Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-846/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 və onun vəkili X3 iştirakı ilə, İddiaçı və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9893/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Rufan Mürsəlov) xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən, qarşılıqlı iddia isə tam təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 77500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və İddiaçı mübahisəli mənzildən çıxarılmaqla mənzil boşaldılması hərəkətlərinin eyni vaxtda icra edilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki ko llegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Azad İmanov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) mənzildən çıxarılma və mənzilin boşaldılması barədə qarşılıqlı iddia tələbi rə dd edimişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinin alqı-satqısından imtina olunması, cavabdehlərdən ondan aldıqları 77500 manat və ona əlavə olaraq vurduqları 5000 manat mənəvi ziyanın, cəmi 82500 manat pulun alınıb ona ödənilməsindən sonra, ilə eyni gündə həmin fərdi yaşayış evinin boşaldılması və ya tələb etdiyi məbləğin cavabdehlər tərəfindən ödənilmədiyi təqdirdə həmin evin real bazar qiyməti ilə, lakin 82500 manatdan az olmamaq şərti ilə qiymətləndirilərək hərrac yolu ilə satılması, habelə əldə edilmiş vəsait hesabına xeyrinə tutulmalı olan məbləğin tam şəkildə ödənilməsi, qalıq məbləğin cavabdeh lərə qaytarılmasından sonra ardıcılığı ilə eyni gündə mübahisəli evdən ailə üzvləri ilə birlikdə çıxarılması və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin əvvəllərində Sahil qəsəbəsindəki mənzilini satıb Lökbatan qəsəbəsində ev almaq üçün alqı-satqı mərkəzinə müraciət etmiş və bu zaman Cavabdeh1 ilə tanış olmuşdur. Kənan ona yaşadığı evi satmaq istədiyini bildirmiş və birlikdə Kənanın yaşadığı evə baxmışlar. İlk baxışdan ev onun xoşuna gəlmiş, lakin həmin vaxt evin mülkiyyət sənədi olmamış, evin yerləşdiyi torpaq sahəsi isə Lökbatan Bələdiyyəsi tərəfindən verilməklə torpağın alqı-satqısına dair akt digər Cavabdeh2 adına olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsinin və evin faktiki olaraq ona məxsus olduğunu, orada üç ilə yaxın müddət ərzində ailəsi ilə birlikdə yaşadığını, evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 adına olsa da Mehmanın həmin torpaq sahəsini qardaşı Cavabdeh3 satdığını bildirmişdir. Evi alacağı təqdirdə 21 gün müddətində həmin evə mülkiyyət hüququnu təsdiq edən sənədləri ona təqdim edəcəyini bildirmişdir. Bu işlə əlaqədar o, Cavabdeh2 və Cavabdeh1 qardaşı Cavabdeh3lə də tanış olmuş və sonuncular da eyni sözləri demişlər. Cavabdehlərin iştirakı ilə Cavabdeh1lə evin qiymətini 92000 manata razılaşmışlar və həmin pulun 77500 manatını əvvəlcədən ödəyəcəyini, qalan 14500 manatı isə 21 gündən sonra cavabdehlərə evin sənədləri ona təqdim edildikdən sonra verəcəyi barədə şifahi razılığa gəlmişlər. Həmin razılıq əsasında da o, Cavabdeh1 77500 manat pul ödəmiş və ailəsi ilə birlikdə həmin evə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı evə köçməklə hazırda da həmin evdə yaşayırlar. Lakin cavabdehlər vəd etdiyi kimi evin sənədlərini ona verməmiş, evin sənədlərini tələb etdikdə isə müxtəlif bəhanələr gətirmiş və qalan 14500 manat pulu tələb etməklə, əks tədqirdə onları evdən çıxaracaqları ilə hədələmişlər. Bu barədə müxtəlif orqanlara şikayətlər etmiş, cavabdehlərə ödədiyi 77500 manat pulu onlardan geri almaqla, yaşadığı evin alqı-satqısından imtina etməklə həmin evi onlara qaytarmaq qərarına gəlsə də, cavabdehlərlə bu barədə razılaşa bilməmişlər. Bu səbəbdən də o, müxtəlif stressler keçirmiş, əsəb yaşayaraq ona mənəvi ziyan vurulmuşdur. Cavabdeh1 İddiaçı (müstəqil tələb irəli sürməyən üçünçü şəxs Cavabdeh2) qarşı qarşılıqlı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehin əşyalarından boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilsə də faktiki olaraq ev ona məxsusdur və o, ailəsi ilə birlikdə bir neçə il həmin evdə yaşamışdır. Həmin evə daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və dəyəri 168000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavad oğlu 2017-ci ildə həmin evi onlardan almaq istəmişdir. Belə ki, onun atası xərçəng xəstəsi olmaqla müalicəsinə müəyyən qədər pul lazım olduğundan evi Telmana satmaq qərarına gəlmiş və evi 92000 manata satılmasına, pulu ev özəlləşdiriləndən və daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatdan keçəndən sonra ödənilməsinə razılaşmışlar. Bundan sonra o, evi təhvil verərək həmin evdən çıxmış və ailəsi ilə birlikdə yaxınlıqdan kiçik bir ev alaraq ora köçmüşdür. Atasının xəstəliyinə başları qarışıq olduğundan və atası 2018-ci ildə vəfat etdiyindən evin sənədləşdirilməsi 2018-ci ilin iyul ayına kimi çəkmişdir. evin sənədlərini aldıqlarını və pulun qalanın ödənilməsini tələb etsə də, hər dəfə ailəsinin problemi olmaqla vaxt verilməsini xahiş etmiş və pulu ödəməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı A pellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı tərəfindən Cavabdeh2 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə 77500 manat məbləğində pul Cavabdeh1 verilmişdir. Həmçinin, mülki işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinin altındakı torpaq sahəsi Cavabdeh2 tərəfindən cavabdeh X2 16000 manata satılmışdır. Lakin buna baxmayaraq sonda mübahisəli fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Dövlət Reyestr Xidmətində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Eyni zamanda cavabdeh X4 məhkəmədə verdiyi ifadəsində həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsini Cavabdeh2 Cavd oğlundan 16000 manat dəyərində aldığını və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən və onun vəsaiti hesabına inşa edildiyini etiraf etmiş, habelə Cavabdeh2xan oğlu da, mübahisəli fərdi yaşayış evi iddiaçıya satılmamışdan öncə həmin evin altındakı torpaq sahəsi ilə bağlı digər cavabdehlərlə razılıqlarının olmasını etiraf etmişdir. Görünür ki, hər üç cavabdeh planlı şəkildə mübahisə predmeti olan fərdi yaşayış evini iddiaçıya satmaq niyyətində olmuşlar və əldə etdikləri 77500 manat vəsa iti də, onlar öz aralarında bölmüşlər. Buna görə də, iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia tələbi X4, Cavabdeh2 və Cavabdeh1 qarşı yönəlmişdir. İlk öncə məhkəməyə müraciət edilməmişdən əvvəl iddiaçı mübahisəli evi istəmədiyini və ödədiyi vəsaiti geri tələb edərək evi onlara qaytarmağa cəhd etmiş, lakin cavabdehlər həmin mübahisəli evlə bağlı iddiaçıdan pul aldıqlarını etiraf etməmişlər, hətta iddiaçını evdən çıxarmaqla hədələyərək, işıq, qaz və su xətlərinin kəsilməsinə cəhd etmişlər. Buna görə də, iddiaçı məcbur olub polis orqanına müraciət etmiş və onlar polis orqanında evin idiaçıya 92000 manat satıldığını və həmin məbləğdən 77500 manat pulu aldıqlarını etiraf etmişlər. Hesab edir ki, Bakı Apcllyasiya Məhkəməsi Cavabdeh2 cavabdehlər sırasından çıxarmaqda yanılmışdır. Bakı Apell yasiya Məhkəməsi əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini ciddi şəkildə pozmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsinin dəyişdirilməsini, qarşılıqlı iddianın İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evdən çıxarılması və həmin evin cavabdehin əşyalarından boşaldılması hissədə təmin olunması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evdə yaşadığı müddət ərzində evə yetirdiyi zərərinin əvəzi, həmçinin borclu olduğu 14500 manat məbləğində pul vəsaitinin və mənəvi zərərinin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin İddiaçı ndan t utulub ona ödənilməsinə dair qərarı qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı guya mübahisəli evə dair müvafiq çıxarışın 21 günə aldığına dair vəd verdiyi barədə dəlillər də tam əsassızdır və uydurmadır. Bunun üçün hansı sənədlərin tələb olunması və onların toplanması üçün nə qədər vaxt zəruri olduğu ona məlum olmadığından, sözügedən çıxarışın məhz iyirmi bir gün ərzində hazırlacayağı barədə vəd verməyi ümumiyyətlə ağlabatan deyil və həqiqəti əks etdirmir. İddiaçı borcunu tam ödədikdə, mübahisəli yaşayış evi onun adına rəsmilləşdiriləcəkdir. Həmin təklif bu gün də qüvvədədir, İddiaçı mübahisəli yaşayış evinə görə olan borcunu ödədiyi təqdirdə onun la alqı-satqını bu gün də həyata keçirməyə hazırdırlar. O, mübahisəli evi Telmana yaxşı vəziyyətdə təhvil vermişdir, əks halda o, evi bəyənməzdi. Lakin İddiaçı mübahisəli evdə qaldığı müddət ərzində evin həyətinə daimi su tökdüyündən, divarları və həyətinin hasarları artıq nəmlənib və onların vəziyyəti pisləşib. Evin içərisinin hansı vəziyyətdə olması isə ona ümumiyyətlə məlum deyil. Mülki işin materiallarından göründüyü kimi, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən yalnız cavabdehlər tərəfindən apellyasiya şikayətləri verilmiş, qətnamənin İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması nəticəvi hissəsindən nə İddiaçı, nə də ki cavabdehlər tərəfind ən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X1 rayon məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin təmin edilməsi ilə bağlı apellyasiya baxışı zamanı da hər hansı narazlığını bildirməmişdir. Qaradağ rayon məhkəməsinin qətnaməsindən eyni zamanda göründüyü kimi, Cavabdeh2 İddiaçı iddiasının Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması hissəsində iddia tələblərini qəbul etmişdir. Cavabdeh2 apellyasiya şikayətində isə qeyd olunur ki, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın ona qarşı yönəlmiş hissədə (evdən çıxarılması tələbdən başqa) ləğv olunmalı və İddiaçı məhz ona - Cavabdeh2 na qarşı irəli sürülmüş iddia tələblərinin tam rədd edilməsinə dair qətnamə qəbul olunmalıdır. Mülki işin hallarından göründüyü kimi, iş üzrə tərəfər arasında istər iddiaçının, istərsə cavabdehlərin iddia tələbləri üzrə İddiaçı mübahisəli yaşayış evindən çıxarılması və həmin evin boşaldılması ilə bağlı heç bir mübahisə mövcud deyil.Apellyasiya məhkəməsi özü də qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evində qalmasına heç bir hüquqi əsası yoxdur. Belə olan halda qanunla qorunan mənafeyi evin rəsmi mülkiyyətçisi Cavabdeh2 məxsusdur və iddiaçının müvafiq hissədə iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 201 9-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, məhkəməonun qarşılıqlı iddia tələblərini irəli sürmək kimi subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlmiş, lakin bununla yanaşı nəzərə almamışdır ki, mübahisəli evdən özünün çıxarılması, həmin evin boşaldılması iddia tələbi elə İddiaçı tərəfindən də irəli sürülmüş, bu iddia tələbi cavabdehlər tərəfindən qəbul olunmuş və iddianın bu hissədə tələblərinin Qaradağ rayon məhkəməsi tərəfindən təmin edilməsindən heç bir tərəf apellyasiya şikayəti verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsində isə İddiaçı iddiasının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması hissəsində iddia tələblərinə və həmin id dia tələblərinin cavabdehlər tərəfindən qəbul olunmasına heç bir hüquqi qiymət verilməyib.Həmçinin apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın müvafiq subyektiv hüquqa malik olan mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 müdafiə etməsinə də heç bir hüquqi qiymət verməmişdir. Nəticədə apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı ilk iddiası və Cavabdeh2 qarşılıqlı iddiası İddiaçı mübahisəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması hissədə rədd edilməsi əsassız olmuşdur. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 və onun vəkili X3 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilk və qarşılıqlı iddia tələblərinin İddiaçı müahisəli yaşayış evindən çıxarılması və yaşayış evinin boşladılmasının rədd edilməsi hissələrdə ləğv edilməli, həmin hissələrdə mülki iş yenidən baxılması a pellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx xxxxxx 2007-ci ildə tərtib edilmiş torpaqların alqı-satqısına dair akta əsasən Lökbatan Bələdiyyəsi tərəfindən 600 kvadrat metr torpaq sahəsinin Cavabdeh2 satılması barədə xx xxxxxx 2007-ci il tarixdə 13-1 saylı qərar qəbul edilmişdir. xx xxxx 2016-cı il tarixli ilkin müqavilədən görünür ki, birinci tərəf olan Cavabdeh2 Bakı şəhəri, Lökbatan Bələdiyyəsi üzvləri yığıncağının 13-1 saylı protokoldan çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kvadrat metr olan torpaq sahəsindən 250 kvadrat metrini bu günə razılaşdıqları məbləğə, yəni 1600 0 manata alıcı Cavabdeh3 satmışdır. xx xxxx 2016-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kvadrat metr olan torpaq sahəsindən 250 kvadrat metrini adına sənədləşdirməsi ilə əlaqədar onun bütün dövlət orqanları, təşkilat və idarələrində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və sair orqanlarda bütün hərəkətləri etməyi Cavabdeh3 etibar etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evi tam mülkiyyət hüquqi üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 438 nömrəli reyestr kitabının 41048 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavab deh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kvadrat metr olan torpaq sahəsindən 250 kvadrat metrini 16000 manata Cavabdeh3 satmışdır. Sonuncunun qardaşı Cavabdeh1 həmin torpaq sahəsində hazırda mübahisəsi gedən fərdi yaşayış evini tikərək, həmin evdə əvvəlcə ailəsi birlikdə özü yaşamış, 2017-ci ildə isə onu İddiaçı 92000 manata satmışdır. İddiaçı həmin puldan 77500 manat verməklə ailəsi ilə birlikdə mübahisəli evə köçmüş, qalan 14500 manatı isə evin sənədləri təqdim edildikdən sonra veriləcəyi barədə tərəflər arasında şifahi razılaşma olmuş, lakin evin sənədləri vaxtında hazır olmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Hazırda mübahisəli evdə ailəsi ilə birlikdə İddiaçı yaşayır. Hazırki iddia ərizəsi ilə iddiaçı mübahisəli yaşayış evi nin alqı-satqısından imtina olunması, həmin evə görə ödədiyi 77500 manatın və 5000 manat mənəvi zərərin hər üç cavabdehdən tutulması, pulun ödənilməsi ilə eyni gündə yaşayış evinin boşaldılması, tələb etdiyi məbləğin cavabdehlər tərəfindən ödənilmədiyi təqdirdə isə evin real bazar qiyməti ilə, lakin 82500 manatdan az olmamaq şərti ilə qiymətləndirilərək hərrac yolu ilə satılması, habelə əldə edilmiş vəsait hesabına xeyrinə tutulmalı olan məbləğin tam şəkildə ödənilməsi, qalıq məbləğin cavabdehlərə qaytarılmasından sonra ardıcılığı ilə eyni gündə mübahisəli evdən ailə üzvləri ilə birlikdə çıxarılması və evin boşaldılmasını xahiş etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsində İddiaçı əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2, 567, 646, 648, 337 və 491-ci maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqısatqısına dair qanunvericiliyin tələbləri (eləcə də beh müqaviləsinin tələbləri) pozulmuşdur. Məhkəmənin qənaətinə görə, mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh2 baş vermiş bu münasibətlərdə kifayət qədər rolu və marağı olmuşdur, ona görə də iddiaçı tərəfindən ödənilmiş pul cavabdehlər Cavabdeh1lə Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Cavabdeh3 isə mübahisəyə aidiyyəti müəyyən edilmədiyindən, ona aid hissədə iddia təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir, bu isə qətnamənin ləğvi üçün əsasdır. Belə ki, mübahisəli yaşayış evinin alqı-satqısı barədə tərəflər arasında 2017-ci ildə münasibətlər yaranarkən və Cavabdeh1 həmin evə görə İddiaçı 77500 manat alarkən həmin ev Cavabdeh1, nə də başqa şəxsin adına qeydə alınmamışdır. Yaşayış evi ilk dəfə xx.xx.2018ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. Göründüyü kimi, Cavabdeh1 iddiaçıdan mübahisəli evə görə 77500 manat alarkən həmin evə dair hər hansı sərəncam vermək hüququ olmamışdır. Belə olan halda isə mübahisəli yaşayış evinin alqı-satqısından söhbət gedə bilməz və birinci instansiya məhkəməsinin də mübahisənin həlli ilə bağlı iddianın qanuni əsası kimi Mülki Məcəllənin daşınmaz əşyaların alqı-satqısı, beh və etibarsız əqdlərlə bağlı müddəalarına istinad etməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanun vericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, həmin Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd etibar sız sayıla bilər (Mülki Məcəllənin 337-ci maddəsi). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Mülki Məcəllənin 394-cü maddəsinin görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Başqa sözlə, daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəsi gedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cava bdeh1 adına qeydə alınmadığından, bununla da həmin ev onun mülkiyyyətində olmadığından, onun həmin evi İddiaçı sataraq sonuncunun hesabına varlanmaq hüququ da olmamışdır. Yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı əmlak olduğundan, onun alqı-satqısına dair müqavilələr də notariat qaydasında bağlanılmalıdır. Yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə sənədlərinin olması da tərəflər arasında alqı-satqı əqdinin baş verməsinə əsas yaratmır və onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, hazırki halda iddiaçı mübahisəli evə görə Cavabdeh1 ödədiyi pul vəsaitini geri tələb edə bilər və onun bu hissədə tələbi əsassız varlanma müddəalarına uyğun təhlil edilməlidir. Belə ki, Cavab deh1 mübahisəli evə görə iddiaçı tərəfindən ona 77500 manat məbləğində pul ödənilməsini etiraf etmişdir ki, bununla da o, iddiaçının vəsaiti olan 77500 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, bu hissədə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən mübahisəli evin alınması üçün Cavabdeh1 ödənilmiş 77500 manat məbləğində pul vəsaiti sonuncudan alınaraq İddiaçı geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi 77500 manat məbləğində pulun Cavabdeh1lə bərabər həm Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsdə iddianı əsassız hesab edərək qeyd etmişdir ki, mübahisəli evə dair bütün danışıqlar İddiaçıla Cavabdeh1 arasında getmiş, 77500 manat pulu da məhz sonuncu almışdır. Həmin vaxt yaşayış evi Cavabdeh2 mülkiyyətində olmamış, ev onun adına sonradan qeydə alınmışdır. İddiaçıla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasınd a hər hansı razılaşmanın olması və onların iddiaçıdan hər hansı məbləğdə pul almaları müəyyən edilmir. Belə olan halda isə pulun Cavabdeh1lə bərabər digər cavabdehlərdən də tutulması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 77500 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddia tələbini bu hissədə digər cavabdehlərə münasibətdə rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçının pulun həm də, Cavabdeh2 tutulması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Çünki 77500 manat pulun Cavabdeh1 verilməsi, Cavabdeh2 özünə məxsus torpaq sahəsini faktiki olaraq Cavabdeh3 satması, həmin torpaq sahəsində olan yaşayış evinin Cavabdeh1 tərəfindən inşa etdirilməsi, bundan sonra evin alqsı-satqısı ilə bağlı münasibətlərin iddiaçı ilə Cavabdeh1 arasında yaranması işin halları ilə müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində 77500 manat pulun digər Cavabdeh2lə Cavabdeh1 arasında bölüşdürülməsini qeyd etsə də, bu barədə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı ilkin iddia tələbinin 5000 manat mənəvi zərərin tutulması və 77500 manat pul ona ödənilmədiyi təqdirdə yaşayış evinin hərraca çıxarılması hissələrdə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməmiş, iddia tələbinin rədd edilən həmin hissələri ilə razılaşmışdır. Ona görə də, ilkin iddia tələbinin həmin hissələrinə kassasiya məhkəmə tərəfindən hüquqi qiymət verilmir. İlk iddiaçının evin boşaldılması və qarşılıqlı iddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmasını tələb etmişdir ki, onun da belə bir tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Çünki o, mübahisəli yaşayış evinin mülkiyyətçisi deyil. Mübahisəli yaşayış evindən çıxarılması barədə iddia qaldırmaq hüququna yalnız həmin evin mülkiyyətçisi olan Cavabdeh2 malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilk iddia tələbinin ilk iddia tələbinin 77500 manat pulun ona ödənilməsindən sonra eyni gündə evin boşaldılması və qarşılıqlı iddia tələbinin rədd etməkdə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tədbiq etməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellya siya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin iddianı qaldırmaqda subyektiv hüququnun olmamasını qeyd etmişdir. Lakin işin mübahisələndirilməyən halları ilə mübahisəli yaşayış evinin Cavabdeh1 tərəfindən inşa edildiyi, bir müddət sonuncunun öz ailəsi ilə birlikdə orada yaşaması, evin satılması ilə bağlı İddiaçıla danışıqların onunla aparılması müəyyən edilmişdir. Həmçinin aydın olur ki, Cavabdeh2 də həmni evə dair Cavabdeh1 qarşı heç bir tələbi yoxdur. Evin Cavabdeh1 tərəfindən inşa edilməsi, torpaq sahəsinin sonuncunun qardaşı Cavabdeh3 qeyri-rəsmi satılması, Cavabdeh1 isə torpaq sahəsinin və evin faktiki sahibi olması Cavabdeh2 tərəfindən mübahisələndirilmir. Belə olan halda Cavabdeh1 yaşayış evinə münasibətdə maraqları v ardır. Ona görə də, İddiaçı həmin evin alınması üçün verdiyi 77500 manat pulun tələb edilməsi hüququ olduğu kimi, Cavabdeh1 də həmin yaşayış evindən İddiaçı çıxarılmasını və evin boşaldılmasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəm əsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi subyektiv hüquqla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad etsə də, həmin qərarı yanlış təfsir etmişdir. Digər tərəfdən məhkəmə nəzərə almamışdı ki, bu tələbi həmçinin ilkin iddia üzrə iddiaçı da ərizəsində göstərmiş və birinci instansiya məhkəməsi tərəfindən tələb həmin hissədə təmin edilmişdir. İddiaçı bu hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətlərinə əsasən tam yoxlamasına, qətnaməni bütö vlükdə ləğv edib yeni yeni qətnamə qəbul etməsinə baxmayaraq ilk iddianın göstərilən hissəsinə hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə görə, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi, qarşılıqlı iddia tələbinin İddiaçı müahisəli yaşayış evindən çıxarılması və yaşayış evinin boşladılması hissədə və ilk iddia tələbinin pul ödənildikdən sonra evin eyni gündə boşaldılması hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin pul ödənildikdən sonra evin eyni gündə boşaldılması və qarşılıqlı iddia tələblərinin İddiaçı müahisəli yaşayış evindən çıxarılması və yaşayış evinin boşladılmasının rədd edilməsi hissələrdə ləğv edilsin. Mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-846/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-846/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver