Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-831/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-831/2023 (Açar sözlər: əmək müqaviləsinə xitamın əsasları; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X21 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-317/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsinə əsasən, İddiaçı və cavabdeh apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(006)- 8982/2017 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri 162 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, K-615 saylı əmri ləğv edilmiş, İddiaçı Bakı şəhəri 162 saylı tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi qət olunmuşdur.
2. Bakı şəhəri 162 saylı tam orta məktəbin əməkdaşları tərəfindən tərtib edilmiş: - 09 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində ölkə ərazisindəki pandemiya şəraitini nəzərə almayaraq maskasız No-li kabinetdə 16-17 nəfər ibtidai sinif müəllimlərini yığaraq icazəsiz iclas keçirtmişdir. Məktəbin mühafizəçisi Mirzəliyeva Hicran İddiaçı yaxınlaşaraq bu formada iclas keçir tməyin yolverilməz olduğunu bildirmişdir. Daha sonra, direktor Arzu Nəzərova da kabinetə yaxınlaşaraq eyni iradı bildirmiş, lakin İddiaçı direktoru saymayaraq çıxışına davam etmişdir. -11 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14-00 radələrində direktor Arzu Nəzərova müəllimləri və direktor müavini İddiaçı otağa dəvət etmişdir. İddiaçı qəbul otağında dayanaraq “məni bura niyə çağırmısan” soruşduqda direktor Arzu Nəzərova idarə tərəfindən verilən intizam tənbehinin müzakirəsinə görə çağırdığını demişdir. Mələhat Hüseynova “get işinlə məşğul ol mən səninlə heç nəyi müzakirə etmirəm” demiş, direktor ona əyləşməyi və sona qədər qulaq asmağı təklif edəndə, İddiaçı “sən kimsən ki, mən sənin kimi şərəfsiz, tərbiyəsiz adama tabe olmara m” deyərək otaqdan çıxmışdır. Yenidən qayıdaraq direktora “səni tanyan tanıyır sən necə tərbiyəsiz adamsan, o kresloya da yaraşmırsan. O, prezident aparatına teleqram yazaraq Məhəbbət Vəliyevanı, Rəşad Tağıyevi və Arzu Nəzərovanı yoxlamaqlarını istəmişdir. Sənin də vaxtına az qalıb” deyərək, vəzifə başında olan direktorun şərəf və ləyaqətini alçaldaraq hədələmişdir. -28 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işə 10:03 radələrində gəlmişdir. -28 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, dəfələrlə olduğu kimi, xx.xx.2020-ci il tarixlərində saat 10-50 radələrində təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı direktorun otağına əlində dərs bölgüsü ilə uca səslə daxil olaraq tərtib olunmuş dərs bölgüsünə irad bildirərək direktor Arzu Nəzərovanı iş başında olarkən nalayiq sözlərlə “sənin kimi şərəfsiz burda oturmamalıdır”, bu gün Azərbaycan ordusu şəhid verib, sən isə burada oturubsan, səviyyəsiz, savadsız” deyə təhqir etmiş, onun şəxsiyyətini alçaltmışdır. -30 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, 30 sentyabr 2020-ci il tarixlərində saat 17-05 radələrində məktəbin giriş qapısında yerləşdirdikləri elan lövhəsində siniflərin hansı qaydada məktəbə gəlməkləri, dərs cədvəlləri və.s elanlarla valideynlər tanış olan zaman məktəbin ibtidai siniflər üzrə direktor müavini İddiaçı maraqla oxumaqlarını görərək “o yazılara inanmayın!”, “sizi aldadır!”, “yazılanlar səhvdir!” deyərək növbəti dəfə məktəbin rəhbərini məsxərəyə qoyaraq o nu nüfuzdan salmağa, sakit iş mühitini pozmağa çalışmışdır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X10 məktəb həyətinə daxil olarkən valideynlər ona yaxınlaşaraq təlaş içində” bu nə deməkdir”, “biz indi bu elanlaramı yoxsa Məlahət xanıma inanaq” demişdirlər. - 30 sentyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işə 09:00 radələrində gəlmişdir.
3. Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 oktyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə aparılan araşdırma ilə əlaqədar BŞTİ-yə dəvət olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı 06 oktyabr 2020-ci il tarixdə, saat 14:30 radələrində BŞTİ-nin 402 nömrəli xidməti otağına gəlmişdir. Araşdırma ilə əlaqədar İddiaçı suallar verilərək izahat yazmaq təklif olunduqda o, izahatını ümumi sözlərlə ifadə edərək suallara cavab verməkdən imtina etmişdir. 4. 19 noyabr 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xəstəliyini səbəb göstərməklə uzun müddət işə çıxmaması və hazırda xəstəliyinin davam edib-etməməsini öyrənmək məqsədilə, onunla xx.xx.2020-ci il tarixdə ********** nömrəli mobil nömrədən istifadəsində olan ********** nömrəli mobil nömrəsinə zəng olunaraq əlaqə saxlanıldı. Telefon danışığı zamanı İddiaçı bildirdi ki, 13 oktyabr tarixdən açılmış xəstəlik vərəqəsi bağlanmışdır, hazırda yeni xəstəlik vərəqəsi açılmamışdır. Buna baxmayaraq, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 162 nömrəli məktəbin rəhbərliyinə bu barədə heç bir məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, İddiaçı bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır.
5. Yuxarıda qeyd olunan aktlar üzrə Bakı şəhəri 162 saylı tam orta məktəbdə aparılmış araşdırmanın nəticələrinə dair 07 oktyabr 2020-ci il tarixdə arayış tərtib edilmişdir.
6. Qeyd olunan arayışın məzmunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin məzmunu ilə eynilik təşkil edir.
7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizamın və iş ahənginin pozulmasına yol verdiyinə görə Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi 19 noyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işbur axmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin N° K-1094 saylı, 19 noyabr 2020-ci il tarixli əmrin ləğv olunmaqla onun Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və xx.xx.2020-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(006)-8982/2017 saylı qətnaməsi ilə, Azərbaycan Respublikası Təhsil Na zirliyinin Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, K-615 saylı əmri ləğv edilmiş, iddiaçı direktor müavini vəzifəsinə bərpa olunmuş və ona xx.xx.2017-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əməkhaqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsi ilə qətnamə prosessual pozuntuya görə ləğv edilsə də, faktiki olaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(006)- 8982/2017 saylı qətnaməsi qüvvədə qalmış, Ali Məhkəmənin qərarı ilə Bakı Apel lyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmənin qətnaməsi icra olunduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən iddiaçı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunsa da, bərpa olunduğu gündən işdən çıxarıldığı günə kimi onunla istər məktəb direktoru, istərsə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi normal davranmamış, ona dəfələrlə bildirilmişdir ki, “gectez maddə ilə yenidən işdən çıxarılacaq, məhkəmənin qərarı ilə işə bərpa olunan şəxsin aralarında yeri yoxdur, qəbuledilməz şəxsdir, işində nöqsan axtarırlar, tapan kimi çıxarılacaqdır”. Daha sonra, iddiaçı işə bərpa olunduğu gündən bir gün sonra direktor Arzu Nəzərova (hansı ki, məktəb ə müvəqqəti təyin olunmuşdu) iddiaçını yanına çağırıb dedi ki, onu öz vəzifəsini icra etməyə qoymayacaq, başqa iş verəcəkdir. İddiaçı təhsil idarəsinə müraciət etdi, ondan sonra direktor A.Nəzərova tez-tez iddiaçını narahat edir, ibtidai siniflərin jurnallarını gizlədir, iddiaçının siniflərdə dərs dinləməsinə mane olur, texniki işçilərə iddiaçının adından yalan sözlər deyərək onların dalaşmasına şərait yaradırdı. Əlindən gələni edirdi ki, məktəbdə iddiaçının səsi çıxsın, o da bundan istifadə edib təhsil idarəsinə xəbər versin ki, iddiaçı işçilərlə dalaşır və ya mübahisə edir. Lakin İddiaçı direktorun onunla olan qərəzli hərəkətlərinə ümumiyyətlə məhəl qoymurdu. Daha sonra, direktor iddiaçıya 2019-cu ilin oktyabr ayından dərs vermədi, halbuki başqa müavinin dərsi var idi. Siniflərdə tez-tez müəllimlər dərs buraxır, valideyn müəllimin əvəzinə dərs keçir. İddiaçı bu baş verənlərə etiraz etsə də, direktor ona deyirdi ki, “özü bilər, ona aidiyyəti yoxdur”. Qanunsuz şəkildə başqa müavin və zavxoz direktorun göstərişi ilə ibtidai siniflərdən pul yığdıqları zaman, iddiaçı dərhal müdaxilə etdi. Sonra yazılı şəkildə direktora verdi və dedi ki, bu adamlar barəsində tədbir görmək lazımdı. Bir neçə gündən sonra direktor iddiaçıya dedi ki, “burada direktor özüdür, o bilər”. İddiaçı məhkəmənin qətnaməsi ilə bərpa olunduqdan sonra işlədiyi bir il ərzində ona stol, stul, otaq verilməyib, o, zavxozun otağında oturmuşdur. xx.xx.2020-ci il tarixində iddiaçı heç bir iclas keçirməmişdir. Sona müəllimənin dərsin başlanması ilə bağlı müəllimlərə tövsiyəsi var idi, danışırdı sinifdə hansı ki, dövlə t tərəfindən 10 nəfərin bir yerdə məsafəli şəkildə oturmağa icazə verilmişdi, hamısı da qoruyucu tibbi maskada, iddiaçı da axırıncı partada oturmuşdu və 10 nəfər müəllim də hərəsi bir partada məsafəli şəkildə oturmuşdu. Bir sözlə, iddiaçı heç bir iclas keçirməmişdir. Sona müəllimə də onlara dedi ki, direktordan icazə almışdır. Daha sonra, 2-ci bir ərizə göndərib təhsil idarəsinə o da tamamilə böhtandır. Orada xeyli müəllimlər iştirak edib və müəllimləri direktor öz otağına çağırıb. İddiaçı yazını yazıb çıxandan sonra gördü ki, Aydan onu çağırır. İddiaçı tez direktorun otağına gəldi, müəllimlər hamısı oturmuşdu, iddiaçı qapıdan içəri tərəfdə dayandı və salamlaşdı. Aydan Nəzərova heç bir söz demədən başladı müəllimə yaraşmayan şəkildə, sanki məktəbdə yox, bazarda imiş kimi qışqıra-qışqıra qa rğış etməyə. İddiaçı bir an nə olduğunu dərk etmədi, elə müəllimlər də çaş-baş qaldılar və heç kim heç nə başa düşmədi. Lakin bir xeyli qarğış, qışqırığdan sonra dedi ki, “Elnarə məlumat atıb, sən də saytlara onun səsini vermisən”. İddiaçı ondan sonra başa düşdü ki, o, nə demək istəyir. İddiaçı ona bu hal ilə əlaqədar öz iradını bildirmişdir. Direktor bildiyi şəkildə təhsil idarəsinə iddiaçı barəsində yalan və böhtan dolu məktublar göndərmişdir ki, həmin məktublara da imza atan şəxslər, onun məktəbə yerləşdirdiyi qohumlarıdır. İddiaçı BŞTİ-nin müdiri R.Tağıyevdən xahiş etdi ki, araşdırılsın, yoxlanılsın, lakin heç bir araşdırma və yoxlama aparılmamışdır. 12 oktyabr 2020-ci il tarixində iddiaçı Həmkarların iclasına çağırıldı və həmin tarixdə iclasda iştirak etdi. xx.xx.2020-ci il tarixində Həmkarlar iclasının katibi iddiaçıya telefonla zəng vuraraq öz razılığı ilə işdən çıxmağını bildirdi, iddiaçı da öz növbəsində ərizə yazmayacağını bildirdi. xx.xx.2020-ci il tarixində iddiaçıya Bakı şəhəri üzrə Təhsil İdarəsindən zəng olundu və iddiaçının Əmək Məcəlləsinin “70”-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə əmr verildiyini, gəlib idarədən əmri və əmək kitabçasını götürə biləcəyi bildirildi. İddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsində getmiş və ona bildirilmişdir ki, iddiaçı barəsində heç bir əmr verilməyib. Məhz bu səbəbdən, iddiaçı xx.xx.2020-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsində rəsmi ərizə ilə müraciət etdi və poçt vasitəsi ilə göndərdi. Nəhayət, 23 noyabr 2020-ci il tarixində Azərbaycan Respub likası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-1094 saylı, 19 noyabr 2020-ci il tarixli əmrinin surəti iddiaçının poçt ünvanına rəsmi şəkildə göndərilsə də, əmək kitabçası verilmədi. Sözügedən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin K-1094 saylı, 19 noyabr 2020-ci il tarixli əmri tam qanunsuz və əsassız bir əmrdir. Belə ki, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı “dəfələrlə ona olunan xəbərdarlıqlara baxmayaraq, cari təqvim ili ərzində bir neçə saat işə gec gəlmiş, habelə məktəb rəhbərliyi və müəllimlərə qarşı münasibətdə ‘‘Müəllimlərin etik davranış qaydaları”nın tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam- intizamın və iş ahənginin pozulmasına, təhsil müəssisəsinin nüfuzuna xələl gəlməsinə səbəb olan hərəkətlərə yol v ermişdir”. Halbuki, qeyd edilənlər tamamilə əsassızdır və heç bir sübuta əsaslanmayan fərziyyələrdən, böhtandan başqa bir şey deyildir. Çünki iddiaçı işlədiyi 38 illik müəllimlik fəaliyyəti müddətində 1 dəqiqə olsun belə işə gecikməmiş, hər zaman nizam- intizamlı olmuşdur. Əgər gecikmiş olsaydı, ondan izahat tələb olunardı, iddiaçıdan da indiyə kimi belə bir izahat tələb olunmayıb. Çünkü izahatın yazılmasını zəruri edəcək iddiaçı tərəfindən hər hansı bir qanunsuz hərəkət olmamışdır. Daha sonra, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı “ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, xx.xx.2020-ci il tarixində ibtidai sinif müəllimlərini bir yerə toplayaraq, sanitar gigiyenik qaydalara əməl etmədən (üz maskası, ara məsafəsi saxlamadan) məktəbdə kütləvi halda i clas təşkil etmişdir. Bununla bağlı məktəbin direktoru tərəfindən ona bildirilən irada nümayişkaranə şəkildə əhəmiyyət verməyərək iclası davam etdirmişdir”. Qanunsuz əmrin bu hissəsi də təbii ki, tamamilə əsassızdır və gülünc doğurur. Əvvəla məktəbdə iddiaçı həmin tarixdə belə bir iclas keçirməmişdir. İclasın kim tərəfindən keçirilməsi yuxarıda qeyd olunub. O ki, qaldı karantin qaydalarının tələblərinə əməl olunmamasına, bu tamamilə böhtan və şərdir. Belə ki, müəllim və ya müəllimələrin tibbi maskasız ümumiyyətlə məktəbə gəlmələri qadağan olunmuşdur. Daha sonra, qanunsuz əmrdə qeyd edilmişdir ki, guya iddiaçı işçiləri təhqir etmişdir. Bu isə tamamilə ağ yalandır. İddiaçı işlədiyi bütün məktəblərdə hələ heç kim deyə bilməz ki, o, kimisə nalayiq söyüşlərlə təhqir etmiş, kiməsə şəxsiyyətinə t oxunan və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bir daha görünür ki, əmrdə adları qeyd edilmiş şəxslərin iddiaçının onlar haqqında o cür ifadələr işlədib-işlətməməyi sübut olunmalıdır. Əmri bəzəmək xətrinə geniş, uzun-uzadı gülməli sözləri yazmaq olar və əsas odur ki, sübuta yetirilsin. Daha sonra, qanunsuz əmrin digər hissələri söz toplusudur. Əsassız əmrin sonuncu hissəsinə qeyd edilmişdir ki, “İddiaçı ilə xx.xx.2020- ci il tarixdə əlaqə saxlanılmış və onun xəstəlik vərəqəsinin bağlandığı məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsində və məktəbin rəhbərliyinə məlumat verməmişdir. Xəstəlik vərəqəsinin bağlanmasına baxmayaraq, bugünədək üzrsüz səbəbdən işə çıxmamışdır”. Bu da tamamilə əsassızdır. Halbuki, iddiaçı bülletendə olmağı barədə məktəbin direktoruna şəxsən məlumat vermiş və xəstəlik vərəqəsi bağlandığı gün onu işdən azad ediblər, bülletendə olarkən məktəbin direktoru dəfələrlə iddiaçıya bildirmişdir ki, onun işdən azad olunmağı barədə əmrin fabulası artıq hazırdı, bülleten müddəti bitən kimi, onu işdən çıxaracaqlar. Əmrdə yazılanlar həqiqəti əks etdirmir və sadəcə olaraq utopik söz toplusudur, qanunsuz əmr faktlara deyil fərziyyələrə əsaslanmışdır. Göründüyü kimi, cavabdeh idarə iddiaçının məhkəmənin qətnaməsi ilə işə bərpa olunmağını həzm edə bilməmiş və ona şər atmaq yolu ilə, müxtəlif əsassız bəhanələrlə onun işdən azad olunmağı üçün qabaqcadan düşünülmüş şəkildə ssenari hazırlamışdır ki, bu da məhkəməyə təqdim etdiyi sübutlarla sübut olunur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)16 57/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir.
11. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verərək məktəbdaxili nizam-intizamı, iş ahəngini kobud şəkildə pozmuş, bununla da təhsil müəssisəsinin və ümumilikdə Təhsil Nazirliyinin nüfuzuna və qanuni mənafelərinə zərər yetirmiş, h abelə xüsusi karantin rejiminin tələbini pozmuşdur. Bununla yanaşı İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın tələbləri də kobud şəkildə pozulmuşdur. Məhkəmə iddiaçının ona intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən yazılı izahatın alınmaması ilə bağlı gətirdiyi dəlil ilə əlaqədar qeyd etmişdir ki, araşdırma aparılan zaman İddiaçı İdarənin inzibati binasına dəvət olunmuş və ona suallar verilərək izahat yazmaq təklif olunduqda o, xx.xx.2020-ci il tarixli yazılı izahatını ümumi sözlərlə ifadə edərək əlavə suallara cavab verməkdən imtina etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, xəstəlik vərəqəsinin bağlanmasına baxmay araq, İddiaçı üzrsüz səbəbdən işə çıxmamışdır. Bu səbəbdən işdə hesab olunduğu üçün İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydalarının tələblərini dəfələrlə pozaraq müəssisədaxili nizam-intizam və iş ahənginin pozulmasına yol verdiyinə görə müəssisənin rəhbərliyi tərəfindən məlum əmr qəbul edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinin «a» bəndinə, 12-ci maddəsinin «c» bəndinə, 70ci maddəsinin «ç» bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinə, 186-cı maddəs inin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-1657/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə həmin vəsatəti açıq saxlamış və münasibət bildirəcəyini qeyd etmişdir. Lakin araşdırma aparmaq yerinə işi tez yekunlaşdırmışdır. Onun kobud səhvlərə yol verməsi, işin ahənginin pozulması ilə bağlı heç bir sübut yoxdur. Karantin dövründə o, heç bir iclas keçirməmişdir. İclası Sona müəllimə keçirmiş, onun da iş materiallarında ərizəsi vardır. O, dəfələrlə Sona müəllimənin dindirilməsini xahiş etsə də, məhkəmə Sona müəlliməni dindirməmişdir.
15. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə xətşünaslıq və əlavə məhkəməxətşünaslıq ekspertizaları təyin edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1287 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X11” yazıları qarşısındakı imza ilə X2 adına olan 05 oktyabr 2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqindəki imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdi m olunmuş, xx.xx.2020-ci il tarixli aktda “Mirzəyeva Hicran Mirzə qızı” yazıları qarşısındakı imza ilə Mirzəyeva Hicran Mirzə qızının adına olan 05 oktyabr 2020-ci il tarixli izahatın 1-3-cü vərəqindəki imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli 2 ədəd aktda “X12” yazıları qarşısındakı imza ilə X3 adına olan 02 oktyabr 2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqlərindəki imzalar-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X26” yazıları qarşısındakı imza ilə xx.xx.2020-ci il tarixli aktda “X26” yazıları qarşısındakı imza-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizayə təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “Süleymanlı Nurlana” yazıları qarşısındakı imza ilə xx.xx.2020-ci il tarixli aktda “X13” yazıları qarşısındakı imza, X4 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X17” yazıları qarşısındakı imza ilə X7 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X18” yazıları qarşısındakı imza ilə X8 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “Mirzəyeva Hicran Mirzə qızı” yazıları qarşısındakı imza ilə xx.xx.2020-ci il tarixli aktda “Mirzəyeva Hicran Mirzə qızı” yazıları qarşısındakı imza, Mirzəyeva Hicran Mirzə qızının adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-3- cü vərəqələrində imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X19” yazıları qarşısındakı imza, xx.xx.2020-ci il tarixli aktda “X19 yazıları qarşısındakı imza, X9 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci, 2-ci vərəqələrində olan imzalarmüxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli aktda “X28” qızı yazıları qarşısındakı imza ilə X5 adına olan xx.xx.2020-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqələrindəki imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkə zinin 24 noyabr 2021-ci il tarixli, 4/1287 saylı əlavə rəyinə əsasən ekspertizayə təqdim olunmuş, xx.xx.2020-ci il tarixli X7 adından olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində “Təsdiq edirəm” yazılarının qarşısında olan imza və 2-ci vərəqinin aşağı hissəsində “İmza” qrafasında olan imza-X17 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “Mirzəyeva Hicran Mirzə qızı” yazılarının qarşısında olan imza və 05 oktyabr 2020-ci il tarixli “İzahat”ın 1-3-cü vərəqlərində olan imzalar- Mirzəyeva Hicran Mirzə qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X19” yazılarının qarşısında olan imza və xx.xx.2020-ci il tarixili “İzahat”ın 1-2-ci vərəqələrinin sonunda olan imzala r X19 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli X6 adından olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində “Təsdiq edirəm” yazılarının qarşısında olan imza və 2-ci vərəqinin aşağı hissəsində “xx.xx.2020” rəqəmlərinin üst hissəsində olan imza-X14 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X17” yazılarının qarşısında olan imza-X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020- ci il tarixli “Akt”ın aşağı hissəsində “Mirzəyeva Hicran Mirzə qızı” yazılarının qarşısında olan imzaMirzəyeva Hicran Mirzə qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X19” yazılarının qarşısında olan imza- X19 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2020-ci il tarixli “Akt”ın aşağı hissəsində “X15” yazılarının qarşısında olan imza- X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-317/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ( hakimlər Xəyal Sarıyev ( sədrlik edən və məruzəçi hakim), Emin Mehdiyev və Namiq Cəfərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)1657/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.x x.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ləğv edilmiş, İddiaçı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixindən qətnamə icra olunan dövrə kimi məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir.
20. Kollegiya ilkin olaraq əmrin verilməsi üçün əsas olan iddiaçı barəsində tərtib olunmuş aktlarla bağlı qeyd etmişdir ki, şahid qismində ifadə vermiş Nurməmmədova Hicran Mirzə qızı, X1 Mərdan Əhməd oğlu akt və izahatların onlar tərəfindən yazıldığını və imzalandığını bildirmişlər. Apellyasiya mərhələsində iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə xətşünaslıq və əlavə məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir.
21. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda e kspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
22. Kollegiya şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində və apellyasiya mərhələsində işə baxılarkən ifadə vermiş şahidlər imzaların onlara məxsus olmaları, iddiaçının direktorun barəsində ağır sözlər deməsini qeyd etsələr də, bununla bağlı ətraflı məlumat (hansı tarixdə, vaxtda, şəraitdə, harada və.s kimi hallar) verməmişlər. Buna görə də, hazırkı apellyasiya mərhələsində cavabdeh tərəfdən şahidlərin iştiraklarının təmin olunmaları tələb olunsa da, yalnız şahidlər X18 və X9 iştirakları təmin olunmuşdur.
23. Kollegiya şahid ifad ələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək, hesab etmişdir ki, ifadələr bir-birinə tamamilə ziddiyyət təşkil edir. Belə ki, hər iki şahid 28 sentyabr 2020-ci il tarixli aktla bağlı ifadə verərkən, şahid V.Mustafayeva girəcəkdə (katibənin otağında) olduğunu bildirdiyi halda, şahid M.Mustafayev V.Mustafayevanın direktorun otağında olduğunu bildirmişdir. Şahid V.Mustafayeva direktorun otağında müəllimələr Nübar və Sonanın olduğunu qeyd etsə də, tərtib edilmiş aktda həmin müəllimələr qeyd olunmamışdır. Akt xx.xx.2020-ci ildə tərtib edildiyi halda, şahid M.Mustafayev aktın qış aylarında tərtib edildiyini israrla bildirmişdir.
24. Bundan əlavə ekspert tərəfindən xx.xx.2020-ci il tarixli aktda X8 imzasının qarşısında olan imzanın müxtəlif şəxslər tərəfindən icra olunmasın ı qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iltizama imza etmiş X8 imzası ilə xx.xx.2020-ci il tarixli aktda olan imzanın tamamilə başqa imzalar olması bir daha müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli akt mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, akt-baş vermiş hər hansı hadisədə iştirak etmiş şəxslər tərəfindən bilavasitə tərtib olunur.
25. Bundan əlavə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktda şahid X9 imza etməsi qeyd olunsa da, şahid M.Mustafayev qeyd olunan akt barədə məhkəməyə heç bir məlumat verməmiş, əlavə ekspert tərəfindən həmin aktda olan imzanın M.Mustafayev tərəfindən icra olunmadığı qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan hallar xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul olunmasına şübhə yaratdığından, bu şübhənin digər mötəbər sübutlarla aradan qaldırılması mümkün olmadığından, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akt mötəbər sübut kimi qəbul oluna bilməz.
26. Kollegiya qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli aktda iddiaçının işə saat 10-03də, xx.xx.2020-ci il tarixli aktda işə saat 09-00-da gəlməsinin qeyd olunması, ƏM-nin 72-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən kobud pozuntu hesab olunmadığından, ƏM-nin 70- ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmə üçün əsas yaratmır. Həmçinin xx.xx.2020-ci il tarixli aktda iddiaçının No-li kabinetdə maskasız 16-17 nəfər ibtidai sinif müəllimlərini yığaraq icazəsiz iclas keçirməsi qeyd olunsa da, onun karantin rejimini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci ma ddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir. İş materiallarında olan aktda qeyd olunmuş ibtidai siniflər üzrə metodbirləşmə sədri X26 tərəfindən yazılmış izahatdan görünür ki, o, xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydalarına əməl olunmaqla, müəllimələrin maskadan istifadə etməklə iclas keçirmələrini qeyd etmişdir. (1-ci cild, 179-cu səhifə).
27. Bununla yanaşı ekspert xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aktda X20 qarşısındakı imzanın müxtəlif şəxs tərəfindən icra olunduğunu qeyd etmişdir. Göründüyü kimi aktlardan xx.xx.2020-ci il tarixli aktda X20, xx.xx.2020-ci il tarixli aktda X26, X17, Süleymanlı Nurlananın, xx.xx.2020-ci il tarixli aktda Mirzəyeva Hicran Mirzə qızının, digər xx.xx.2020-ci il tarixli aktda X5 im zalarının həmin şəxslərə məxsus olmadıqları ekspert rəyində qeyd olunmuşdur.
28. Bütün bunlarla yanaşı kollegiya qeyd etmişdir ki, tərtib olunmuş aktların heç birində iddiaçıya aktları imzalamağın təklif olunması, sonuncunun həmin aktları imzalamaqdan imtina etməsi qeyd olunmamışdır. Aktlarla bağlı qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, əmək müqaviləsinin ləğv edilməsinə əsas olan həmin aktlar işəgötürənin tabeliyində olan şəxslər tərəfindən formal olaraq tərtib olunmaqla, mötəbər sübut kimi qəbul oluna bilməz.
29. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, tərtib edilmiş hər bir akt üzrə qanunvericiliyin tələbinə uyğun bir ay müddətində intizam tənbehi verilməmişdir.
30. Bundan əlavə cavabdeh tərəf işdən azad olunma barədə əmrdə iddiaçının barəsində xx.xx.2020-ci il tarixdən xə stəlik vərəqəsinin olması, sonuncunun bu səbəbdən işə çıxmaması, intizam tənbehinin verilməsinin ƏM-nin 79-cu maddəsinn 1-ci hissəsinə əsasən təxirə salınması, xx.xx.2020-ci ildə iddiaçı ilə əlaqə saxlanılması, sonuncunun xəstəlik vərəqəsinin bağlandığını bildirməsi, xəstəlik vərəqəsinin bağlandığı vaxtdan işə çıxmadığını qeyd etsə də, iddiaçı tərəf barəsində xəstəlik vərəqəsinin olmadığını, həmişə vaxtında işdə olmasını qeyd etmiş, cavabdehin qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
31. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, K-1094 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü mad dəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur.
32. Kollegiya qeyd etmişdir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
33. Qanunverici əmək müqaviləsinə ƏM-nin 70-ci madd əsinin “ç” bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Lakin əmrdə cavabde h məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır.
34. Kollegiya gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci, 2-ci hissəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 12-ci maddəsinin “c” bəndinə,70-ci maddəsinin “ç” bəndinə,71-ci maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1-ci, 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh kassasiya şikayəti verərək (Vək il2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 05 noyabr 2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə zidd qətnamə qəbul edilmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsi real əsasları bir kənara qoyub formal əsaslara istinad edilməsi yolu ilə çıxarılmışdır. Belə ki, həm şahid ifadələrində, həm də izahatlarda İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”-nı dəfələrlə pozması öz təsdiqini tapmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88, 97-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Bakı Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə iddiaçı şəxsin iddiasının təmin ediməsinə dair verdiyi apellyasiya şikayətinin təmin edilməsi əsaslarından digəri isə iddiaçının heç bir əsası olmayan xx.xx.2020-ci il tarixində Bakı şəhəri Təhsil İdarəsinə səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlik vərəqəsinin açılmasına dair verdiyi məlumatın məhkəmə iclasında inkar etməsidir. Belə ki, bu fakt Bakı şəhəri Təhsil İdarəsinin 19 noyabr 2020-ci il tarixli “Akt”ında öz təsdiqini tapmışdır. İddiaçı tərəf “İdarəyə” xx.xx.2021-ci il tarixində b elə məlumatı verməsinə baxmayaraq məhkəmə iclasında bunu inkar etmişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində yalnız iddiaçının sözlərinə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, işin mahiyyətini təşkil edən və məhkəmə tərəfindən araşdırılması zəruri olan məsələlərdən biridə xx.xx.2020-ci il tarixində xəstəlik vərəqəsinin olub-olmamasını müəyyən etməkdir. Lakin Məhkəmə sadəcə iddiaçının dediklərinə istinad etmiş, sözügedən tarixlərdə xəstəlik vərəqəsinin olub-olmaması barədə aidiyyəti quruma sorğu verməli olduğu halda bu sorğunu verməmişdir.
38. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti r ədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hər hansı bir xüsusi bilik tələb olunan sualların olmamasına baxmayaraq iş üzrə ekspertiza təyin edilməsinə dair əsassız və bitərəfli qərar qəbul etmişdir. İş üzrə xx.xx.2021-ci tarixli 2(103)-6928/2021 saylı iş üzrə ekspertiza təyin edilməsinə dair qərardad hakim Anar Tanrıverdiyev tərəfindən qəbul edilmişdir. Daha sonra məhkəmə gedişatı zamanı iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlum olmuşdur ki, məhkəmə tərkibinə etiraz edilməsi üçün əsaslar mövcüddur. Məhkəmə tərkibinə etiraz edildikdən sonra iş baxılması üçün başqa tərkibə verilmişdir. Lakin iş baxılması üçün yeni tərkibə keçdikdən sonra, iş üzrə xəttşün aslıq ekspertizası təyin etmiş öncəki məhkəmə tərkibinin bu qərarının qanuni olub-olmaması məsələsi müzakirə edilməmişdir. Belə ki, iddiaçı tərəfin mübahisə etdiyi imzaları imzalayan şəxslər mübahisə etməmiş və imzaların onlara məxsus olmasını bildirmişlər. Lakin bunlara baxmayaraq sonradan etiraz edilmiş tərkib heç bir əsası olmadan iş üzrə xəttşünaslıq ekspertizası təyin etmişdir. Göründüyü kimi həmin mübahisəli ekspertiza rəyi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biri olmuşdur. Belə ki, xəttşünaslıq ekspertizasının təyin edilməsi üçün heç bir əsas və zərurət olmamasına, imzalayan şəxslərin öz imzalarının mübahisələndirməməsinə, iş materiallarının içində imzalayan şəxslərin araşdırılan faktı təsdiq edən kifayət qədər sübut və izahatlarının olmasına baxmayaraq iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. İşə baxan öncəki tərkibin qərəzli şəkildə əsassız xəttşünaslıq ekspertizası təyin etməsi həmin tərkibə etiraz üçün zəmin yaratmışdır. Lakin iş yeni tərkibdə baxılarkən belə həmin qərardadın qanuniliyi yoxlanılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
40. Kassasiya şikayətinə etiraz iddia ərizəsinin məzmununda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş üzrə tam düzgün və əsaslandırılmış qətnamə çıxarılmış, sübutlar obyektiv araşdırılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tam formal xarakter daşıyır, maddi və prosessual hüquq pozuntularını n nədə ifadə olunması göstərilməmişdir. Cavabdeh ekspert rəylərini mübahisələndirsə də nə şifahi nə də yazılı qaydada müvafiq ekspert rəylərinə qarşı hər hansı bir etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
41. Maddə 87 (1-ci hissə). intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
42. Maddə 87 (2-ci hissə). intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
43. Maddə 11 (1-ci hissə “b” bəndi). əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qayda da və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
44. Maddə 68 (1-ci hissə). əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
45. Maddə 68 (2-ci hissə “a” bəndi). tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
46. Maddə 12 (“c” bəndi). əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
47. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
48. Maddə 71 (ikinci hissə). Bu məcəllənin 70-ci maddəsinin “ç” bə ndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla,etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;
49. Maddə 71 (üçüncü hissə). işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
50. Maddə 84 (birinci hissə). əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisə nin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.
51. Maddə 84 (ikinci hissəsi). bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız h esab edilə bilər.
52. Maddə 300 (birinci hissə) əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. M əhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsa slandırılmışdır.
66. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
68. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
69. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli 2(103)317/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an