Məhkəmə qərarları › İş №2(102)-839/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-839/2023

29.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-839/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh qarşı QƏRARİ iş № 2(102)-839/2023 Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, inzibati tənbeh verilməsi üçün müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, X3 ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6034/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 ma rt 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli Əmrin surətinə əsasən, əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri uzrə direktor müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.

2. Azərbaycan Respublikasının Təhsil Nazirinin “Yoxlamanın nəticələrinə dair” xx.xx.2022-ci il tarixli, K-50 nömrəli əmrin surətinə əsasən,, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mü barizə haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun, “Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsinin, “Müəllimlərin etik davranış qaydaları”nın və təhsilin idarə olunması üzrə digər tənzimləyici normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və təlim-tərbiyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021 -ci il tarixli, F300 nömrəli əmri ləğv edilməsi, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022- ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 75-89 nömrəli Əmrin surətinə əsasən, Bakı şəhəri 314 nömrəli tam orta məktəbdə aparılmış araşdırma nəticəsində əmək fəaliyyətlərində nöqsanlara yol vermiş Bakı şəhəri 314 nomrəi tam orta məktəbin direktor İddiaçı və təlim-tərbyə işləri üzrə direktor müavini X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Bakı Şəhəri uzrə Təhsil İdarəsinin 07 12.2021-cı il tarixli F-300 nomrəli əmrin ləğv edilməsinin nəzərə alınması, Bakı şəhəri 314 nomrəli tam orta məktəbm direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə gorə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsəsən xx.xx.2022-ci il tarixdən ləğv edilməsinin nəzərə alınması, maliyyə və mühasibatlıq sektoru İddiaçı ilə son haqq hesabın aparılmasını təmin edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələ binə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, onun Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və işdən azad edildiyi gündən bərpa ediləcəyi günədək işburaxmaya görə əmək haqqımın hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən Şuşa şəhər 9 nömrəli tam orta məktəbdə tarix fənn müəllimi olaraq dövlət müəssəsində əmək fəaliyyətinə başlamış, xx.xx.2020-ci il tarixdən də Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Çalışdığı dövrdə əmək fəa liyyətində hər hansı pozuntuya yol verməmiş, vicdanla və layiqli şəkildə öz vəzifələrini icra etmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Əmək fəaliyyəti dövründə rəhbərlik etdiyi təhsil müəssisəsində şagird və müəllim kollektivi üçün tam şəffaf bir təhsil mühiti formalaşdırmışdır. Təəssüf ki. yaratmağa çalışdığı şəffaflıq bəzi şəxslərin maraqlarına toxunduğundan fəaliyyətinə kölgə salınmağa çalışılmış və nəticədə də əmək fəaliyyətinə qanunsuz olaraq son verilmşdir. Rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimlər arasında yaranan anlaşılmazlığın tərəfindən düzgün araşdırılmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair Azərbaycan Respublikası Təhs il Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində F300 nömrəli intizam tənbehi barədə əmr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əhəmiyyət verməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi fikrini dəyişdirərək Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2022-ci il tarixli. K50 nömrəli əmrinin icrasını təqdim etmək məqsədilə xx.xx.2022-ci il tarixində 75-89 saylı yoxlama nəticələrinə dair yeni əmr vermiş və Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Dəfələrlə müraciət etsə də, barəsində qəbul edil ən əmrlərin surəti təqdim edilməmişdir. Bu əmr qanunsuz və qərəzli şəkildə qəbul edilmiş, ləğv edilməlidir və 314 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir.

6. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

7. Bakı şəhər Nərimanov rayon məhkəməsinin (X2) 2(005)-1740/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

9. Məhkəmə hesa b edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72, 186, 187, 311, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-1740/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şik ayətində qeyd etmişdir ki, məhz hansı intizam xətasını törətməsi əsaslandırılmasa da, F-300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmrin ləğv edilərək, xx.xx.2022-ci il tarixində işdən azad edilməyi barədə əmrin verilməsi onu deməyə tam olaraq əsas verir ki, o məhz eyni əsasla, yəni F-300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmrin verilməsinə əsas yaradan intizam xətasına görə işdən azad edilmişdir. Belə olan halda, Əmək Məcəlləsinin 187 və 189-cu maddələrinin də tələbləri pozulmuşdur. ƏM-nin 189-cu maddəsinin tələblərini pozmamaq məqsədilə (Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.) BŞTİ F300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmri ləğv etmişdir. Lakin bununla BŞTİ ƏM-nın 189-cu maddəsinin də tələblərini pozmuşdur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2- ci hissəsində qeyd edilir ki, İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Törətdiyi iddia edilən intizam xətasını hətta xx.xx.2021-ci il tarixində belə aşkar etmiş olsaydılar da yenə də ƏM-nın 187ci maddəsinin tələbləri pozulmuş olacaqdı, çünkü xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 ay 11 günkeçmiş olur. Məhkəmə öz qətnaməsində hansı faktiki halları araşdırdığı barədə heç bir məlumat verməyib. Eyni zamanda qətnamənin müəyyən etdi hissəsinin 4-cü abzasında məhkəmə “Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabde hin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.” cavabdehin məhkəmə iclasında iştirak etmədiyini bildirir. Daha sonra əsaslandırıcı hissədə məhkəmə (Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır.) cavabdehin nümayəndəsinin verdiyi izahata istinad edir. Görünür məhkəmə işin araşdırmaqdan çox heç bir məhkəmə iclasında iştirak etməyən cavabdeh nümayəndəsinin maraqlarına xidmət etməkdədədir. Cavabdehin nümayəndəsi 3 məhkəmə iclasından heç birinə gəlməmişdir. Məhz bu səbəbdən hakim hazırlıq iclasını bir dəfə təxirə salmışdır. Da ha sonra hansı intizam xətasını törətməyim əsaslandırılmasa da, F-300 saylı, xx.xx.2021-ci il tarixli intizam tənbehi barədə əmrin hansı əsasla ləğv edilməyi və niyə yeni əmrin verilməsi barədə müddəalar məhkəmə tərəfindən araşdırılmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X7 Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X8) 2(103)-6034/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılılmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində eyni bir pozuntuya görə ona 2 intizam tənbehi tətbiq edildiyini, sonradan ilk intizam tənbehinin ləğv edilməsinin Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olduğunu bildirmişdir. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətini n bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya onun əmək fəaliyyətində yol verdiyi eyni pozuntuya görə iki intizam təbehi tətbiq edilməmişdir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair Təhsil Nazirliyinin əmri verilərkən, iddiaçıya şiddətli töhmət verilməsinə dair Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri ləğv edilmişdir.

15. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə həmçinin qeyd etmişdir ki, Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin ləğvinin qanuna uyğun olub-olmaması Əmək Məcəlləsinin tələbləri baxımından deyil, “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından dəyərləndirilməlidir ki, bu məsələ də mülki icraatın deyil, inzibati məhkəmə icraatının predmeti nə aiddir. Bundan başqa, iddiaçı Təhsil Nazirliyinin əmrinin qanunsuz olması halına istinad etsə də, həmin əmrin inzibati qaydada mübahisələndirməsi iş materiallarından müəyyən edilmir.

16. İddiaçı apellyasiya şikayətində həmçinin Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməsinə istinad etmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, F-300 saylı, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, əmrin verilməsi üçün əsaslardan biri Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, 24-00-988 qeydiyyat nömrəli birgə xidməti məruzəsi olmuşdur. İddiaçının fəaliyyətində yol verdiyi nöqsanlar xx.xx.2021-ci il tarixində aşkar edildiyindən, əmrin xx.xx.2021-ci il tarixində verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinə əsas ən, 1 aylıq müddətlə bağlı tələbə riayət edildiyinə dair nəticəyə gəlməyə əsas verir. Sonradan həmin əmrin ləğv edilməsi həmin müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Çünki, iddiaçıya şiddətli töhmətin verilməsinə dair əmr iddiaçının yol verdiyi nöqsanların aşkara çıxmasından sonra səlahiyyətli orqanın (Bakı şəhəri üzrə Təhsil idarəsinin) həmin pozuntu faktlarına münasibətdə tədbir görməsini, ölçü götürülməsini deməyə əsas verir. Sonradan həmin əmrin ləğv edilməsi isə həmin əmrin verilməsinə səbəb olmuş pozuntu faktlarının olmaması və iddiaçıya ümumiyyətlə intizam təhbehinin tətbiq edilməli olmaması ilə bağlı olmamışdır. Bu səbəbdən də, iddiaçının fəaliyyətində yol verdiyi nöqsanlara müvafiq orqan tərəfindən münasibət bildirildiyindən, iddiaçıya qeyd edilən əmr ləğv edildikdən son ra, xx.xx.2021-ci il tarixində başqa intizam tənbehinin tətbiqinə dair əmrin verilməsi ona müddət ötdükdən sonra verilmiş intizam tənbehi kimi qiymətləndirilə bilməz.

17. Kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmanın nəticəsi üzrə toplanmış materialları prokurorluq orqanına əmək qanunvericiliyinin pozulub-pozulmamasının araşdırılması üçün deyil, işçinin əməllərinə korrupsiya cinayətlərinin əlamətlərinin olub-olmaması baxımından qiymət verilməsi üçün göndərilmişdir. İş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş materiallar üzrə araşdırma aparılmış və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmamışdır. Həmçinin Bakı şəhəri 314 saylı tam ort a məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cinayət tərkibli əməllərin aşkar edilməməsi, iddiaçının əmək fəaliyyətində nöqsanlara yol verməməsinə və intizam təhbehinin tətbiq edilməsinə əsasın olmamasına dair nəticəyə gəlməyə əsas verə bilməz.

18. Kollegiya iş materiallarına və tərəflərin izahatlarına əsasən qeyd etmişdir ki, iddiaçıya verilən intizam təbnehi onun məktəbdə müəllimlərdən pul yığması faktı ilə bağlı olmuşdur. Qeyd edilən halın həqiqiliyini kollegiya məhkəmə iclasında araşdırarkən iddiaçı izahatında bildirmişdir ki, o məktəbdə müəllimlərdən pul yığmışdır, lakin bunu öz şəxsi maraqları üçün deyil, məktəbdə lazım i təmir işlərinin aparılması üçün etmişdir. Qeyd edilənlərə münasibətdə kollegiya vurğulayır ki, iddiaçının öz şəxsi maraqları üçün deyil, məktəbin təmir işlərinin aparılması üçün pul yığması qanunla yol verilən hərəkət olmadığından, etik davranış qaydalarının tələblərini pozmuşdur.

19. Sadalanan xüsusatlara əsasən kollegiya hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72, 186, 187, 311-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6034/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir.

23. Kassasiya şikayətinə dair cavabdeh tərəfindən hər hansı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

24. Maddə 186 (1-ci hissə) İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə e tdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

25. Maddə 186 ( 2-ci hissə) işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

26. Maddə 187( 1 -ci hissə).İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir.

27. Maddə 187 (2-ci hissə). İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər.

28. Maddə

311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

29. Maddə 70, ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edi lməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

39. Belə ki, iddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300- cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:

1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilm işdir.

40. İşdən müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara gorə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı və məktəbin təlim tərbiyə işləri uzrə direktor müavini X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarıqla şiddətli töhmət verilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli, F-300 nömrəli əmri ləğv edilərək, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzrətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə səl ahiyyətlərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək k ollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Apellyasiya məhkəməsi isə iddianın predmetini təşkil edən Təhsil Nazirliyinin əmrinin qanuniliyini yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından dəyərləndirməmiş və Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin ləğvinin qanuna uyğun olub-olmaması, habelə Təhsil Nazirliyinin əmrinin qanunsuz olması barədə iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu əmr Əmək Məcəlləsinin tələbləri baxımından deyil, “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından dəyərləndirilməli və bu məsələ də mülki icraatın deyil, inzibati məhkəmə icraatının predmetinə aiddir və həmin əmrin inzibati qaydada mübahisələndirməsi iş materialla rından müəyyən edilmir.

43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsassız hesab edir. Çünki iddianın predmetini təşkil edən əmrin qanunliyi inzibati qaydada araşdırılmalı idisə, onda apellyasiya məhkəməsi iş üzrə icraata xitam verməli idi. Lakin o, yuxarıda sərgilədiyi mövqe ilə yanaşı həmin işəmahiyyəti üzrə baxaraq, əmri qanuni hesab edərək iddianı təmin edilməməsi barədə qətnaməni qüvvədə saxlamışdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr işəgötürənin dövlət qulluqçusu hesab edilməyən işçi barədə inzibati tənbeh tədbirinin tətbiq edilməsi və onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi barədə olduğundan onun qanuniliyinin yoxlanılması inzibati məhkəmə icraatının deyil, mülki məhkəmə araşdırmasının predmeti olmuşdur.

45. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin məhkəmələr tərəfindən cavabdehin sözügedən əmr verilərkən bu tələblərə əməl olunub-olunmaması araşdırılmamışdır.

46. Bundan başqa, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozuld uğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

47. Apellyasiya məhkəməsi qətnaməsində iddiaçının fəaliyyətində yol verdiyi nöqsanların xx.xx.2021-ci il tarixində aşkar edildiyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinin isə xx.xx.2021-ci il tarixində verilməsinə istinad edərək Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, 1 aylıq müddətlə bağlı tələbə riayət edildiyini, sonradan həmin əmrin Təhsil Nazirliyi tərəfindən ləğv edilməsinin isə həmin müddətin ötürülməsi kimi qiymətləndirməyə əsas vermədiyini göstərmişdir.

48. Lakin məhkəmə kollegiyası bu qənaətlə də razılaşmır. Belə ki, iddiaçının intizam xətasına yol verməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi xx.xx.2021-ci il tarixdə aşkar edildiyi halda həmin xətaya görə intizam tənbehi 1 ay müddətində verilməlidir. Tətbi q edilmiş bir intizam tənbehi barədə əmrin sonradan ləğv edilməsi həmin müddətin axımını dayandırmır. Həmin müddətin təxirə salınması üçün işçinin xəstə olması, yaxud məzuniyyətdə, ezamiyyətdə olması barədə dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir.

49. İddiaçı barəsində toplanmış materialların işəgötürən tərəfindən prokurorluq orqanına göndərilsə də, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş materiallar üzrə araşdırma aparılmış və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmamışdır. Həmçinin Bakı şəhəri 314 saylı tam orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyinə təqdimat göndəril mişdir. Belə olan halda, aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin süçilməsinə əsas verib-vermədiyi də məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır.

50. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verməlidir.

51. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçı nın kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Çünki iş üzrə yeni qərarın qəbul edilməsinə əsas verən hallar mövcud deyildir.

53. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunanmaddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6034/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar