Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-832/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6890/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qərardadından ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərin iddiaç ıya məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsindən çıxarılması və 2019-cu ilin fevral ayından hər ay üçün 200 manat hesablanmaqla 5.000 manat məbləğində kirayə haqqının cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16,060 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-234/2021) İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və s.» tələbinə dair iddiasının qismən təmin edilmə si, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.m ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pulun qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, 15,345 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin hər iki iddia tələbinə münasibətdə eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraa t Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-6890/2021) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-6890/2021) Bakı Apellyasi ya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qeyd olunan qətnamədən ilk dəfə verdiyi şikayət qanunverciliklə nəzərdə tutulmuş forma və məzmuna riayət edilmədiyi, vəkil tərəfindən tərtib edilmədiyi və imzalamadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6890/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırda cavabdeh İddiaçı qeyd olunan qətnamədən elektron qaydada yenidən kassasiya şikayəti vermişdir. Kollegiya cavabdeh İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək hesab etmişdir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarında olan poçt qəbzinə (xəbərnaməyə) əsasən cavabdeh İddiaçı qeyd olunan qətnamənin surətini 04 avqust 2021-ci il tarixdə almışdır. Lakin kassasiya şikayəti elektron qaydada 25 noyabr 2012-ci il tarixdə verilmişdir. Göründüyü kimi qətnamə iddiaçı tərəfindən 04.08.2021-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq, hazırki kassasiya şikayəti elektron qaydada 25.11.2021-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti bir aydan artıq keçdikdən sonra verilmişdir. Həmçinin, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(103)-6890/2021 saylı qərardadının ləğv edilməsi və iş baxılması üçün (rəsmi verilmiş kassasiya şikayətinin qəbul edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində şikayət verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edi lməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə şikayət geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ol an prosessual qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6890/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-832/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-832/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver