Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-842/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddia təmin edilmiş, Cavabdeh 7000 (yeddi min) manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulnun, cəmi 7030 (yeddi min otuz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən L.Məmmədova, hakimlər S.Qafari, F.Məmmədov) Cavabdeh apelyasiya şikayəti təmin olunmamış, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki pros essual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 2016-cı ildə 7000 manat borc aldığını və bu pulu 2017-ci ilin sonuna qədər iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində dindirilən cavabdehin təqdim etdiyi şahid X1 öz ifadəsində göstərmişdir ki, o, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında mühafizəçi vəzifəsində işləyir. İş üzrə Cavabdeh həmin Cəmiyyətin direktoru vəzifəsində işləyir. 2018-ci ilin iyun, iyul, avqust ayılarında işdə olduğu vaxt tanımadığı bir nəfər şəxs «Jiquli» markalı avtomobillə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialına gəlmiş və cavabdeh ona həmin aylarda həmin şəxsə verməsi üçün 200 manat pul vermişdir. Birinci instansiya məhkəməsində dindirilən cavabdehin təqdim etdiyi digər şahid X6 öz ifadəsində göstərmişdir ki, o, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında mü hafizəçi vəzifəsində işləyir. İş üzrə Cavabdeh həmin Cəmiyyətin direktorudur O, işdə olduğu vaxt Cavabdeh bir nəfər şəxslə aralarında pul söhbəti etdiklərini eşitmiş və həmin şəxsin tez-tez cavabdehin yanına gəlib-getdiyini görmüşdür.Həmin tanımadığı şəxsin cavabdehə bir dəfə pul gətirib verdiyini görmüş, ancaq hansı məbləğdə pul verdiyini bilməmişdir. Birinci instansiya məhkəməsində dindirilən cavabdehin təqdim etdiyi digər şahid X5 öz ifadəsində göstərmişdir ki, tərəflərdən iş üzrə cavabdeh X3 tanıyır. O, özü taksi sürücüsü kimi fəaliyyət göstərir. 2017-ci ildə üç dəfə Cavabdeh onun avtomaşını ilə Xaçmaz şəhəri, Lermontov küçəsinə getmiş və orada həmin şəxslə pul söhbəti etmişdir. Lakin o dəqiq bilməmişdir ki, həmin şəxsə pul vermiş, yaxud həmin şəxsdən pul almışdır. Sonradan Cavabdeh de məsinə görə o, həmin şəxsə pul vermişdir. Birinci instansiya məhkəməsində dindirilən cavabdehin təqdim etdiyi digər şahid öz ifadəsində göstərmişdir ki, tərəflərdən iş üzrə Cavabdeh tanıyır. Belə ki, Cavabdeh əvvəllər özünə məxsus xalçaçılıq sexi olmuş və o da həmin sexdə toxucu işləmişdir. O və digər iş yoldaşları həmin sexdə cavabdeh üçün xalça toxumuşlar. O. görmüşdür ki, İddiaçı sexə gələrək sexdən bir ədəd xalça aparmışdır. Birinci instansiya məhkəməsində dindirilən cavabdehin təqdim etdiyi digər şahid X2 öz ifadəsində göstərmişdir ki, tərəflərdən iş üzrə Cavabdeh tanıyır. Belə ki, Cavabdeh əvvəllər özünə məxsus xalçaçılıq sexi olmuş və o da həmin sexdə toxucu işləmişdir. İddiaçım sonradan tanımışdır. Belə ki, tərəflər arasında pul söhbəti olması və cavabdehin iddiaçıya pul borclu olm ası barədə məlumatı olmuşdur Bir dəfə işdə olduğu vaxt İddiaçı sexə gəlmiş və Cavabdeh toxuduqları xalçalardan birini borc əvəzinə iddiaçıya verməsinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsində dindirilən cavabdehin təqdim etdiyi şahid X4 öz ifadəsində göstərmişdir ki, iş üzrə Cavabdeh onun arvadıdır. Həqiqətən maddi çətinlikləri olduğundan, eləcə də azyaşlı uşaqları xəstə olduğundan və pula ehtiyacları olduğu üçün arvadı Cavabdeh İddiaçı hissə-hissə olmaqla cəmi 3700 manat borc pul almışdır. Sonradan 2017-ci ildə iddiaçının borcunu bir neçə dəfəyə ödəməklə qaytarmışlar. Halhazırda onların iddiaçıya hər hansı məbləğdə borcları qalmamışdır. İş materiallarından göründüyü kimi Cavabdeh İddiaçı 3700 manat məbləğində borc pul aldığını, müxtəlif vaxtlarda borc aldığı 3700 manat məbləğində pulun əvəzinə faizlərlə birlikdə iddiaçıya ümumilikdə 9700 manat pul ödədiyini təstiq edən sübut kimi məhkəməyə təqdim etdiyi şahidlərdən biri onun həyat yoldaşı, ikisi direktoru olduğu müəssisənin mühafizəçiləri və digər iki şahid cavabdehin əvvəllər rəhbərlik etdiyi xalçaçılıq sexinin işçiləridirlər. Ona görə də məhkəmə kollegiyası onların verdikləri ifadələrə tənqidi yanaşmaqla həmin ifadələrin işin faktiki hallarına uyğun olmadığı qənaətindədir və hesab edir ki, bu şahid ifadələri cavabdehin etirazının əsası və cavabdehin iddiaçıdan aldığı pulu ödəməsini sübut edən hallar kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin təqdim etdiyi şahidlər birinci instansiya məhkəməsində verdikləri ifadələrində cavabdehin etirazının əsasını sübut edən halları bir başa təsdiq etməmişlər və onlar məhkəməyə qeyri-dəqiq ifadələr vermişlər. Beləliklə işin halları ilə Cavabdeh 2016-cı ildə İddiaçı 7000 manat borc pul aldığı, cavabdehin həmin məbləğdə iddiaçıdan borc pul almasına dair xx xxxxxx 2016-cı il tarixdə öz xətti ilə iltizam yazaraq həmin pulu 2017-ci ilin sonunadək iddiaçıya ödəyəcəyini öhdəsinə götürməsi öz təsdiqini tapmışdır. Bundan başqa Cavabdeh etirazının əsaslarından biri kimi kassasiya şikayətində iltizam şəklində sənədi iddiaçının təzyiqi altında yazmasını göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi iz ahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqd im edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyi ni ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştir ak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-842/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-842/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver