Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-836/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Goranboy rayon Xoylu Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Goranboy rayon Xoylu Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasına dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1961/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2003-cü tarixli, 08 saylı icarə müqaviləsindən görünür ki, Goranboy rayonu Xoylu Bələdiyyəsinin mülkiyyətində olan torpaqdan 4.0 ha torpaq sahəsi əkin məqsədi ilə 10 il müddətinə Cavabdeh icarəsinə verilmişdir.
2. Goranboy rayonu Xoylu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı iclasında Xoylu kənd sakini Cavabdeh (247 №-li payçı) ərizəsinin nəzərə alınması, baş sxemdə kənd altı kimi göstərilən 15№-li konturun qərb hissəsi 14№-li konturun qərb hissəsi kimi yazılaraq payçıların mülkiyyətinə verilməsi, DT və XK-dən bələdiyyə torpaqlarında müvafiq dəyişiklərin aparılmasına köməklik göstərilməsi və Göranboy rayon Aqrar İslahat Komissiyasından bələdiyyənin bu qərarının tə sdiq edilməsinin xahiş edilməsi qərara alınmışdır.
3. Goranboy rayonu Xoylu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 08 saylı iclasında torpaq sahəsinin dəyişdirilməsi ilə bağlı Goranboy rayonu Xoylu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı iclas qərarı ləğv edilmişdir.
4. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(045)-103/2021 saylı hökmü ilə cavabdeh qanunsuz torpaq zəbt etdiyinə görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona cəzası 01 il 06 ay müddətə sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək təyin edilən cəzanı n CM-nin 70-ci maddəsinə əsasən şərti edilməsi ilə bağlı müddəalar çıxarılmış, üzərində qəti olaraq 01 il 11 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və məhkəmə iclas zalından həbs edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Goranboy Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, cavabdehə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişd irilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Goranboy rayon Xoylu Bələdiyyəsi (bundan sonra – iddiaçı və ya Bələdiyyə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyəyə məxsus 10.06 ha torpaq sahəsindən Cavabdeh (bundan sonra – cavabdeh) çıxarılması və torpaqdan qanunsuz istifadə nəticəsində Bələdiyyəyə vurmuş olduğu 1500 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh Bələdiyyəyə məxsus 10.06 ha torpaq sahəsini özbaşına, yəni qanunsuz olaraq zəbt edərək bir neçə ildir istifadə edir. Cavabdehdən torpaq sahəsin i boşaltması tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Hətta bu barədə istintaq orqanına müraciət edilmiş və cavabdeh barəsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması ilə əlaqədar cinayət işi başlanmışdır. İşin hallarında məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdeh Xoylu kəndi ərazisində, hərbi hissənin şimal tərəfində, pambıq çardağının yanında heç bir istifadə, icarə və ya mülkiyyət hüququ olmadan Xoylu bələdiyyəsinin mülkiyyətinə aid olan örüş uqodiyalı torpaq sahəsinin 0.6 hektarına yonca bitkisi, 5.5 hektarına isə meyvə ağacları əkməklə, cəmi 6.1 hektar torpaq sahəsini qanunsuz olaraq istifadə edir. Buna baxmayaraq cavabdeh sözügedən torpaq sahəsindən qanunsuz istifadəni davam etdirir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
11. İddia ərizəsi “cavabdehdən torpaqdan qanunsuz istifadə nəticəsində Bələdiyyəyə vurmuş olduğu 1500 manat pul tutulması” tələbinə dair hissədə məhkəmənin 27 aprel 2023-cü il tarixli qərardadına əsasən baxılmamış saxlanmışdır.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, işin hallarında qeyd edilən cinayət işi üzrə məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdeh Xoylu kəndi ərazisində, hərbi hissənin şimal tərəfində, pambıq çardağının yanında heç bir istifadə, icarə və ya mülkiyyət hüququ olmadan Xoylu bələdiyyəsinin mülkiyyətinə aid olan örüş uqodiyalı torpaq sahəsinin 0.6 hektarına yonca bitkisi, 5.5 hektarına isə meyvə ağacları əkməklə, cəmi 6.1 hektar torpaq sahəsini qanunsuz olaraq istifadə edir. Buna baxmay araq cavabdeh sözügedən torpaq sahəsindən qanunsuz istifadəni davam etdirir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Goranboy rayonu Xoylu kəndində yaşayır. Bələdiyyəsi ilə aralarında bağlanmış 03 saylı, xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan 04 ha torpaq sahəsi 10 il müddətinə onun icarəsinə verilmişdir. Bundan başqa torpaq islahatı zamanı onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.09 ha torpaq sahəsi istifadəyə yararsız olduğu üçün bələdiyyənin xx.xx.2005-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışa əsasən bələdiyyənin başqa torpaq sahəsi ilə dəyişdirilmişdir. Doğrudur xx.xx.2003-cü il tarixli icarə müqaviləsinin müddəti başa çatmışdır. Müqavilənin müddəti başa çatdığı üçün onunla yeni icarə müqaviləsi bağlanması üçün iddiaçıya müraciət etsə də, sonuncu onunla yeni icarə müqaviləsi bağlamaqdan imtina edərək, torpaq sahəsini boşalmağını tələb etmişdir. O, Bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsinin 0.6 hektarına yonca bitkisi, 5.5 hektarına isə meyvə ağacları əkməklə, cəmi 6.1 hektar torpaq sahəsindən hazırda da istifadə edir. Həmin torpaq sahəsini boşaltmaq fikri yoxdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı oğlu əlavə izahatında göstərmişdir ki, uzunmüddətli istifadədən sonra cavabdehlə yenidən icarə müqavi ləsinin bağlanması kəndin başqa sakinlərinin maraqlarına uyğun deyildir. Həmin yeri sosial ədalətin qorunması üçün başqa sakinlərə icarəyə vermək fikirləri vardır. Belə ki, başqa sakinlərin də torpaqdan istifadəsinə şərait yaradılmalıdır. Həm də cavabdehin və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.09 ha torpaq sahəsi istifadəyə yararsız olması səbəbi ilə bələdiyyənin xx.xx.2005-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışa əsasən bələdiyyənin başqa torpaq sahəsi ilə dəyişdirilməsi qanunsuz olmuş, sonrakı sənədləşmənin aparılması mümkün olmamışdır. Bu səbəbdən çıxarışı ləğv etmişlər. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlə yeni icarə müqaviləsi bağlamaq fikirləri yoxdur. Məhkəmədən cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş ed ir.
15. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 aprel 2023-cü il tarixli, 2(061)-278/2023 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilərək, cavabdehin Goranboy rayonu Xoylu bələdiyyəsinin mülkiyyətində olan 6.1 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyət, istifadə və icarə hüququ olmadan Bələdiyyənin mülkiyyətinə aid olan örüş uqodiyalı torpaq sahəsinin 0.6 hektarına yonca bitkisi, 5.5 hektarına isə meyvə ağacları əkməklə, 6.1 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə etməsi mülkiyyətçinin əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərən cam vermək hüququndan məhrum etdiyindən, qanunsuz zəbt etmə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə müəyyən edildiyindən və həmin xüsusat üzrə hər hansı bir əlavə araşdırılmanın aparılması istisna edildiyindən cavabdeh iddiaçının qanunsuz olaraq zəbt etdiyi Goranboy rayonu Xoylu kəndi ərazisində, hərbi hissənin şimal tərəfində, pambıq çardağının yanında yerləşən örüş uqodiyalı 6.1 ha torpaq sahəsindən çıxarılmalıdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, Torpaq Məcəlləsinin 66.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cava bdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xoylu bələdiyyəsi ilə aralarında bağlanmış 03 saylı, xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan 4 ha torpaq sahəsini 10 il müddətinə icarəyə götürmüşdür.Bundan başqa torpaq islahatı zamanı ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.09 ha torpaq sahəsi istifadəyə yararsız olduğu üçün bələdiyyənin xx.xx.2005-ci il tarixli 06 saylı iclas protokolu ilə verilmiş qərara əsasən bələdiyyənin başqa torpaq sahəsi ilə dəyişdirilmişdir.xx.xx.2003cü il tarixli icarə müqaviləsinin müddəti başa çatsa da, Xoylu bələdiyyəsi ilə aralarında bağlanmış 03 saylı, xx.xx.2003-cü il tari xli icarə müqaviləsinin 2.11-ci bəndinə əsasən icarəyə verilmiş torpaq sahəsi qanunvericliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilərkən bu sahənin alınmasını ilk növbədə icarəçiyə təklif etmək vəzifəsi qoyulmuşdur və ya torpaq sahəsi yenidən icarəyə verildiyi halda ilk olaraq yenə də icarəçi kimi ona təklif olunmalı idi. Müqavilənin müddəti başa çatdığı üçün onunla yeni icarə müqaviləsi bağlanması üçün Xoylu bələdiyyəsinə müraciət etsə də, Xoylu bələdiyyəsi onunla yeni icarə müqaviləsi bağlamaqdan imtina edir.Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Xoylu bələdiyyəsinin mülkiyyətinə aid olna tarpaq sahəsindən istifadə müddəti 2013- cü il tarixdən bitsə də, o, torpaqla bağlı mübahisəni 2021-ci ildə qabartmışdır. Bu 8 il müddətində bələdiyyənin heç bir rəsmi imtinası, səlahiyyətl i orqanlara müraciəti olmamışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1961/2023 nömrəli iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəsi), A.H.Hüseynzadə və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Həmin hökm apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, cavabdehin təqsirliliyinə dair gəlinə n nəticə dəyişdirilmədən saxlanılmışdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Göründüyü kimi, iddiaçının tələbinin qanuni əsasını torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ittiham verilkərək cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmiş, cavabdehin təqsirliliyi sübuta yetirilddiyi üçün həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə cavabdeh 02 il müddətə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilmiş, cəzası 01 il 06 ay müddətə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək təyin edilən cəzanın CM-nin 70- ci maddəsinə əsasən şərti edilməsi ilə bağlı müddəalar çıxarılmış, üzərində qəti olaraq 01 il 11 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və məhkəmə iclas zalından həbs edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2 021-ci il tarixli hökmü dəyişdirilərək, cavabdehə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin elektron xidmət sistemində olan məlumatla müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallar məhkəmənin baxdığı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlı olmuşdur. Cavabdehin iddiaçıya məxsus 6.1 ha torpaq sahəsini iddiaçının irad əsinə zidd olaraq istifadə etməkdə davam etməsinin heç bir hüquqi əsası yoxdur və bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur.
26. Cavabdeh özü də birinci instansiya məhkəməsində icraat zamanı heç bir istifadə, icarə və ya mülkiyyət hüququ olmadan iddiaçı Goranboy rayonu Xoylu bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin 0.6 hektarına yonca bitkisi, 5.5 hektarına isə meyvə ağacları əkməklə, cəmi 6.1 hektar torpaq sahəsini istifadə etdiyini etiraf etmiş və bunu özünün təklif etməsinə baxmayaraq Goranboy rayonu Xoylu bələdiyyəsinin onunla yenidən icarə müqaviləsi bağlamaması ilə əlaqələndirmişdir.
27. Halbuki, işin yuxarıda qeyd edilən halları ilə təsdiq edilir ki, iddiaçı istifadə etdiyi 6.1 ha torpaq sahəsinə dair mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habel ə daşınmaz əmlaka digər hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tərəflər arasında 10 il müddətinə bağlanmış xx.xx.2003-cü tarixli, 08 saylı icarə müqaviləsinin isə müddəti isə 2013-cü ildə başa çatmışdır. Onun 2013-cü ildən mübahisə edilən torpaq sahəsindən heç bir hüquqi əsas olmadan istifadə etməsi, iddianın rədd olunmasına hüquqi əsas vermir. Digər tərəfdən, mübahisə edilən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, özbaşına becərmişdir ki, bununla da, məhkəmə qərarı ilə məhkim olunmuşdur.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 148.2, 152.1 və 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1, 66.1 və 111.1-ci maddələr ini rəhbər tutaraq əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tək iddiaçıya münasibətdə tətbiq edilməsi əsassızdır. O səbəbdən ki, mübahisəli torpaq sahəsi cavabdehin qanuni icarəsində olduğu müddətdə həmin sahədə çoxillik bağ sahəsi salınmış və hazırda tam gücü ilə məhsul verməkdədir. Əslində Bələdiy yənin 7-8 ildən sonra müqaviləni mübahisələndirməsi həmin bağda yüksək məhsuldarlığı olanmeyvə bağının salınmasıdır. Bələdiyyənin alt məqsədi məhz bağın ələ keçirilməsi, başqasının xərcləri əsasında yaradılmış bağın faydasını ələ keçirmək niyyətidir. Mübahisələndirilən torpaq sahəsində olan bağ sahəsində hazırda hər il 50-60 ton məhsul verən becərilmiş meyvə ağacları üzərində mülkiyyət hüququnun cavabdehə məxsusluğuna dair münasibətlərə məhkəmə kollegiyası tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin 152-ci maddəsi cavabdehə münasibətdə açıq saxlanılmışdır.
31. Kassasiya şikayətində Mülki Məcəllənin 166.1 və 1091.2-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ iləsahiblik edir. Hər hans ı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Meyvə ağaclarının köçürülə bilməsinin mümkünlüyünü nəzərə alsaq (daşınar əşya) mübahisəli torpaq sahəsində salınmış bağda olan ağaclar cavabdehin mülkiyyəti hesab edilməlidir. Belə olan halda iddiaçı olan mülkiyyətçinin hüquqlarının qorunması, cavabdeh olanmülkiyyətçinin hüquqlarına əhəmiyyət verilməməsi ədalətsiz olmaqla həmdə qanunsuzdur.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və yasonralar aradan qalxmış əsasa söykənir. İşin hallarından görünür ki, mübahisəli torpaq sahəsində bağ salınması üçün cavabdehin q anuni əsasları olmuş, sonradan bu əsaslar aradan qalxmış və nəticədə cavabdehin maddi vəsaiti hesabına yetişdirilmiş yüksək məhsuldar növlü meyvə bağı, ondan gələn gəlirlər hesabına iddiaçı əsassız olaraq varlanır.Bu məsələyə məhkəmə kollegiyası hüquqi qiymət verilməmişdir.
32. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını təmin etməmişdir. Məhkəməmnin qətnaməsi qanuni vəəsaslı olması tələblərinə əməl edilməmiş, bağ sahəsində olan meyvə ağaclarına münasibətdə iddia tələbinə hüquqi qiymət verilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilsə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən nəzərə alınmır.Belə ki, Azər baycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Mə cəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
24. Maddə 5.
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
25. Maddə 66.
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir
26. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən razılaşılan birinci instansiya məhkəməsinin mövqeyinə əsasən cavabdeh mülkiyyət, istifadə və icarə hüququ olmadan bələdiyyənin mülkiyyətinə aid olan örüş uqodiyalı torpaq sahəsinin 0.6 hektarına yonca bitkisi, 5.5 hektarına isə meyvə ağacları əkməklə, 6.1 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə etməsi mülkiyyətçinin əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etdiyindən, qanunsuz zəbt etmə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə müəyyən edildiyindən və həmin xüsusat üzrə hər hansı bir əlavə araşdırılmanın aparılması istisna edildiyindən cavabdeh iddiaçının qanunsuz olaraq zəbt etdiyi Goranbo y rayonu Xoylu kəndi ərazisində, hərbi hissənin şimal tərəfində, pambıq çardağının yanında yerləşən örüş uqodiyalı 6.1 ha torpaq sahəsindən çıxarılmalıdır.
39. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Həmin hökm apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, cavabdehin təqsirliliyinə dair gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün h adisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
40. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ittiham verilkərək cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmiş, cavabdehin təqsirliliyi sübuta yetirilddiyi üçün həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə cavabdeh 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 01 il 06 ay müddətə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək təyin edilən cəzanın CM-nin 70ci maddəsinə əsasən şərti edilməsi ilə bağlı müddəalar ç ıxarılmış, üzərində qəti olaraq 01 il 11 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və məhkəmə iclas zalından həbs edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, cavabdehə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin elektron xidmət sistemində olan məlumatla müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Gən cə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,dir ki, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallar məhkəmənin baxdığı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddianı verməkdə haqlı olmuşdur. Cavabdehin iddiaçıya məxsus 6.1 ha torpaq sahəsini iddiaçının iradəsinə zidd olaraq istifadə etməkdə davam etməsinin heç bir hüquqi əsası yoxdur və bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onl ara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin torpaq sahəsindəki meyvə ağacları üzərində mülkiyyət hüququnun cavabdehə məxsusluğuna, cavabdehin maddi vəsaiti hesabına yetişdirilmiş yüksək məhsuldar növlü meyvə bağı, ondan gələn gəlirlər hesabına iddiaçının əsassız olaraq varlandığı, bu məsələyə məhkəmə kollegiyasının hüquqi qiymət verilmədiyi barədə dəlilləri ilə əlaqədar kassasiya kollegfiyası qeyd edir ki, göstərilən məsələlər məhkəmə araşdırmasının predmeti olmamışdır.İddia cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılma barədə olmuş və məhkəmələr də həmin m əsələyə hüquqi qiymət verməklə müvafiq məhkəmə aktları qəbul etmişlər.Azərbaycan Respublikasının MPM-in 218.3-cü madəsinə əsasən də hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də iş üzrə məhkəmələr tərəfindən kassasiya şikayətinin dəlillərində göstərilən məsələlərə hüquqi qiymət verilməməsində hər hansı bir hüquq normasının pozulması müəyyən edilmir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunma malı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2(104)-1961/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.