Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-841/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və DX qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşyanın alqı-satqısı müqaviləsinin etibarsızlığı, daşınmaz əmlaka dair qeydiyyatın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və X qarşı daşınmaz əmlak barəsində çıxarışların ləğvi və həmin əmlak barəsində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(104)-1752/2022 nömrəli 1 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisindən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə verilmiş və bu barədə onun adına JN-567 nömrəli (Kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.
2. Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin kənddə yerləşən 0,1456 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********07 olan) iddiaçının mülkiyyətindədir.
3. Seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən eyni kənddə yerləşən 0,1454 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********17 olan) Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 5000 manata digər Cavabdeh2 satılmış və sonuncunun adına Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli hüquqların dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
4. Cavabdeh2 da həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1400 manata üçüncü Cavabdeh4 satmış və sonuncunun adına Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-985/2017 nömrəli qətnaməsi ilə Cavabdeh3 JN-567 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında iddiaçının mülkiyyətində olan 20 ha torpaq sahəsinin 1456,87 kv.m. hissəsindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən qurulmuş istilikxananın onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-100/2021 nömrəli qərarı ilə iddiaçının iddiası təmin edilərək, qeyd edilən torpaq sahəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2016-cı il tarixli qeydin ləğv edilməsi öhdəliyi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almışdır.
7. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan 0,1454 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, sonuncunun adına çıxarış alınmışdır. O isə torpaq sahəsini Cavabdeh4 satmış və onun adına çıxarış alınmışdır. Bu səbəbədən Gəncə İnzibati Məhkəməsinin xx.x x.2021-ci il tarixli qərarının icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli; digər Cavabdeh4 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və həmin çıxarışların verilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan 0,1456 ha torpaq sahəsinə dair X tərəfindən digər cavabdehlərin adına qanunsuz olaraq çıxarışlar verilmiş və cavabdehlər arasında əmlaka dair qanunsuz alqı-satqı müqavilələri bağlanmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh3 adına verilmiş xx.xx.2016-cı il tarixli çıxarış ləğv edilsə də, digər cavabdehlərin adına verilmiş çıxarışlar hazırda qüvvədə olduğundan, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir.
10. Cavabdeh3 izahatında göstərmişdir ki, X kəndində ona məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi qonşu ərazilərdə yerləşmişdir. Belə ki, o, 2010-cu ildə iddi açının qardaşı X həmin torpaq sahəsini satın almış və təyinatına uyğun istifadə etmişdir. Bundan sonra, xx.xx.2016-cı il tarixli çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsini xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış müqavilə əsasında digər Cavabdeh2, sonuncu da notarial qaydada bağlanmış müqavilə əsasında üçüncü Cavabdeh4 satmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsini tam qanuni əsaslarla özgəninkiləşdirdiyindən, iddiaçının ona qarşı iddia qaldırmasının hər hansı əsası yoxdur. Eləcə də, digər cavabdehlər arasında qanuni müqavilə bağlanmış və çıxarış alınmışdır. Hazırda mübahisəli torpaq sahəsi onun mülkiyyətində deyil və torpaq sahəsinin ona hər hansı aidiyyatı yoxdur.
11. Digər Cavabdeh2 izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini tam qanuni əsaslarla sa tın almış, daha sonra notariat qaydasında digər şəxsə satmışdır. Belə olan halda, iddiaçının ona qarşı iddia qaldırmasının hər hansı əsası yoxdur. Bundan əlavə, mübahisəli torpaq sahəsini Cavabdeh3 alarkən sonuncu ilə iddiaçı arasında torpaq barəsində mübahisə olmasından məlumatı olmamışdır.
12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində ikinci və üçüncü cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələri əsas olmuş və həmin müqavilələr əsasında onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçının çıxarışl arın ləğvini, müqavilələrin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün hələ də torpağın mülkiyyətçisi olmalıdır. Cavabdeh tərəf isə vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olmanı istisna etmək üçün kifayət etmir. Ona görə də, üçüncü Cavabdeh4 mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı əldə etmişdir. Belə olan halda isə iddiaçı artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz.
14. İddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, ikinci və üçüncü cavabdehin mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququ əsassız olmalı və həmin qeydə alınmanın əsassız olduğunu cavabdehl ər bilməlidirlər. O halda iddiaçı çıxarışların ləğv edilməsi haqqında iddia qaldıra bilər. Halbuki, ikinci Cavabdeh2 məhkəmə iclası zamanı mübahisəli torpaq sahəsini alarkən Cavabdeh3 adına verilmiş çıxarışın əsassız olduğunu bilmədiyini göstərmişdir, ehtimal olunur ki, üçüncü Cavabdeh4 də həmin haldan məlumatsız olmuşdur. Beləliklə, ikinci və üçüncü cavabdehin mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququnun və bağlanmış müqavilələrin əsassız olmasına dəlalət edən hallar müəyyən olunmamış, nə də iddiaçı tərəfindən tələbini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh3 adına verilmiş xx.xx.2016-cı il tarixli qeydin ləğv edilməsi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulsa da, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsini ikinici Cavabdeh2 satmış, sonuncu öz adına çıxarış almış, sonradan həmin torpaq sahəsini üçüncü Cavabdeh4 satmış və onun adına çıxarış verilmişdir. Bu səbəbdən həmin məhkəmə qərarının icrası mümkün olmamışdır. Bu hal isə bir daha ona dəlalət edir ki, iddiaçının mübahisələndirdiyi çıxarışların ləğvinə və müqavilələrin etibarsız hesab edilməsinə əsaslı sübutlar mövcud deyildir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.3, 140, 141, 149.2, 178.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 217. 4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər onun həmkəndliləridir. Mülkiyyətində olan torpaq sahəsi ilə bağlı uzun müddətdir ki, məhkəmə çəkişmələri davam edir. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus mübahisəli torpaq sahəsi Cavabdeh3 tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsində cavabdeh tərəfindən istixana inşa olunmuşdur. Buna görə də mülkiyyətində olan torpaq sahəsinin cavabdehin zəbtindən azad olunması və onun tərəfindən həmin torpaq sahəsində inşa olunmuş istilikxananın sökülmə si tələbi ilə məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Buna baxmayaraq, məhkəmə onun hazırkı iddiasını təmin etməmiş, qətnaməni isə onunla əsaslandırmışdır ki, ikinci cavabdeh vicdanlı alıcıdır. Halbuki, onlar hamısı eyni kəndin sakinləridir və o, həmin torpaq sahəsinin mübahisəli olduğunu, aralarında məhkəmə mübahisəsinin olduğunu bilirdi. Bu səbəbdən də vicdanlı hesab edilə bilməz. Cavabdehlər məqsədli şəkildə müqavilə bağlamışlar. Əslində bu müqavilə real deyil, uydurma olmaqla görünüş üçün bağlanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1752/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 11 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh4 adına verilmiş RX seriyalı1380691 saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ olduğu və həmin torpaq sahəsi barəsində heç bir sərəncam vermədiyi halda, Cavabdeh3 qanunsuz yollarla həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqları verən sənədlər əldə etmiş, daha sonra qanunsuz olaraq əldə etdiyi çıxarışdan istifadə etməklə mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında ikinci Cavabdeh2, sonuncu isə həmin torpaq sahəsini üçüncü Cavabdeh4 satmışdır. Gəncə İnz ibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi öhdəliyinin X üzərinə qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, birinci intansiya məhkəməsi iddianın rədd olunması barədə hazırkı qətnaməni qəbul etmişdir. Nəticə etibarı ilə Cavabdeh3 qanunsuz yolla bağladığı əqdlə iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
21. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ikinci cavabdehin məhkəmə iclası zamanı mübahisəli torpaq sahəsini alarkən Cavabdeh3 adına verilmiş çıxarışın əsassız olduğunu bilmədiyi barədə izahatı əsasında üçüncü cavabdehin də həmin haldan məlumatsız olduğunu ehtimal edərək, ümumiyyətlə cavabdeh tərəfin vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyini qeyd etmişd ir. Halbuki iş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, X mübahisəli torpaq sahəsini xx.xx.2016-cı il tarixdə 5000 manat müqabilində Cavabdeh2 satdığı halda, sonuncu xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsini 1400 manata Cavabdeh4 satmışdır. Göründüyü kimi, eyni torpaq sahəsi iki ildən az müddət sonra əhəmiyyətli məbləğdə daha aşağı qiymətə satılmışdır. Məhkəmə isə bu hala ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir.
22. Bundan əlavə, iddiaçının və cavabdehlərin eyni kəndin sakinləri olmaları, eləcə də cavabdehlərin bir-biri ilə sıx işgüzar əlaqələrdə olmaları barədə məlumatlarının olmasını nəzərə alan məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu, ümumiyyətlə torpaq sahəsi ilə bağlı mübahisənin olduğu nu bilməmələri barədə birinci instansiya məhkəməsinin qənaəti doğru olmamışdır. Qeyd edilən halların mövcudluğu hazırkı vəziyyətdə cavabdehlərin mübahisəli torpaq sahəsinin vicdanlı alıcılar olması halını təkzib edən hallardır.
23. Beləliklə, iddiaçının öz mülkiyyətində olan və heç kəsə satmadığı mübahisəli torpaq sahəsi barəsində Cavabdeh3 əldə etmiş olduğu sənəd qanuni qüvvədə olan məhkəmə qərarına əsasən qanunsuz sayılmış, digər cavabdehlər isə Cavabdeh3 həmkəndliləri və onunla sıx işbirliyində olan şəxslər olmaqla onların həmin torpaq sahəsi barəsində bağlamış olduqları əqdlər uydurma əqdlərdir. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli, həmin müqavilələr əhəmiyyətsiz hesab edilməli və həmin əqdlər əsasında əldə edilmiş rəsmi sənədlər ləğv edilməlidir. Etibarsız əqdləri bağlamış şəxslərin (cavabdehlərin) özləri arasında hər hansı bir mübahisə olmadığından isə belə vəziyyətdə əqdin etibarsızlığının nəticələri ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqinə zərurət yoxdur.
24. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 14.3, 139.1, 139.2, 140, 144.1, 157.4, 178.1, 337.1-337.5, 340.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Üçüncü Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini və qətnaməni n icrasında dönüş edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, daşınmaz əmlaka dair daha öncə bağlanan əqdin etibarlı olub-olmamasından asılı olmayaraq Cavabdeh4 vicdanlı əldə edən olduğundan onun əmlakına dair hüququ saxlanılmalı idi. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilələr notarial qaydada təsdiq edilmiş, həmçinin notarius satılan əmlakın dəyəri barədə məlumatlı olmuş və əmlakın dəyəri notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi əqdin etibarsızlığı mübahisəsinə baxan zaman həmin əqdi təsdiq edən notariusu işin baxılmasına cəlb etməmişdir. Torpaq sahəsini aldığı digər cavbdeh Cavabdeh2 həmin torpaq sahəsini özü aldıqdan kifayət qədər uzun müddət (17 ay 13 gün) sonra ona satmış və o da aldığı torpağı təyinatı üzrə özü istifadə etmişdir ki, bu hallar aralarında bağlanmış əqdin uydurma olmasını istisna edir. Bundan əlavə, heç bir məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermək imkanından da məhrum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 29, İ-İV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır.
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
32. Maddə 139.2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dö vlət reyestrində həyata keçirilir.
33. Maddə
140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
34. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
35. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. Maddə 340.1. Uydurma əqd ona u yğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Qətnamədən yalnız Cavabdeh4 kassasiya şikayəti vermiş, qətnamə kassasiya şikayətinin maddi hüquq normalarının pozulması barədə dəlilləri üzrə ona münasibətdə iddianın təmin edilmiş hissəsində, kassasiya şikayətinin prosessual hüquq normalarının tələblərinin pozulması barədə dəlilləri üzrə isə ta m yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə Cavabdeh4 lazımi qaydada məlumatlandırmadan baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
54. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğu halda, məhkəmə bildirişləri mübahisəli torpaq sahəsinin yerləşdiyi Şəmkir rayonunun Əliyaqublu kəndinə göndərilmiş və şəxs həmin ünvanda yaşamadığından zərflər geri qaytarılmışdır. Cavabdeh özü də kassasiya şikayətində məhkəmə baxışı barədə ona heç bir məlumat verilmədiyini bildirir.
55. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə Cavabdeh4 m əhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat vermədən baxmışdır ki, bu da qətnamənin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi əsaslarından biridir.
56. MPM-in 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq, ləğv edilməlidir.
57. Kollegiya işin yeni apellyasiya baxışında mübahisənin mahiyyəti üzrə düzgün hüquqi həlli üçün kassasiya şikayətinin dəlillərində qeyd olunan digər məsələlərə münasibətdə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
58. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisə olunmayan hallarınd an görünür ki, mübahisəli torpaq sahəsi xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət reyestr nömrəsi **********07 olmaqla xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Bundan sonra, həmin torpaq sahəsinə dair xx.xx.2016cı il tarixdə Cavabdeh3 adına fərqli daşınmaz əmlakın reyestr nömrəsi ilə, yəni **********17 nömrəli əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və adına çıxarış verilmişdir. Cavabdeh bu qeydə istinad edərək, torpaq sahəsini ikinci cavabdehə satmış, reyestrdə onun adına qeydiyyat aparılmış, daha sonra isə sonuncu tərəfindən torpaq sahəsi üçüncü cavabdehə satılaraq onun adına qeydə alınmışdır. Hər iki çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi **********17 kimi göstərilmişdir.
59. İddiaçı mübahisəli torpaq sahəsin ə dair Cavabdeh3 adına aparılmış qeydi inzibati qaydada mübahisələndirmiş, Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarı ilə torpaq sahəsinə dair cavabdehin adına **********17 nömrəli reyestrdə aparılmış ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, qeydiyyat orqanı torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmədən, həmin sahə üzrə plan və ölçü sənədi tərtib etmədən, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron ) kadastr xəritəsindən çıxarış, şərti işarələr, torpaq sahəsinin qonşu sərhədləri və s. müəyy ən edilmədən, JN-534 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının itməsi barədə polis arayışı və mətbuatda elanı əsas götürməklə qeydiyyat aparmış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin qanuni qüvvəyə minmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-985/2017 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, ondan 3-cü şəxs Cavabdeh3 qanunsuz istifadə etməsi və iddiaçının JN-567 saylı Dövlət Aktı ilə 3-cü şəxsin JN-534 nömrəli X1 edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi elektron baza xəritəsinə əsasən üst-üstə işlənməsi müəyyən edilmiş və Cavabdeh3 torpaq sahəsindən çıxarılmışdır.
60. X xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi müvafiq olaraq ikinci və üçüncü cavabdeh ə satılmaqla, onların adına dövlət reyestrində qeydiyyat aparıldığından, inzibati məhkəmənin həmin qərarının icrası mümkün olmamışdır.
61. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və həmin müqavilələr əsasında ikinci və üçüncü cavabdehin adına verilmiş reyestrdən çıxarışların ləğv edilməsini tələb edir.
62. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini heç kimə satmadığına və Cavabdeh3 torpağa dair əldə etdiyi sənəd məhkəmə qətnaməsi ilə qanunsuz sayıldığına, digər cavabdehlər Cavabdeh3 həmkəndliləri və onunla sıx işbirliyində olan şəxslər olduğuna görə həmin torpaq sahəsi barəsində bağladıqları əqdlər görü nüş üçün bağlanmış uydurma əqdlərdir, ikinci və üçüncü cavabdehlər isə vicdanlı alıcı hesab edilə bilməzlər.
63. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
64. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
65. Apellyasiya məhkəməsi cavabdehlərin mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması barədə məlumatlı olmaları barədə qənaətini iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata istinadən cavabdehlərin eyni kəndin sakinləri olmaları, eləcə də bir-biriləri ilə sıx işgüzar əlaqələrdə olmaları ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən bu halı dəstəkləyən hər hansı digər mötəbər sübut təqdim olunmadığı, bununla bağlı cavabdeh tərəf in münasibəti öyrənilmədiyi halda, məhkəmə yalnız iddia tərəfinin mövqeyindən (nümayəndəsinin izahatı) çıxış etmiş, bununla da MPM-in 9.3, 106.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
67. Qeyd olunanlardan əlavə, Kollegiya kassatorun vicdanlı alıcı olması barədə dəlillərinə münasibətdə xüsusi olaraq vurğulayır ki, daşınmaz əşya ü zərində mülkiyyət və s. əşya hüquqları müstəsna hallar xaricində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparıldığı andan əmələ gəlir (Mülki Məcəllənin 14.3, 139.1 və 146-cı maddələri). Daşınmaz əşya üzərində mülkiyyət hüququnun mövcudluğu və kimə məxsus olması barədə məsələlər buna səlahiyyətli olan dövlət orqanı (DƏDRX) tərəfindən aparılan reyestr sayəsində tənzimlənir.
68. Mülki qanunvericiliyə əsasən, bir fərdi müəyyən əşya üzərində yalnız bir mülkiyyət hüququ mövcud ola bilər və həmin hüquq yalnız bir nəfərə (fərdi mülkiyyət), və yaxud eyni anda birdən çox şəxsə aid ola bilər (ümumi mülkiyyət). Yəni hər hansı əşya üzərində iki və ya bir neçə şəxsin tam mülkiyyət hüququnun eyni vaxtda mövcud olması mümkün deyildir. Əks yanaşma mülkiyyət haqqı sahiblərinin bu haqlarından irəli gələn səlahiyyətlərinin istifadəsini mümkünsüz edər. 69. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir.
70. Baxılan işin mübahisəsiz hallarından görünür ki, eyni torpaq sahəsi üzərində iki fərqli şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan müxtəlif reyestr nömrəli iki qeyd mövcud olmuşdur (iddiaçının və Cavabdeh3 adına). Eyni əşyaya dair bu cür ikili qeydiyyat vəziyyəti yuxarıda qeyd olunan normaların tələblərinə zidd olmaqla, əşyaya dair h azırkı mübahisəli hüquqi situasiyanın yaranmasına səbəb olmuşdur.
71. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eyni əşyaya mülkiyyət hüququna dair mövcud olan qeydlərdən biri qanunsuz hesab edilərək ləğv edilmişdir. (hazırkı işdə Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarı ilə torpaq sahəsinə dair Cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi öhdəliyi DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur).
72. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan həmin əmlaka dair qanunsuz olan ikinci qeydiyyat əsasında bağlanmış sərəncam əqd(lər)i üzrə alıcıların adına aparılmış mülkiyyət hüququ barədə qeydlərin həqiqiliy i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 149.2-ci maddələrində müəyyən edilmiş vicdanlılıq qaydaları çərçivəsində qoruna bilməz.
73. Belə ki, Mülki Məcəllənin 141-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun olmadıqda hüququ pozulmuş şəxs reyestrdəki qeyddə düzəlişin aparılması barədə tələb irəli sürə bilər. Bu iddianın təmin olunmasını istisna edən hallardan biri dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək əşya hüququnu vicdanlı şəkildə əldə edənin hüquqlarının qorunmasıdır. Bu qaydalar Mülki Məcəllənin 140-cı, 148.2-ci və 149.2-ci maddələrində göstərilmişdir.
74. Nəzərə alınmalıdır ki, vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd, reyestrdəki mülkiyyət qeydi silinmiş əvvəlki mülkiyyətçiy ə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz dövlətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir.
75. Bununla belə, mülkiyyətçinin reyestrdəki qeydi silinmədən (ləğv edilmədən) eyni əşyaya dair başqa bir şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması halında əvvəlki və sonrakı qeydiyyatdan deyil, ikili qeydiyyatdan söhbət gedir. Bu halda sonrakı qeydiyyat üzrə mülkiyyətçi kimi görünən şəxsdən əşya hüquqları əldə edən şəxslər vicdanlı əldə etmə qaydalarına istinad edə bilməzlər. Ona görə ki, həmin üçüncü şəxslərin mənafelərinin toqquşduğu şəxs, reyestr qeydi silinmiş əvvəlki mülkiyyətçi deyil, bu hüququ reyestrdə ümumiyyətlə ləğv edilməmiş mövcud mülkiyyətçidir. Bu vəziyyətdə vicdanlı əldə edənin hüquqlarının qorunması ilə bağlı qaydanın tətbiqi istisna olunur. Əks yanaşma Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunmasına təminat verilən mülkiyyət hüququnun qanunsuz və qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxarardı.
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyala r – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun de yildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
77. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən yuxarıda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qüvvədə olduğu halda, əsassız ikinci qeydiyyat əsasında cavabdehlərlə bağlanmış əqdlərin etibarsızlığı əsasları düzgün müəyyən edilməli, mübahisə Mülki Məcəllənin 141-ci və digər aidiyyəti maddələrində nəzərdə tutulan qaydada həll edilməlidir.
78. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılark ən bu qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(104)-1752/2022 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.