Məhkəmə qərarları › İş №2(102)-845/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-845/2019

22.01.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-845/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il № 2(102)-845/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1 və onun vəkili X1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov, iş № 2(015)-xx/18) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva-sədrlik edən və məruzəçi, R.Muradovvə A.Bayramov, iş № 2(104)xx/18) İddiaçıapellyasiya şikayəti qismən təmin olunaraq, Ağstafa Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 məxsus Ağstafa rayonu ev1 istifadə hüququ verilməsinə dair iddiası qismən təmin edilərək İddiaçı Cavabdeh1 məxsus Ağstafa rayonu ev1 istifadə hüququ verilməsi qət edilmiş, iddia tələbi cavabdeh X2 aid hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin İddiaçı iki azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi hissəsində ləğv edilərək həmin hissədə işin icraatına xitam verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadı işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. İ şin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iki azyaşlı uşaqları ilə birlikdə cavabdehlərlə birgə idarə etdiyi Ağstafa rayonu ev1 istifadə hüququ verilməsi və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə iş üzrə cavabdehlərin oğlu X3 ilə ailə qurmuşdur. Həmin rəsmi nikahdan iki uşaqları anadan olmuşdur. Uşaqlar halhazırda onun himayəsindədir. Ailə münasibətləri cavabdehlərlə və onların oğlu olan X3 ilə normal olsa da, ailə daxili nünasibətlər onun və azyaşlı uşaqlarının yaşayış hüquqlarını pozmağa yönəldilmişdir. Belə ki, cavabdehlərin yersiz dava-dalaş salması, ailəyə və uşaqlara qayğı göstərməməsi, laqeyd münasibət bəsləməsi ailələrinin dayaql arını sarsıtmışdır. O, ailə qurduğu ilk gündən iş üzrə cavabdehlərin yanına gəlin köçmüş və orada cavabdehlər onu ailə üzvü kimi qəbul edərək təsərrüfatın birlikdə idarə olunmasına şərait yaratmışdır. Bir müddət sonra cavabdehlər onu evdən qovmağa cəhd etmişlər və aralarında mübahisə yaranmışdır. Hazırda orada yaşayır və cavabdehlərlə münasibətləri aydınlaşdırmaq və hüquqlarını bərpa edərək cavabdehlərlə birgə idarə etdiyi yaşayış evinin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və evə köçürülməyini tələb edir. Lakin cavabdehlər buna imkan vermirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və vəkili S.Əfəndiyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh1 və vəkili S.Əfəndiyevin izahatları nı dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Ağstafa rayonun Xətai kəndində yerləşən 0.10089 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Onun həmin ev üzərində mülkiyyət hüququ 21.04.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə İddiaçı 03.03.2015-ci ildə mülkiyyətçinin oğlu X1 rəsmi nikaha daxil olmuş və həmin vaxtdan da mübahisəli evdə yaşayır. Hazırda onun X1 birgə nikahdan 2015 və 2016 təvəllüdlü iki övladı vardır. İddiaçı 06.02.2018-ci il tarixdə ona yaşayış sahəsindən istifadə hüququ verilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək evə köçürülmə tələbinə dair hissədə işin icraatına ayrıca qərardad çıxarmaqla xitam vermiş, istifadə hüququ verilməsinə dair hissədə isə qətnamə çıxararaq iddia tələbini həmin hissədə təmin etmişdir. İcraata xitam verilməsi barədə qərardad işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Cavabdehlər kassasiya qaydasında yalnız mübahisəli evə istifadə hüququ verilməsi barədə qətnaməni müzbahisələndirmişlər. Kassasiya şikayətinin əsas dəlilləri qətnamə çı xarılarkən maddi hüquq normalarının düzgün tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə kassasiya şikayətinin dəlillərini əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsini tətbiq etməklə bu qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh1 oğlu X1 ailə qurarkən mübahisəli fərdi yaşayış evinə məhz cavabdehin razılığı ilə köçmüşdür və bu səbəbdən də o, Cavabdeh1 ailə üzvü hesab olunmalı, ona cavabdehin mülkiyyətində olan yaşayış evindən istifadə hüququ verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə düzgün istinad etsə də, həmin normanı düzgün tətbiq (şərh) etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlə rini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, on da həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir ki, “Azər baycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunm ur.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı olan İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də işə apellyasiya qaydasında yenidən bax ılarkən iddianın əsaslılığı bir daha yoxlanılmalı və işin müəyyən edilən hallarına yuxarıda sadalanan maddi hüquq normalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il tarixli qərarının tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yan aşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx2018-ci il tarixli, 2(104)-xx/18 saylı qətnaməsi ləğv edilsin və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar