Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-841/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ("xxxx" MTK və Bakı şəhəri İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cəlb olunmaqla) “mənzildən məcburi çıxarılma, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərə son qoyulma” tələbinə dair ilkin iddia ərizəsinə, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X10, X11 və X8 cavabdeh İddiaçı qarşı “çıxar ışın ləğv edilməsi və paylarının tanınması” tələbinə dair iş üzrə QƏRARİ (Acar sözlər: miras əmlakda payın müəyyən edilməsi, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6320/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflərin valideynləri olan X23 ilə X17 nikahlarından 9 uşaq anadan olmuşdur: 23.05.1947-ci il təvəllüdlü X11, 28.11.1951-ci il təvəllüdlü X10, xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh4, qardaşları - 1945-ci il təvəllüdlü X20, 1949-cu il təvəllüdlü X24, 1958-ci il təvəllüdlü X21, 1956-cı il təvəllüdlü İddiaçı, 1966-cı il təvəllüdlü X12. Həmin övladlardan İsayev Aydın 2002-ci il tarixdə, İsayev Füzuli 2003-cü il tarixdə və İsayev Bayram 2005-ci il tarixdə vəfat etmişlər. Tərəflərin ataları X23 1975-ci ilin avqust, anaları X28 isə 1998-ci ilin aprel ayında vəfat etmişlər. Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 3 otaqlı 107 saylı mənzili ilkin olaraq Bakı ş əhəri 26 Bakı Komissarları rayonu İcrayyə Komitəsinin 27.12.1971-ci il tarixli 19 saylı sərancamına əsasən, 107481 nömrəli order əsasında 7 nəfər ailə üzvü ilə (özü, atası, anası, 4 qardaşı) X13 verilmiş, mənzil "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra MTK) məxsus olmuşdur. X40 Sovet Ordusunda xidmətdə olması ilə əlaqədar olaraq MTK-ya müraciət edərək kooperativ mənzildəki payının atası Əsədulla İsayevin adına keçirilməsini xahiş etmişdir. MTK-nın ümumi yığıncağının 19.11.1972-ci il tarixli qərarına əsasən Bayram İsayev kooperativ üzvlüyündən xaric edilmiş, Əsədulla İsayev isə kooperativə üzv qəbul olunmuşdur. Bakı şəhər İK-nin Mənzil-kooperativ təsərrüfatının 02.03.1973-cü il tarixli 23/8-435 nömrəli vəsatətinə əsasən, Bakı şəhəri 26 Bakı Komissarları rayonu XDS İK-nin 16.03.1973 -cü il tarixli 58/5036 nömrəli sərancamı ilə "xxxx" MTK-nın Ümumi Yığıncağının protokolu təsdiq edilmiş və Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 27 saylı evin 3 otaqlı 107 saylı mənzilinə X18 7 nəfər ailə üzvü ilə (özü, arvadı, 5 oğlu) order verilməsi, 107381 nömrəli orderin ləğv edilməsi qərara alınmışdır. Adıçəkilən sərancam əsasında X18 7 nəfər ailə üzvü ilə (özü, arvadı Sədirə, uşaqları Füzuli, Vaqif, Mətanət, Firdovsi və Bayram) 21.03.1973-cü il tarixli 133599 nömrəli order verilmişdir. X14 vəfatından mübahisəli mənzilin pay haqqının ödənişləri mərhumun adına olmaqla arvadı X28 tərəfindən həyata keçirilmiş (tərəflərin izahatına əsasən), sonuncu ödəniş 1988-ci ilin aprel ayında olmuşdur, belə ki, "xxxx" MTK-nın 1988-ci il aprel tarixli 107 saylı ödəniş qəbzinin surətindən gör ünür ki, mübahisəli mənzilə dair sonuncu pay haqqı ödənişi 1988-ci il tarixdə olmuşdur. X24 və X21 1975-ci ildə Rusiyaya köçüb daimi olaraq orada yaşamış, mübahisəli mənzillə bağlılıqları olmamışdır, hazırda da məhkəmə tərəfindən işə cəlb olunmuş vərəsələrinin hər hansı tələbi yoxdur. X11 1974-cü ildə, X10 1979-cu ildə ailə quraraq mübahisəli mənzildən köçmüşlər. Cavabdeh4 1988-ci ildə mübahisəli mənzildən çıxmış və 2009-cu il tarixdə öz evi satılandan sonra ailəsi ilə birlikdə mübahisəli mənzilə qayıtmışdır və hazırda həmin mənzildə yaşayır. Cavabdeh1 2000-ci ildə ailə qurub mübahisəli mənzildən çıxmış, 2001-ci il tarixdə Moskvaya köçmüşdür, 2009cu ildə isə geri qayıtmışdır. X12 1996-ci il tarixdə mənzildən köçmüşdür. İddiaçı 2007-ci ildə MTK-ya müraciət edərək, atasının vəfatı ilə əlaqəd ar olaraq, mübahisəli mənzilin və payın onun adına keçirilməsini xahiş etmiş, MTK-nın 08.12.2007-ci il tarixli 4 saylı qərarı ilə mənzil və pay İddiaçı adına keçirilmiş, həmin qərar əsasında Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 17.12.2007-ci il tarixli 130 nömrəli sərancamı ilə Əsədulla İsayevin vəfatı ilə əlaqədar olaraq MTK-nın üzvülüyündən çıxarılması və İddiaçı MTKya üzv qəbul edilməsi, 107 saylı mənzilin və payın 5 nəfər ailə tərkibi ilə (özü, qardaşı X12, bacısı X5, oğlu X25, qardaşı oğlu X26) onun adına keçirilməsi haqqında MTK müvəkkillərinin iclasının 08.12.2007-ci il tarixli 4 saylı protokoluna razılıq verilmişdir. Cavabdeh4 tərəfindən yazılmış 06.12.2007-ci il tarixli və X12 tərəfindən yazılmış 08.12.2007ci il tarixli ərizələrdən görün ür ki, onlar 107 saylı mənzilin və payının İddiaçı adına keçməsinə etiraz etməmişlərr. X5 isə notariat qaydada təsdiq olunmuş 11.12.2007-ci il tarixli ərizəsi ilə, sözügedən mənzilin İddiaçı tərəfindən özəlləşdirilməsinə razılıq vermiş, qeyd olunan mənzilin özəlləşdirilməsində özünün iştirak hüququndan imtina etmişdir. İşə üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekpertizaları ürzə Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2020-ci il tarixli, 4/279 nömrəli və 03 dekabr 2020-ci il tarixli, 4/990 nömrəli rəyləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh4 adından olan 06 dekabr 2007-ci il tarixli ərizədə imza qrafasında “Cavabdeh4Ə” yazılar və imza - Cavabdeh4 tərəfindən, X8 adından olan 08.12.2007-ci il tarixli ərizədə imza qrafasında “X12” yazılar və imza X12 tərəfindən icra olunmuşdur. Azərbaycan Respu blikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin 20 may 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına 10.05.2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin idarənin 3 saylı Vəkil bürosuna 24 may 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 saylı evin 107 saylı mənzili İddiaçı adına Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 25.12.2013-cü il tarixli İ-2189 nömrəli arxiv arayışına, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 130 nömrəli, 17.12.2007-ci il tarixli sərancamına, 11.01.2014cü il tarixli Foma-2 arayışı, X2, X15, X27, X8 razılıq ərizələrinə əsasən 10.05.2014-cü il tarixdə ilkin qeydiyyata alınmışdır və onun adına ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış tərtib edilmişdir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, mübahisəli mənzil 1971-ci ildə Bayram İsayevə verilmiş, lakin 1972-ci ildə ərizəsi əsasında hərbi xidmətdə olması ilə əlaqədar olaraq MTK üzvlüyündən xaric olunaraq, MTK-dakı pay və 107 saylı mənzil atası Sədulla İsayevin adına keçirilmiş, sonuncuya 1973-cü ildə mənzilə dair yeni order verilmiş, orderdə ailə üzvləri kimi özü, arvadı Sədirə, uşaqları Füzuli, Vaqif, Mətanət, Firdovsi və Bayram qeyd olunmuşdur. 1975-ci ildə Sədulla İsayev vəfat etsə, bununla da MTK-dakı üzvlüyünə qanunla xitam verilsə də, 2007-ci ilədək onun varisi ilə əvəz edilməsi məsələsi açıq qalmışdır. MTK-dakı pay haqqı tam olaraq 1988ci ilin aprel ayında ödənilib qurtarmışdır. 1998-ci ildə Sədirə, 2002-ci ildə Aydın, 2003-cü ildə Füzuli və 2005-ci ildə Bayram vəfat etmişlər. 2007-ci ildə İddiaçı müraciəti əsasında mərhum Sədulla İsayevin MTK-dakı üzvlüyünə xitam verilmiş və Firdovsi, Mətanət və Həqiqətin razılıq ərizələri nəzərə alınaraq, İddiaçı MTK-ya üzv qəbul olunmuşdur. 2014-cü ildə isə İddiaçı mübahisəli mənzil üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ("xxxx" MTK və Bakı şəhəri İcra Hakimiyyəti müstəqil tələb irəli sür məyən üçüncü şəxs cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzildən məcburi çıxarılması, onun həmin mənzilə köçürülməsi, maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil 21 mart 1975-ci il tarixdə Bakı Sovetinin 133599 saylı orderi əsasında məhrum atası X18 verilmiş və həmin il onlar 5 nəfər ailə üzvü ilə birlikdə həmin mənzilə köçüb yaşamağa başlamışlar. 15 avqust 1975-ci il tarixdə atası rəhmətə getdikdən sonra 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək, mənzilin iddiaçının adına özəlləşməsinə etiraz etməmiş və 10 may 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına çıxarış verilmişdir. 2011-ci il tarixdə cavabdehlərin Banka borcları olduqlarından mənzillərini satdıqlarına görə, iddiaçı ailəsi ilə birlikdə qaynanasının evinə köçmüş və öz mənzilini müvəqqəti yaşamaq üçün onlara vermişdir. 2018-ci ildə cavabdehlərə mənzildən çıxmağı təklif etdikdə isə sonuncular bundan imtina etmiş və onu mülkiyyətində olan mənzilə buraxmamışlar. Hazırda da cavabdehlər iddiaçıya məxsus həmin mübahisəli mənzildə yaşamaqla, onu həmin mənzilə buraxmır və iddiaçının mənzildən çıxmalarına dair tələblərinə məhəl qoymurlar. Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə bir neçə ərizə ilə müraciət edərək, son olara q, ilk iddia tələbinin rədd edilməsi, cavabdehin "xxxx" MTK-ya üzv qəbul edilməsi, mübahisə predmeti olan mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X8 razılıq ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı İdarəsinin 130 nömrəli, 17.12.2007-ci il tarixli sərəncamının, mənzilin cavabdehin adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X26, X32 və X12 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehin adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.05.2014cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıların və cavabdehin hər birinin ayrı-ayrılıqda mənzilin 1/6 hissəsinə paylarının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadıqları mübahisə predmeti olan mənzil 1975-ci ilin əvvəllərində Bakı Sovetinin 133599 saylı orderi əsasında ataları X18 verilmiş və dərhal sonra bütün ailə üzvləri həmin mənzilə köçüb yaşamağa başlamışlar. Belə ki, onlar dörd bacı və beş qardaş olmuşlar. Ataları 1975-ci ilin avqustunda, anaları 1998-ci il tarixdə vəfat etmişdir.qardaşlarından Bayram 2005-ci il tarixdə, Aydın 2002-ci il tarixdə və Füzuli 2003-cü il tarixdə vəfat etmişdir. Hazırda qanun üzrə biri nci növbəli vərəsələr Mətanət, Həqiqət, Xanımana, Fəridə, Vaqif və Firdovsidir. Sözügedən mənzil Azərbaycan SSR Yazıçılar İttifaqının "xxxx" mənzil inşaatı kooperativi üzvülüyünə əsaslanan kooperativ mənzil olduğu üçün ataları həmin mənzilə görə pay haqqı ödəmiş, onun vəfatından sonra mənzil atalarının adına olsa da, ödənişlər anaları X28 tərəfindən həyata keçirilmiş və sonuncu ödəniş 1988-ci ilin aprel ayında olmuşdur. Bununla da, kooperativ pay haqqı tam şəkildə ödənildiyi üçün mənzil qanunvericiliyə müvafiq qaydada atalarının mülkiyyətinə keçmişdir. Başqa sözlə, ilk iddia üzrə İddiaçı onları çıxarmaq istədiyi mübahisəli mənzil atalarından miras qalmış əmlakdır və həm vərəsəlik açılana qədər, həm də vərəsəlik açıldıqdan sonra, o cümlədən ilk 6 ay ərzində və mənzilin kooperativ pay haqqı ödənilib qurtaranadək onlar həmin mənzildə yaşamış, miras əmlakı faktiki olaraq idarə etmiş, bununla da mirası qəbul etmişlər. Qanunvericiliyin tələbinə əsasən miras qəbul edildikdən sonra ondan imtina etməyə yol verilmir. Mirası qəbul etdikləri vaxtdan miras əmlak onların mülkiyyətindədir, vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı notariat kontoruna müraciət etməmələri isə yaşadıqları ailəmental dəyərlərlə bağlı olmuşdur. Digər tərəfədən, hər biri mənzilə sahiblik etməklə mirası faktiki qəbul etdiklərindən fərqli düşüncəyə yer qalmamışdır. İlk iddia ərizəsində qeyd olunmuş “öz paylarından imtina edərək” ifadəsi də miras əmlakda paylarının mövcudluğunun etirafı kimi qiymətləndirilməlidir. Bundan başqa, ilk iddiada ailə üzvlərinin mənzilin özəlləşməsinə etiraz etmədiyi qeyd olunsa da, altı bacı-qardaşdan yalnız ikisi, Həqiqət və Firdovsi tərəfindən ərizələr verilmişdir ki, onlar da mənzilin gələcəkdə satılması, onlara, o cümlədən hər bir vərəsəyə çatan payın əldə edilməsi məqsədilə ərizə verdiklərini bildirirlər. Hazırda cavabdehin onların mübahisəli mənzildən çıxarılmaları ilə bağlı məhkəməyə müraciəti də onun digər vərəsələri aldadaraq mənzili ələ keçirmək kimi pis niyyətini ortaya qoymuşdur. O da qeyd olunmalıdır ki, Həqiqət beyin qan dövranın kəskin pozğunluğu işemik insult xəstəliyindən əziyyət çəkir. Səhhətində belə bir ciddi problem olan xəstənin imzasının mötəbərliyiı isə şübhəlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X11 və X10 cavabdeh İddiaçı qarşı ayrıayrılıqda iddia ərizələri, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərə k, cavabdehin "xxxx" MTK-ya üzv qəbul edilməsi, mübahisə predmeti olan mənzilin və payın onun adına keçirilməsi barədə Cavabdeh4 və X8 ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 130 nömrəli, 17.12.2007-ci il tarixli sərəncamının, mənzilin cavabdehin adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X26, X32 və X12 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, cavabdehin adına DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* olan çıxarışın etibarsız hesab e dilməklə ləğv edilməsi və həmin mənzilin 1/6 hissəsinə hər birinin payının müəyyən olunması və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri eyni məzmunda belə əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin hər biri mərhum ataları vəfat etməzdən əvvəl və vəfat edən vaxt, o cümlədən ilk altı ay müddətində həmin ünvanda yaşamaqla miras əmlakı faktiki qəbul etdiklərindən əmlakda onların da vərəsə kimi payı müəyyən edilməlidir. Mübahisəli mənzil 2014-cü il tarixdə Vaqifin adına rəsmiləşəndə Firdovsi tərəfindən razılıq isə mənzilin gələcəkdə satılaraq bütün ailə üzvlərinin payının verilməsi məqsədilə verilmişdir. Qarşılıqlı və müstəqil tələblər üzrə cavabdeh İddiaçı, iddia müddətinin tətbiqi barədə ərizə ilə təqdim edərək, həmi n iddiaların rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 2(009)-35/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin, 107 saylı mənzilinə köçürülməsi, ilk iddianın qalan hissələrdə rədd olunması, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının qismən təmin edilməsi, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi, mübahisəli mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə Cavabdeh4 və X8 razılıq ərizələrinin, "xxxx" MTK-nın müvəkkilləri iclasının 08.12.2007-ci il tarixli, 4 saylı protokolunun, həmin protokol əsasında qəbul edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ təsərrüfatı i darəsinin 130 nömrəli, 17.12.2007-ci il tarixli sərəncamının, mənzilin İddiaçı adına qeydiyyata alınmasına dair İsayeva (Abdullayeva) Həqiqət Əsədulla qızı, X26, X32 və X12 tərəfindən verilmiş razılıq ərizələrinin etibarsız hesab edilməsi, İddiaçı adına olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.05.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* çıxarışın ləğv edilməsi, mənzilə dair İddiaçı, Cavabdeh4, Cavabdeh1, X9, X4, X8 hər birinin 2/14 hissədə payının müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının qalan hissələrdə rədd olunması, məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 manat və 140 manat olmaqla, cəmi 266 manatın İddiaçı, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X6 və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, mənzilin X17 adına rəsmiləşdirilməməsinə baxmayaraq mübahisəli mənzil onunla mərhum ərinin birgə nikah dövründə əldə etdikləri kooperativ əmlak olduğundan və həmin mənzili "xxxx" MTK-ya üzv olmaq (pay haqqı ödəmək) yolu ilə əldə etmələri nəzərə alınmaqla ərinin vəfatından sonra ödənilməmiş qalan pay haqqlarını tam ödədikdən sonra faktiki olaraq mənzilin sahibi X28 olmuşdur, tərəflərə münasibətdə vərəsəlik atalarının 1975-ci ildə vəfatından deyil (pay haqqı tam 1988-ci aprel ayında ödənilmişdir), X17 1998-ci ilin aprel ayında vəfatından sonra açılmışdır. Mübahisəli mənzilin ilk iddiaçının adına özəlləşdirilməsi (buna dair yazılı sübut olmamasına, qeydiyyatda olan qardaş və bacı, eləcə də onların övladlarının buna yazılı razılıq vermələrinə baxmayaraq) şərtləndirilmişdir. Şərt mənzilin ilk iddiaçının adına rəsmiləşdirilməsi və gələcəkdə satılaraq bütün ailə üzvlərinin (digər bacı-qardaşlar) payının verilməsindən ibarət olmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hələ X1 mübahisəli mənzil kirayəyə verilmişdir. Onun ölümündən sonra da 2001-2009-cu illər ərzində mübahisəli ev kirayəyə verilmişdir. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin izahatlarından bəlli olur ki, kirayədən əldə edil ən puldan bütün ailə üzvlərinə köməklik edilirdi, başqa sözlə, mənzilin kirayəsindən əldə olunan gəlirdən ehtiyacı olan bütün vərəsələr yararlanırdı. Mənzil ikinci dəfə kirayəyə verilən vaxt qardaşlardan Aydın 2002-ci il, Füzuli 2003-cü il, Bayram isə 2005-ci ildə vəfat etmişlər. Həmçinin, bu müddət ərzində bacılardan Fəridə, eləcə də qardaş Bayramın (sağlığında) evlərində təmir işləri aparılıb. Digər bacı olan Xanımanaya isə borc pul lazım olmuş, həmin kirayə pulundan ona da (öz izahatına görə) az məbləğdə də olsa pul verilib. Məhkəmə ilk iddiaçının ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddialarının və izahatlarının dəlili ilə razılaşmaması ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V h issəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Yəni, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflər anaları X17 1998-ci ilin aprel ayında vəfatından sonra miras əmlakın idarə edilməsində faktiki iştirak etməklə mirası qəbul etmişlər. Başqa sözlə, vərəsələrdən hamısı miras açılandan sonra orada yaşamasalar da, mənzilin kirayə pulundan faktiki olaraq bütün vərəsələr yararlanmışdır. İlk iddiaçı isə bu faktların mövcud olmasını təkzib edən hər hansı sübu tlar təqdim etməyərək, yalnız mübahisəli mənzilin qanuni əsaslarla onun mülkiyyətinə keçməsinə və qarşı tərəflərin iddia müddətini buraxmalarına istinad etməklə kifayətlənmişdir. İlk iddiaçı qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələblərinin təkzib edilməsinə dair heç bir mötəbər və tutarlı sübutlar təqdim etmədiyi üçün, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxslərin analarının ölümündən sonra miras qalmış mübahisəli mənzilin bütün vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı etdikləri hərəkətlərinə baxmayaraq, ailənin bir üzvü kimi mənzilin sənədinin İddiaçı adına müəyyən şərtlər daxilində rəsmiləşdirilməsinə dair verdiyi izahatlar inandırıcıdır və bununla bağlı buna dair izahatlarında göstərilənlər sübut kimi qiymətləndirilir. Məh kəmə qarşılıqlı iddiaya və 3-cü şəxslərin iddialarına qiymət verməkdə davam edərək həmçinin hesab etmişdir ki, ilk iddiaçı tərəfin 2014-cü il tarixdə ailə üzvləri öz paylarından imtina edərək həmin mənzilin özəlləşməsinə etiraz etməyərək, hətta bu barədə həmin vaxt mənzildə qeydiyyatda olan Abdullayev (İsayeva) Həqiqət Əsədulla qızının, X15, X27, X8 razılıq ərizələrinin də mövcudluğuna istinad etməklə bu iddiaların əsassız olmasına dair etirazının dəlilləri əsassızdır. Belə ki, işin materiallarından görünür ki, X32, X26, X25 faktiki olaraq vərəsələr dairəsinə daxil olmadıqları üçün onların razılıq ərizələri yalnız qeydiyyatda olduqlarına görə formal olaraq alınmışdır. Vərəsələr dairəsinə daxil olan Cavabdeh1 Əsdulla qızı, X12 və Cavabdeh4 razılıq ərizələri alınsa da, məhkəmə bu razılıqla rı əhəmiyyətsiz sənəd kimi qiymətləndirir. Belə ki, işin araşdırılmış hallarından tam aydın olmuşdur ki, sözügedən şəxslər vərəsələr kimi analarının ölümündən sonra mirasın qəbul edilməsi baxımından yuxarıda sadalanan müəyyən hərəkətləri etmiş və bununla da mirası faktik qəbul etmələrini nümayiş etdirmişlər. İstər 01.09.2000-ci il tarixə kimi qüvvədə olan, istərsə də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (1269-cu maddə). Belə olan h alda, İddiaçı mübahisəli mənzilin və payın onun adına rəsmiləşdirilməsi barədə "xxxx" MTK-ya müraciəti və bununla bağlı digər vərəsələrin, eləcə də mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələrini alması kimi hərəkətləri əhəmiyyətsiz və qanunsuz olmuşdur. Məhkəmə, həmçinin İddiaçı mübahisəli mənzili öz adına rəsmiləşdirdikdən xeyli müddət sonra mülkiyyətçi hüquqlarından istifadə etməklə mənzilə vərəsəlik hüququ olan şəxsləri oradan çıxarmasına dair iddia qaldırmasını hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Məhkəmə qətnaməsini 01.06.200-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nigah və Ailə Məcəlləsinin 23-cü, 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 530, 532, 552, 555 və 556-ci maddələrinə istinadla əsaslandır mışdır. İlk üzrə iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)35/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsinin qismən - ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməsi, ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, hakimlər Q.Əsgərov və A.İmanov) ilk iddia üzrə iddiaçının apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbu l edilərək, ilk iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 27 saylı evin 107 saylı mənzilindən məcburi çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi və qeyriqanuni hərəkətlərə son qoyulmaqla buna qarşı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının rəd olunması, məhkəmə-xəttşünaslıq ekspertizalarının dəyəri 126 manat və 140 manat olmaqla, cəmi 266 manatın cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisəni n həlli zamanı vərəsəliyə aid normaların tətbiq edilməsi və bunun əsasında nəticəyə gəlinməsi yolverilməzdir. Ona görə ki, MTK-dakı mənzilin vərəsəlik qaydasında keçməsi üçün həmin mənzilin MTK üzvünün hələ sağlığında adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Pay haqqının tam ödənilməsi MTK üzvünə həmin mənzildən istifadə və sahiblik hüququ verir, sərancam hüququ isə yalnız dövlət qeydiyyatından sonra əmələ gəlir. Hazırki iş üzrə isə 1988-ci il tarixdə pay haqqı tam ödənilmiş olsa da, mübahisəli mənzil üzərində hüquqlar heç kəsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, belə olan halda 1998-ci ildə X28 öldükdən sonra həmin mənzil barəsində miras açılması barədə məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur, çünki sonuncu öldüyü zaman onun mənz il üzərində hüquqları qeydə alınmadığından o, həmin mənzilə dair sərəncam hüququ əldə etməmişdir. Həmin vaxt mirasın predmeti mənzil yox, ödənilmiş pay haqqı ola bilərdi. 1998-ci ildə X17 öldüyü zaman mübahisəli mənzil kooperativin mülkiyyətində olmuş, mənzilə olan pay haqqı isə tərəflərə aid olmuşdur. Kooperativ üzvü olmuş X14 ölümü ilə onun kooperativdə üzvlüyünə qanunla xitam verilmiş, uzun müddət onun varisi ilə əvəz edilməsi məsələsi açıq qalmış, nəhayət 2007-ci ildə İddiaçı kooperativə üzv qəbul olunmuş, bu hüquqa malik olan digər vərəsələr - Həqiqət, Mətanət və Firdovsi də rəsmi ərizə verərək, buna razılıqlarını bildirmişlər. Aydın, Füzuli və Bayram həmin vaxt sağ olmamış, Fəridə və Xanımana isə özlərinə məxsus ünvanlarda yaşamış, mübahisəli mənzillə bağlılıqları olmamışdır (nə orde rdə adları olmuş, nə də qeydiyyatda olmuşlar). Hər bir halda 2007ci ildə İddiaçı MTK-ya üzv qəbul olunması bütün ailə üzlərinə, vəfat etmiş şəxslərin isə vərəsələrinə məlum olmuş, lakin onlar bunu hazırki vaxtadək mübahisələndirməmişlər. İddiaçı 2014-cü ildə mübahisəli mənzil üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Həmçinin, qeyd olunmuşdur ki, MTK mənzilinə münasibətdə özəlləşdirmə yox, qeydə alma baş verir, yəni MTK üzvünün pay haqqını tam ödəməsi onun həmin mənzil üzərində hüquqlarının qeydə alınması üçün kifayət edir və kiminsə buna razılığı tələb olunmur («Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 10-cu maddəsi). Özəlləşdirmə zamanı isə, dövlətə məxsus mənzil əvəzsiz olaraq həmin mənzilə hüququ olan, yəni özəllə şdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilir (həmin Qanunun 5-ci maddəsi). Göründüyü kimi, dövlət mənzil fondunun özəlləşdirilməsi hüququna yuxarıda göstərilən tələblərə cavab verən bütün ailə üzvləri malik olduğu halda, MTK-dakı mənzilə münasibətdə pay haqqı tam ödənildikdən sonra yaşayış sahəsinə mülkiyyət hüququnu yalnız MTK üzvü əldə edə (qeydə aldıra) bilər. Yəni, hazırki halda 1975-ci ildə Sədulla İsayevin ölümündən sonra ailə üzvlərindən heç biri MTK-ya üzv qəbul olunmaq üçün səy göstərməmiş, yalnız 2007-ci ildə İddiaçı digər varislə rin razılığı ilə mərhum atasının yerinə MTK-ya üzv qəbul olunmuşdur ki, bu da ona 2014-cü ildə maneəsiz olaraq (kiminsə razılığının olub-olmamasından asılı olmayaraq) mübahisəli mənzili adına qeydə aldırmağa qanuni imkan vermişdir. Qeyd olunan proseslərin baş verməsindən tərəflər məlumatlı olmuş, razılıq ərizələri verilmiş, bu hal qanunauyğun şəkildə olmuş, hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, Kollegiya «mübahisəli mənzilin miras əmlak hesab edilərək bütün vərəsələr tərəfindən faktiki qəbul edilməsi, qəbul edilmiş mirasdan isə imtinaya yol verilməməsi, mənzilin şərtlə özəlləşdirilməsi və iddiaçının da bunun əksini sübut edə bilməməsi və s. barədə» birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tamamilə qanunsuz və əsassız hesab edir. Digər tərəfdən, həmin vaxt məlumatlı olmala rına baxmayaraq, maraqlı şəxslər 10 illik ümumi iddia müddətini ötürmüşlər. Belə ki, iddiaçının MTK üzvlüyünə qəbul edilməsi 2007-ci ildə baş verdiyi halda, qarşılıqlı iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən 10 il müddətində bu hərəkətlər mübahisələndirilməmişdir. Bununla da onlar qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsini tətbiq edərək, qarşılıqlı iddiaçıların və müstəqil tələb irəli sürən iddiaçıların tələblərinə iddia müddətinin tətbiq edlməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi, qarşılıqlı və müstəqil iddia tələblərinin 2007-ci ildə və 2014-cü ildə verilmiş razılıq ərizələrinin e tibarsız hesab edilməsi ilə bağlı onu da qeyd etmişdir ki, 2014-cü ildə mübahisəli mənzilin MTK üzvü kimi iddiaçının adına qeydə alınmasından söhbət getdiyindən, bu qeydə alma üçün kiminsə razılığı tələb olunmamışdır. Ona görə həmin vaxt qeydiyyat orqanına verilmiş razılıq ərizələrinin heç bir əhəmiyyəti olmamışdır. 2007-ci ildə Cavabdeh4, Həqiqət Abdullayeva və Firdovsi İsayev tərəfindən verilmiş yazılı razılıq ərizələri, habelə digər vərəsələrin (ölmüş vərəsələrin isə varislərinin) şifahi razılığı isə özü-özlüyündə əqd olmasa da, birtərəfli iradə ifadəsidir, ona görə də şəxsin həmin ərizəni əqdlərin etibarsızlığına səbəb olan halların baş verməsi (məsələn, aldadılması) nəticəsində yazması halında ərizənin etibarsız hesab edilməsi üçün mübahisələndirilən əqdlərin etibarsızlığına dair qanu nla nəzərdə tutulmuş bir illik kəsici müddət də ötürülmüşdür. İlk iddiaya münasibətdə isə məhkəmə kollegiyası vurğulamışdır ki, mübahisəli mənzil 2014cü ilədək MTK-ya aid olmaqla, İddiaçı istifadə və sahibliyində olmuş, məhz iddiaçı tərəfindən cavabdehlər həmin mənzilə buraxılmışlar. 2014-cü ildə mənzil iddiaçının adına qeydə alındıqdan sonra isə həm mənzilin statusunda, həm də tərəflərin hüquqi vəziyyətində dəyişikliklər baş vermiş, tərəflər arasında yeni mənzil münasibətləri yaranmışdır ki, bu münasibətlər də artıq qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli Qərarındakı mövqelərə əsasən). İddiaçılə Cavabdeh4 qardaş-bacı olduqları üçün sonuncunun Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş «digər qohumlar» kateqoriyasına aid olduğu aydın olur. Lakin, 2018ci ildə İddiaçı Cavabdeh4 mülkiyyətində olan mənzili boşaltmasını tələb etməsi ilə sonuncunun «digər qohumlar» statusunda qalması, bununla da mübahisəli mənzildən istifadə etməyə davam etməsi üçün hüquqi əsaslar aradan qalxmış olur, çünki Mənzil Məcəllənin 30.4-cü maddəsinə görə, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna görə də Kollegiyanın qənaəti ondan ibarətdir ki, Cavabdeh4 mübahisəli mənzi ldən istifadə etməsi üçün hər hansı əsaslar qalmadığı üçün o, həmin mənzildən çıxarılmalıdır. Həmçinin, Cavabdeh4 İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına Kollegiya heç bir əsas görmür, nə də onun özü belə bir təşəbbüslə çıxış etməmişdir. Digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh3la bağlı isə Cavabdeh4 ailə üzvləridir (əri və oğlu), buna görə də onlar «mülkiyyətçinin ailə üzvləri», nə də «digər qohumlar» kateqoriyasın aid deyillər, bu səbəbdən də onların mübahisəli yaşayış sahəsindən istifadə etmək hüquqları da qalmamışdır. Eyni zamanda, müəyyən olunur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzilə köçməsinə razı deyillər və qeyri-qanuni hərəkətlərlə buna maneə olurlar. Göstərilən xüsusat cavabdehlərin davranışından aşkar şəkild ə müşahidə olunur. Beləliklə, apellyasiya məhkəməsinin qənaətinə görə, ilk iddia əsaslı və qanuni olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisə predmeti olan mənzildən məcburi çıxarılmalı və İddiaçı həmin mənzilə köçürülməli və qeyri-qanuni hərəkətlərə son qoyulmaqla buna qarşı cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsini 01.06.200-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nigah və Ailə Məcəlləsinin 23-cü, 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 530, 532, 552, 555 və 556-ci maddələrinə istinadla əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayətləri eyni məzmunda belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisəli mənzilin hüquqi statusunu düzgün müəyyən etməmiş, istər tərəflər arasında mənzillə bağlı mövcud olmuş faktiki münasibətlər, istərsə də, qanunvericiliyin tələbləri baxımından səhvə yol verərək, həmin əmlakı kooperativin mülkiyyəti hesab etmişdir. Belə ki, mənzilin pay haqqı tərəfləri n mərhum anası tərəfindən tam ödənilmiş və həmin vaxtdan mənzil kooperativin mülkiyyətindən çıxmışdır. Apellyasiya məhkəməsi isə, pay haqqı tam ödənilmiş mənzili vərəsəlik münasibətlərinin obyekti hesab etməsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta pay haqqı tam ödənilməmiş kooperativ mənzili də miras kütləsinə daxildir (Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı). Eyni zamanda, İddiaçı tərəfindən mənzilə dair hər hansı ödənişlərin həyata keçirilmədiyi halda, onun h ansı əsasla əvəzsiz olaraq koopertivə üzv qəbul edilməsi də aydın deyil. Digər tərəfdən, mənzilin deyil, ödənilmiş pay haqqının miras əmlaka daxil olduğu qəbul edilsə belə, ilk iddia üzrə İddiaçı həmin payı qəbul etməsinə dair vərəsəlik şəhadətnaməsi də mövcud deyil. Göründüyü kimi, İddiaçı cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxıl masını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Maddə 324.1. Mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi əqd hesab olunur. Maddə 324.3. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfl i əqddir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə
326. Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Maddə
327. Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Maddə
329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaş masında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirm əəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 17 iyun 2003-cü il tarixədək qüvvədə olmuş «Kooperasiya haqqında» 07 fevral 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu: Maddə
8. Kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Kooperativin nizamnaməsində digər məsələlərlə yanaşı kooperativin üzvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları göstərilir. Maddə
13. Kooperativin üzvü öldükdə kooperativdə üzvlüyə xitam verilir. Kooperativin üzvlərindən biri (bir neçəsi) öldükdə, hüquqi şəxs olan üzv isə ləğv edildikdə onun (onların) varisi kooperativə üzv qəbul edilə bilər. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
115. Mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənziltikinti kooperativi evində mənzill ərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. Maddə
117. Mənzil-tikinti kooperativi üzvünün, habelə onun ailə üzvlərinin hüquq və vəzifələri, yaşayış sahəsindən istifadə şərtləri və istifadəyə xitam verilməsi əsasları kooperativin nizamnaməsi ilə müəyyən edilir. Mənzil-tikinti kooperativi nizamnaməsində aşağıdakılar nəzərdə tutulur: yaşayış sahəsinin kirayəyə verilməsi və yaşayış sahəsindən müvəqqəti sakinlər köçürülməsi qaydası; müvəqqəti başqa yerə getmiş kooperativ üzvünün və onun ailə üzvlərinin mənzil hüququnun saxlanması şərtləri; pay yığımı bölüşdürülərkən yaşayış sahəsindən istifadə qaydası və mənzil-tikinti kooperativi evində yaşayış sahəsindən istifadənin başqa şərtləri. 01.10.2009-cu il tarixədən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdur sa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.
1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri K assasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 ayrı-ayrılıqda kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Kassasiya şika yətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qətnamənin ləğvinə əsas vermir. Belə ki, mənzilin miras əmlak olduğuna və özlərinin vərəsə olduğunu iddia edən kassatorların qanunla müəyyən edilən qaydada və müddətdə mirası qəbul etmələri məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Belə olan halda, kassasiya şikayətlərində istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə onların həmin əmlakla bağlı tələb irəli sürməyə subyektiv hüquql arı mövcud deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-63202021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.