Məhkəmə qərarları › İş №2(102)-833/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-833/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-833/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı və vəkili İsmayılov Yusif Yaşar oğlunun iştirakı ilə, cavabdeh X5 və vəkili X8 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)2739/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun Abşeron rayon u Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3-də (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 1992-ci il tarixdə X11 və xx xxxxxx 1995-ci il tarixdə Cavabdeh2 anadan olmuşlar. Cavabdehlə nikaha daxil olan gündən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18 saylı evin 61 saylı mənzilində, onun valideynlərinin yanında yaşamışdılar. İki qardaş olduqlarına görə valideynləri mənzili satıb pulunu qardaşı ilə onun arasında bölmüşdülər. Bir müddət kirayədə yaşayaraq pul yığmış, atasının mənzilindən ona çatası pulla birlikdə 2008-ci ildə Məmmədli kəndində 4000 manata 0,02 ha torpaq sahəsi almış, həmin torpaq sahəsində ev inşa etməyə başlamış və 5 ilə başa çatdırmışdılar. Bir müddət həmin evdə yaşayandan sonra evi kirayə verib, Bakı şəhəri, Nizami rayonunda ev kirayə edib orada yaşamışdılar. Bir az kirayədə yaşadıqdan sonra cavabdeh onu kirayə yaşadığı evdən qovmuş, onunla yaşamaq istəmədiyini bildirmişdir. ünvan 1 ünvanında yerləşən ev özbaşına tikili olduğuna görə “xxxx” açıq səhmdar cəmiyyəti ilə müqavilə bağlamış, müqavilədə ünvan şərti olaraq Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37 göstərilmişdir. Cavabdehlər ona həmin ünvanda yaşamağa imkan vermirlər. Hazırda onun yaşamağa yeri yoxdur və küçələrdə yaşayır. Buna görə də Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3-də yerləşən özbaşına tikilmiş mübahisə li evə köçürülməyi zərurəti yaranmışdır. Ev özbaşına inşa edilmişdir, onun və cavabdehlərin ev üzərində mülkiyyət hüququ yoxdur. O, uzun müddət həmin evdə yaşamışdır. Abşeron Rayon Məhkəməsinin (hakim Cavabdeh1) xx xxxxxx 2018-ci il tarixli, 2(012)4692/2018 saylı qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2739/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiyaşikayətitəminedilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı i ş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində onun tərəfindən istifadə edilməmiş ifadələr yazılmış, yalnışlığı aradan qaldırmaq məqsədilə protokola qeyd verilməsi və qətnaməyə düzəliş edilməsi ilə bağlı ərizə verilmiş, lakin məhkəmə ərizəni rədd etmişdir. Məhkəmə iclasında bildirmişdir ki, evin inşası başa çatdıqdan sonra müvəqqəti həmin evdə yaşamış, daha sonra evi kirayəyə verərək Çobanzadə küçəsinə köçmüşlər. Məhkəmə işin hallarını birtərəfli araşdırmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında işrirak edən İddiaçı və vəkili İsmayılov Yusif Yaşar oğlu kassasiya şikay ətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 və vəkili Tərlan Ağayev kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki K ollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4692/2018 saylı qətnaməsini ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 1727/12 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 xx xxxxxx 1992-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 79 nömrəli akt qeydi tərtib olunmuşdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bildirişdən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında abonent kimi **********03772 kod nömrəsi ilə qeydiyyata alın mışdır. X12 imzası xx xxxxxx 2018-ci il tarixdə notariat kontorunda təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) ünvanında yerləşən torpaq sahəsini 2010-cu ildə X1, həmin torpaq sahəsində X5 tərəfindən 3 otaqlı mətbəxdən ibarət fərdi yaşayış evi tikilmişdir, İddiaçı bu torpaq sahəsinə və evə heç bir aidiyyəti yoxdur, ona torpaq sahəsi satmamışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 67 saylı məktubdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndində yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, d öngə 3 (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də, daimi yaşamaq üçün tam yararlıdır, müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verir, ayrıca yaşayış sahəsidir və hazırda tərəflər mübahisəli evdə yaşamır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası MM-nin 11.1 və 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüq uq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 2010-cu ildə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsini Cavabdeh1 bacısı X2 Vüqar Sərdar oğlundan 4000 manata alıb orada 3 otaq və bir mətbəxdən ibarət ev tikmişdir, həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmamışdır, ayrıca yaşayış sahəsidir. Qeyd olun an bu hallar məhkəmə kollegiyasının iclasında cavabdeh X3 izahatı ilə də təsdiq olunmuşdur. Bundan başqa, İddiaçı və Cavabdeh1 birgə nikahları dövründə əldə etdikləri vəsait və iddiaçının valideynlərinin mənzilinin satılmasından əldə olunan vəsait hesabına 0,02 ha torpaq sahəsinin alınaraq orada mübahisəli fərdi yaşayış evinin tikilməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Həmçinin İddiaçı və Cavabdeh1 mübahisəli evdə hansısa müddət ərzində yaşamasına dair də iş materiallarında heç bir sübut yoxdur və tərəflər özləri də məhkəmə iclasında mübahisəli evdə heç vaxt yaşamadıqlarını etiraf etmişlər. Kassasiya kollegiyası hesab edir ki, Şumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnamə ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən prosessua l hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmetini təşkil edən tikilinin özbaşına tikili olması baxımından iddianın əsaslı olub-olmamasına qiymət vermək üçün tikilinin kim tərəfindən inşa edilməsinə, habelə həmin tikilinin yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisinin ödənilib-ödənilmədiyini, ödənildiyi halda isə kimin tərəfindən ödənilməsinə dair mühüm əhəmiyyət kəsb edən halları sübutların mümkünlüyü baxımından qiymətləndirməklə aydınlşdırmadan iş üzrə yekun nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar ə sasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin hazırkı işə səlahiyyəti çərçivəsində baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi halların mövcudluğunu aidiyyəti orqanlara (bələdiyyə) sorğu vermədən, habelə həmin torpaq sahəsinin kimin faktiki sahibliyində olmasına, tikilinin kim tərəfindən inşa edilməsini sadəcə olaraq tərəflərin izahatları əsasında müəyyən etməklə MPM-in 76.1 və 81-ci madd ələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normalarından göründüyü kimi, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz, digər tərəfdən iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarl a təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalə tli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci i l 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutların mümkünlüyü və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, prosessual qanunvericiliyə zidd şəkildə əldə edilmiş sübutlara istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməkl ə iş üzrə düzgün olmayan əsassız nəticəyə gəlmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi y enidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)2739/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar