Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-844/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “Kredobank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "Qədir" X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcu tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan “Kredobank" ASC-nin cavabdehlər "Qədir" X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üz rə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5828/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "Qədir" X5 tərəfindən verilmiş kassasiya şikayətinə 6 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 avqust 2011-ci il tarixli 14kt nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 X3 illik 7 faizlə 60 ay müddətinə 150000 (bir yüz əlli manat) məbləğində kredit verilmişdir. 2. 19 avqust 2011-ci il tarixli 14kt №-li kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən cavabdeh hər ayın 19-u tarixindən gec olmayaraq 24 ay müddətinə 875 manat faiz məbləğini, digər aylarda cədvəldə qeyd olunan ümumi məbləği banka ödəməyi öhdəsinə g ötürmüşdür. 3. 19 avqust 2011-ci il tarixli 14kt №-li kredit müqaviləsinin təminatı olaraq xx.xx.2011ci il tarixli, 14/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv metr, yaşayış sahəsi 84,0 kv metr sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə, xx.xx.2011-ci il tarixli, 14/2 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67,2 kv metr, yaşayış sahəsi 52,1 kv metr sahədən ibarət olan fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə, xx.xx.2011-ci il tarixli 14/5 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 4. xx.xx.2011-ci il tarixli, 14/2 nömrəli ipoteka müqaviləsinə əsasən 19 avqust 2011-ci il tarixli 14kt №-li kredit müqaviləsinin təminatı olaraq xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ləğv prosesində olan “Kredobank" ASC-nin cavabdehlər "Qədir" X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Qədir" X1 91878,95 manat əsas borc, müqavilə müddəti üçün hesablanan 38598,12 manat faiz borcu, 34269,70 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablana n 13627,68 manat borcu olmaqla cəmi 178374,45 manat məbləğində borcun, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsumun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67,2 kv metr, yaşayış sahəsi 52,1 kv metr olan olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X2 "xxxx" ASCnə olan borcunun tutulması, həmin əmlak satıldıqdan sonra 1 ay müddətində Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nə təhvil verilməsi, Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv metr, yaşayış sahəsi 84 kv metr olan 9 nömrəli fərdi yaşayış evinə və 0,08 ha torpaq sahəsinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X2 "xxxx" ASC-nə olan borcunun tutulması, həmin əmlak satıldıqdan sonra 1 ay müddətində Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nə təhvil verilməsi, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilinə həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına "Qədir" X2 "xxxx" ASC-nə olan borcunun tutulması, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, 19 avqust 2011-ci il tarixli 14kt №-li kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 X3 illik 7%-lə 60 ay müddətinə 150000 manat məbləğində kredit verilib. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus İmişli şəhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67,2 kv metr, yaşayış sahəsi 52,1 kv metr olan olan fərdi yaşayış evi 0,04 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv metr, yaşayış sahəsi 84,0 kv metr olan 9 nömrəli fərdi yaşayış evi 0,08 ha to rpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notariat qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh6 məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunub və dövlət reyestrində qeydə alınıb. xx.xx.2019cu il tarixədək Cavabdeh1 X2 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-nə 91878,95 manat əsas borcu, müqavilə müddəti üçün hesablanan 38598,12 manat faiz borcu, 34269,70 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş fa iz olmaqla hesablanan 13627,68 manat borcu, cəmi 178374,45 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinə yerinə yetirməkdən imtina edirlər. Bu səbəbdən qanunla müəyyən olunmuş müddətdə və qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilib. Ərizə həmin orqanda qeydə alınıb, müddət keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməyib.
7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2020-ci il tarixli 9/204 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Kredobank" ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli 14kt №-li kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 79517,59 manat əsas, 05 faiz dərəcəsi ilə hesa blanan faiz borcu da nəzərə alınmaqla 27319,52 manat faiz borcu, cəmi 106837,11 manat borcu vardır.
8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 9/5054 saylı ekspert rəyindən görünür ki, “Kredobank" ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli 14kt №-li kredit müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 79517,59 manat əsas, 05 faiz dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27319,52 manat faiz borcu, cəmi 106837,11 manat borcu vardır. 9. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli 0292/22 Kredo saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilin bazar qiyməti 72000 manat, likvid qiyməti isə 62000 manat, Cavabdeh2 məxsus İmişli ş əhəri, L.Vəliyev küçəsi 33 A ünvanında yerləşən ümumi sahəsi 67,2 kv metr, yaşayış sahəsi 52.,1 kv metr olan olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin bazar qiyməti 55000 manat, likvid qiyməti isə 46000 manat, Cavabdeh4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv metr, yaşayış sahəsi 84.0 kv metr olan 9 nömrəli fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin bazar qiyməti 80000 manat, likvid qiyməti isə 68000 manat təşkil edir
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: F.Mirzəyev) 2(007)25/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 19 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən "Qədir" X1 79517,59 manat əsas, 05 % dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27319,52 manat faiz borcu, 3400 manat cərimə, cəmi 110237,11 manat borc məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsum və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus, bazar qiyməti 55000 manat, likvid qiyməti isə 46000 manat olan İmişli şəhəri, L.Vəliyev küçəsi 33 ünvanında yerləşən ümumi sahəsi 67,2 kv metr, yaşayış sahəsi 52,1 kv metr sahədən ibarət olan fərdi yaşayış evinə (0,04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay s onra Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılsın və hərracı udan şəxsə təhvil verilməsi; tutmanın Cavabdeh4 məxsus bazar qiyməti 80000 manat, likvid qiyməti isə 68000 manat olan, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv metr, yaşayış sahəsi 84,0 kv metr sahədən ibarət olan 9 nömrəli fərdi yaşayış evinə (0,08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesi olan "xxxx" ASC-yə ödənilsiməsi, tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldıldılması və hərracı udan şəxsə təhvil verilməsi; tutmanın Cavabdeh6 məxsus, bazar qiyməti 72000 m anat, likvid qiyməti isə 62000 manat ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldildilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla borcun həmin fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın "Qədir" X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə kre diti cavabdehə vermişdir. Kreditin qaytarılmasının təminatı kimi, yuxarıda qeyd olunan əmlaklar bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Buna baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Nəticədə "Qədir" X2 faizlər və cərimə ilə birlikdə banka ödənilməmiş 178374,45 manat məbləğində borcu qalmışdır.
12. İddianın 34269,70 manat cərimə borcunun tələb olunması hissəsinə münasibətdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, qeyd olunan məbləğdə cərimə əsas borca nisbətdə mütənasib deyil ona görə də cərimənin azaldılaraq 3400 manat müəyyən olunmasını qanuni və əsaslı sayır.
13. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 385, 442, 448 və 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinəgörə bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Yuxarıda qeyd edilən qanun normalarının dispoziyas ından göründüyü kimi, bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank öz fəaliyyət növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmə imkanına sahib olardı. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa dü şülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonrada öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Hazırki işlə, müştəri tərəfindən ödənilən məbləğlərin əsas və ya faiz borcundan silinməsini Bankın sistemi müəyyən edir və sistem Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yoxlanılır. Bu səbəbdən silinmələrin düzgün aparılmaması mümkünsüzdür. Ekspert hesablama apararkən səhvə yol vermişdir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə uyğun faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra et məlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bank kredit müqaviləsi üzrə şərtlərdən kənara çıxmamış və müqavilə şərtlərinə əsasən əsas borc məbləğinə faizləri hesablamışdır. Götürülmüş pul vəsaitlərindən istifadə məbləğinə faizlər onların faktiki olaraq götürüldüyü tarixdən hesablanmışdır. Göründüyü kimi bank tərəfindən faiz borcunun məbləği, hesablanması və borc ödənişlərindən silinmələrin həyata keçirilməsi bank sistemi ilə aparılmış və borc məbləğinin hesablanmasında əsas hal borclunun götürdüyü öhdəliklərin vaxtında icra etməməsi olmuşdur. Mübahisə edilən qətnamə ilə razılaşmalı olsaq, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Göründüyü kimi hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi tə min edilməmişdir, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir.
16. Qətnamədən həmçinin cavabdeh "Qədir" X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
17. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 X5 arasında bağlanmış 19 avqust 2011-ci il tarixli, 14 kt nömrəli müqavilə üzrə Cavabdeh1 X2 cavabdehin ödənilməmiş əsas borcu, müqavilə müddəti üçün hesablanmış faiz borcu və müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun nə qədər təşkil etməsi barədə 30 dekabr 2020-ci il tarixli ekspert rəyi həqiqəti əks etdirmir. Belə ki, kredit müqaviləsinə əlavə edilmi ş ödəniş cədvəlinə əsasən Cavabdeh1 X5 tərəfindən əsas və faiz borcu üzrə 187187,49 manat ödənilməli olan məbləğə qarşı xx.xx.2019-cu ilədək 108301 manat ödənildiyi halda, əlavə olaraq 106837,11 manatın tələb edilməsi əsassızdır. Eyni zamanda məhkəmə "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli, 0292/22Kredo saylı qiymətləndirmə rəyinə əsaslanaraq belə hesab etmişdir ki, Cavabdeh6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 2 saylı evin 48 saylı mənzilin bazar qiymətinin 72.000 manat, likvid qiymətinin isə 62000 manat, Cavabdeh2ına məxsus İmişli şəhəri, L. Vəliyev küçəsi 33A ünvanında yerləşən ümumi sahəsi 67,2 kv metr, yaşayış sahəsi 52,1 kv metr olan fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsinin bazar qiymətinin 55000 manat, likvid qiymətinin isə 46.000 manat, Cavabdeh4 məxsus İmişli şəhəri, M. Əsədov küçəsində yerləşən ümumi sahəsi 239,4 kv metr, yaşayış sahəsi 84,0 kv metr olan 9 nömrəli fərdi yaşayış evi, 0,08 ha torpaq sahəsinin bazar qiyməti 80000 manat, likvid qiyməti isə 68000 manat təşkil edir. Hər üç ipoteka müqaviləsi bağlanarkən yüklü edilmiş əmlaklara 2011-ci il tarixdə qoyulmuş qiymətlə "xxxx" MMC-nin qoyduğu indiki qiymət arasında fərq azdır. Yəni həmin əmlaklara qoyulmuş indiki qiymət reallığı əks etdirmir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun mü ddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır”. Həmin Qanunun 7-ci maddəsində göstərilir ki, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkü n olmadığını sübuta yetirsin. Cavabdeh1 X5 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə həqiqəti əks etdirməyən 79517,59 manat əsas, 05% dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27319,52 manat faiz borcu və 3400 manat cərimənin ödənilməsinə cavabdeh olmadığından həmin maddəni tətbiq etməklə ümumilikdə 110237,11 manat pulun ondan tutulması əsassız olmuşdur. Həmin normanın tələbinə görə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyə nləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə həqiqəti əks etdirməyən 05 faiz dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27319,52 manat faiz borcunun Cavabdeh1 X1 tutulmasıda əsassız olmuşdur. Həmin normanın tələbinə görə Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli, 0 292/22Kredo saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakların real dəyərini əks etdirmədiyindən həmin qiymətlərlə mənzillərin açıq hərracda satılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmənin gəldiyi qənaət əsassızdır.
18. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, İ.S.Şirinov və H.Ü.Həmidov) 7 oktyabr 2022ci il tarixli, 2(103)-5828/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşmış, iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin ekspertin hesablama apararkən səhvə yol verməsi barədə dəlillərinə münasibə t bildirərək qeyd etmişdir ki, tərəflər ekspert rəyinin əsaslılığını mübahisələndirsə də, həmin rəyin əsassız olmasının nədən ibarət olmasını, ekspertin nədə səhvə yol verməsini, həmçinin rəyin qeyri-mötəbər olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal mövcud olmadığından, birinci instansiya məhkəməsi qətnaməni həmin rəyə əsaslanmaqla qəbul etməkdə haqlı olmuşdur.
20. İddiaçının Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsində istinad edərək, ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilərək əsas götürülmüşdür. Həmçinin nə zərə alınmalıdır ki, hazırki mübahisə üzrə borc məbləğinin hesablanması xüsusi bilik tələb edir və onun hesablanmasının adi qaydada, hər hansı digər sübuta əsasən aparılması qeyrimötəbər olmaqla mübahisənin həllində doğru olmayan nəticəyə gəlməyə səbəb ola bilər. Hazırki mübahisənin həllində ekspert rəyinin digər sübutlarla birlikdə qiymətləndirilərək mübahisənin həllində əsas götürülməsi mübahisənin xüsusiyyətləri nəzərə alınmaqla ən mötəbər sübut hesab edirilir.
21. Cavabdeh apellyasiya şikayətində əmlakların qiymətləndirilməsini həyata keçirən mütəxəssis rəylərinin əsassız olması barədə dəlilinə münasibətdə məhkəmə bildirmişdir ki, iş materiallarını və mütəxəssis rəyi nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, əmlakların likvid qiyməti müəyyən olunarkən hər hansı pozuntuya yol verilm əmişdir. Cavabdeh apellyasiya şikayətində rəyi mübahisələndirsə də onun qeyrimötəbərliyini göstərən sübutu məhkəməyə təqdim edə bilməmiş, mülahizə xarakterli fikir ifadə etmişdir. Bu səbəbdən də kollegiya hesab etmişdir ki, müqavilə üzrə əmlakların qiymətləndirilməsində həmin rəyin əsas götürülməsi qanuni olmuşdur.
22. Apellyasiya məhkəməsi iddia tələbinin cərimə borcu hissəsinə münasibət bildirərək hesab etmişdir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçı iddia tələbində 34269,70 manat cərimə borcun tələb etmişdir. Qeyd olunan məbləğdə cərimə əsas borca nisbətdə mütənasib deyil ona görə də cərimənin azaldılaraq 3400 manat müəyyən olunmasını əsaslı olmuşdur.
23. Daşınmaz əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlərin ipoteka pre dmeti olan mənzili ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahələrindən həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzillərin boşaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
24. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 385, 386, 390, 442, 448, 467 və 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 59-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 80 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 KFT (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin təkrar apelyasiya baxıcına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayətin əsaslandır ılması kimi qeyd olunmuşdur ki, məhkəmələr 30 dekabr 2020-ci il tarixli əsassız ekspert rəyinə istinad edərək 0,5 faiz dərəcəsi ilə hesablanan faiz borcu da nəzərə alınmaqla 27319,52 manat faiz borcunun Cavabdeh1 X1 tutulması barədə nəticəyə gəlmişlər. İpoteka predmeti olan əmlakların ilkin satış qiymətinin real bazar qiymətindən xeyli aşağı dəyərləndirilməsi ipoteka qoyan kimi mülkiyyətçilərin hüququnun pozulmasına səbəb olmuşdur. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli, 0292/22Kredo saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakların real dəyərini əks etdirmədiyindən həmin qiymətlərlə mənzillərin açıq hərracda satılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmələrin gəldiyi qənaət əsassızdır. Cavabdeh1 KFT ipoteka predmetlərinin qiymətləndirilməsi barədə "xxx x" MMC-nin 11 aprel 2022-ci il tarixli, 0292/22Kredo saylı qiymətləndirmə rəyinin əsassız olmasını, hər üç ipoteka müqaviləsi bağlanarkən yüklü edilmiş əmlaklara 2011-ci il tarixdə qoyulmuş qiymətlə "xxxx" MMC-nin qoyduğu indiki qiymət arasında fərqin az olduğu bildirilsə də və bununla əlaqədar yeni qiymətləndirmə hesabatı məhkəmə kollegiyasına təqdim edilsə də məhkəmə bunları qəbul etməkdən imtina etmiş, yenidən ekspert qiymətləndirməsi təyin etməmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməklə, MPM-in 372.1-ci maddəsinə əsasən tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğu halda maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində narazı qaldıqları 30 dekabr 2020-ci il tarixli ekspert rəyinə münasibət bildirsə də, cavabdehin ipoteka ilə yüklü edilmiş əmlakların qiymətinin 2011-ci il tarixdə qoyulmuş qiymətlə müqayisədə "xxxx" MMC-nin qoyduğu indiki qiymət arasında fərqin az olduğuna əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 385.1. Öhdəliyə əsas ən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun
34. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətinə əsas ən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 KFT-na münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandır ılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "Qədir" X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5828/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.