Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8332/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və cavabdehin vəkili ÜSnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(011)-1748/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.Mehralıyev) İddiaçı Cav abdeh qarşı 16500 manat məbləğində pulun alınıb verilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Xəlilov, 2(103)-8891/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 16500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin vəkili ÜS kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazı mı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya insta nsiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh MA İddiaçı ona evin alqı-satqısı üçün beh kimi 16500 manat ödəniş etdiyini etiraf etmişdir. Cavabdeh M.Abasov birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində evin alqısatqısının 109000 manata razılaşdırıldığını, həmin məbləğdən 16500 manat pulun iddiaçı tərəfindən ona beh kimi ödənildiyini, iddiaçı qalan 94000 manat pulu 15 sentyabr 2014-cü il tarixədək ödəməli olduğu halda, üzərinə götürdüyü öhdəliyə əməl etmədiyini, buna görə də həm öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək behin qaytarılmamalı olduğunu bildirmiş, eyni zamanda 3 illik idd ia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçı iddia ərizəsində 17000 manat pulu cavabdeh MAa borc kimi verdiyini bildirsə də, iş materialları ilə təsdiq olunmuşdur ki, tərəflər arasında ev alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuşdur. Bu məqsədlə iddiaçı cavabdehə ilkin olaraq 16500 manat pul vermişdir. İddia ərizəsində iddiaçı cavabdehə 17000 manat pul verdiyini, həmin puldan 500 manatını sonradan cavabdehin geri qaytardığını bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 16500 manat pulun verilməsi təsdiq olunmuşdur. Mülki qanunvericiliyə əsasən, daşınmaz əmlakın alqı-satqısı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında həyata keçirilməli olduğu halda, tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, qanuni əsas və ya müqavilə əsası olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh MA 16500 manat pulu iddiaçıdan beh kimi aldığını bildirsə də, tərəflər arasında yazılı şəkildə beh müqaviləsi bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşdə olan sübutlardan və tərəflər arasında münasibətlərdən görünür ki, pulun geri qaytarılması ilə bağlı tərəflər arasında danışıqlar getmiş, lakin bunun nəticəsi olmadığına görə iddiaçı 2018-ci ildə polis orqanlarına müraciət etmiş, Abşeron RPİ-nin 21.09.2018-ci il tarixli məktubu ilə ona müraciətinin mülki xarakterli olması izah olunaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuş, 30.11.2018-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı varlanma obyektini qaytarmaq hüququ 2018-ci ilin sentyabr ayında məlum olmuş və tələbetmə müddəti buraxılmamışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normal arını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8332/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8332/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver