Məhkəmə qərarları › İş №2(102)-842/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-842/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-842/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınar əşyanın sahibsiz elan edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4738/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" X1 cavabdehlər X2 və Cavabdeh qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin ipoteka predmeti olan mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 1 iyun 2007-ci il tarixdə iddiaçı ilə cavabdeh Mübariz Mehdiyev arasında bağlanmış kredit müqaviləsinə vaxtından əvvəl xit am verilmiş, kredit müqaviləsindən irəli gələn 34694.67 ABŞ dolları əsas borc, 2154.30 ABŞ dolları faiz borcu, 584.91 ABŞ dolları dəbbə pulunun, 3200 manat nümayəndəyə ödənilməli məbləğin və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə məzənnəyə uyğun Azərbaycan manatı ilə tutulması, tutmanın ipotekaya predmeti olan, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən 63 saylı mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan mənzildə yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-3717/2009 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməs inin xx.xx.2008-ci il tarixli qətnaməsi 3200 manat nümayəndəyə ödənilən məbləğ dəyişdirilərək 1000 manat məbləğində müəyyən edilmiş və xx.xx.2009-cu il tarixdə icra vərəqəsi verilmişdir.

3. İcra tədbirləri əsasında ipoteka predmetinin satılması üçün hərrac keçirilmiş, “Əmlak İxtisaslaşdırlmış Hərrac Mərkəzi” tərəfindən keçirilmiş hərraclar baş tutmamış və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi əsasında tələbkar "xxxx" İKB ASC ipoteka predmeti olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., yerləşən 141 saylı evin 63 saylı mənzilini 42713 manata əldə etmişdir. Həmin mənzil üzərində "xxxx" İKB ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 iyul 2016-cı il tarixdə qeydiyyata alınmışdır.

4. Həmçinin icra sənədinin icra edilməsi üçün xx.xx.2022-ci il tari xdə Suraxanı rayon İcra Şöbəsi tərəfindən sözügdən mənzilin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə olan əşyaların bir qismi 1 ədəd “Çinar” markalı köhnə soyuducu, 1 ədəd “Samsung” markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş “Elentra” markalı dörd gözlü qaz sobası, 1 ədəd “Dnepr” markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş “Elektro” markalı paltar tikən maşın, 1 ədəd işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd “Star” markalı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça) tələbkarın etibarnamə üzrə nümayəndəsinə təhvil verilmişdir. Həmin mənzildə olan digər əşyalar isə Cavabdeh qızı X3 tərəfindən təhvil alınmış, bu barədə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur.

5. Bank Cavabdeh xəbərdarlıq məktubu ünvanlanlayaraq, müvəqqəti saxlanılması üçün verilmiş əşyaları təhvil alması, əks təqdirdə əşyaların sahibsiz elan olunması və əşyaların saxlanması üçün "xxxx" MMC-yə ödənilən pul məbləğinin ondan tutulması barədə xəbərdarlıq edilmişdir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və "xxxx" MMC şirkəti arasında xx.xx.2022-ci il tarixli, 38/22 saylı malların anbarda saxlama müqaviləsi bağlanmışdır.

7. İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin “Paşa Bank”dakı hesabına xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022- ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 434.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2023-cü il tarixdə 1404.00 manat; xx.xx.2023- cü il tarixdə 1680 manat; xx.xx.2023-cü il tarixdə 429.12 manat; xx.xx.2023-cü ildə 2492.00 manat; xx.xx.2023-cü il tarixdə 2432.00 manat; xx.xx.2023-cü il tarixdə 2924.00 manat; xx.xx.2023-cü il tarixdə 2594.00 manat; xx.xx.2023-cü il taixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 437.76 manat; xx.xx.2024-cü il tarixdə 2432.00 manat; xx.xx.2024cü il tarixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 2432.00 manat məbləğində pul ödənişləri etmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3694/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC, İddiaçı ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı trərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il t arixli, 2(103)947/2023 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-567/2024 saylı qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan 1 ədəd “Çinar” markalı köhnə soyuducu, 1 ədəd “Samsung” markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş “Eleknra” markalı dörd gözlü qaz sobası, 1 ədəd “Dnepr” markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş “Elektro” markalı paltar tikən maşın, 1 ədəd işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd “Star” markalı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalçanın sahibsiz elan edilərək İd diaçı ASC-nin mülkiyyətinə verilməsi, əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə 6480 manat məğləğində edilmiş aylıq ödənişlərin və həmin əşyalar sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək saxlanılması üçün ediləcək ödənişlərin və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla onunla əsaslandırılmışdır ki, cavabdeh uzun müddət keçməsinə baxmayaraq əşyaları təhvil almamış və bunun nəticəsində bank əşyaların saxlanılması üçün xidmət haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Ş.Abışova əşyaları götürməyərək onlardan imtina etmişdir. Odur ki, Ş.Abışovaya məxsus əşyaların sahibsiz elan e dilərək, həmin əşaylara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvvəqəti saxlanılması üçün bank tərəfindən "xxxx" MMC şirkətinə hal-hazıradək edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alandək çəkiləcək xərclər və ödənişlər cavabdehdən bankın xeyrinə tutulmalıdır.

11. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidr. Belə ki, ona məxsus mənzil boşaldılarkən onun məlumatı olmamışdır. O, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sona qədər də bunun üçün mübarizə aparacağını bildirmişdir. Bu günədək əşyalarından imtina etməmişdir. Qızı evdə olarkən icra məmurları gəlib onu evdən çıxarmışlar, o da qısa zamanda yalnız xırda əşyalarını özü ilə götürə bilmişdir. Digər əşyalarının taleyindən xəbəri olmamışdır.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmə iddia tələbinin cavabdehə məxsus olduğu və ipoteka ilə yüklü edilmiş əmlak iddiaçıya təhvil verilərkən həmin evdə olmuş əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi hissədə tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tələbində xx.xx.2022-ci il tarixli aktla sahibsiz hesab edilməsi qeyd edilən əşyaların saxlanılması üçün iddiaçı təşkilata təhvil verilməsini bildirmişdir. L akin həmin akta nəzər yetirdikdə aydın olmuşdur ki, sadalanan əşyalar iddiaçının nümayəndəsi Sərxan Zərbiyevə təhvil verilmiş, təhvil verilmənin səbəbi həmin aktda müəyyən edilməmişdir. Həmin əşyalar daşınar əşya olmaqla digər əşyalarla birlikdə cavabdehin ailə üzvü olan qızına təhvil verilə bilərdi. Saxlanma şərtləri müəyyən edilmədən, hansı haqq müqabilində saxlanması razılaşdırılmadan həmin əşyaların iddiaçının nümayəndəsinə təhvil verilməsi və bu müddətə qədər həmin əşyaların iddiaçı tərəfindən saxlanılması onların sahibsiz elan edilməsi üçün əsas ola bilməz.

14. Həmçinin, iddiaçının tələbini əsaslandırdığı Mülki Məcəllənin 184.2-cü maddəsinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibli yə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin maddənin dispozisiyasında daşınar əşyaların sahibsiz elan edilməsi üçün iki şərt nəzərdə tutulmuşdur. Birincisi daşınar əşyanın mülkiyyətçisinin olmaması, ikincisi isə keçmiş mükiyyətçinin mülkiyyətindən imtina etməsi.

15. Göründüyü kimi, hazırkı iş üzrə sahibsiz elan edilməsi istənilən daşınar əşyaların mülkiyyətçisi məlum olmaqla Cavabdehdır. Eyni zamanda cavabdeh əşyalarından heç vaxt imtina etmədiyini bildirmişdir. İddiaçı təşkilat onun xəbəri olmadan icra məmurlarının iştirakı ilə onun evini boşaltmışdır. O, hazırda iddia tələbində göstərilən daşınar əşyalardan imtina etmək bir yana, hətta evini belə itirməmək üçün hərracın yekunları barədə protokolun etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmiş və evinin əldən çıxmamas ı üçün mübarizə aparmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və son instansiya məhkəməsinə qədər iddia tələbində israrını göstərmişdir. Belə olan halda artıq ona məxsus iddia ərizəsində sadalanan əşyaların mülkiyyətçinin əşyadan imtina etməsi əsası ilə sahibsiz elan edilməsi barədə iddia tələbi təmin edilə bilməz.

17. Məhkəmə sahibsiz elan edilməsi xahiş edilən əşyaların saxlanılması üçün ödənilən və bundan sonra ödəniləcək məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tələbində həmin əşyaların saxlanılması üçün icra məmuru tərəfindən onlara təhvil verildiyini qeyd etsə də, müvafiq aktda əşyaların iddiaçıya hansı məqsədlə təhvil verilməsi barədə heç bir qeyd aparılmamış, bununla bağlı hər hansı bir sənəd tərtib edilməmişdir.

18. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması barədə müqaviləyə və onun əsasında aparılmış ödənişlərə - qaimələrə münasibətdə də məhkəmə qeyd etmişdir ki, əvvəla qeyd edilən müqavilə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya təhvil verilməsindən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə bağlanmış və həmin müqavilənin şərtlərindən "xxxx" MMC tərəfindən məhz iddia ərizəsində sadalanan cavabdehə məxsus əmlakların saxlanılması barədə razılaşmanın olub-olmaması müəyyən olunmur. Qeyd edilən müqavilə ümumi müqavilə olmaqla, iki təşkilat arasında zəruri olduqda malların saxlanılması üçün ümumi şərtləri razılaşdırır. Lakin həmin müqavilə ilə sırf cavabdehə məxsus əşyaların saxlanılması üçün iddiaçı təşkilat tərəfindən həmin anbarda saxlanılması barədə və ödəniş qaimələrin də məhz həmin əşyaların saxlanılması ilə bağlı olduğunu təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının sahibsiz hesab edilməsini istədiyi və saxlanılması üçün xərc çəkdiyini bildirdiyi əşyaların saxlanılması üçün ödədiyini bildirdiyi məbləğlər hər ay fərqli olmuşdur ki, bu da iddia ərizəsində göstərilən halları şübhə altına almışdır.

19. Həmçinin iddiaçının ilkin iddia tələbində göstərilən məbləğlə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən məbləğlər arasında da kəskin fərqlər vardır ki, bu da iddia tələbinin əsaslılığını şübhə altın a alır. Belə ki, iddiaçı ilkin olaraq 6 aylıq müddət üçün 1354.64 manat məbləğində icarə haqqının ödənildiyini bildirmişdir ki, bu zaman da deponun ortalama kirayə haqqı hər aya 225.77 manat məbləğində təşkil etmiş olur. Lakin sonradan iddiaçı 2024-cü ilin may ayında yeni iddia tələbində 6480 manat məbləğində çəkilmiş xərc tələb etmişdir ki, bu da əşyaların götürüldüyü vaxtdan sonra 23 ay təşkil edir və aylıq icarə haqqı 281 manat müəyyən olunur.

20. Məhkəmə hesab etmçişdir ki, eyni depo üçün fərqli dövrlərə görə fərqli ödənişlərin aparılması, eyni zamanda iddiaçının təqdim etdiyi qaimələrdə də həmin ödənişlərin hər dəfə fərqli məbləğdə olması iddiaçının iddia tələbini şübhə altına alır. İddiaçı təşkilat əmlakları təhvil aldıqdan sonra nə həmin əmlakların saxlanca yerləşdirilməsini, nə d ə onların saxlanılması üçün hansı qaydada xərc çəkdiyini məhkəmədə sübut edə bilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi saxlama şirkəti ilə bağlanmış müqavilə və ödəniş tapşırıqlarında cavabdehə məxsus əşyaların saxlanılması, onların saxlanılması üçün iddiaçı tərəfindən pul ödənilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa, iddiaçı təşkilatın cavabdehə məxsus sırf iddia ərizəsində sadalanan daşınar əşyaları niyə təhvil alması, digər əşyaları cavabdehin qızına təhvil verməsi də məhkəməyə aydın deyildir. Əgər evin boşaldılması prosesində cavabdehin qızı iştirak edirdisə və prosessual tərəf kimi tanınmışdırsa evdə olan əşyalar evdən çıxarılmalı və cavabdehin qızına təhvil verilməli idi. Artıq həmin əşyaların sonrakı taleyi iddiaçı üçün maraqlı olmamalı idi.

21. M əhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iş üzrə icraatın əvvəlində cavabdehin əşyalarının saxlanılması ilə bağlı xərclərin ödənilməsi tələbini qəbul etməməsini bəyan etməsinə baxmayaraq, iddiaçının icra məmuru ilə əşyaların saxlanılmasına dair razılaşmanı niyə pozmaması və buna dair heç bir məsuliyyəti olmadan hansı səbəblərdən uzun müddət bu qədər xərc çəkərək əşyaları özündə saxlamağa davam etməsini əsaslandıra bilməmişdir. Eləcə də, şəxsdən sahibsiz hesab edilərək ona verilməsini istədiyi əşyalara görə sözügedən məbləğlərdə vəsait tələb edilməsi də ağlabatan deyildir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 184.2, 185.1, 185.3-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 52.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 nömrəli, 20 may 2024- cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 184.2-ci maddəsinin tələbini tətbiq edərkən iş materiallarına əlavə olunmuş sübutları - icra məmuru tərəfindən tələbkarın nümayəndəsi, cavabdehin özü və qızı, sahə müvəkkilinin, polis əməkdaşlarının iştirakı və imzası ilə təsdiq olunan, eləcə də video çəkilişlə qeydə alınan mənzilin boşaldılması barədə akta birtərəfli qaydada, hüquqa deyil, formal mülahizəyə uyğun olaraq qiymət verilmişdir. Belə ki, aktda həmin əşyaların iddiaçının nümayəndəsinə hansı məqsədlə verilməsi, aktın məzmununda açıq və konkret şəkildə qeyd edilməsinə baxmayaraq məhkəmə bunun əksini qətnamədə qeyd etmişdir. Cavabdehin qızı evin boşaldılma prosesində şəxsən iştirak etmiş və evdən özünə aid bir sıra əşyaları da hətta götürmüş, lakin məqsədli şəkildə aktda qeyd olunan əşyaları özü ilə götürməmişdir. Məhkəmənin həmin əşyaları cavabdehin qızına təhvil verilə bilməsi işin həqiqi hallarına uymayaraq sadəcə ehtimal xarakteri daşıyır. Məhkəmənin cavabdehin izahatına uyğun olaraq qeyd etdiyi kimi cavabdehin əmlakının əldən çıxmaması üçün hərracın nəticələrini mübahisələndirərək mübarizə aparmış olması əşyalarından imtina etməməsi kimi işin faktiki və real hallarına uyğun deyil. Cavabdehin a ilə üzvünün qeyd olunan akta imza etməklə həmin əşyaların tələbkarın nümayəndəsinə təhvil verilməsini təsdiq etməsi həmin əşyalardan imtina olunmasını birbaşa sübut edir. Cavabdeh həmin əşyaları özü ilə götürə bilər və ya müəyyən müddətdən sonra əşyalarının aqibəti ilə maraqlana bilərdi. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin xəbərdarlıqlara məhəl qoymayaraq əşyalarını bu günə qədər gəlib götürməmişdir.

25. Həmçinin məhkəmənin iddia tələbinin 2-ci hissəsinə olan münasibətini də qanunsuz və əsassız hesab etmişlər. Belə ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 38/22 nömrəli müqavilənin iddia tələbində qeyd olunan əşyaların saxlanmasına aid olmamasının qeyd olunması düzgün deyildir. Çünki bankla işlərin və xidmətlərin göstərilməsi üçün bir sıra müəssisələr arasında müqavilələr bağlanır. Həmin xidmətin göstərilməsi bu müqavilənin bağlanması tarixindən sonra olması məhz iddia ərizəsində sadalanan əşyalar üçün ayrıca razılaşmanın olması zərurətini yaratmır. Bununla bağlı ödəniş tapşırıqlarında həmin əşyaların tutduğu sahəyə uyğun - 27 kv.m üçün hər ay üzrə ödənilmiş 324 manat pul məbləğlərinin hansı anbardakı saxlanc üçün köçürüldüyü qeyd olunmuşdur. Müqavilədə də 1 kv.m saxlanc üçün xidmət haqqının nə qədər olduğu, hansı anbar üçün nə qədər nəzərdə tutulduğu cədvəl üzrə qeyd olunmuşdur. Həmçinin, məhkəmənin qeyd etdiyi hər ay üzrə ödənişlərin fərqli olması iddia ərizəsində göstərilən halları şühbə altına alması əsassızdır. Çünki məhkəməyə təqdim olunan ödəniş tapşırıqlarında hər ay üzrə bü tün anbarlar üzrə köçürülmüş pul məbləğləri göstərilmiş, ödəniş tapşırıqlarına əlavə edilmiş sənədlərdə isə hansı anbarda, hansı tarixli akt üzrə, neçə kv.m üçün aylıq ödənilməli olan pul məbləği 324 manat göstərilmişdir.

26. Bundan başqa, məhkəmənin ilkin iddia tələbindəki məbləğlə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə olan məbləğlərin də fərqli olmasını iddia tələbinin əsaslılığını şühbə altına alması mülahizəsi əsassızdır. Çünki ilkin iddia tələbində iş üzrə qətnamə qanuni qüvvəsini alanadək ediləcək ödənişlərin də nəzərə alınması xahiş edilmişdir. Belə olan halda iş üzrə icraatın da müxtəlif vaxtlarda cavabdehin tərəfin vəsatəti əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə dayandırıldığı üçün işin baxılması müddəti 1 ildən uzun bir müddətdə davam etdiyi üçün iddiaçının həmin əşyaların saxlanılması üçün ödədiyi ödənişlərin müddəti uzanmış və təbii olaraq yekun da tələb olunan məbləğin həcmi də artmışdır.

27. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4738/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni əşyaların müvvəqəti saxlanılması üçün edilmiş aylıq ödənişlərin rədd edilməsi hissəsi ndə ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh 2022-ci ilin iyul ayından başlayaraq 2024-cü ilin may ayına kimi, yəni 23 ay üçün, hər ay 72 manat olmaqla - cəmi 1656 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

29. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsi üzrə dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki bu hissədə iddianın təmin edilməsi üçün faktiki hallar Mülki Məcəllənin 184.2,185.1, 185.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun olmalıdır. Yəni, iddiada göstərilən daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Burada sahibsiz sayılması istənilən əşyanın mülkiyyətçisinin cavabdeh olması işin mübahisəsiz halıdır. Onun həmin əşyalardan imtina edərək əşyaya sahibliyə xitam verməsi də hər hansı bir sübutla təsdiq olunmur. Üstəlik cavabdeh mülkiyyət hüququndan imtina etmək məqsədi ilə onları atmamış və ya digər şəkildə onlardan əl çəkməyib ki, iddiaçı da onları öz mülkiyyətinə yönəltmək üçün iddia qaldırsın. Cavabdehin ailə üzvünün akta imza etməklə həmin əşyaların tələbkarın nümayəndəsinə təhvil verilməsini təsdiq etməsi həmin əşyalardan imtina olunması anlamına gələ bilməz. Çünki qeyd olunan əşyaların bankın nümayəndəsinə təhvil verilməsi saxlama məqsədi ilə olmuşdur. Demək ki, sözügedən əşyaların cavabdeh tərəfindən icra prosesi zama nı götürülməməsi, hətta sonradan onların aqibəti ilə maraqlanmaması cavabdehin onlardan imtina etdiyini iddia etməyə əsas vermir. Üstəlik cavabdehin ipoteka qoyduğu mənzilin tutma yönəldilməsi nəticəsində bankın mülkiyyətinə keçməsi ilə razılaşmaq istəməməsi onun həmin əşyaları atması və ya onlardan əl çəkməsi kimi yozulmamalıdır.

30. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi üzrə iddianı tam rədd edən birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda (i.v.12-13) əşyaların saxlanılması üçün iddiaçıya hansı məqsədlə təhvil verilməsi barədə hər hansı bir qeydin aparılmaması yaxud bununla bağlı hər hansı bir sənədin tərtib edilməməsi bu hissədə iddianın əsassız olması demək deyildir.

31. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 38/22 nömrəli İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış malların anbarda saxlanılması barədə müqavilənin iddia ərizəsində göstərilən əşyaların iddiaçıya təhvil verilməmişdən əvvəl bağlanması heç nəyi dəyişmir. Çünki iddiaçı bankla işlərin və xidmətlərin göstərilməsi üçün bir sıra müəssisələr, o cümlədən "xxxx" MMC arasında bu cür müqavilələr bağlana bilir. Həmin xidmətin göstərilməsi bu müqavilənin bağlanması tarixindən sonra olması da məhz iddia ərizəsində sadalanan əşyalar üçün ayrıca razılaşmanın olması zərurətini yaratmır. Birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi sözügedən müqavilə ümumi müqavilə olmaqla, iki təşkilat arasında zəruri olduqda malların saxlanılması üçün ümumi şərtləri raz ılaşdırır. Həmçinin, təqdim olunan maliyyə sənədlərində 1 kv.m saxlanc üçün xidmət haqqının nə qədər olduğu, hansı anbar üçün nə qədər nəzərdə tutulduğu cədvəl üzrə qeyd olunmuşdur.

32. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMCnin nümayəndəsinin izahatı və təqdim etdiyi sənədlərlə də 1 kv.m saxlanc üçün 12 manat xidmət haqqı ödənildiyi təsdiq olunmuşdur. Burada iddiaçı bankın hər ay üzrə etdiyi ödənişlərin fərqli olması da MMC tərəfindən məhz iddia tələbində göstərilən əşyalara görə xidmətin göstərildiyini istisna etmir.

33. Göstərilənlərə baxmayaraq, apellyasiya baxışı zamanı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilmiş və rəsmi sorğu ilə müraciət edilərək iddia ərizəsində göstərilən əşyaların həqiqətən 27 kvadrat metrlik ərazidə saxlanılması ilə bağlı sübutların (ərazinin video çəklişi) təqdim edilməsi tələb edilmişdir. "xxxx" MMC-nin rəsmi məlumatı və təqdim etdiyi sübutlarla iddia ərizəsində göstərilən əşyaların digər əşyalardan ayrıca yerləşdiyi sahəsinin 6 kv.metr təşkil ediyi göstərilmiş, eləcə də əşyaların şəkli və videosu, eyni zamanda yerdə qalan digər əşyaların şəkili təqdim edilmişdir. Bu sübutlarla bankın saxlayıcı şirkətdə yerləşdirdiyi ümümi əşyaların 27 kv.metr təşkil etdiyi, bundan 6 kv.metrdə hazırkı iddiada göstərilən əşyaların yerləşdirildiyi, 21 kv.metrdə isə iddiada göstərilməyən digər əşyaların yerləşdiyi təsdiq olunmuşdur.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tələbində göstərilən əşyalar 6 kv.metr ərazidə saxlanca yerləşdirildiyindən 1 ay üçün cavabdehin ödəməli olduğu məbləğ 72 manat (6x12=72) və 2022-ci ilin iyul ayından 2024-cü ilin may ayı da daxil olmaqla ödəməli olduğu məbləğ 1656 manat təşkil edir (23x72=1656). Ona görə də bu hissədə iddia qismən təmin edilərək həmin məbləğ cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməlidir.

35. Bundan başqa, iddia tələbinin “həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASCnin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək saxlanılması üçün ediləcək ödənişlərin cavabdehdən alınması” hissəsi hazırkı vəziyyətdə təmin edilə bilməz. Çünki iddia tələbinin birinci hissəsi, yəni əşyalar sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi təmin edilmir. Ancaq nə qədər ki, istər iddia ərizəsində göstərilən, istərsə də göstərilməyən əşyaların saxlanması üçün ödənişlər ediləcək iddiaçının ödədiyi həmin məblə ğləri cavabdehdən tələb etmək hüququ mövcuddur.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 184.2, 185.1, 185.3, 385.1, 431.1, 442, 822, 823.1, 823.2, 827, 830.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 823.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən mübahisə predmeti barəsində tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləsinin digər şərtlərinə və müqavilədə göstərilmiş tutduğu sahəsinə uyğun olaraq hər ay həmin əşyaların saxlanması üçün müvafiq ödənişlər aparılmışdır. Lakin apellyasiya məhkəməsi tərəfindən bu hal tam nəzərə alınmamış, ödənilən tam məbləğ cavabdehdən tutulmamışdır. Məhkəmənin iddia tələbinin həmin hissəsini təmin edərkən qətnamədə qeyd etdiyi kimi bank tərəfindən həmin əşyaların saxlanması üçün ödənişlərin edilərək banka zərər vurulmasının sübut edildiyi təsdiq olunduğu halda, məbləğin azaldılaraq tutulması qanuna uyğun deyil. Çünki iddiaçı tərəfindən həmin ödənişlər müqavilədə həmin əşyaların tutduğu sahəyə-yəni 27 kv.m sahəyə uyğun olaraq hər ay üzrə 324 manat şəklində ödənilmişdir. Məhkəmə həmin əşyaların tutduğu sahənin 6 kv.m-lik sahə tutmasını sadəcə video çəkiliş əsasında müəyyənləşdirməklə sahəni azaldara q daha az məbləği tutmuşdur. Ancaq belə olan vəziyyətdə iddiaçının 27 kv.m-lik sahənin saxlama xərcləri üçün aylıq 324 manat, ümumi isə 6480 manat ödəməklə çəkdiyi xərci və məruz qaldığı zərərə heç bir münasibət bildirməyərək yanlış nəticəyə gəlmişdir.

39. Məhkəmə Mülki Məcəllənin 184.2-ci maddəsinin tələbini tətbiq edərkən, iş materiallarına əlavə olunmuş sübutları - icra məmuru tərəfindən tələbkarın nümayəndəsi, cavabdehin özü və qızı, sahə müvəkkilinin, polis əməkdaşlarının iştirakı və imzası ilə təsdiq olunan, eləcə də, video çəkilişlə qeydə alınan mənzilin boşaldılması barədə akta birtərəfli qaydada, hüquqa deyil, formal mülahizəyə uyğun qiymət vermişdir. Belə ki, aktda həmin əşyaların iddiaçının nümayəndəsinə hansı məqsədlə verilməsi, aktın məzmununda açıq və konkret şəkildə qeyd edi lməsinə baxmayaraq, məhkəmə qətnamədə bunun əksini qeyd etmişdir. Cavabdehin qızı boşaldılma prosesində şəxsən iştirak etmiş və evdən özünə aid bir sıra əşyaları da hətta götürmüş, lakin məqsədli şəkildə aktda qeyd olunan əşyaları özü ilə götürməmişdir. Məhkəmənin həmin əşyaları cavabdehin qızına təhvil verilə bilməsi işin həqiqi hallarına uymayaraq sadəcə ehtimal xarakteri daşıyır. Məhkəmənin cavabdehin izahatına uyğun olaraq qeyd etdiyi kimi cavabdehin əmlakının əldən çıxmaması üçün hərracın nəticələrini mübahisələndirərək mübarizə aparmış olması əşyalarından imtina etməməsi kimi dəyərləndirilməsi işin faktiki və real hallarına uyğun deyildir. Cavabdehin ailə üzvünün qeyd olunan akta imza etməklə həmin əşyaların tələbkarın nümayəndəsinə təhvil verilməsini təsdiq etməsi həmin əşyalardan i mtina olunmasını birbaşa sübut edir. Lakin məhkəmələr yalnız cavabdeh tərəfin sadəcə şifahi formada verdiyi izahatı bu halı təsdiq edən mötəbər sübut kimi qəbul edərək əşyaların sahibsiz elan edilmsindən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır.

42. Maddə 185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər.

43. Maddə 185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda k reditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

46. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə

822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

48. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

49. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınma qla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

50. Maddə

827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.

51. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əg ər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa İnsan Hüquqları Məhkəməsinin m övqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin də lillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya inst ansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qər ara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4738/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar