Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-833/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10190/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyan və ödənilən dövlət rüsumu üzrə cəmi 6030 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 sentyabr 2020-ci il tarixdə səhər saat 06:30 radələrində qohumu X5 atasına məxsus heyvanları örüşə aparan zaman o da şəxsi təsərrüfatına aid 3 ədəd boğaz inəyi həmin heyvanlara qatmaqla örüşə aparmasını ona tapşırmışdır. Təxminən yarım saat sonra X5 ona zəng edərək, a ralıq yoldan heyvanları apararkən örüş sahəsinə hələ çatmamış elektrik naqilinin qırıldığını və ona məxsus 3 ədəd boğaz inəyin üstünə düşməklə onların ölümünə səbəb olduğunu bildirmişdir. Bundan dərhal sonra həmin sahəyə gedərək görmüşdür ki, elektrik dirəkləri arasında bərkidilmiş elektrik naqili orada olan ağaclara sürtünməsi və ya nasaz olması səbəbindən qırılmış və yerə düşərkən ona məxsus boğaz heyvanlara toxunaraq onların ölümünə səbəb olmuşdur. Məsələ ilə bağlı həmin gün Astara rayonu Şiyəkəran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin və sahə həkiminin iştirakı ilə akt tərtib olunmuşdur. Hadisədən sonra Cavabdeh1nə müraciət etməklə dəymiş ziyanın könüllü əsaslarla ödənilməsini xahiş etmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının atası X1 ifadəsində bildirmişdir ki, Astara rayonu Şiyəkəran kəndində yaşayır. Küçədə olarkən elektrik xətlərindən səslər gəldiyini eşitmiş və iddiaçıya bildirmişdir. İddiaçı dərhal işıq idarəsinə zəng vurmuşdur. Bir həftədən sonra elektrik xətlərinin qırılması nəticəsində 3 baş inəkləri ölmüşdür. Televiziya əməkdaşları gələrək hadisəni çəkmiş və işıq idarəsi ziyanı ödəyəcəyini vəd etmişdir. Razılaşmaya əsasən 2 inəyin pulunu verib, 1 inəyin pulunu verməyəcəkdilər. Lakin həmin ziyan ödənilmədiyindən prokurorluğa müraciət etmişlər. Prokurorluq da, onlara məhkəməyə müraciət etmələrini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 i fadəsində bildirmişdir ki, iddiaçının yaxın qohumudur. İribuynuzlu heyvanları sahəyə apararkən elektrik naqilinin qırıldığını görmüşdür. Dərhal iddiaçıya zəng vuraraq, elektrik naqilinin qırıldığını və 3 baş inəyin öldüyünü bildirmişdir. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Astara rayonu Şiyəkəran kəndində yaşayır. Küçədə işləyərkən XXX ona elektrik xətlərinin qırıldığını bildirmişdir. O, işıq idarəsinə zəng vurmuşdur. Bir həftədən sonra qeyd olunan hadisə baş vermişdir. Məhkəmədə tədqiq edilmiş Astara rayonu Şiyəkəran kəndinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin, sahə həkiminin, iddiaçının və təsərrüfatda fəhlə işləyən X3 iştirakı ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, 22 sentyabr 2020-ci il tarixdə səhər saat 06:30 radələrində mal-qaranı örüşə apararkən 4 kvlıq elektrik naqilinin qırılıb yola düşməsi nəticəsində iddiaçıya məxsus 3 boğaz inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Baytar həkimi tərəfindən ölmüş heyvanlara baxış keçirilərkən inək qara-ağ 5 yaşar 2 aylıq boğaz, inək qonur 5 yaşar 5-6 aylıq boğaz, inək qara 5 yaşar 6 aylıq boğaz olduğu müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş, iddiaçının, təsərrüfatda fəhlə işləyən X3 və kənd sakimi X2 iştirakı ilə tərtib edilmiş 22 sentyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, 22 sentyabr 2020-ci il tarixdə səhər saat 06:30 radələrində mal-qaranı örüşə aparan zaman elektrik xəttinin qırılıb yola düşməsi nəticəsində iddiaçıya məxsus 3 baş boğaz inəyi elektrik cərəyanı vuraraq öldürmüşdür. Nəticədə mal sahibi iddiaçıya 6-7 min m anat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə tədqiq olunmuş Astara rayonu “Penser” Bazarının direktoru tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “Penser” Bazarında 1 baş iri buynuzlu inəyin orta satış qiyməti 1800-1900 manatdır. Məhkəmədə müəyyən edilmişdir ki, 22 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinin zəng mərkəzindən Astara rayon Polis Şöbəsinin növbətçi hissəsinə Astara rayon Şiyəkəran kənd sakini X5 tərəfindən məlumat daxil olmuş, məlumata əsasən dayısına məxsus fermada elektrik naqillərinin qırılması nəticəsində 3 baş iri buynuzlu heyvanın (inək) ölməsi barədə məlumat verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3264/2021 nömrəli i ş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən 6000 manat məbləğində maddi ziyanın vurulması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş və ona qarşı yönələn iddia tələbinə dair etirazlarını bildirməmişdir. Odur ki, iddia təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 6000 manat məbləğində maddi ziyan, habelə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14, 21.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələ rinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, baş vermiş hadisədə cavabdehin təqsirini sübut edən sənəd iddia ərizəsinə əlavə edilməmiş və həmin hava elektrik xəttinin cavabdehə aid olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 3-cü bəndinə əsasən, gərginliyi 1000 volt adək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi. Həmin Qaydaların 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər, istifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təş kil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. İşin apellyasiya icraatı zamanı təqdim edilmiş Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 noyabr 2021-ci il tarixli, 918 saylı arayışında qeyd olunmuşdur ki, 22 sentyabr 2020-ci il tarixində iddiaçıya məxsus 3 baş iri buynuzlu mal-qaranın elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində tələf olduğu yer Astara rayonu Şiyəkəran kəndinin vətəndaşlara məxsus əmlak pay torpaqlarına və örüş yerinə gedən yoldur. Həmin ərazidə 7 fermer təsərrüfatı fəaliyyət göstərir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10190/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmməd ova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Eyvazov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdir. Qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1096.1-1096.2, 1097.1, 1099.1, 1108.1, 1108.2-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə səhvən mübahisəyə Mülki Məcəllənin 1096.1-ci maddəsini tətbiq etmişdir. Belə ki, hazırkı iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən ziyan arasında səbəbli əlaqə müəyyən olunmamış, iddiaçı Baytarlıq İdarəsinin rəyini məhkəməyə təqdim etməmiş və iddiaçıya məxsus malqaranın məhz elektrik cərəyanı vurması nəticəsində tələf olması sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə MPM-in 77.1, 88, 217.4, 218.1-ci maddələrini pozmuşdur. Belə ki, 22 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş akt hadisənin birbaşa şahidləri olmu ş şəxslərin iştirakı ilə tərtib edilməmiş, hadisənin nəticələrinin şahidlərinin iştirakı ilə tərtib olunmuşdur. Məhkəmə isə həmin aktı əsassız olaraq əhəmiyyətli sübut kimi qəbul etmişdir. Məhkəmə həmin aktı müvafiq ekspertizaya göndərməmiş, aktı imzalayan şəxslər şahid qismində məhkəməyə dəvət olunmamış, onların ifadələri alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektri k enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (maddə 1108.1). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tu tulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini və həmin qətnamənin qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsini qətnaməsindən verdiyi kassasiya şikayətini fərqli dəlillərlə əsaslandırması şikayətlər formal tərtib olunduğunu və verildiyini təsdiq edir. Kassasiya şikayətinin dəlilləri, həmçinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə koll egiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10190/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-833/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-833/2022
07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver