Məhkəmə qərarları › İş №2(102)-833/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-833/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-833/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə hüququ ” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1821/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı (bundan sonra – iddiaçı) 2006-cı il tarixdə faktiki, 15 yanvar 2008-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2 iyun 2007-ci il təvəllüdlü Səma və 11 fevral 2009-cu il təvəllüdlü Aydın adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-443/2023 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur.

2. Cəlilabad rayonunun Maşlıq kəndində 0.1803 ha torpaq sahəsində yerləşən 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Tərəflərin birgə nikah dövründə 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində özbaşına tikili inşa edilmiş, iddiaçı ailəsi ilə birlikd ə tikiliyə köçərək yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh1 yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində 0.60 ha torpaq sahəsində yerləşən iki mərtəbəli evə köçürülmələrinə və həmin evdən istifadə etmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, aralarında yaranmış mübahisələrə görə cavabdehlə ayrılmış və hazırda azyaşlı uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Ailə quran zaman Cavabdeh2 Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2012ci ilədək həmin evdə yaşamışdır. 2011-2012-ci illər ərzində, yəni Cava bdeh1 ilə birgə nikah dövründə olarkən Cavabdeh1 məxsus Cəlilabad rayonu Maşlıq kəndində 0.60 ha torpaq sahəsində öz vəsaitləri hesabına iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və köçüb həmin evdə yaşamağa başlamışlar. Həmin evə işıq, su və qaz xətti çəkilmiş və Cavabdeh1 adına qeydiyyata alınmışdır. 25 noyabr 2022-ci il tarixdə Cavabdeh1 onu aldadaraq iki azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus evə gətirmiş, inşa etdirdikləri evin qapılarının qıfıllarını dəyişmiş, onu (iddiaçını) əzab-əziyyətlə tikdiyi evdə uşaqları ilə birgə yaşamağa qoymamışdır. Öz tikdiyi evə getmək və orada yaşamaq üçün Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin cavabdeh onu (iddiaçını) evə buraxmamış, ona məxsus cehiz əmlakı və qızıl-zinət əşyaları, həmçinin uşağına məxsus qızıl qolbağı tə zə inşa etdirdikləri evdə qalmışdır.

5. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, ailə quran zaman iddiaçını onun mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.1803 ha torpaq sahəsində inşa etdirdiyi 138.2 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə gəlin köçürmüşlər. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi onun (cavabdehin) mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Həmin fərdi yaşayış evini özü (cavabdeh) inşa etdirmiş və müvəqqəti yaşamaları üçün oğlu Cavabdeh1 və iddiaçıya vermişdir. Öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evini mülkiyyət hüququ əsasında öz adına qeydiyyata aldırmaq istəsə də, fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa etdirildiyindən DƏDRX-də həmin əmlakın qeydə alınması mümkün olmamışdır. Həmin fərdi yaşayış evi onun tərəfindən inşa etdirilmiş və evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hazırda iddiaçının uşaqları ilə birlikdə onun mülkiyyətində olan 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmələrinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamalarına razı deyildir.

6. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1469/2023 saylı qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç b ir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139,146 və 180-ci, Torpaq Məcəlləsinin 12-ci, Mənzil Məcəlləsinin 16-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarına, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ev yaşayış sahəsidir. Zorla qovulana qədər iddiaçı həmin evdə yaşamış və iddiaçının əşyaları da hazırda həmin evdədir. Göründüyü kimi mübahisə predmeti olan tikili yaşayış üçün nəzərdə tutulmuş tələblərə tam olaraq cavab verir. Eyni zamanda həmin evin komunal xətləri (elektrik,qaz və digər) mövcuddur. Cəlilabad rayon məhkəməsi iddiaçının həmin evdə 17 ildən artıq müddətdir ki, yaşamasını, evin birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsini, həmin evin faktiki olaraq cavabdehin istifadəsində olmasını nəzərə almamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1821/2024 nömrəli mülki iş üzrə 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), A.N.Novruzova və T.X.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndind əki 0.5919 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən, Cavabdeh1 yaşadığı iki mərtəbəli evə köçürülməsi qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia tələbinin qanunsuz tikiliyə köçürülmə hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İşin mübahisəsiz halları bundan ibarət olmuşdur ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən iddiaçının nümayəndəsi X2 izahatına istinad etməklə göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 torpaq sahəsində tikilmiş olsa da, iddiaçı və Cavabdeh1 üç ün tikilmişdir. Belə ki, ev Cavabdeh2 torpaq sahəsində tikildiyi üçün iddiaçının mülkiyyətində olan 0,30 ha torpaq sahəsi əvəz olaraq Cavabdeh2 istifadəsinə verilmiş və o da həmin torpaq sahəsini özü üçün əkib becərmişdir. İşin bu halını məhkəmə iclasında iştirak edən Cavabdeh1 da təsdiq etmişdir. Belə ki, o izahat verərək bildirmişdir ki, həqiqətən İddiaçı mülkiyətində olan 0,30 ha torpaq sahəsi əvəz olaraq cavabdeh atası Cavabdeh2 istifadəsinə verilmiş və o da həmin torpaq sahəsini əkib becərmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna X6 görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1,37 ha torpaq sahəsi mövcuddur.

14. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işin bu halı mübahisəli evin iddiaçı və onun keçmiş əri Cavabdeh1 üçün tikilməsi barədə məhkəmədə daxili i nam doğurur. Ona görə məhkəmə tərkibi hesab etmişdir ki, iddiaçının tələbi mənzilə köçürülmə hissəsində açıq-aşkar əsassız olmamışdır.

15. Bundan başqa Cavabdeh2 iddiaya qarşı etirazında bildirmişdir ki, mübahisəli ev onun tərəfindən tikilmişdir. 2012-ci ildən həmin evi oğlu ilə gəlininə müvəqqəti yaşamaq üçün vermişdir. Ancaq cavabdeh mübahisəli evin özü tərəfindən tikilməsinə dair hər hansı bir sübut növü təqdim edə bilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli evdə ötən 10 il müddət ərzində fas iləsiz və etirazsız olaraq iddiaçının və uşaqlarının yaşadığını nəzərə almadan, iddianı evə köçürülmə hissəsində rədd etməklə, əslində iddiaçını uzun müddət yaşadığı evdən qanunsuz məhrum etmişdir.

18. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, məhrumetmə o, halda qanuni sayıla bilər ki, məhrumedilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və sair) yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı halda da cavabdehlərin həmin ev üzərində hər hansı hüququnun əmələ gəlməsi ehtimalı yoxdur. Ona görə də, açıq-aşkar əsassız və ədalətsiz olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmaq olmaz.

19. Məhkəmə tərkibi qeyd etmişdi r ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin ev qeydiyyatdan keçmədiyinə görə tərəflərin hər hansı birinin ona münasibətdə əşya (mülkiyyət və s.) hüququ yoxdur. Həmin evə buraxılmayan iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdeh1 mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı.

20. Apellyasiya instansiyası məhkəməsi qanunsuz tikiliyə istifadə hüququnun tanınması barədə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli tikili dаşınmаz əmlаkın dövlət rеyеstrində xüsusi mülkiyyət kimi qеydiyyаtа аlınmаmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Ona görə də məhkəmə tərkibi hesab etmişdir ki, iddia tələbi qanunsuz tikiliyə istifa də hüququnun tanınması hissədə təmin edilə bilməz.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43.1, 60-cı, Mülki Məcəlləsinin 27.1, 27.2, 13.1, 146.1, 152, 164.1, 164.2, 178.1, 180.1, 180.2-ci, MPM-in 14.2, 77.1, 217.2, 372 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Mülki Məcəllənin 146, 164, 180, 228.1-ci, MPM-in 14.2, 77.1 və 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin çıxardığı qətnamədə Mülki Məcəllənin 22 8.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, maddədən də göründüyü kimi yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin iddiaçının mübahisələndirdiyi ev dövlət reyestrində qeydə alınmamışdır. Həmin ev özbaşına tikili olmaqla bərabər iddiaçının qaynatası Cavabdeh2 tərəfindən özünün ailəsi ilə birlikdə yaşaması üçün inşa etdirdiyi evdir. Lakin o, özünə şərait qurana kimi həmin evdə müvəqqəti olaraq yaşamışdır. İddiaçı isə həmin mübahisəli evə gəlin deyil qaynatası, Cavabdeh2 evinə gəlin köçmüşdür İddiaçının hansı otağa köçməsi də göstərilməmişdir. Belə olan halda qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində də böyük problemlər yaşanacaqdır. O, iddiaçıdan ayrıldıqdan sonra ailə qurmuş və hazırda həmin evdə yaşayır. İddiaçının hazırkı iş üzrə köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyən edici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmuş, işlə də yaxından tanış olmamışdır. Belə ki, cavabdehin vəkilini həm nümayəndə həm də vəkil kimi qeyd etmişdir. Hansı ki, işin içində etibarnamə olmadığı halda bunu etmişdir. Bu da onu göstərmişdir ki, mülki iş vərəqlənməmiş və araşdırma aparılmamış, formal qərar qəbul edilmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qərarının “qət etdi ” hissəsində iddiaçının yetkinlik yaşına çatmayan uşaqları Səma Babayeva və Aydın Babazadə ilə birlikdə cavabdehin yaşadığı evə köçürülməsi qeyd olunmuşdur. Hansı ki, X1 Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 himayəsinə verilmişdir. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. Bu onu göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, cəmi bir proseslə kifayətlənərək tələm-tələsik qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

26. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Mülki Məcəllə

27. Maddə 139.1. Mü lkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

28. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

29. Maddə

152. Sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüqqunun məzmununu təşkil edir.

30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

32. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hü ququ onun verilməsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alındığı andan əldə edənə keçir.

33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin yaşayış yeri olmuşdur. Cavabdeh tərəfin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti olmamış və onun hüquqlarına bu cür müdaxilə qanunsuz olmuşdur. İddiaçının isə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ yaranmışdır. Cavabdeh tərəf mübahisəli tikiliyə iddiaçılardan üstün hüquqa malik deyildir.

50. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquq mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsin in vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaların ı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1821/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar