Məhkəmə qərarları › İş №2(102)-833/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-833/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-833/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi, əqdin etibarsız hesab edilməsi, işin həqiqi hallarının araşdırılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və əqdin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5829/2022 nömrəli iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 (vəkili Vəkil3 oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, “İnşaat Konstruksiya MMC ünvan 2 mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan hər kv.m üçün 1000 manat ödənilməklə 204 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında Payçı Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 101840 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş, müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. 2. xx.xx.2019-c u il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3cü giriş, 16-cı mərtəbə ümumi sahəsi 101.84 kv.m olan 204 saylı mənzilin dəyərini tam ödəmişdir. 3. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında notarial qaydada ilkin alqısatqı müqaviləsi bağlanmış, “İnşaat Konstruksiya MMC ünvan 2 mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil üçün 81472 manat ödənilməklə mənzili İddiaçı xx.xx.2019-cu il tarixdə təhvil verməyi və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, sonuncu isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu, həmçinin, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmilləşdirməyi öhdəsinə götürmüşdür. 4. xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderinə əsasən, İddiaçı tərəfindən ilkin alqısatqı üzrə 14 saylı notariat ofisinin xüsusi notariusu X1 hesabına 81.472 manat məbləğ köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağladığı ilkin alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşər ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili almışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.1-ci maddəsinə əsasən satıcı ünvan 2 mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ü/s 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzili xx.xx.2019-cu il tarixində təhvil verməyi öz üzərilərinə götürmüşlər. Lakin dəfələrlə müraciətlərinə baxmayaraq buna məhəl qoyulmamış və onun mənzili ona təhvil verilməmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-586/2021 saylı, 22 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Babək Qasımov) iddia təmin edilmişdir. 8. 19 avqust 2021-ci il tarixdə maraqlarına toxunan şəxs Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv olunmuşdur.

9. Birinci instansiya məhkəməsində 24 noyabr 2021 -ci il tarixdə işə baxılan zaman iddiaçının vəsatəti əsasında Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmişdir.

10. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında barışıq ələd ediləb ilər. Mübahisəli mənzil isə Ənvərə satılmamışdır. İddiaçıla MTK-nın rəhbərinin münasibətləri yaxşı olmuş, hansısa formada aralarında başqa bir razılaşmaya görə mənzil Ənvərə formal olaraq verilmiş, amma rəsmiyyətdə alqı-satqı ilə pulunu alaraq başqa bir nəfərə satlmışdır. Ənvər bu mənzilə pul verməmişdir.

11. Məhkəmə iclasında mübahisə predmenti barəsində Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 da iddia tələbini qəbul etməyərək bildirmişdir ki, MTK ilə Ənvər arasında bağlanmış müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Ən vərə müqavilədə xx.xx.2019-cu il tarixdə mənzilin təhvil verilməsi göstərilmişdir. Bundan başqa Fatma xanım tərəfindən mənzil xx.xx.2019-cu il tarixdə alınmış, xx.xx.2019-cu il tarixdə isə iddiaçı ilə MTK arasında müqavilə bağlanmışdır. Həmin 2 otaqlı mənzil Fatma xanım tərəfindən ödəniş tam ödənilməklə alınmışdır. Fatma xanım yaşlı qadın olduğu üçün imza edilməmişdir və orada MTK-nın imzası yetərli olmuşdur.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-61/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 mərtəbəli yaşayış binasının 3-cü girişinin, 16-cı mərtəbəsin də yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 nömrəli mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və bu mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ilkin xx.xx.2019-cu il tarixli müqavilədə Cavabdeh2 imzası olmamış, İddiaçı müqaviləsi notarial qaydada bağlandığı halda, Cavabdeh2 adına ilkin tərtib olunan müq avilədə tarix, alıcının adı və soyadı, mənzilin ünvanı və nömrəsi əllə yazılmış və müqavilənin nömrəsi qeyd edilməmişdir. Müqavilənin ilkin formasında mənzilin nömrəsi 204 qeyd edilsə də, xx.xx.2019-cu il tarixli sonrakı müqavilədə mənzilin nömrəsi 234 qeyd edilmişdir. Beləliklə də, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ilkin xx.xx.2019-cu il tarixli ilkin müqavilə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmışdır.

14. Məhkəmə həmçinin, qeyd etmişdir ki, müqavilə üzrə Cavabdeh2 imzası mövcud olmamışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alqısatqı müqaviləsi isə notarial qaydada təsdiq edilmiş, müqavilə zamanı mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə if adəsi olmuş və tərəflərin imzası öz əksini tapmışdır. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan vəsait notariusun hesab vasitəsi ilə cavabdeh MTK-ya ödənilmişdir.

15. Məhkəmə binada mənzillərin nömrəsinin dəyişdirilməsi ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 213 nömrəli məktubla "xxxx" MMC-nin Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının nəzərdə tutulmuş 15 mərtəbəyə əlavə olaraq 2 mərtəbə inşa olunduğu üçün mənzillərin nömrələrində fərq yarandığını və bu səbəbdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus 3-cü blok, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı, 204 saylı mənzilin nömrəsinin dəyişilərək yeni nömrə ilə 234 saylı mənzil kimi müəyyən edildiyini bildirmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə bu barədə məktubla məlumatlandırıldığı halda xx.xx.2019-cu il tarixli müqavilədə və kassa mədaxil orderində həmin mənzilin nömrəsinin 234 olması ağlabatan deyildir. Bundan əlavə 2019-cu ilin may ayında 204 saylı mənzillə bağlı MTK ilə Cavabdeh2 arasında əqd bağlanılmasına dair müqavilə bağlanılması, sonradan mənzilin nömrəsinin 234 nömrəyə dəyişdirilməsi ilə bağlı müqavilənin ləğv edilərək yeni müqavilənin bağlanılması bildirilsə də, müqavilənin bağlanıldığı gün, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən mənzilə dair 101840 manat ödənilməsi ilə bağlı kassa mədaxil orderində mənzilin nömrəsi 204 göstərilməli olduğu halda 234 göstərilmişdir.

16. Qeyd olunanları nəzərə alan məhkəmə mübahisəli mənzillə bağlı C avabdeh2 ilə "xxxx" MMC arasında tərtib edilmiş müqavilənin İddiaçı ilə müqavilə bağlanıldıqdan sonrakı tarixlərdə bağlanılması qənaətinə gəlmiş və bu əsasla xx.xx.2019-cu il tarixli müqaviləni etibarsız hesab etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.8, 158.2, 165.1, 329.1, 331.1, 337.1, 337.3, 406.1, 407.2, 567, 569.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

18. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC mənzil satdığı sakinlərin heç biri ilə notarial qaydada müqavilə bağlamamışdır. MTK-nın digər şəx slərlə də bağladığı müqavilə eyni formadadır, əl ilə yazılıb, qeydiyyat nömrəsi yoxdur, həmçinin də onunla bağlanmış müqavilə. Qeyd edir ki, onun övladı, səlahiyyətli nümayəndəsi X2 müqaviləni imzalaması üçün ona gətirmiş, lakin MTK bildirmişdir ki, tezliklə mənzillərin nömrələri dəyişəcək, yeni müqaviləyə imza çəkiləcəyi üçün bu müqaviləyə imza çəkməyə ehtiyac yoxdur. Bununla yanaşı müqavilənin MTK-da qalan nümunəsində onun imzası var. Məhkəməyə təqdim edilmiş ikinci müqavilədə mənzilin nömrəsi dəyişilmiş və hər iki tərəfdən imzalanmışdır. Sübut qismində təqdim etdiyi xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsindən də bəlli olur ki, o, mənzilin dəyərini təşkil edən 101.840 manat məbləği tam ödəyərək mənzili almışdır və mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Sübut qismində təqdim etd iyi "xxxx" ASC ilə bağlanmış 28 mart 2022-ci il tarixli, 45532413 nömrəli müqavilədən, Nizami rayon Enerji Təchizatı və Satış İdarəsinin təqdim etdiyi arayışdan bəlli olur ki, evin **********340 nömrəli su sayğacı, xx.xx.2021-ci il tarixli **********80234 kodu altında işıq sayğacı onun adına qeydiyyatdadır, yəni mənzil onun sahiblik və istifadəsindədir. "xxxx" MMC MTK İddiaçı satdığı 204 saylı mənzilin ona heç bir aidiyyatı yoxdur. Qətnamə qanuni və əsaslı deyil, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Qürbət Əsgərov sədrlik edən və məruzəçi, Azad İmanov, Fuad Talışinski) 2(103)-5829/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə davabdeh Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təm in edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-61/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq qeyd etmişdir ki, iddiaçının müqaviləsi yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada bağlanmış, lakin apelyator olan cavabdehin müqaviləsi isə mülki qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada bağlanmamışdır. Apelyatorun digər şəxslərlə də müqavilənin notarial qaydada bağlanılmaması barədə dəlili isə qətnamənin ləğvi üçün əsaslı hesab edilməmişdir.

22. Apelyasiya şikayətinin müqavilənin imzalanmamasının səbəblərinə dair dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, bu dəlil hər hansı başqa bir sübutla təsdiq e dilmədiyindən əsaslı deyil. Həmçinin, müqavilənin qanunvericiliyin tələbinə uyğun bağlanılmaması barədə dəlillər də qətnamənin ləğvi üçün əsaslı hesab edilməmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mənzilə görə pulun ödənilməsini təsdiq edən mədaxil qəbzinin təqdim edilməsi tələb olunsa da, MMC tərəfindən belə bir sübut təqdim olunmamışdır. Həmçinin, iddiaçı hazırki iddianı qaldırdıqdan və mübahisələndirilən mənzilin üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulduqdan sonra, MMC cavabdehə həmin mənzildə təmir işləri aparmağa icazə vermiş və bundan sonra cavabdehlə kommunal xidmətlərə dair müqavilələr bağlanmışdır. Ona görə də apellyatorun mənzilə görə pulun ödənilməsi, mənzilin onu n sahibliyində və istifadəsində olması barədə dəlilləri qəbul edilməmişdir.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.8, 158.2, 165.1, 329.1, 331.1, 337.1, 337.3, 406.1, 407.2, 567, 569.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin vəsatətləri a) Kassasiya şikayətinin dəlilləri

25. Qətnamədən Cavabdeh2 (vəkili Vəkil3 oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

39. Maddə 418.1. Maddi və prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

40. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması həmin məhkəməyə göndərilməlidir.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

43. Apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada bağlanmış, cavabdehin müqaviləsi isə mülki qanunvericiliyin tələbinə uyğun olaraq notarial qaydada bağlanmamışdır. Mülki qanunvericiliyin tikintisi başa çatmayan binanın tərkib hissəsinə sərəncam verilməsinin xüsusiyyətlərini tənzimləyən normalarının tələblərinə görə tikintisi başa çatmayan binalarda paylarla bağlı tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notarial qaydada təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.

44. Məhkəmə həmçinin qeyd etm işdir ki, Cavabdeh2 onunla bağlanmış müqavilədə imzasının olmamasının səbəbini müqavilə bağlanarkən MMC-nin rəhbərliyinin qısa müddətdən sonra müqavilələrin dəyişəcəyi ilə əlaqələndirsə də, bu dəlil hər hansı başqa bir sübutla təsdiq edilməmişdir.

45. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 mənzilin dəyərini tam olaraq ödədiyini, həmin mənzilə mülkiyyət hüququ əldə edərək sahiblik və istifadə hüquqlarını həyata keçirdiyini qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mənzilə görə pulun ödənilməsini təsdiq edən mədaxil qəbzinin təqdim edilməsi tələb olunmuş, lakin MMC tərəfindən belə bir sübut təqdim olunmamışdır. Kommunal xidmətlərə dair müqavilələr isə mənzilin üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulduqdan sonra həyata keçirildiyindən əsaslı sübut hesab ed ilməmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Bu qəbildən olan işlər üzrə mübahisələrdə məhkəmələr tərəfindən müəyyən edilməli əsas məqam ilkin olaraq hansı müqavilənin bağlanması, etibarlılığı və bu müqavilənin mülki qanunvericilik normalarına uyğun olub-olmamasıdır.

48. Hazırki işin materiallarından görünür ki, mübahisəli mənzil üzrə birinci müqavilə Cavabdeh2 ilə "xxxx" MMC (bundan sonra – MMC) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, İddiaçı ilə müqaviləni isə MMC xx.xx.2019-cu il tarixdə öz aralarında, xx.xx.2019-cu il tarixdə isə notariat orqanında bağlamışdır. MMC-nin adından hər iki müqaviləni eyni şəxs imzalamışdır.

49. Cavabdeh2 ilə olan müqavilənin ilkin variantında mənzil in ünvanı ünvan 2 mərtəbəli yaşayış binasının (bundan sonra – binanın) 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 204 nömrəli mənzil göstərilsə də, həmin müqavilə Cavabdeh2 tərəfindən imzalanmamış, lakin MMC tərəfindən imzalanıb möhürlənmişdir. Bu müqavilə ləğv edilib təkrar eyni tərəflər arasında eyni tarixli müqavilə bağlanmış, bu zaman mənzilin ünvanı binanın 3-cü girişinin, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan, 2 otaqlı 234 nömrəli mənzili göstərilmiş, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmışdır. Müqavilənin ləğv edilmiş nüsxəsi və bununla bağlı verilmiş maliyyə arayışı iş materiallarına əlavə edilmişdir.

50. Hazırda mübahisəyə səbəb olmuş ziddiyətli məqam isə Cavabdeh2 ilkin variantda olan müqaviləsi ilə İddiaç ı müqavilələrində göstərilən mənzillərin nömrələrinin eyni olmasında və Cavabdeh2 ilə bağlanmış hər iki müqavilənin etibarlı olub-olmaması ilə bağlıdır.

51. İşin halları ilə müəyyən edilir ki, MMC-nin inşa etdiyi binanın ilkin layihəsində 15 mərtəbəli binanın tikilməsi və bu vəziyyətə uyğun nömrələnməsi nəzərə alınmış, sonradan binanın üzərinə 2 mərtəbə də əlavə edildikdən sonra, mənzillərin yenidən nömrələnməsi ilə əlaqədar Cavabdeh2 bağladığı müqavilə üzrə inşasını sifariş verdiyi mənzilin nömrəsi dəyişərək 234 saylı mənzil olmuşdur.

52. Belə ki, mənzillərin nömrələrinin göstərilən qaydada nömrələnməsi MMC-nin xx.xx.2019-cu il tarixli “binaya 2 mərtəbənin əlavə olunması ilə əlaqədar olaraq mənzillərin nömrələrinin dəyişilməsi ilə bağlı gündəliyi”ndə də qərara alınmışdır.

53. Göründüyü ki mi Cavabdeh2 ilə iki müxtəlif saylı mənzillərə dair müqavilənin bağlanılması əslində ayrı-ayrı məzmunda olan iki ayrı-ayrı mənzillərə dair bağlanmış müqavilə kimi deyil, eyni mənzilə dair bağlanmış müqavilə kimi qiymətləndirilməlidir.

54. Belə ki, Cavabdeh2 ilə MMC arasında bağlanmış ikinci müqavilə faktiki olaraq texniki məsələlərin (binada mənzillərin nömrələrinin dəyişdirilməsi nəticəsində yaranan fərqlərin aradan qaldırılması) həlli məqsədilə tərtib edilmişdir.

55. Ona görə ikinci müqavilənin əslində xx.xx.2019-cu ildən və iddiaçının bağladığı müqavilədən sonra tərtib edilməsi və bu zaman birinci müqavilənin tərtib edildiyi tarixin yazılması qeyd edilən müqavilənin etibarlılığını şübhə altına almır.

56. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh2 ilə 1-ci müqavilə bağlandıqdan sonra binada olan mənzillərin nömrələrində dəyişiklik olması əsası ilə Cavabdeh2 ilə yeni nömrə ilə 2-ci müqavilə bağlanmadan da sonuncu ilə bağlanmış 1-ci müqavilə etibarlı müqavilə kimi qiymətləndirilməlidir.

57. Belə ki, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları podrat müqaviləsi idi və həmin müqavilə çərçivəsində çıxış edən Cavabdeh2 sifarişçi kimi üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün tələb olunan məbləği tam ödəmiş, MMC isə həmin məbləği qəbul edərək onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır.

58. Bundan başqa nəzərə alınmalıdır ki, həm iddiaçı ilə MMC arasında bağlanan hər iki müqavilə, həm də Cavabdeh2 ilə bağlanmış hər ik i müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir.

59. Ona görə də iddiaçı ilə bağlanmış ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsi, Cavabdeh2 ilə bağlanmış müqavilələrin isə notarial qaydada təsdiqlənməməsi hər hansı bir əhəmiyyət kəsb etmir.

60. Belə ki, qanunverici podrat müqaviləsinin bağlanması üçün qoyduğu göstərişlərdə həmin müqavilənin mütləq qaydada notarial təsdiq edilməsini nəzərdə tutmamışdır.

61. Eyni zamanda Cavabdeh2 bağladığı müqavilə üzrə pul məbləğini ödəmədiyi barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması iş materiallarında olan 1-ci dəfə bağlanmış müqaviləyə əlavə edilmiş və mənzilə görə pulun tam ödənilməsi barədə MMC tərəfindən verilmiş arayışla (1-ci cild i/v. 86) təkzib edilir.

62. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası, həm çinin qeyd etməyi zəruri hesab edir ki, MMC onunla Cavabdeh2 arasında mənzilə dair podrat müqaviləsinin bağlanmasını mübahisələndirmədiyindən, ondan həmin mənzilin inşa edilməsi üçün müəyyən edilən pulu tam aldığından, eyni zamanda qanunverici, ümumiyyətlə, podrat müqaviləsinin yazılı qaydada tərtib edilməsinə dair xüsusi şərt nəzərdə tutmadığından MMC ilə Cavabdeh2 arasında bağlanmış 1-ci müqavilədə sonuncunun imzasının olmaması hər hansı bir əhəmiyyət kəsb etmir.

63. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 1-ci müqavilədə Cavabdeh2 imzasının olmamasına, müqavilə üzrə pulun ödənilməsinə dair sübutun təqdim edilməməsinə, həmçinin Cavabdeh2 ilə bağlanmış müqavilədən fərqli olaraq iddiaçı ilə bağlanmış ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsinə görə Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarlı müqavilə olmaması barədə apellyasiya məhkəməsinin əsaslandırması qanuni və əsaslı deyildir.

64. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən Mülki Məcəllənin 452-ci maddəsinin də tələblərini nəzərə almamışdır.

65. Belə ki, həmin maddənin tələblərindən göründüyü kimi Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlü k o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (452.1). Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (452.2).

66. Qeyd edilən maddənin müddəlarının hazırki işə tətbiqi onu ehtiva edir ki, ehtimal olaraq Cavabdeh2 ilə bağlanmış müqavilə iddiaçının bağladığı müqavilədən sonrakı tarixdə bağlandığı halda da məhkəmə Mülki Məcəllənin 452-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmaqla iddiaçının artıq Cavabdeh2 təhvil verilmiş mənzili podratçıdan tələb etmək hüququnun olub-olmamasına hüquqi qiymət verməli idi.

67. Beləliklə, işin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə araşdırılmış sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiy mət verməmiş, nəticədə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmişdir.

68. Bununla yanaşı iş kassasiya məhkəməsinin icraatına daxil olduqdan sonra iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmış və iddiaçı həmin sazişə istinad edərək müqavilənin ləğv edilməsinə dair tələbindən imtina etdiyini göstərmişdir. Ərizənin məzmunundan görünür ki, iddiaçı onunla MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsinə etiraz etmir.

69. MPM-in 52.1-ci maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

70. İş materiallarından görünür ki, iddiaçının hazırki iş üzrə verdiyi iddia “mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, həmin mənzilə dair sahiblik hüququ nun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234002 saylı müqavilənin etibarsız hesab edilməsi” tələblərindən ibarətdir və iddiaçı onunla MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğvinə dair tələb irəli sürməmişdir.

71. Ona görə də məhkəmə kollegiyası tələbdən imtinanın qanuna ziddi olubolmaması və hər hansı bir şəxsin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulubpozulmamasını yoxlamağı və qeyd edilən əsaslara görə iddiaçının iddiadan imtina ərizəsini müzakirə etməyə zərurət görmür.

72. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsinin yuxarıda göstərilən əsaslara görə nəzərə alınmaması onun işə yeni apellyasiya baxışında verdiyi tələblər üzrə iddiadan imtina etmək hüququnu istisna etmir.

73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir. 74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. H əmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

76. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5829/2022 nömrəli iş üzrə 18 oktyabr 2022 -ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar