Məhkəmə qərarları › İş №2(102)-843/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-843/2019

04.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-843/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-843/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və Cavabdeh1 vəkili Əliyev İlham Yahya oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli, 2(104)2543/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elcan və Rəhman adlı 2 azyaşlı uşağı ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinə yaşayış hüququ verilməklə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin (hakim A.Səmədov) 13 aprel 2018-ci il tarixli, 2(023)451/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 05 may 2009-cu ildə anadan olmuş Elcan və 30 iyul 2012-ci ildə anadan olmuş Rəhman adlı uşağı ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan Qazax şəhəri F.Qayıbov küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.İ.Məmmədov, F.Ə.Mehdiyev və T.A.Muxtarov) 20.07.2018-ci il tarixli, 2(104)-2543/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. İddiaçı və onun vəkili X2 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X2 iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o iki azyaşlı uşağı ilə birlik də həmin evə köçürülməyini məhkəmədən tələb etmişdir. Həmin uşağlar həmin evdə doğulmuşlar, həmin evdə yaşamışlar, böyümüşlər və həmin evdə doğulduqları andan yaşayış hüquqları mövcuddur. O isə həmin evə gəlin köçdüyü vaxtdan onun həmin evə yaşayış hüququ vardır. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi maddi hüquq normaslının tətbiqində səhvə yol verərək, iddianı rədd etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Əliyev İlham Yahya oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin edib, iş üzrə Qazax Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbini rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı arasında 02 mart 2009-cu ildə rəsmi nikah bağlanmış və həmin rəsmi nikah 2016-cı ildə məhkəmə qaydasında pozulmuşdur. AR ƏMDK yanında DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin 13 aprel 2018-ci il tarixli **********36 saylı məktubuna əsasən, Cavabdeh2 adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 1216 nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 2 ünvanda fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surətinə əsasən, Qazax şəhəri, F.Qayı bov küçəsində yerləşən ümumi sahəsi 194.7 kv.m ölçüdən ibarət olan yaşayış sahəsi 43.6 kv.m iki otaqdan ibarət 34 saylı fərdi yaşayış evi Qazax rayonu XDS-nin İK-nin 28 dekabr 1988-ci il tarixli 31 nömrəli sərəncamı ilə Cavabdeh2 adına mülk kimi qeydiyyata alınmışdır. (reyestr kitabı №03/1216, invertar işi № 3316.27.02.1998). Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 2008-ci ildə ər-arvad münasibətinə daxil olmaqla evlənmişlər. Evləndikdən sonra İddiaçı ilə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçərək 2016-cı ilə kimi orada yaşamışdır. Onların nikahları 02 mart 2009-cu ildə rəsmi olaraq qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah 16 mart 2016-cı ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdu r. İddiaçı 2016-cı ildə Cavabdeh1la arasında baş vermiş mübahisə nəticəsində yaşadığı evdən çıxmışdır. Mübahisəli ev isə 1988-ci ildə, yəni, İddiaçı Cavabdeh1 ilə ailə qurduğu 2008-ci ildən 20 il əvvəl Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətinə verilmişdir və onun mülkiyyətçi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, tərəflər ararasında olan münasibətlər iddiaçının faktiki olaraq ailə qurub, mübahisləndirilən evə gəlin köçdüyü 2008-ci ildə yarandığından mübahisə məhz Mülki Məcəllənin 228-ci maddəsinə uyğun qaydada həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci ma ddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyə tçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçı 2008-ci ildə mübahisəli mənzilə köçürülərkən yaşayış evinin tərkib hissəsinin mülkiyyətçisi ilə onun həmin yaşayış sahəsindənistifadəhüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmişyazılırazılaşmasıolmamışdır. Ona görə də İddiaçı mübahisəli mənzildə yaşayış sahəsindən istifadə etmə hüququ yaranmamışdır. Hal-hazırda da mübahisəli mənzilin mülkiyyətçisi ilə onun belə bir razılaşması olmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgünt ətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı mübahisəli yaşayış sahəsində yaşasa da, Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından istifadə hüququ yaranmadığından onun həmin evə köçürülməsi tələbi əsaslı olaraq təmin edilməmişdir. Uşaqlara münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı ilə əri arasında nikah pozulmaqla uşaqların ananın yanında qalması müəyyən edildiyindən və yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri himayəsində olan valideynin yaşayış yeri hesab olunduğundan onlara münasbətdə də iddia rədd edilməklə qanuni nəticəyə gəlinmişdir. B elə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.07.2018-ci il tarixli, 2(104)-2543/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qər ar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar