Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-84/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7303/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 204A, M18, mənzil 1 üçün artıq ödənilmiş 3128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2922,48 manat, sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat, ümumilikdə 7150,48 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması, “göstərilmiş kommunal xidmətlərə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22.11.2019-cu il tarixli ********* nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)-1641/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ilə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyindən cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən 16.06.2021ci il tarixli sənəd əlavə olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1641/2021 saylı, 23.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, F.Talışinski, R.Eyvazov)14 iyul 2021-ci il tarixli, 2(103)-7303/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(004)-1641/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)-7303/2021 say lı qərardadından kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, N.Cəfərov, E.Mehdiyev) 30 avqust 2021-ci il tarixli, 2(103)-7303/2021 saylı qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)-7303/2021 saylı qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsaslanaraq hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, kassasiya şikayətini geri qaytarmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti verərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi 30 avqust 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.6 və 408-ci maddələrinin tələblərini pozmuşdur. Həmçinin Mülki Prossesual Məcəlləsi-nin 402ci maddəsində ərizənin baxılmamış saxlanılması barədə qərardaddan kassasiya şikayətinin verilməsinin nəzərdə tutulmamas, apellyasiya məhkəməsinin səhv qərardadından verilmiş şikayətin kassasiya qaydasında yoxlanmasını istisna edən qayda kimi təsbit edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ( qərardad qəbul edilən zaman qüvvədə olan redaksiyasına görə): Maddə
402. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (hazırda qüvvədə olan redaksiya) Maddə 402.2. Apellyasiya m əhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Maddə 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; Maddə 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; Maddə 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Maddə 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikay ətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 30.08.20212-ci il tarixli qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayəti verilə bilən qərardadlarının siyahısı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar siyahısında apellyasiya şikayətinin(şikayətin) qaytarılması barədə qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bu hal isə kassasiya şikayətinin apell yasiya məhkəməsi tərəfindən geri qaytarılması üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti verilməsi qanunla nəzərdə tutulmayan qərardaddan verilmiş kassasiya şikayətini apellyasiya instansiya məhkəməsi haqlı olaraq geri qaytarmışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-7303/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.