Məhkəmə qərarları › İş №2(102)-831/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-831/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-831/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialını maraqlı şəxs qismində cəlb etdiyi iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1846/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2024-cü il tarixli məktubuna və Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 5-64-51-/3-2-8/2024 saylı, xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Laçın rayonunun “Dadaş Bünyadzadə” adına kolxozunun 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olar aq həmin kolxozun Laçın rayonunun Ərdəşəvi kəndindəki idarə binasında qalmışdır. Odur ki, Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək həmin kolxozda işləməsinə dair heç bir məlumat yoxdur; 3. 0859324 nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən şahid X11 xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda çilingər, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə kimi isə sürücü işləmişdir; 4. 0625089 nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətinə əsasən şahid X10 xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə kimi isə baş aqranom vəzifəsində işləmişdir;

5. Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-373/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, şahid X7 xx.xx.1970-ci ildən xx.xx.1973cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1999-cu kimi Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda çoban işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il tarixdə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuş, xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək “D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdir. Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası və kolxozun bütün sənədləri 1992ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ü çün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kolxozda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümay əndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Ərizəçi ərizədə xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək Laçın rayonu “D. Bünyadzadə” adına kolxozda fəhlə işlədiyini iddia edir. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbi ilə Ərizəçi xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək Laçın rayonu “D. Bünyadzadə” adına kolxozda fəhlə kimi işlədiyini təsdiq edən arxiv sənədləri barədə heç bir sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Beləliklə, ərizəçinin sözügedən vəzifələrdə işlədiyini göstərən hər hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının (o cümlədən Laçın rayonunun) vaxtilə işğal olunması səbəbi ilə iş stajının yerində yoxlanılması mümkün olmamışdır. İş stajının təs diq olunması üçün ən azı iki nəfər şahid olmalıdır. Şahidlər ərizəçini birgə işdən tanımalı, eyni dövrdə işləməli, ərizəçidən fərqli olaraq iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. Odur ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda çilingər, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə kimi sürücü işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdır.

10. Məhkəmə iclasında ş ahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə kimi isə baş aqranom işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o, xx.xx.1970-ci ildən xx.xx.1973-cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1999-cu kimi Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda çoban işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdir.

12. Azər baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, icraatda olan 2(047)-707/2024 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Bu məqama digər tərəfdən yanaşdıqda həmin dövrdə, eyni sovxozda işləmiş şahidlərin müvafiq sənədləri mövcuddursa, Ərizəçi hər hansı sənədinin olmaması mümkünsüzdür.

13. Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) 3 sentyabr 2024-cü il tarixli, 2(047)-707/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilm iş, Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin Laçın rayon “D.Bünyadzadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, mə hkəmə iclası zamanı Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi.

15. Məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 307.1, 308, 309.1, 310.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bəndinə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat

17. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin ərizəçinin sözügedən dövrlərdə işlədiyini göstərən hər hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının (o cümlədən Laçın rayonunun) vaxtilə işğal olunması səbəbi ilə iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, şahid X13 və X8 əmək kitabçalar ının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İş materiallarından aydın olur ki, X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsi qeyd edilməmişdir. Digər tərəfdən Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeyd xx.xx.1985-ci il tarixə aiddir. Digər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeyd isə xx.xx.1978-ci il tarixə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli № 175 saylı qərarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının hesablanması zamanı diqqət yetirilən ünsürlərdən biri də kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənəd kolxozçunun əmək kitabçasıdır (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə). Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizə çinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyənedilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Hazırkı işdə isə şahid X13 və X8 əmək kitabçalarının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Bu müddəalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə,əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsəl ən, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Mahir Əsədli – sədrlik edən və məruzəçi, Tofiq Heydərov və Aytən Novruzova) 2(106)-1846/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Laçın Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(047)-707/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki,ərizəçinin Laçın rayon “D.Bünyad zadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon “D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin işləməsi şahidlər X11, X1 Daşdəmir Kərim oğlunun ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin m ötəbərliyi üçün əsas yaradır. Hazırda da ərizəçinin vaxtı ilə işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçinin hüquqi əhəmiyyətli fakt olaraq əmək stajına malik olma faktını təsdiq etmişdir.

22. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şahid X13 və X8 əmək kitabçalarının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İş materiallarından aydın olur ki, X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsi qeyd edilməmişdir. Digər tərəfdən Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeyd xx.xx.1985-ci il tarixə aiddir. Dig ər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeyd isə xx.xx.1978-ci il tarixə aiddir.

23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsinin qeyd edilməməsi, ona məxsus əmək kitabçasının etibarsız hesab edilməsi kimi qiymətləndirilə bilməz. X5 “D.Bünyadzadə” adına kolxozda işləməməsi anlamına gəlmir. Eyni zamanda Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeydin xx.xx.1985-ci il tarixə aid olması, digər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeydin isə xx.xx.1978-ci il tarixə aid olması apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Bundan başqa işdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-373/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, şahid X7 xx.xx.1970-ci ildən xx.xx.1973cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1999-cu kimi Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda çoban işləmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin ərizəsini təmin etmək üçün kifayət qədər əsalar mövcud olmuşdur. Ona görə də apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1, 307.2.1, 307.2.11, 308, 310.1, 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış,düzgün hüquqi nəticəyə gəlinməmişdir. Bu səbəbdən də qətnamə ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şahidlərin hər birinin əmə k kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasının olmaması şübhə doğurur. Ərizəçi əmək kitabçasının mövcud olmasını, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işlədiyini iddia etdiyi hər üç şahidin (X9, X8) əmək kitabçası vardır. Həmçinin şahidlərin 1992-cı ilədək işlədiklərini və əmək kitabçasalarının özündə olduğunu nəzərə alsaq, 1992-ci ildə işdən çıxmış ərizəçi də əmək kitabçasını ala bilərdi.

28. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əm ək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Lakin hazırki iş üzrə iki şahidin (X16 və Yusubov Yusub) əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iş materiallarından aydın olur ki, X2 işə daxil olma və işdən çıxma əmrlərinin nömrəsi qeyd edilməmişdir. Digər tərəfdən Y.Yusubovun xx.xx.2001-ci il tarixli əmək kitabçasındakı ilk qeyd xx.xx.1985-ci il tarixə aiddir. Digər şahid F.Əsədovun ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı ilk qeyd isə xx.xx.1978-ci il tarixə aiddir.Apellyasiya instansiya məhkəməsi müvafiq qanunvericilik aktlarının tələblərinə əməl etmədən, ərizəçinin tələb etdiyi bütöv dövr üzrə (xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək) ə rizəni təmin etmişdir.Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, ərizəçinin dəlillərinə düzgün münasibət bildirməmişdir.Məhkəmə kollegiyası tərəfindən müvafiq prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin müvafiq normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

34. Maddə 307.2.11. Məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

35. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpas ı mümkün olmasın.

36. Maddə 310.1.Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda fəhlə işləməsi faktı işdəki sübutlarla təsdiq olunur. Ərizəçi hüquqi əhəmiyyəti olan həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün ərizənin təmin edilməsi üçün qanuni əsa slar müəyyən edilmişdir.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və maraqlı şəxsin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1846/2024 nömrəli iş üzr ə 28 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar