Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-834/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, cavabdeh x3nun Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)2440/2018 saylı 13 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim Y.X.Həşimov, iş № 2(043)-138/2018) iddia tələbi təmin edilmiş, cava bdeh x3nun Goranboy rayonu Şadılı kəndində yerləşən cəmi 3.04 ha torpaq sahəsini boşaltması və həmin torpaq sahəsinin naturada iddiaçılar x1, x2 və x4na qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh x3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və Ə.G.Abdullayev, iş № 2(104)-2440/2018) cavabdeh x3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 yanvar 2018-cı il tarixli 2(043)-138/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh x3 kassasiya şikayət i vermişdir. İşin halları: İddiaçılar x1, x2 və x4 cavabdeh x3na qarşı «torpaq sahəsinin boşaldılması və geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayonu Şadılı kəndində yerləşən 3,04 hektar pay torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin torpaq sahələrinin naturada onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Goranboy rayon AİK-nın 28 aprel 1998-ci il tarixli qərarı ilə onların ailə üzvlərinə adambaşına 0,79 ha pay torpağı mülkiyyətinə verilmişdir. x5 18 iyun 2013-cü il tarixdə ölmüşdür. Onların mülkiyyətində olan 3,04 ha torpaq sahəsini (2,37 ha + 0,67 ha) cavabdehə 18 iyun 2013-cü ildə şifahi razılaşma yolu ilə satmış, əvəzində 2500 (iki min beş yüz) mana t pul almaqla dövlət aktlarını da ona vermişlər. Bu razılaşmadan sonra onlar Goranboy rayon notariat kontoruna müraciət edərək, torpağın alqı-satqı müqaviləsinin tərtib olunmasını istəmişlər, lakin həmin anda məlum olmuşdur ki, x2 şəxsiyyət vəsiqəsində atasının adı, Dövlət Aktında olan atasının adı ilə uyğun gəlmədiyi üçün və vəfat etmiş əri Xidil Əhmədovun bu razılaşmaya heç bir aidiyyəti olmadığından və razılaşma zamanı sağ olmadığı üçün alqısatqı müqaviləsi baş tutmamışdır. Onlar 0,79 ha-nı oğlu Nofəlin 0,67 ha-nı cəmi 1,46 ha torpağın notariat qaydasında sənədləşdirilməsini, hətta aldığı 2500 (iki min beş yüz) manat pulunu qaytarmağı da təklif etdikdə cavabdeh razılaşmamış və 3,04 ha pay torpağını onlara qaytarmayacağını bildirmişdir. Bir vaxt xəbərləri olmuşdur ki, Tağıyev Tağı Gora nboy Rayon Məhkəməsində onlara qarşı «alqı-satqı müqaviləsinin tanınması» tələbinə dair iddia qaldırmışdır. Goranboy Rayon Məhkəməsi 29.04.2015-ci il tarixli 2(045)231/2015 saylı qətnaməsi ilə torpağın alqı-satqısına dair müqavilənin tanınması tələbinə dair iddiasını təmin etməmiş, həmin qətnamə ilə onlardan 2500 (iki min beş yüz) manat pul alınaraq x3na verilməsini qət etmişdir. Goranboy Rayon Məhkəməsinin 29 aprel 2015-ci il tarixli qətnaməsindən narazı qalan tərəf Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 08.07.2015-ci il tarixli 2(104)-1175/2015 saylı qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək iş üzrə Goranboy Rayon Məhkəməsinin 29.04.2015-ci il tarixli 2.231 saylı qətnaməsinin onlardan 2500 (iki min beş yüz) manat pul alınaraq x3na verilməsi hissəsini ləğv edərək Goranboy Rayon Məhkəməsinin qətnaməsini qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlamışdır. Tağı Tağıyev 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermədiyindən həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 08.07.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Sonradan iddiaçı buraxlmış prossesual müddəti bərpa etdirməklə Gəncə Apellyasiya Məhkəməsinin 08.07.2015-ci il tarixli 2(104)-1175/2015 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 22 iyul 2016-cı il tarixli 2(102)-3480/16 saylı qərarı ilə iddiaçı x3nun kassasiya şikayətini təmin etməmiş, həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini isə də yişdirilmədən qüvvədə saxlamışdır. Onların mülahizələri Goranboy Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrində və Ali Məhkəmənin qərarında öz əksini tapdığı üçün, cavabdehin iddiası rədd edilmişdir. Cavabdeh Tağı Tağıyev 1998-ci il tarixdə Goranboy rayon AİK-nin qərarı ilə onların ailəsinin mülkiyyətinə verilmiş 3,04 hektar pay torpaq sahəsindən özü istifadə edir. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x3 və vəkili Təhməzov İlham Aslan oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilməsi barədə qərar qəbul olunmasını xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissə si, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair 2013-cü ildə faktiki alqı-satqı olsa da onlar bu razılaşmanı qanunvericiliyin tələb etdiyi qaydada alqısatqı haqqında müqavilə şəklində rəsmiləşdirməmişlər. Hazırda qeyd olunan torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericil ik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri). Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət q eydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Müəyyən olunduğu kimi, Goranboy rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli 16 nömrəli qərarı ilə Goranboy rayon Şadılı kənd sakinləri x1na, x2na və x5na həmin kəndin ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.37 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi JN seriyalı 0064 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında onların mülkiyyətindədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermə miş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x4 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2440/2018 saylı 13 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-834/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-834/2019
07.03.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver