Məhkəmə qərarları › İş №2(102)-831/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-831/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-831/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1MMC, Cavabdeh2, Xəlilov(Verdiyev) Fərid Aqil oğlu, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-831/21 (Açar sözlər: kreditin qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və öhdəliyin icrası ) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “İddiaçı”ASC-nin nümayəndəsi X6 oğl unun, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Xəlilov (Verdiyev) Fərid Aqil oğlu, X2, Cavabdeh4 və Cavabdeh6 qarşı kreditin qaytarılması və tələbin ipotekaya yönəldilməsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4836/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Xəlilov (Verdiyev) Fərid Aqil oğlu, X2, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavab deh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 142604,66 ABŞ dollar məbləğində əsas kredit borcu, 11845,73 ABŞ dolları faiz borcu, 18389,39 ABŞ dolları penya, cəmi 172839,78 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh6 məxsus “Ford Transit” markalı (buraxılış ili 2011, şassi WF0XXXTTFXBU71029, rəngi ağ, tip yük) **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, Cavabdeh5 məxsus olan “X5” markalı ( buraxılış ili 2007, şassi WDB9702571L259200, rəngi yaşıl, tip yük) 90- TL-981 dövlət qeydiyyat nişanlı yük avtomobilinə, “Fiat Qubo” markalı ( buraxılış ili 2013, BAN ZFA**********7407, rəngi ağ, tip minik) **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə y önəldilməsi, avtomobillərin açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh1 MMCdən, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında xx xxx 2017-ci il tarixdə 002LCAR171510002 saylı kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, “xxxx” MMC-yə 24 ay müddətinə illik 12 faizlə 265000 ABŞ dolları məbləğində kredit verilmişdir

3. Kredit müqaviləsinin təminatı qismində, Cavabdeh6 ilə xx xxxx 2017-ci il tarixli 002LCAR171510002/İ saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh6 özünə məxsus olan «FORD TRANSİT» markalı (buraxılış ili 2011, Şassi WF0XXXTTFXBU71029, rəngi ağ, tip vaqon) **-XU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.

4. Cavabdeh5 ilə də xx xxxx 2017-ci il tarixli 002LCAR171510002/İ3 saylı, 002LCAR171510002/İ4 saylı ipoteka müqavilələri bağlanmış və Cavabdeh5 özünə məxsus olan «X5» markalı (buraxılış ili 2007, Şassi WDB9702571L259200, rəngi yaşıl, tip yük) **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini, «FİAT QUBO» markalı (buraxılış ili 2013, BAN ZFA**********7407, rəngi ağ, tip minik) **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. Həmçinin kredit üzrə öhdəliklərin təminatı kimi cavabdehlər Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlu ilə xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmış, sonuncular kredit müqaviləsi üzrə öhd əliklərin icrası üçün üzərilərinə məsuliyyət götürmüşlər.

6. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Cavabdeh1 MMC hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir.

7. Dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, Cavabdeh1 MMC kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.

8. Cavabdeh1 MMC-nin xx xxxxxx 2020-ci il tarixinə 142604,66 ABŞ dolları məbləğində əsas, 11845,73 ABŞ dolları faiz, 18389,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 172839,78 ABŞ dollarıdır.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-512/2020 nömrəli, 24.02. 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan müştərək qaydada 142604,66 (yüz qırx iki min altı yüz dörd ABŞ dolları altmış altı sent) ABŞ dollar məbləğində əsas kredit borcunun, 11845,73 (on bir min səkkiz yüz qırx beş ABŞ dolları yetmiş üç sent) ABŞ dolları faiz borcunun, 14260 (on dörd min iki yüz altmış) ABŞ dolları cərimənin, cəmi 168710,39 (yüz altmış səkkiz min yeddi yüz on ABŞ dolları otuz doqquz sent) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh6 məxsus “Ford Transit” markalı (buraxılış ili 2011, şassi WF0XXXTTFXBU71029, rəngi ağ, tip yük) 99-XU481 dövlət qeydiyyat nişanlı yük avtomobilinə, Cavabdeh5 məxsus olan “X5” markalı (buraxılış ili 2007, şassi WDB9702571L259200, rəngi yaşıl, tip yük) **-TL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, “Fiat Qubo” markalı (buraxılış ili 2013, BAN ZFA**********7407, rəngi ağ, tip minik) **-DA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunacaq pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundanümumi qaydada tutulması qət edilmişdir. (hakim Təhminə Xəlilova)

10. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 MMC kredit müqav iləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, cavabdehlər Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlu isə ona zamin durduqlarından iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməli və cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Xəlilov (Verdiyev) Fərid Aqil oğlundan 142604,66 ABŞ dolları əsas borc, 11845,73 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, hesablanmış dəbbə pulunun götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunu azaldaraq 14260 ABŞ dolları məbləğində müəyyən etmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd edib ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin edilsə də, cavabdehlər tərəfindən (ipotekaqoyan) avtomobillər ekspertə təqdim edilmədiyindən, onların real bazar dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti qətnamənin icrası qaydasında müəyyən edilməlidir.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 317.1, 319.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 472.3, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 34.1.1 və 39.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh2 oğlu qətnamədən apelyasiya şikayəti verib, iddianın ona qarşı hissədə təmin olunan hissəsində qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət o lub ki, işə onun və digər cavabdehlərin iştirakı olmadan baxılmış, məhkəmə kredit götürənin əmlakının olubolmamasını, krediti ödəməməsinin səbəblərini araşdırmamışdır. Kredit müqaviləsi üzrə zamin olsa da, üzərinə əımlak məsuliyyəti götürməmişdir.

16. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4836/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov)

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq Cavabdeh2 şikayətdə göstərdiyi dəlilləri əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 (Vəkil Məhəmməd oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Şikayətdə kredit müqaviləsinə uyğun zamin olsa da, Cavabdeh2 əmlak məsuliyyətini öz üzərinə götürməməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri 20 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi X3 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklər üçün MPM-nin 67.1-ci maddəsinə görə onl arın izahatları dinlənilmədi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 4 70.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müq aviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir

24. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində Cavabdeh2 iddianın ona qarşı təmin olunan hissəsini mübahisələndirmiş, apellyasiya məhkəməsi də qətnaməni Cavabdeh2 şikayəti əsasında mübahisələndirilən hissədə yoxlamışdır. Buna görə də hazırkı kassasiya şikayətinin həddi də iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Cavabdeh2 qarşı iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, zamin kimi kredit borcunun qaytarılması barədədir.

27. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh2 arasında kredit öhdəliklərinin təminatı olaraq zaminlik müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdeh olan MMC-yə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Belə olan halda da, zamin Cavabdeh2 kreditor qarşısında borclu MMC ilə birgə məsuliyyət daşıması barədə gəlinən nəticə düzgündür.

28. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq nor malarının dispozitiv şərtləri baxımından iddianın Cavabdeh2 qarşı hissədə təmin edilməsinə imkan verir.

29. Məhkəmə kollegiyası Cavabdeh2 kredit müqaviləsi üzrə zamin kimi məsuliyyət daşısa da, əmlak məsuliyyəti daşımaması barədə dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh2 əmlakına hər hansı yönəlmə olmamış, Cavabdeh2 pul, elə zamin kimi tutulmuşdur.

30. Bu baxımdan, şikayətin dəlilləri əsassızdır.

31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh2 Məmməd oğlunun kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4836/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar