Məhkəmə qərarları › İş №2(102)-834/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-834/2025

02.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-834/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən ü çüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərin ödənilməsi” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5028/2024 nömrəli, 8 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus AT-İV ******* nömrəli, xx.xx.1989-cu il tarixli əmək kitabçasına əsasən, xx.xx.1997-ci il tarixli əmrlə Cavabdeh MMC-də mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci ildən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir.

2. Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı “Yazılı qaydada xəbərdarlıq edilməsi barədə” xx.xx.2023-cü il tarixli 60№- li əmrə əsasən, 06 aprel 2023-cü il tarixli əmrə əsasən 24 aprel 2023-cü il tarixindən etibarən X2 rəisi B.İ.Tarverdiyev məzuniyyətdə olduğu dövrdə onun vəzifə səlahiyyətlərinin icra olunması müvəqqəti olaraq SPS Bazasını növbə rəisi X4 tapşırılmışdır. Həmin Əmrin 5-ci bəndinə əsasən E.Z.Quliyevə vəzifə səlahiyyətlərini icra etdiyi müddətə Əmǝk Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə və 162 maddəsinin 1-ci bəndinə əsasən əvəz etdiyi iş üzrə vəzifə maaşı arasındakı fərqə görə əmək haqqı hesablanıb ödənilməsi şirkətin Maliyyə Direktoru İddiaçı tapşırılmışdır. Maliyyə Direktoru Y.V. Anançenkonun 01 may 2023-cü il tarixdə elektron poçt vasitəsilə Z. Nəsirova və Ə. Bayramovaya ünvanlanan məktubunda vəzifə maaşları arasındakı fərqin Kadrlar şöbəsi tərəfindən hesablanaraq əmrə əlavə edilməsini tələb etmiş və beləliklə vəzifə öhdəliklərini pozaraq əmri icra etməkdən imtina etmişdir. Bundan əlavə, İddiaçı elektron poçt vasitəsilə Z.Nasirovaya və Ə.Bayramovaya ünvanladığı məktubda Səftər Qulu-zadənin məzuniyyət günlərində Ülvi Əsadovun onu əvəz etməsi ilə bağlı əmək qanunvericiliyin tələblərinə əsasən əmək haqları arasındakı məbləğin hesablanması ilə bağlı Z.Nəsirovanın müraciətinə cavab olaraq "Maliyyə şöbəsi heç bir maaş fərqini hesablamır" deməklə əmək funksiyalarının icrasından imtina etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı Y.V. Anançenkodan izahat yazılması tələb edilsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir. Yuxarıda qeyd edilənlər İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyini sübut edir. Belə ki, "xxxx" MMC və İddiaçıVladimirov na arasında bağlanmış Əmək müqaviləsinin 3.2-ci maddəsinə əsasən işçi mühasibat, maliyyə və administrativ, bank işləri və əmək haqqının ödənilməsi daxil olmaqla fəaliyyətinə rəhbərlik etmək Y.V. Anançenkonun əmək funksiyasına daxildir. Vəzifə təlimatına ǝsasən şirkətin mühasibat, maliyyə və inzibati baliyyətinə, (bank əməliyyatları və əməyin ödənişi daxil olmaqla) rəhbərlik etməyə görə məhz Y.V. Anançenko cavabdehlik daşıyır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "d" bəndini və həmin məcəllənin 186-cı maddəsinin 3-cü bəndini rəhbər tutaraq Baş mühasib- Maliyyə direktoru vəzifəsində çalışan İddiaçı yazılı qaydada xəbərdarlıq edilməsi, əmrin 1-ci və 2-ci bəndlərində qeyd edilmiş öhdəliklərin qısa müddətdə icrasının İddiaçı tapşırlması əmr edil mişdir.

3. Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı və Gülşən Babayevaya “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 104№-li əmrə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Maliyyə Direktoru vəzifəsində çalışan Elena Anançenko 27-28 iyul 2023-cü il tarixlərində, Mühasib vəzifəsində çalışan X1 27 iyul 2023-cü il tarixində hər hansı bir üzrlü səbəb olmadan və bu barədə işəgötürənə məlumat vermədən bütün iş günü ərzində işə gəlməmiş və bununla da, əmək müqavilələrində müəyyən olunan əmək vəzifələrini kobud şəkildə pozmuşlar. İşçilərin üzrlü səbəb olmadan işə gəlməmələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusu halı hesab edilir və bu halda işəgöt ürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçilərin əmək müqaviləsinə xitam vermək hüququ var. Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə əsasən "İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir". Hər iki işçidən işə gəlməmələrinin səbəblərini göstərən izahat yazmaları tələb edilmişdir. Gülşən Babayeva izahatında şəxsi məqsədləri üçün işə gəlmədiyini etiraf etmiş və işəgötürəni bu barada xəbərdar etməsə də E. Anançenkoya məlumat verdiyini izahatında bildirmişdir. E.Anançenko izahat verməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "d" bəndini rəhbər tutaraq Azərbayc an Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsininin 2-ci hissəsinin “b” bəndinə əsasən, Maliyyə direktoru vəzifəsində çalışan Elena Anançenkoya və mühasib vəzifəsində çalışan Gülşən Babayeva “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-in direktorlar şurasının sədri Elçin Ağakişiyeva və Cavabdeh MMC-in baş direktoru Nikolas Horeyə yazdığı xx.xx.2023cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-də hər hansı bir qərarın qəbul edilməsində şəffaflığın olmaması, baş direktor tərəfindən müəssisəsinin Nizamnaməsinin, etik normalarının, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, onun əmək hüquqlarının kobud surətdə pozulması, ona qarşı göstərdiyi təzyiq səhhətinə mənfi təsir göstərmişdir. Təzyiq, h ədə-qorxu, inamsızlıq, şəraitində xidməti vəzifələrinin davam etdirməyi mümkün hesab etmir. Yuxarıda göstərilən səbəblərdən onu 20 sentyabr 2023-cü il tarixdən tutulduğu vəzifədən azad etməyi xahiş etmişdir.

5. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 119№-li Əmri ilə Cavabdeh MMC-in Maliyyə Direktoru-Baş Mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə A.R.Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 20 sentyabr 2022-ci il tarixindən öz xahişi ilə xitam verilməsi və işçinin tutduğu vəzifədən azad edilməsi; İşlədiyi son təqvim ayının iş günləri və istifadə etmədiyi 12 məzuniyyət günlərinə görə son haqq=hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb işçiyə ödənilməsi; bütün lazımi sənədləri rəsmiləşdirməyin İnsan Resursları üzrə Menecer vəzifəsini icra edən Ə.Əbayramovaya və M aliyyə Departamentinə tapşırılması əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh MMC-də xx.xx.1997ci il tarixdən baş mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci il tarixdən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir. MMC-nin baş direktoru X7 2023-cü ilin əvvəllərindən iddiaçıya qanunsuz hərəkətlər etməyi tapşırmış, iddiaçının maliyyə direktoru vəzifəsində çalışmasından istifadə etməklə, ona maliyyə ilə bağlı qanunazidd hərəkətləri etməyi barədə göstəriş vermişdir. İddiaçı buna etiraz etdikdə hədə-qorxu gələrək, təzyiqlər edərək onun göstərişinə əməl etməsinə məcbur etmişdir. Bu səbəbdən iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermək məcburiyyətində qalmışdır. MMC-nin baş direktorunun xx.xx.2023-cü il tarixli, 119 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, MMC-nin baş direkto ru əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Çünki onun işdən çıxma səbəbi təzyiq, hədə-qorxu olmuşdur. Bundan başqa, iddiaçı işdən azad olunması barədə əmrin məzmunu ilə tanış edilməmiş, əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. MMC tərəfindən qeyd edilən sənədlər iddiaçının xx.xx.2023-cü il tarixli müraciətindən sonra xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. İddia müddətinin axımı həmin gündən başlanır və belə olan halda iddia tələbinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Bundan əlavə MMC-nin baş direktoru qanunsuz hərəkətləri nəticəsində iddiaçı işsiz qaldığından ona mənəvi ziyan dəymişdir. O, mənəvi sarsıntı və iztirab keçirmiş, şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gəlmişdir. İddiaçı ona vuru lmuş mənəvi zərəri 15.000 manat miqdarında qiymətləndirir..

8. Cavabdeh MMC iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində tez-tez cavabdehin ona hədə-qorxu gəldiyi, təzyiqlər etdiyi və əmək müqaviləsinin onun iradəsinə zidd ləğv etməyə məcbur etdiyini bildirsə də, həmin hədə-qorxunun və təzyiqlərin nədə ifadə edilməsi barədə heç bir fakt göstərməmişdir. İddiasını hüquqi cəhətdən əsaslandırmaq üçün istinad etdiyi bir sıra maddi hüquq normaları və Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarının ümumiyyətlə təqdim edilən iddia ilə əlaqəsi yoxdur. İddianın əsası kimi qurulmuş hədəqorxunun gəlinməsi, təzyiqlərin edilməsi və onun iradəsinə zidd hərəkətlərin edilməsi ilə bağlı faktın olmasını bildirsə də, iddiaçı qeyd olunan faktla ilə bağlı heç bir sübut göstərməsə d,ə cavabdeh tərəfindən guya iddiaçıya edilmiş təzyiqləri dolayı olaraq digər faktiki hallarla uzlaşdırmağa çalışmış, bununla uydurma hadisəni sübut etməyə cəhd etmişdir. İddiaçının işdən azad olunmadan əvvəl son bir ayda ona şiddətli töhmətin verilməsini, iddiaçıya cavabdeh tərəfindən hədə-qorxu gəlməsinin sübut növü kimi göstərilməsi əsassızdır. İddiaçı tərəfindən bir işçi olaraq əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona intizam tənbehi olaraq sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Bununla bağlı müvafiq əmr iddiaçıya rəsmi qaydada təqdim edilmişdir və o, əmri imza etməklə qəbul etmi şdir. İddiaçı əmri mübahisələndirməmiş və bununla da həmin əmrin verilməsinə əsas olmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi faktını etiraf etmiş və beləliklə intizam tənbehinin verilməsinin hüquqi cəhətdən düzgün olmasını qəbul etmişdir. İddia ərizəsində iddiaçının heç bir başqa qazancı olmadığı halda, onun son 26 il müddət ərzində fasiləsiz işlədiyi işdən könüllü, öz iradəsinə uyğun olaraq getməsi inandırıcı və ağlabatan olmamasını sübut növü kimi göstərilməsi əsassızdır. Həmçinin mülki iş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinə nəzər yetirsək, məlum olacaqdır ki, iddiaçı Rusiya Federasiyasında Omsk şəhərində anadan olmuşdur və hazırda onun 57 yaşı vardır. İddiaçının öz dediyinə görə övladlarının və digər qohumlarının Rusiya Federasiyasında yaşaması və gələc ək həyatın həmin ölkədə davam etdirmək arzusu nəzərə alınmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni bilavasitə iş yerində, özünün dediyi kimi işəgötürənin təzyiqi və hədəqorxusu altında deyil, iş yerindən kənarda, heç bir təzyiq olmadığı halda yazmış və ərizəni poçt vasitəsilə göndərmişdir. Belə ki, ərizədə yazılma tarixi 08 sentyabr 2023-cü il qeyd edilsə də faktiki olaraq iddiaçı ərizəni 12 sentyabr 2023-cü il tarixdə poçt vasitəsilə işəgötürənə göndərmişdir (Poçt qəbzinin surəti əlavə edilir). 11 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixə (əmək müqaviləsinə xitam verilməsi tarixi) qədər isə iddiaçı məzuniyyətdə olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı işdən çıxma barədə ərizəni məzuniyyətdən öncə, məzuniyyət dövründə və ya məzuniyyətdən sonra işə çıxan zaman təqdim etmək hüququna malikdir və iddiaçı, qeyd olunan hüquqdan istifadə etmişdir. İddiaçı cavabdeh təşkilatda maliyyə meneceri vəzifəsində işləyirdi və ona çox yaxşı məlum idi ki, faktiki olaraq onun tutduğu vəzifəyə işə qəbul və həmin vəzifədən işdən azad edilməsi barədə qərarı Direktorlar Şurası verir. Başqa sözlərlə iddiaçıya münasibətdə işəgötürən Şirkətin Baş direktoru deyil, Direktorlar Şurasıdır. Əgər iddiaçının iddia etdiyi kimi onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona hədə-qorxu gəlinmişdirsə, bu hədəqorxunun kim tərəfindən gəlindiyi, nə üçün ona hədə-qorxu gəlindiyi iddia ərizəsində dəqiq göstərilməli, bu hədə qorxu barəsində Direktorlar Şurasına və/yaxud əmək münasibətləri sahəsində dövlət nəzarətini həy ata keçirən X5 Xidmətinə müraciət etməli idi. Lakin iddiaçı iddia etdiyi kimi ona qarşı edilən “təzyiq və hədə-qorxular” barədə heç bir rəsmi quruma müraciət etməmiş və əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi üçün müraciət etmişdir. İddiaçının işdən çıxmaq barədə ərizəsində göstərdiyi kimi guya ona “hədə-qorxu gəlinməsi və əmək hüquqlarının kobud şəkildə pozulması, ona qarşı təzyiq göstərilməsi” faktlarını yoxlamaq üçün işəgötürənin araşdırma aparmaq imkanı olmamışdır. Belə ki, iddiaçı ərizəni verdikdə nəinki məzuniyyətdə olmuş və iş yerində olmamışdır, ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən işəgötürənin yazılan ərizə ilə bağlı araşdırma aparmaq imkanı olmamışdır. İddiaçının işdən çıxamaq barədə ərizəsinin könüllü yazması faktı aşkar olduğu üçün orada yazılan ittihamları işəgötürən ciddi qəbul etməmiş və iddiaçıya əmək funksiyalarının düzgün icra etmək barədə rəhbərliyin qanuni tələblərinə qarşı isterik etiraz kimi qiymətləndirmişdir. İddiaçının əmək funksiyalarını düzgün icra etməməsi barədə kifayət qədər sübutlar mövcuddur. Şirkətin Baş direktorunun iddiaçıdan əmək funksiyalarını düzgün icra etməsi barədə göstərişlər verməsi Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən işəgötürənin əsas hüquqlarından hesab edilir. Baş direktorun iddiaçıdan əmək funksiyalarını dürüst icra etməsi barədə göstərişlər verməsi iddiaçıya qarşı hədə-qorxu və təzyiq kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində hədə qorxunun nədə ifadə edildiyi, hansı səbəbdən iddiaçıya qarşı belə təzyiqlər olmasını sübut edə və ya heç olmas a açıqlaya da bilməmişdir. Başqa sözlərlə cavabdehin iddiaçıya qarşı təzyiq göstərməsi və hədə-qorxu gəlməsinin motivi yoxdur. Bundan başqa iddiaçı iddia edir ki, tutduğu vəzifədən 20 sentyabr 2023-cü il tarixdən azad edilməsinə baxmayaraq həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. Lakin iddiaçı əmək müqaviləsinin xitam verilməsi barədə ərizəni ümumiyyətlə iş yerində deyil, kənardan yazaraq poçt vasitəsi ilə təqdim etmişdir və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmri iddiaçının ünvanına sürətli poçt vasitəsi ilə göndərilmişdir. Qeyd olunan məktub iddiaçının ünvanına çatdırılsa da, iddiaçı ünvanda olmamışdır və məktub onun qonşusu tərəfindən imza etməklə qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı Vladim irova öz iddia ərizəsində qeyd etdiyi kimi ona hədə qorxu gəlməsi, təzyiqlərin edilməsi və əmək müqaviləsinin onun iradəsinə zidd ləğv edildiyinin məcbur edilməsi hallarının mövcud olmasını və Əmək Məcəlləsinin müvafiq maddələrin tələblərinin pozulmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən isə iddiaçı tərəfindən ərizənin yazıb poçt vasitəsi ilə MMC-yə təqdim etməsi, onun könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin tərtib edilib verilməsinin etirafıdır, bu da cavabdehi ərizənin iddiaçı tərəfindən könüllü şəkildə tərtib edərək göndərməsini sübut etmə vəzifəsindən azad edir (ərizə və poçt qəbzi əlavə olunur). İşin mübahisəsiz halı ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə iddiaçı tərəfindən yazılmışdır. Bundan əlavə, işin digər mübahisəsiz h alı ondan ibarətdir ki, işçi əmək müqaviləsinə xitam vermək barədə ərizəni bilavasitə iş yerində kiminsə təzyiqi və hədəqorxusu altında deyil, kənarda yazaraq poçt vasitəsilə göndərmişdir. Demək ki, işçi ərizə yazarkən bilavasitə kiminsə təzyiqi altında və ya hədə qorxusu və diktəsi altında deyil, iş yerindən kənarda sərbəst şəkildə yazmışdır. Əslində işçini əmək müqaviləsini xitam verməyə vadar edəcək heç bir hal olmamışdır. İşçidən əmək funksiyalarının icra edilməsini tələb etmək, ona qarşı hədə-qorxu və təzyiq kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsinin 5-ci vərəqinin 8-ci abzasında onun iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilməsini qeyd edərək, işsiz qaldığından ona mənəvi ziyan dəydiyini bildirir. Sonra iddia ərizə sində mülki hüquq pozuntusu (delikt) ilə bağlı bir neçə maddi hüquq normaları və mənəvi zərərin ödənilməsi ilə bağlı AR Ali Məhkəməsinin Plenumunun qərarını qeyd edərək, hesab edir ki, cavabdeh tərəfindən onun mülki hüquq pozuntusu (delikt) mövcud olmuşdur və buna görə ona mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən onun mülki hüquq pozuntusu (delikt) mövcud olduğunu sübuta yetirmədiyi halda, daha bir halı - işgüzar nüfuzuna xələl gətirildiyindən onun ağır mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan halları da sübut etmədən cavabdehdən əsassız pul əvəzini tələb edir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar müəyyən edilməlidir. İddiaçı tərəfində n ağır mənəvi sarsıntının və iztirab keçirdiyini və əgər bu hal baş veribsə onun əmək müqaviləsinə xitam verdikdən sonra baş verdiyini, həmçinin iztirablara məruz qalmasının nədə ifadə etdiyini sübut edə bilmir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 69, 186, 290 Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 154.1 Mülki Məcəllənin 21.2, 23.6, 1096.1-ci maddələrinə istinad edilmişdir.

9. Cavabdeh MMC iddia tələbinə yazılı etiraza əlavə verərək iddiaçının bilavasitə əmək funksiyasına daxil olan cavabdehin vergi bəyannamələrinin göndəsilməsi ilə bağlı bildirmişdir ki, 2022-ci ilin mənfəət vergi bəyannaməsi 30 mart 2023-cü il tarixində göndərilmişdir. 31 mart 2023-cü il tarixində mənfəət vergisi bəyannaməsi ilə bağlı **********271200 saylı kameral uyğunsuzluq və 24 iyun 2023-cü il tarixində mənfəət vergisi bəyannaməsi ilə bağlı **********873600 saylı kameral uyğunsuzluq məktubları daxil olmuşdur və qeyd edilən məktublardakı uyğunsuzluqlar aradan qaldırılmadığı və cavablandırılmadığı üçün 24 iyun 2023-cü il tarixində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********805100 saylı qərara əsasən 615 621.67 manat məbləğində kameral hesablama aparılmışdır. 11 iyul 2023-cü il tarixində dəqiqləşdirilmiş Mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. 11 iyul 2023-cü il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi ilə bağlı **********206600 saylı kameral uyğunsuzluq məktubu daxil olmuşdur və qeyd edilən məktubdakı uyğunsuzluqlar arada n qaldırılmadığı və məktub cavablandırılmadığı üçün yenidən 19 sentyabr 2023-cü il tarixində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********704000 saylı qərara əsasən 727 597.51 manat məbləğində kameral hesablama aparılmışdır. Beləliklə 2022-ci il üzrə kameral hesablama məbləği 727 597.51 manat və müvafiq olaraq 2023-cü il üzrə vergi məcəlləsinin 151.1-ci maddəsinə əsasən hər rüb üzrə əlavə 181 899.38 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2022-ci il üzrə 727 597.51 manat və 2023-cü ilin 3 rübü üzrə cəmi 545 698.14 əlavə hesablama aparılmışdır. Cəmi 1 273 295.65 manat məbləğində hesablama olmuşdur və büdcəyə ödənilmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 125-1 maddəsinə əsasən güzəştli vergi tutulan X3 qeydiyyatda olan M-İ Holdings (BVİ) Ltd şirkətinə 2020-ci ilin 3 və 4-cü rüblərinə aparılmış cəmi 6,585,991.61 manat ödənişdən 658,599.16 manat 10% vergi ödəmə mənbəyində tutulmamışdır və müvafiq olaraq Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 329,299.58 manat 50% maliyyə sanksiyası tətbiq olunacaqdır.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Gülnar Aslanova) 2(002)1205/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçinin ərizəsində göstərildiyi gün əmək müqaviləsinin ləğv edilməsi) ilə əsaslandırılmışdır, həmin əmrin tərtib edilməsi və rəsmiləşdirilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğunsuzluq müəyyən edilməmişdir.

12. Məhkəmə iddiaçını n tələbinin və cavabdehin etirazının dəlillərini qarşılıqlı nəzərə alıb işin faktiki hallarını əmək qanunvericiliyinin normaları ilə əlaqəli qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı “işdən çıxmaq barədə ərizəni işəgötürənin hədə-qorxusu, təzyiqi altında, inamsızlıq şəraitində yazması” ilə bağlı halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda işəgötürən tərəfindən təzyiq və hədə-qorxunun hansı formada edilməsi barədə ardıcıl, bir-birilə əlaqəli faktlar göstərməmiş, işdən çıxarılması barədə ərizəsində qeyd etdiyi “inamsızlıq şəraitində, təzyiq altında xidməti vəzifələrini davam etdirə bilməmək” ilə bağlı vəziyyətin nədən ibarət olması və bu halın məhz işəgötürənin hərəkətləri nəticəsində yaranmasının ağlabatan izahını verə bilməmişdir.

13. Məhkəm ə araşdırması zamanı tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı yazılı qaydada xəbərdarlıq edilməsi haqqında xx.xx.2023-cü il tarixli 60№-li əmr və ona “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023cü il tarixli 104№-li əmr işçi tərəfindən mübahisələndirilməmiş, eləcə də işçi MMC-nin yeni rəhbərliyi tərəfindən əmək funksiyalarına aid olmayan tapşırıqların icrasına məcbur edilməsi və təzyiq göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və ya şirkətin aidiyyəti rəhbərliyinə hər hansı müraciət və ya şikayət etməmişdir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasən intizam tənbeh tədbirlərini işçiyə təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Əm ək Məcəlləsinin 186-cı maddəsinin tələbinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehlərindən birini verə bilər.

15. Yuxarıda adı çəkilən intizam tənbeh tədbirləri barədə əmrlər işəgötürən tərəfindən əsaslandırılmaqla, iddiaçının hansı pozun tulara yol verməsinə görə həmin tədbirlərin onun barəsində tətbiq edilməsi göstərilmiş, işçi həmin əmrlərlə tanış edilmiş və tənbeh tədbirlərini qəbul etmişdir. 16.. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən, yəni cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş verməmişdir. Bununla da, iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur.

17. Məhkəmə iddia tələbinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulm ası hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin tələblər iddiaçının işdən çıxarılması barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbindən doğan tələb olduğundan iddia tələbinin həmin hissələrdə də təmin olunması üçün əsaslar yoxdur.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 9, 68, 69, 83, 84, 300, 301-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1. 9.3, 14.2, 76.1, 77.1 və 217.4-cü maddələrinə də istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

20. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstəri lmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 2(103)5028/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçinin ərizəsində göstərildiyi gün əmək müqaviləsinin ləğv edilməsi) ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması nəticəsində həmin əmrin t ərtib edilməsi və rəsmiləşdirilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğunsuzluq müəyyən edilməmişdir.

23. İddiaçı “işdən çıxmaq barədə ərizəni işəgötürənin hədə-qorxusu, təzyiqi altında, inamsızlıq şəraitində yazması” ilə bağlı halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda işəgötürən tərəfindən təzyiq və hədə- qorxunun hansı formada edilməsi barədə ardıcıl, bir-biri ilə əlaqəli faktlar göstərməmiş, işdən çıxarılması barədə ərizəsində qeyd etdiyi “inamsızlıq şəraitində, təzyiq altında xidməti vəzifələrini davam etdirə bilməmək” ilə bağlı vəziyyətin nədən ibarət olması və bu halın məhz işəgötürənin hərəkətləri nəticəsində yaranmasının ağlabatan izahını verə bilməmişdir.

24. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya yazılı qaydada xəbərdarlıq edilməsi haqqında xx.xx.2023-cü il tarixli 60 №-li əmr və ona “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 104 №-li əmr işçi tərəfindən mübahisələndirilməmiş, eləcə də o, MMC-nin yeni rəhbərliyi tərəfindən əmək funksiyalarına aid olmayan tapşırıqların icrasına məcbur edilməsi və təzyiq göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və ya MMC-nin aidiyyəti rəhbərliyinə hər hansı müraciət və ya şikayət etməmişdir.

25. Məhkəmə hesab etmişdir ki, intizam tənbeh tədbiri tətbiq etmək işəgötürənin əmək qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarından biri olduğundan işçiyə təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbinə görə, işəgö türən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehlərindən birini verə bilər.

26. İddiaçının işdən azad olunması barədə verilmiş əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən rayon məhkəməsi iddiaçının işə bərpa tələbini də rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən həmin tələblərdən irəli gələn məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələblərinin də təmin olunması üçün əsas yoxdur. Apellyasiya şikayəti əsassız hesab edilərək təmin olunmamalıdır.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 1, 2, 3 və 7-ci hissələrinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 186-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyasının xx.xx.2024-cü il t arixli 2(103)- 5028/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ƏM-nin 68-ci maddəsinin 1-ci hissəsinə əsaslansa da cavabdeh şirkət iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinən 1-ci hissəsinə əsasən xitam verməmişdir. Cavabdeh şirkət iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən xitam vermişdir ki, bu halda əmək qanunvericiliyinin tələblərinə birbaşa ziddir. Məhkəmə nəzərə almalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi işçinin ərizəsində göstərdiyi gün hansı hallarda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə biləcəyi əsaslarını göstərmişdir. İddiaçı Vladimirovnanın ərizəsinə isə məhkəmə diqqət yetirdikdə görünür ki, iddiaçı ərizəsində yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılırazılığı olması, seksual qısnamaya məruz qalması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallara əsaslanaraq işdən çıxma barədə ərizə yazmamışdır. İddiaçı işdən çıxma barədə ərizəsində birbaşa ƏM-nin 69-cu maddəsinin 7ci hissəsinin tələblərini açıq-aydın şəkildə ərizəsində göstərmişdir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya hədə-qorxu gəlinir, təzyiqlər edilir və məcburən işdən çıxma barədə ərizə yazmağa vadar olunur. Ancaq nədənsə birinci instansiya məhkəməsi, apellyasiya instansiya məhkəməsi iddiaçının işdən çıxma barədə ərizəsində göstərdiyi hallara hüquqi qiymət verməyərək, sübut kimi qəbul etməyərək, iddiaçının sübut təqdim etməsini gözləyirlər. Halbuki iddiaçının işdən çıxma barədə ərizəsi açıq-aydın şəkildə birbaşa sübutun özüdür və artıq sübuta ehtiyac yoxdur. Digər tərəfdən İddiaçı Vladimirovna Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 119 nömrəli əmrinə əsasən işdən azad edilmişdir və həmin əmrdə qeyd edilmişdir ki, İddiaçı Vladimirovna ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixindən “öz xahişi” ilə xitam verilsin. Bununla bağlı qeyd edirlər ki, Əmək Məcəlləsinin 69-cu mad dəsinin 3-cü hissəsinə əsasən işçi “öz xahişi” ilə işdən azad edilmir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan əsaslara görə işçi işdən azad edilir. Qeyd edirik ki, İşçi işdən çıxma barədə yazmış olduğu ərizəsində hər hansı əsas göstərmədən işdən çıxmaq istədikdə, yəni “öz xahişi” ilə işdən çıxmaq istədikdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndinə əsasən işçi “öz xahişi” ilə işdən azad edilə bilər. Yəni tərəflərdən birinin təşəbbüsü ilə işçi öz ərizəsinə əsasən işdən azad edilə bilər. Bir sözlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir. Yəni Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin “öz xahişi” ilə əmək müqaviləsinə xitam verilmir. Eyni zamanda məhkəmənin nəzərinə digər bir halı da çatdırmaq istəyirlər ki, Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 119 nömrəli əmr Əmək Məcəlləsinin 83-cü və 84-cü maddəsinə uyğun verilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi düzgün göstərilməmişdir. Belə ki, cavabdeh iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində göstərilən əsasla xitam vermişdir. Bu halda əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına dəlalət edir. Belə ki, Əmək Məcəlləsinin 76-cı – “Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər” maddəsinin bir inci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddənin ikinci hissəsində isə qeyd edilir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bir sözlə Cavabdeh MMC iddiaçını hansı əsasla işdən azad etməsini xx.xx.2023-cü il tarixli 119 nömrəli əmrində qeyd etməlidir, cavabdeh iddiaçını ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad etdiyi təqdirdə həmin maddədə göstərilən əsaslarla iddiaçını işdən azad etdiyi halda Əmrdə qeyd etməli və əsaslandır malıdır, cavabdeh iddiaçını eyni zaman iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsində nəzərdə tutulan iki ayrı-ayrı maddə ilə işdən azad edə bilməz. Qanunvericiliyin tələblərinə əsasən işəgötürən işçini yalnız bir maddə ilə qanunvericilikdə nəzərdə tutulan əsaslarla işdən azad edə bilər. Lakin hazırki işdən görünür ki, cavabdeh şirkət iddiaçını xx.xx.2023-cü il tarixli 119 nömrəli əmrə əsasən iki maddə ilə işdən azad etmişdir. Həm Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində göstərilən əsasa görə işçini işdən azad etmişdir. (işçinin öz xahişi ilə) Həmdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tələblərini rəhbər tutaraq cavabdeh şirkət iddiaçını işdən azad etmişdir. Göründüyü kimi cavabdeh şirkət iddiaçını iki v ə daha artıq əsasla işdən azad edərək, əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Eynilə iddiaçı işdən çıxma barədə ərizəsində ona hədə-qorxu gəlindiyini qeyd etdiyi halda cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələblərini nəzərə almayaraq iddiaçını işdən azad etməklə, ƏM-nin 69-cu maddəsinin 7-ci hissəsinin tələblərini pozmuşdur.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əmək Məcəlləsinin 69 və 83cü maddələrinə istinad edərək, 24-cü bəndində göstərmişdir ki, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçinin ərizəsində göstərildiyi gün əmək müqaviləsinin ləğv edilməsi) ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması nəticəsində həmin əmrin tərtib edilməsi və rəsmiləşdirilməsində Əmək Məcəlləsinin 83-c ü maddəsinin tələblərinə uyğunsuzluq müəyyən edilməmişdir. Əvvəla məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, nə birinci instansiya məhkəməsi nə də ki apellyasiya instansiyası məhkəməsi işçi tərəfindən öz iradəsi əleyhinə, şirkət tərəfindən iddiaçıya edilən təzyiqlər əsasında ərizəsini yazmasını təsdiq edən birbaşa sübutun təqdim edilməsinin mümkünsüzlüyünü nəzərə almamışdır. Belə ki, işəgötürən işçi ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən ləğv etməsi əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına dəlalət etdiyindən həmin əmrin tərtib edilməsi və rəsmiləşdirilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğunsuzluq müəyyən edilir. Məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, Cavabdeh MMCnin baş direktoru 2023-cü ilin əvvəllərindən İddiaçı qanunsuz hərəkətlər etməyi tapşırmış, İddiaçı maliyyə direktoru vəzifəsində çalışmasından istifadə etməklə, ona maliyyə ilə bağlı qanuna zidd hərəkətləri etməyi barədə göstəriş vermişdir. İddiaçı Cəmiyyətin baş direktoru tərəfindən ona tapşırılan tapşırıqların qanuna zidd olması ilə bağlı baş direktora məlumat vermişdir. Ancaq Cəmiyyətin baş direktoru İddiaçı hədə-qorxu gələrək, təzyiqlər edərək, onun göstərişinə əməl etməsini bildirmişdir. MMC-nin baş direktoru cəmiyyətin nizamnaməsinə və qanunvericiliyin tələblərinə zidd olan qərarlar verdiyi üçün İddiaçı belə bir mühitdə işləməyə davam edə bilməmişdir. Birsözlə, cəmiyyətin baş direktoru İddiaçı təzyiq göstərərək, ona hədə-qorxu gələrək, yaxud başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etmişdir. Bu səbəbdən də iddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-yə ərizə təqdim edərək, Cavabdeh MMC-də hər hansı bir qərarın qəbul edilməsində şəffaflığın olmaması, baş direktor tərəfindən müəssisənin Nizamnaməsinin, etik normalarının, Əmək Məcəlləsinin, onun əmək hüquqlarının kobud şəkildə pozulması, ona qarşı göstərilən təzyiqlərin onun səhhətinə mənfi təsir göstərdiyini qeyd etməklə, ona qarşı təzyiqlərin, hədə-qorxuların olduğu üçün xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilmişdir. "xxxx" MMC-nin baş direktoru X7 isə xx.xx.2023-cü il tarixli 119 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 6 9-cu maddəsinin 3-cü bəndinə əsasən xitam vermişdir və tutduğu vəzifədən azad etmişdir. Beləliklə qeyd edilənlərdən hesab edirlər ki, Cəmiyyətin baş direktoru X7 əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Göründüyü kimi, İddiaçı işdən çıxma səbəbi təzyiq, hədə-qorxu olduğu halda (işdən azad olma ərizəsində belə hallar açıq-aşkar izah edildiyi kimi) Cəmiyyətin baş direktoru işçini ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad etmişdir ki, həmin normada da belə bir azad olma əsası mövcud olmamışdır. Başqa sözlə desək, cəmiyyətin baş direktoru İddiaçı ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi ilə işdən azad edə bilməzdi və kobud qanun pozuntusuna yol vermişdir.

31. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmayaraq, həmin sübutlar a hüquqi qiymət verməmişdir. İddiaçının işdən çıxma barədə yazdığı ərizəsi elə sübutun özü olduğu halda məhkəmə həmin ərizəni sübutu kimi araşdırmayaraq, həmin sübutdan, yəni ərizədən istifadə etməmişdir. Belə ki, həmin işdən çıxma barədə ərizədə iddiaçı açıq-aydın şəkildə qeyd etmişdir ki, şirkət tərəfindən ona hədə-qorxu gəlinir, təzyiqlər edilir. Nəticədə iddiaçı məcbur olaraq işdən çıxma barədə ərizə yazır. Bir sözlə iddiaçı iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilmişdir. Cavabdeh MMC-nin İddiaçı hədələməsini, ona təzyiqlər göstərməsini iddiaçı hansı formada sübut etməli idi? İddiaçı bununla bağlı video çəkilişmi etməli idi ki, cavabdeh MMC İddiaçı hədələyir, əgər iddiaçı işdən çıxma barədə ərizə yazmasa cavabdeh onu Əmək Məcəlləsinin müv afiq maddəsi ilə işdən çıxardacaqdır. İddiaçının işdən çıxma barədə yazdığı ərizəsi elə sübutun özüdür. İddiaçı cavabdehə rəsmi qaydada ərizə yazaraq ona bildirmişdir ki, şirkət tərəfindən ona hədəqorxu gəlinir, təzyiqlər edilir. İşəgötürən rəsmi qaydada işçini ərizədə qeyd olunan xüsusatlarla bağlı işə çağırmalı idi və hədə-qorxunun nədən ibarət olması ilə bağlı araşdırmalar aparmalı idi ki, iddiaçıya edilən hədə-qorxular, təzyiqlər nə ilə bağlıdır? Lakin cavabdeh həmin hədənin nədən ibarət olması ilə bağlı heç bir araşdırma aparmayaraq, hədə-qorxunun nədən ibarət olmasını müəyyən etməyərək, iddiaçını işdən azad etmişdir. Məhkəmə iddiaçıya edilən təzyiqlər əsasında ərizəsini yazmasını təsdiq edən birbaşa sübutun təqdim edilməsinin mümkünsüzlüyünü nəzərə almalıdır. Belə ki, iddiaçının ƏM-n in 69.3-cü maddəsində göstərilən əsaslara görə işdən çıxmadığı məhkəməyə təqdim edilən sənədlərdən, izahatlardan və işdən çıxma barədə məcburən yazmış olduğu ərizədən görünür. Eyni zamanda qeyd edirik ki, tərəfimizdən elektron qaydada məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli Respublika Diaqnostika Mərkəzinin rəyləri məhkəmə tərəfindən nəzərə alınmayaraq, sübut kimi qəbul edilməmiş və həmin sübutdan istifadə edilməmişdir. Halbuki həmin xx.xx.2023-cü il tarixli Respublika Diaqnostika Mərkəzinin rəyində işəgötürən şirkət tərəfindən iddiaçıya edilən təzyiqlər əsasında stress keçirdiyi açıq-aydın şəkildə görünür. Belə ki, Yelena Vladimirovna işlədiyi cavabdeh şirkətin ona göstərmiş olduğu təzyiqlər, hədə-qorxular nəticəsində xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzinin H əkimKardioloq – Xəyalə Həsənovanın qəbulunda olmuş və həmin həkim-kardioloq tərəfindən İddiaçı dəqiqləşdirilməmiş nevrotik pozgunluq diaqnozu qoyularaq nevroloqa yönləndirilmişdir. İddiaçı Həkim-Nevropotoloq – Rəna Əmirovanın müayinəsində olarkən 6 gündür şikayətlərini olduğunu, işdə güclü stress keçirdiyini bildirmişdir. Nəticədə həkimnevropotoloq tərəfindən müəyyən edilmişdir ki, İddiaçı stresə qarşı kəskin reaksiyası vardır və bununla bağlı müalicə təyin edilmişdir.

32. Məhkəmə prosessual hüquq normaları düzgün tövsif olunmadan, çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət olunmadan iş üzrə qətnamə qəbul etmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır.

33. Kassasiya şikayətində Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2356/2024 nömrəli qərarına istinad edilərək qeyd edilmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi, həmçinin də apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Qərarlarını nəzərə almamışlar və nəticədə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur. Belə ki, vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarını nəzərə alaraq qeyd edirik ki, İddiaçı Cavabdeh MMC-də 26 ildir ki, fasiləsiz olaraq maliyyə direktoru vəzifəsində çalışmışdır. İşdən çıxarılma barədə yazılan xx.xx.2023- cü il tarixli ərizə İddiaçı iradəsini ifadə etmir. Çünki heç bir başqa qazancı olmadığı halda, onun son 26 il müddət ərzində fasiləsiz işlədiyi işdən könüllü, öz iradəsinə uyğun olaraq getməsi inandırıcı və ağlabatan deyildir. Cavabdeh MMC-nin baş direktoru Yelena Anençenkonun işdən çıxması üçün ona hədə-qorxular, təzyiqlər etməklə yanaşı işdən azad olunmamışdan əvvəl son bir ayda ona heç bir əsası olmayan şiddətli töhmət verməklə, ona hədə-qorxu gəlmişdir. Bir sözlə iddiaçı Yelena Anençenkoya işdən azad olunmamışdan əvvəl son bir ayda şiddətli töhmətin verilməsi təzyiq və hədə-qorxunun açıq-aşkar şəkildə sübutudur. İddiaçının işdən çıxmaq istəyi olmamış, işdən çıxma barədə ərizəni MMC-nin təkidi ilə məcburən yazmışdır. Eyni zamanda qeyd edirik ki, iddiaçının işdən çıxma barədə məcburən yazmış olduğu ərizəsindən görünür ki, iddiaçı Əmək M əcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan hallara istinad etməmişdir. İddiaçı ərizədə birbaşa Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən əsaslara istinad etmişdir ki, həmin maddənin tələbində duran əsaslara görə işçinin əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

34. Tərəflərindən məhkəmə iclas zalında işəgötürən tərəfindən təzyiq və hədəqorxunun hansı formada olması ilə bağlı izahatlar verilmiş, lakin məhkəmələr tərəfindən nəzərə alınmayaraq qətnamələrdə qeyd edilməmişdir

35. Xüsusi ilə qeyd etmək istəyirlər ki, “xəbərdarlıq”, İddiaçı rəsmi şəkildə baş direktorun otağında, vəzifəcə İddiaçı aşağı olan, həmçinin baş direktorun iş masası arxasında oturan kənar şəxslər, yəni müəssisənin nəyinki “İdarəetmə Qrupun” üzvləri olan, ümumiyyətlə müəss isədə işçi kimi çalışmayan və İddiaçı tanımadığı adamların yanında təqdim edilmişdir. Bu hərəkətlə də baş direktor İddiaçı alçaltmış, ona psixoloji zərbə vurmuş, onun iş reputasiyasına ciddi xələl gətirmişdir. Bu təzyiq deyildirmi?

36. İddiaçı həmin xəbərdarlıq əmri ilə bağlı öz etiraz məktubunu rəsmi qaydada baş direktora təqdim etmiş, həmin məktubda ona verilmiş xəbərdarlığın əsassızlığı və qanunsuzluğu barədə ətraflı məlumat vermiş, rəsmi xəbərdarlığın ləğv edilməsini xahiş etmişdir. Qeyd edirik ki, baş direktor tərəfindən müəssisənin maliyyə direktoruna xəbərdarlığın verilməsi üçün ümumiyyətlə heç bir əsası olmamış və o bu cür əmr verməklə öz vəzifə sələhiyyətlərini aşmışdır. Nikolas Hore maliyyə direktoru vəzifəsində çalışan İddiaçı heç bir tənbeh tədbirlərini tətbiq etmək səlahiyyəti ndə olmamış və bu cür əmr verilməklə öz vəzifə səlahiyyətlərini aşmışdır.

37. İddiaçı tərəfindən baş direktora göndərilən rəsmi etiraz məktubu onun tərəfindən onun haqqında qanunsuz qəbul olunmuş Əmrin mübahisələndirilməsini sübut edir.

38. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının MPM-in 9.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə də istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi hissəsində iddiaçı MPM-nin 9.1 və 217.3-cü maddələrinin tələblərinin pozulduğunu bildirir, lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı bir çəkişmə, tərəflərin bərabərlik prinsipinə riayət olunmadan ədalət mühakiməsinin keçirildiyindən söhbət belə gedə bilməz. Belə ki, iddiaçı verdiyi apelyasiya şikayəti ilə bağlı apelyasiya instansiya məhkəməsində vəkili və nümayəndəsi ilə təmsil edilərək, apelyasiya şikayətini bütün təyin edilmiş məhkəmə baxışlarında müdafiə edərək, çıxış etmiş, mülahizələrini və etirazlarını bildirməsi üçün ona məhkəmə tərəfindən şərait yaradılmışdır. Kassasiya şikayətinin qeyd olunan hissəsində həmçinin iddiaçı MPM-nin 77.1 və 217-ci maddələrinin göstərərək, qeyd edir ki, onun tərəfindən guya iddianın əsası kimi, sübutlar təqdim edilmişdir, məhkəmə isə sübutlara əsaslanmadan qətnamə qəbul etmişdir. Sübut isə onun tərəfindən könüllü olaraq əmək müqa viləsinə xitam verilməsi barədə ərizənin olduğunu göstərmişdir. Bunun davamı olaraq, cavabdeh tərəfindən ona hədə-qorxunun gəlməsi, təzyiqlərin edilməsi və onun iradəsinə zidd hərəkətlərin edilməsi ilə bağlı faktın olmasını bildirsə də, o qeyd olunan faktla ilə bağlı heç bir sübut göstərməmiş və cavabdeh tərəfindən guya iddiaçıya edilmiş təzyiqləri dolayı olaraq digər faktiki hallarla uzlaşdırmağa çalışmış, bununla uydurma hadisəni sübut etməyə cəhd etmişdir. İddiaçının vəkilinin təqdim etdiyi kassasiya şikayətində istinad etdiyi heç bir maddi və prosessual hüquq norması Bakı Apellyasiya Məhkəməsi tərəfindən pozulmamışdır. İddiaçının vəkili tərəfindən verilən kassasiya şikayəti formal xarakter daşıyır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5028/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

40. Maddə 68

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

41. Maddə 69(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur;

3. İşçi aşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhs ilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

42. Maddə 83

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.1. Maddi və prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinin pozulması barədə dəlil əsaslandırarkən Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)2356/2024 nömrəli qərarına istinad edilsə də, məhkəmə kollegiyası bildirir ki, həmin işlə hazırkı işin faktiki halları fərqli olmuşdur.Həmçinin göstərilən qərar Azərbaycan Respublikasının MPM-in 418.6-cı maddəsində göstərilən kateqoriyadan olan qərar deyildir. Azərbaycan Respublikasının MPM-in 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.Həmin Məcəllənin 418-1.3-cü maddəsinə əsasən Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əsasların olmadığı barədə dəlili ilə əla qədar bildirir ki, əmək münasibətlərində həm işçinin, həm də işəgötürənin hüquqları qorunur.İşçi əsas göstərmədən ərizəsində göstərdiyi konkret tarixdə əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər.Bu zaman işəgötürənin işin normal ahənginə xələl gətirilməməsi üçün, yeni işçi tapılaraq işə götürülməsinə vaxt lazım olduğu üçün işçinin ərizəsi ilə razılaşmaya bilər.Lakin işə götürən bununla razılaşaraq, işçinin ərizəsində göstərdiyi konkret tarixdə əmək müqaviləsinə xitam verə bilər.Məhz buna görədir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol v erilmir.Göstərilən maddədən anlaşılır ki, işçi ərizəsində əsas göstərmədən konkret tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş edərsə və işəgötürən də bununla razılaşarsa ərizədə göstərilən konkret tarixdə əmək müqaviləsinə xitam verilməsinə maneə yoxdur.

58. Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tətbiqində səhvə yol verilməmişdir.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırı lmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və sübutlara qiymət verilməsi ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.Belə ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.Həmçinin kassasiya məhkəməsi sübutlara qiymət vermir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 2(103)-5028/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar