Wester Union» xətti ilə 100 000 rus rubulunu ********* göstəriş kodu ilə Cavabdeh1 göndərmişdir. Daha sonra 4000 ABŞ dolları pulu bacısının yoldaşı X6 vasitəsilə ilə Cavabdeh1 oğlu Cavabdeh2 çatdırıdğını və cavabdehlərin yaxın vaxtlara qədər həmin pulu ona qaytaracaqlarını bildirsələr də üzərlərinə götürmüş olduqları öhdəliyə əməl etməyərək indiyədək həmin pulu ona qaytarmadıqları bildirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 000 rus rubulunun Azərbaycan manatına olan məzənəsi və 4000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanıb onlardan tutulmasına və həmin məbləğin ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdehlər isə iddianı qəbul etməyərək İddiaç ı aldıqları 100 000 rus rubulunu və 2000 ABŞ dolları məbləğində pulu iddiaçının özünün təqsiri ucbatından onların avtomobilinə dəymiş xəsarətlə bağlı xərclədiklərini və qalan 2000 ABŞ dolları pulu almaları ilə bağlı İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlərin böhtan olduğunu bildirmişlər Birinci instansiyan məhkəməsində iddiaçının vəsatəti ilə şahid kimi dindirilən X9 izahat verərək bildirmişdir ki, İddiaçı bacısının yoldaşıdır. 2016-cı ildə İddiaçının Bakı şəhərindəki tanışları ona bir bağlamda 4000 ABŞ dolları pul verərək həmin pulun Cavabdeh1 göndərilməsini bildirmişlər. Həmin pulu 3 gün cibində gəzdirdikdən sonra Cavabdeh2 zəng edərək atası Cavabdeh1 çatası əmanət olduğunu bildirmişdir. Daha sonra isə avtovağzala gedərək Bakı-Şəki maşurutu ilə taksi fəaliyyəti göstərən Ramazan adlı şəxsə həmin bağlamanı vermiş və onu Şəki rayonunda yaşayan Cavabdeh2 verməsini xahiş etmişdir. Həmin pulun Cavabdeh2 çatmasından əmin olmaq üçün onunla telefon əlaqəsi saxlmış və o da bağlamanın ona çatdığını bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti ilə şahid kimi dindirilən X3 izahat verərək bildirmişdir ki, o, Bakı-Şəki marşurutu istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. X11 bir müddət əvvəl ona Cavabdeh2 çatdırması üçün bir zərf vermişdir. O, həmin vaxt zərf bağlamada olmuşdur. X9 almış olduğu zərfin razılaşdıqları kimi Şəki şəhərində Cavabdeh2 vermişdir. O, zərfin içərisində nə qədər pulun olmasından xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti ilə şahid kimi dindirilən X10 izahat verərək bildirmişdir ki, o, avtomobil təmir i ilə məşğul olur. Cavabdeh2 məxsus olan “xxxx” markalı avtomobili həqiqətən də o, təmir etmişdir. Avtomobilin təmiri ilə bağlı bütün ödənişləri Cavabdeh2 etmişdir. O, Cavabdeh2 başqa ayrı şəxsdən avtomobilin təmiri ilə bağlı pul almamışdır. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti ilə şahid kimi dindirilən X4 izahat verərək bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh2 əvvəlcədən tanıyır. Dəfələrlə taksiyə ehtiyacı olduğu zaman o, Cavabdeh2 çağrışına getmişdir. Cavabdeh2 avtomobili qəzaya düşən zaman Cavabdeh2 ona zəng etmiş və Daşüz kəndinə gəlib ona aparmasını bildirmişdir. Həmin vaxt o, Cavabdeh2 götürməyə gedəndə aşan avtomobilin içərisində kimin olduğundan xəbəri olamamışdır. Lakin qəzaya məruz qalan avtomobil Cavabdeh2 olmuşdur. Həmin vaxt avtomobili Cav abdeh2 idarə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bil ər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh2 iddiaçının 4000 ABŞ dolları məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmasına dair nəticəsi ilə razılaşır və cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassatorun iddiaya olan etirazına və işdə olan şahid ifadələrinə apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri əsassızdır. Belə ki, AzərbaycanRespublikasınınmülkiprosessualqanunvericiliyintələblərinəəsasənməhkəmətər əfin dənmübahisənindüzgünhəlliməqsədiiləişinhallarıbarədəməlumatıolanhərbirşəxsşahidqi smindədindiriləbilər. Şahid işüzrəonaməlumolanməlumatlarıvəhallarıməhkəməyəşifahibildirməyə, düzgünifadəverməyəborcludur. (MPM-nin 62-civə 104.1-cimaddələri) Həmçinin, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Məhkəmə kollegiyası qeydedirki, kassatorun istinad etdiyi şahid ifadələrinin təhrif olunmasını yalnız apellyasiya şikayətində göstərmiş, buna dair isə məhkəmə iclas protokoluna qeydləri olmamış və bu ifadələrin düzgün olmaması digər sübut növləri ilə təkzib edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, kassator iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara, yəni, yəni 2016-cı ilin yanvar ayında iddiaçı X5 şəhəri ərazisində Cavabdeh2 məxsus “xxxx” markalı avtomobili idarə edərkən qəza törətməsi, nəticədə həmin avtomobilə maddi ziyan vurması, cavabdehlərə göndərdiyi, hazrkı iş üzrə iddia tələbində göstərilən pul məbləğlərinin məhz qeyd olunan avtomobilin təmiri üçün göndərilmiş pul olmasına dair məhkəmələrə mötəbər sübut növləri təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçü n əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı m übahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqi qətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə isə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik: Hakimlər: Əsli ilə düzdür: edən Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar