Məhkəmə qərarları › İş №2(102)-833/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-833/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-833/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-178/2023 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbay can Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsi X2 mülkiyyətində olmuş və o, həmin torpaq sahəsinin 0,10 ha hissəsini 24 noyabr 2014-cü il tarixli müqavilə ilə oğlu İddiaçı bağışlamaqla, sonuncunun mülkiyyət hüququ Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 19D saylı torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində 14 mart 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Qonşuluqda yerləşən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 6-da yerləşən fərdi yaşayış evi və 0,2674 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 03 may 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Həmçinin eyni ərazidə yerləşən 0,0351 saylı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 15 noyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Mömin oğlunun cavabdeh X3 qarşı “müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi, mənəvi zərərin ödənilməsi və qeyri-qanuni tikilmiş evin sökülməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, yolun açılması ilə əlaqədar X3 qeyri-qanuni hərəkətlərin edilməsinin qadağan edilməsi, ilk iddianın mənəvi zərərin ödənilməsi və qeyriqanuni tikilmiş evin sökülməsi tələbinə dair hissəsinin və iddiaçı X1 Cavabdeh Mömin oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması, dəmir darvazanın sökülməsi və ümumi keçid yolunun bərpa edilməsi” tələbinə dair qarşılıqlı i ddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 dekabr 2011-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 may 2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında Çixarışın ləğv edilməsi və zəbt edilmiş hissənin ləğv olunaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçını n atası X6 ilə Sumqayıt Bağlar idarəsi arasında bağlanmış 31 may 1966-cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında 0,16 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Atası 1968ci ildə həmin torpaq sahəsində fərdi ev tikmiş və vəfatı tarixinə, yəni 23 fevral 2019-cu il tarixədək orada yaşamışdır. 0,16 ha bağ torpaq sahəsinin 0,10 ha hissəsi iddiaçıya məxsusdur və həmin torpaq sahəsi iddiaçıya bağışlanmışdır. Cavabdeh Mömin oğlu iddiaçının qonşusudur. Cavabdeh iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı fərdi torpağa gələn yolu bağlayaraq iddiaçının ictimai yola çıxışını bağlamışdır. Cavabdeh tərəfindən tutulmuş torpaq sahəsi əvvəllər yol kimi mövcud olmuş və həmin yoldan dəniz vaxtı istifadə edilmişd ir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2010-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiaçının mərhum atası X4 məxsus torpaq sahəsinin 183,9 kv.m hissəsini zəbt etməyi təsdiq edilmişdir. Cavabdeh yol kimi mövcud olmuş torpaq sahəsini qeyri-qanuni zəbt etmişdir. İddiaçı cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması xahişi ilə Corat Bələdiyyəsinə müraciət etmiş, lakin heç bir nəticə verilməmişdir. Cavabdeh torpağı öz adına rəsmiləşdirərək həmin torpaq sahəsinə Çıxarış almışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 175.1, 178.1-ci, Torpaq Məcəlləsinin 55, 84, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci, Mülki Prosessual Məcəllənin 82.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssis rəyi və məhkəmə mühəndis texniki ekspertizasının 07 mart 2023-cü il tarixli rəyi ilə X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 19D saylı torpaq sahəsinin və Cava bdeh Mömin oğluna məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,0351 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən olunmuş və qeyd edilmişdir ki, X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 19D saylı torpaq sahəsinin birbaşa ictimai yolu yoxdur, mövcud torpaq sahəsinə gedən yol Corat qəsəbəsi, 3-cü məhəllə, 19C ünvanında yerləşən torpaq sahəsinin daxilindən keçir.

11. İddiaçı 14 mart 2023-cü il tarixdə öldüyündən, Abasova Zərniba Dadaş qızı iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-178/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi qismən, Sumqayıt şəh əri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələri üzrə mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-178/2023 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və S.A.Qafaridən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiy yatı haqqında Çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında Çixarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

15. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi dövlət qeydiyy atının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir.

16. Cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. İddiaçı isə cavabdehin mülkiyyət hüququnun mübahisələndirməmişdir. əmələ gəlməsinin əsasını (qərarı, əqdi və s.) Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. İddiaçının hüquqi varisi Abasova Zərniba Dadaş qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-178/20 23 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar yeni qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Torpaq Məcəlləsinin 55-ci, Mülki Prosessual Məcəllənin 15.2-ci maddələri pozulmuşdur.

19. Belə ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli sahəyə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2010-cü il tarixli qətnaməsi qəbul olunmuşdur. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2009-cü il tarixli rəyi var və qərar da rəyə uyğun qəbul olunmuşdur. Deməli həmin yoldan cavabdehin çıxma məsələsi 2010-cü ildə qəbul olunmuş qətnamə ilə həll olunmuşdur. Lakin, həmin qətnamə qüvvədə ola-ola cavabdeh çıxarış almışdır. Məhkəmə sözügedən qətnaməyə ümumiyyətlə istinad etməmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Kassasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırki iş üzrə 03 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata iddianın Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq iddiaçıya qaytarılması hissəsində xitam verilmiş və həmin qərardad mübahisələndirilməmişdir.

24. İddiaçı yalnız apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir ki, həmin qətnamə ilə iddianın cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

25. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.4-cü m addəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məc əllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdi r. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirilməsi ilə razılaşır.

30. Müəyyən olunur ki, hazırki mübahisə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,0351 saylı torpaq sahəsi barəsindədir. Həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ 15 noyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçı həmin qeydi təsdiq edən Çıxarışın ləğv edilməsini xahiş edir.

31. Lakin, Çıxarış cavabdehin mülkiyyətini təsdiq edən sənəd olmaqla, iddiaçı tərəfindən bu mülkiyyətin yaranması əsasını qanunla müəyyən olunan qaydada mübahisələndirməmişdir.

32. Halbuki, iş materiallarında olan Cavabdeh adına tərtib olunmuş AA 07018 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə görə cavabdehin qeyd olunan torpaq sahəsi üzərin də mülkiyyət hüququ Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisi Abasova Zərn iba Dadaş qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(105)-178/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar