Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-846/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, intizam tənbehinə dair əmrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1596/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.. İşin halları
1. İddiaçı Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmişdir.
2. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə bir nəçə şagirdin sənəd və ümumi təhsil müəssisələrinin informasiya sistemində (UTİS) olan məlumatlarının uyğunluğu yoxlanılmışdır. Araşdırma zamanı X2 2017-2018-ci tədris ilində İ sinfə qəbul zamanı və növbəti tədris illərində əsas xarici dili rus dili olduğu, lakin 1-ci sinifdən 6-cı sinfə qədər fakti ki olaraq əsas xarici dili ingilis dili olan sinifdə təhsil aldığı, 2022-2023-cü tədris ilində 6-cı sinfə keçirilərkən məktəb tərəfindən əsas xarici dil rus dili olan sinifə daxil edildiyi məlum olmuşdur. Həmçinin araşdırma nəticəsində həmin sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli, Cəsarət Göyüşovun məlumatlarında da bu kimi uyğunsuzluqlar aşkar edilmişdir. Müəyyən edimişdir ki, məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-462 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə 7 nömrəli Əlavənin 8-ci bəndinin tələblərini ciddi şəkildə pozmuş və əmək funksiyalarını keyfiyyətsiz icra etmişdir.
3. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən, işində verdiyi nöqsanlara görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmiş və o, xx.xx.2022-ci il tarixdə əmr ilə tanış edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin avqust ayının 11-dən Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış, işlədiyi 12 il ərzində müsbət nəticələr əldə etdiyindən heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə mükafatlandırılmışdır. İlhamə Abdullayeva Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edildikdən sonra iddiaçıya qarşı qərəzli və subyektiv münasibəti yaranmışdır. Buna səbəb o olmuşdur ki, İlhamə Abdullayevanın bacısı X1 Nihad Qiyas oğlu 2021-2022-ci təhsil ili üzrə 10-cu sinifə daxil olsa da, 2 ay müddətində dərsə gəlmədiyindən valideyni məktəbə dəvət olunmuş, onunla söhbət aparılmışdır. Lakin valideyn övladının repititor yanına getdiyinə görə məktəbə gələ bilməyəcəyini bildirərək neqativ təkliflər etmişdir. Lakin iddiaçı bu təklifi rədd etdiyindən və uşağın məktəbə gəlməsini tələb etdiyindən İlhamə Abdullayevanın bacısı oğlu Nihad Süleymanovu başqa məktəbə, Suraxanı rayonun 114 nömrəli məktəbinə yerləşdirilmişdir. İlhamə Abdullayeva müdir təyin olunandan sonra iyun ayının 10-da, 29-da, 30- da məktəbə yoxlama göndərmiş, noyabr ayında monitorinq təşkil edib və sair nəzarət funksiyalarından istifadə edərək iddiaçını nəzarətdə saxlamağa başlamışdır. Yoxlamağa göndərdiyi şəxslərə necə tapşırıq verirdisə, onlar işçilərdən direktorun əleyhinə izahat tələb edirdilər. İşçilər razılaşmadıqlarından direktoru bu barədə məlumatlandırmışlar. Cavabdehin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrinin verilməsinə əsas kimi məktəbdə bir neçə şagirdin sənəd və ümumi təhsil müəssisələrinin informasiya sistemində (UTİS) olan məlumatlarının uyğunluğunu yoxlayarkən X2 2017-2018-ci tədris ilində 1-ci sinifə qəbul zamanı və növbəti tədris illərində əsas xarici dili rus dili olduğu, lakin 1-ci sinifdən 6-cı sinifə qədər faktiki olaraq əsas xarici dili ingilis dili olan dərsdə təhsil aldığı və 20 22-2023cü tədris ilində 6-cı sinifə keçirilərkən məktəb tərəfindən əsas xarici dil rus dili olan sinifə daxil edildiyi məlum olmuşdur. X9 və Cəsarət Göyüşovun məlumatlarında da bu kimi uyğunsuzluqlar aşkar edilmişdir. Əmrdə qeyd ediləndən fərqli olaraq X5 1-ci sinifdən 6-cı sinifə qədər ingilis yarım qrupunda təhsil almışdır. O, valideynlərinin ərizəsi əsasında bu qrupda təhsil almışdır. O, rus dilində heç bir vaxt təhsil almasını tələb etməmişdir. Sadəcə texniki səhv nəticəsində əlaqələndirici (kiçik texniki işçi Vəlibəyova Nigar) onu UTİS-nə yanlış olaraq rus qrupuna qeyd etmişdir. Qeyd edilən yanlışlıq 2 il bundan əvvəl məktəb direktoru tərəfindən aşkar edilmiş və direktor müavini Mirzəyev Sənan və X11 rayon Təhsil Şöbəsinə gedərək Təhsil Şöbəsini məlumatlandırmaqla yanlışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Lakin düzəlişlər həyata keçirilmədiyindən həmin şagirdin valideynini məktəbə dəvət edərək, qeyd edilən yanlışlıq barədə məlumatlandıraraq vətəndaş kimi müraciət etməsini məsləhət görmüş və valideynlər şikayət deyil, müraciət formasında müraciət edərək yanlışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Qeyd edilən UTİS məktəb tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən idarə edilir. Əmrdə qeyd edildiyi kimi qeyd edilən yanlışlıq 2017-ci ildə yaranmışdır. Həmin yanlışlığı törədən işçi direktor deyil, əlaqələndirici kiçik texniki işçi Vəlibəyova Nigardır. Cavabdehin həm şifahi məlumatlandırılmasına, həm də yazılı izahatında qeyd etməsinə baxmayaraq Məsimli İbrahim və Göyüşov Cəsarətə aid yanlış məlumatlar bu günədək düzəldilməmişdir. İlhamə Abdullayeva yanlışlığı ortadan qaldırmaq deyil, iddiaçını cəzalandırmaq niyyəti güddüyündən, həmin yanlışlıqların düzəldilməsi ilə ümumiyyətlə maraqlanmamışdır. Cavabdehə vəkil sorğusu ünvanlayaraq 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrin təsdiq edilmiş surətini tələb etsələr də, idarə tərəfindən bu günədək sorğuya cavab verilməmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazedərək bildirmişir ki, vətəndaş müraciəti əsasında 15 noyabr 2022-ci il tarixində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində monitorinq aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2017-2018-ci tədris ilində 1-ci sinifə qəbul edilmiş Narxanım İsmayılovanın ümumi təhsil müəssisələrinin informasiya sistemində əsas xarici dil rus dili qeyd edilmişdir. Lakin 1-5-ci sinif jurnalları üzrə şagirdin adının əsa s xarici dil ingilis dili olan siniflərdə tədris aldığı halda, 2022-2023cü tədris ilində 6-cı sinifdə şagirdin adı əsas xarici dil rus dili olan jurnalda qeyd edilmişdir. Yoxlama zamanı eyni sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli və Cəsarət Göyuşovda eyni problem olduğu aşkar edilmişdir. İddiaçı aşkar edilmiş nöqsanları izahatında və iddia ərizəsində də təsdiq etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddsəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. İntizam tənbehinin tətbiqi barədə əmr rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə işçiyə təqdim edilsə də, iddiaçı xx.xx.2023-cü il tarix də məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Mediasıya prosesinin tətbiqi barədə təklif idarəyə daxil olmamışdır.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, elektron sistemin (UTİS) yaradılmasının məqsədi qanun pozuntularının qarşısının alınmasıdır. İddiaçıya qarşı hər hansı qərəz olsaydı cavbdehin rəhbərliyi bununla bağlı monitorinqlər təşkil edə bilərdi. Lakin, məsələ valideynin şikayəti əsasında araşdırılıb. 3 şagird 5 il ingilis dilində təhsil aldıqdan sonra, altıncı sinifdə rus dili qrupuna keçirilib. Tədris planlarına dair qeydlər şagirdin təhsil aldığı dilin növbəti təhsil ilində dəyişdirilməsinə yol verilmir. İddiaçı əvvəllər də vəzifə pozuntusuna görə töhmət almışdır. Sistemdə dəyişlik edilməsi direktorun səlahiyyətində deyil. Direktorun cavabdehə və ondan əvvəlki quruma müraciət etməsi barədə sübut mövcud deyil. Töhmət direktorun vəzifə səlahiyyətlərini pozduğuna və altıncı sinifdə şagirdin təhsil aldığı xarici dili dəyişdiyinə görə verilib. Şagird bir ilə yaxın rus dili qrupunda təhsil alıb. Digər iki uşaqla bağlı vətəndaş müraciəti olmadığı üçün və nazirlik tərəfindən göstəriş olmadığı üçün düzəliş edilməyib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi, Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində Narxanım adlı şagirdin adı birinci sinifdən texniki səhv olaraq UTİS sistemində rus dili bölməsində qeyd edilmişdir. Lakin şagirdin v ə valideyninin seçimi ingilis dili olmuşdur. Həmin şagird faktiki olaraq ingilis dili qrupunda təhsil almışdır. Həmin problem başqa 2 şagirddə də mövcud olmuşdur. Bu barədə cavabdehə məlumat verilib ki, UTİS sistemində düzəliş edilsin. Lakin sistemdə belə bir düzəliş edilməyib. Yalnız Narxanım adlı şagirdin valideyni sistemdə düzəlişin edilməsi ilə bağlı müraciət edib. Bundan sonra sistemdə həmin şagirdlə bağlı düzəliş edilib. Lakin qalan iki şagirdlə bağlı sistemdə düzəliş edilməyib. İddiaçı şagirdlərin və valideynlərinin istəyinə uyğun olaraq şagirdi ingilis dili qrupuna daxil edib. Sonradan isə iddiaçı cavabdeh təşkilatın rəhbərinin ona qərəzli münasibəti olduğunu bildiyindən, qanunvericiliyin tələbinə əsasən 2022-ci ilin sentyabr ayında şagirdi sistemdə qeydə alındığı rus dili qrupuna daxil edib və valideyninə bu barədə məlumat verib ki, sistemdə dəyişiklik edilməsi məktəbin səlahiyyətinə aid olmadığı üçün bu barədə müvafiq orqanlara müraciət etsin. Valideynin müraciətindən sonra cavabdeh fürsətdən istifadə edərək iddiaçıya intizam tənbehi tədbiri tətbiq edib. Elektron sistemdə şagirdin qeydə alındığı xarici dildə deyil, başqa xarici dildə təhsil alması pozuntudur. Lakin sistemdə qeydə alındığı xarici dildə təhsil alması hüquq pozuntusu deyil. Cavabdeh iddiaçıya düzgün olan əmələ görə cəza verib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyindən Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuş vətəndaş Rafiq İsmayılovun xx.x x.2022-ci il tarixli müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi barədə arayışda qeyd olunur ki, Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Xanlarova Zərifə və məsləhətçi Şahbazova Aygün tərəfindən vətəndaşın müraciəti əsasında araşdırma aparılmış və nöqsanlar aşkar edilmişdir. X5 2017-2018-ci tədris ilində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin İ sinifə qəbul edilib. Narxanım İsmayıllının 1-ci sinifdən 6-ci sinfə qədər əsas xarici dili inglis dili olan sinifdə təhsil alıb. 15-ci sinif jurnallarına baxılmış şagirdin adı əsas xarici dili inglis dili olan sinifdə olduğu müəyyən edilmişdir. UTİS məlumat bazasında isə şagirdin adı İ sinifdən əsas xarici dili rus dili olaraq göstərilmişdi. 2022- 2023-cü tədris ilində 6-ci sinifdə məktəb tərəfindən UTİS-də əsas xarici dili rus dili olduğu üçün jurnal üzrərində rus dilli qrupa daxil edilmişdir. Valideyn şagirdin 1-ci sinifdən ingilis dili qrupda oxuduğu üçün rus bölməsindən dəyişdirilərək ingilis dilinə keçirilməsi haqqında müraciət edib. Yoxlama zamanı Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə eyni sinifdə təhsil alan şagirdlər Məsimli İbrahim, Cəsarət Göyüşovda da eyni problemlər olduğu aşkar edilmişdir. Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktorundan və ibtidai siniflər üzra direktor müavini Kəmalə Cəfərovadan məsələ ilə bağlı izahat alınmışdır. İzahatlarında şagirdin UTİS-də səhvən əsas xarici dili rus dili olan qrupda olduğu barədə məlumatlı olduqlarını, 2017-2018-ci tədris ilində Abşeron Rayon Təhsil Şöbəsinə məlumat verdiklərini bildirmişdilər. Məktəb rəhbərliyi səhvi UTİS üzrə ə laqələndiricinin etdiyi barədə məlumat vermişdir. Əməkdaş artıq məktəbdə işləmədiyi üçün izahatı alınmamışdır. Məktəb rəhbərliyi 6 il ərzində şagirdin problemindən xəbərdar olduğu halda heç bir tədbir görməmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, Narxanım İsmayıllının atasıdır. Onun qızı 2017-ci ildən Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində təhsil alır. O, qızını məktəbə qoyarkən onun ingilis dilində təhsil almasını istəyib və qızı xarici dil kimi birinci sinifdən ingilis dili sinifində təhsil alıb. İngilis və rus dili qrupları ayrı-ayrıdır. Qızı hazırda 6-cı sinifdə oxuyur. 2022-ci ilin sentyabr ayında məktəb direktoru onu məktəbə çağırıb. Direktor ona bildirib ki, qızının adı sistemdə rus dilində qeyd olunub. Həmin vaxta qədər bu bar ədə məlumatı olmayıb. İddiaçı ona nazirliyə müraciət etməsini tövsiyyə edib. Direktor ona bildirib ki, qızı müvəqqəti rus dili qrupuna daxil ediləcək və sistemdə səhv düzəldildikdən sonra yenə ingilis dili qrupuna daxil ediləcək. Onun əmisi bununla bağlı ərizə yazıb və sistemdə müvafiq düzəliş edilib. Qızının rus dili qrupunda təxminən bir həftə müddətində oturduğunu xatırlayır. Sonradan yenidən ingilis qrupuna qaytarılıb. Qızı rus dilində zəif bilir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2612/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Emin Abdullayev).
12. Məhkəmə cavabdeh tərəfindən verilmiş mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd etmişdir ki, işdə olan Bakı 16 saylı mediasiya təşkilatının mediasiya sessiayasında işti rak edilməməsi barədə arayışından görünür ki, iddiaçı mediasiya təşkilatına müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixində, yəni mübahisələndirilən əmrin verilməsindən 1 ay keçmədən cavabdehə mediasiyanın tətbiqi barədə təklif verilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab etmişdir.
13. Məhkəmə cavabdeh tərəfindən verilmiş mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəti cəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186, 187, 188-ci maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 32.3.2 və 34.1-ci maddələri, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”ə, Mülki Prosessual Məcəllənin 119, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbind ə Narxanım adlı şagirdin adı birinci sinifdən texniki səhv olaraq UTİS sistemində rus dili bölməsində qeyd edilmişdir. Lakin şagirdin və valideyninin seçimi ingilis dili olmuşdur. Həmin şagird faktiki olaraq ingilis dili qrupunda təhsil almışdır. Həmin problem başqa 2 şagirddə də mövcud olmuşdur. Qeyd edilən texniki səhv heç bir halda direktorun məsuliyyəti təsirinə düşmür, həmin seçimi valideyn və ya digər qanuni nümayəndə təsdiq edir və seçimin dəyişdirilməsi direktorun səlahiyyətləri xaricindədir. Qeyd edilən siniflərdə həm ingilis dili, həmdə rus dili tədris edilir. Yəni şagirdlər hər iki dildə tədris alırlar. Lakin ingilis dilində tədrisin saatları rus dilindəki tədris saatlarından artıqdır. Dil seçmək hüququ, yəni UTİS sistemində qeydiyyat aparmaq valideynlərin hüquqları və vəzifələr idir. Məktəbin belə bir səlahiyyəti yoxdur. Qeyd edilən yanlışlıq məktəb direktoru tərəfindən (cavabdeh idarə yaranmamışdan əvvəl) aşkar edilmiş və direktor müavini Mirzəyev Sənan və X11 rayon Təhsil Şöbəsinə gedərək Təhsil Şöbəsini məlumatlandıraraq yanlışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Düzəlişlər ediləcəyi bildirilsə də, düzəlişlər həyata keçirilməmişdir. Qeyd edilən UTİS məktəb tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən idarə edildiyindən həmin sistemdə düzəlişlər etmək Nazirliyin hüquq və vəzifələrinə aiddir. Texniki səhv 2017-ci ildə baş vermişdir. İntizam tənbehi 20 dekabr 2022-ci il tarixdə verilmişdir. İddiaçı Narxanımın adlı şagirdin adı rus dili qrupunda qeyd edilərək ingilis dili qrupunda təhsil almasına görə məsuliyyətə cəlb edilməmişdir. İddiaçı Narxanım ın UTİS sistemində rus dili qrupunda qeydə alınıb rus dili qrupunda yerləşdirməsinə görə məsuliyyətə cəlb edilmişdir. Yəni hüquq pozuntusu hesab edilən hal üzrə deyil, hüquq pozuntusu hesab edilməyən hal üzrə məsuliyyətə cəlb edilmişdir. İddiaçı elektron sistemdəki (UTİS) yanlışlığın fərqinə varmış və bu barədə müvafiq şagirdin ailəsini xəbərdar etmişdir. Bu xəbərdarlıq nəticəsində texniki yanlışlığın aradan qaldırılması üçün daxil olan vətəndaş müraciəti əsasında iddiaçıya töhmət verilməsi əsassızdır. Məhkəmə “Ümumi təhsil müəssisələrinin 2022- 2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 8-ci maddəsinə istinad etmişdir. Bu maddəyə əsasən “İ və V (b irinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.” Lakin bu bəndin birbaşa olaraq işin hallarına tətbiq edilməsi qəbul edilməzdir. Çünki müvafiq bəndin nəzərdə tutduğu dil dəyişikliyi mövcud hadisədə gerçəkləşməmişdir. “Tədris planlarına dair qeydlər”in 8-ci bəndi anlaşıqlıdır. Yəni, burada nəzərdə tutulan maddə hər formada dəyişikliyə qarşı deyil. Nəzərdə tutulan məna şagirdin təhsil aldığı müddətdə iradəvi və səbəbsiz olaraq təhsil aldığı əsas xarici dilinin dəyişdirilməsidir. Mövcud vəziyyətdə isə iradəvi və səbəbsiz yerə şagirdin təhsil aldığı əsas xarici dilin dəyişdirilməsi faktı mövcud deyildir. Texniki xətanın ortadan qaldırılması zamanı laqeydliyə yol verməmək üçün atılmış bir addım keyfiyyətsiz əmək fəaliyyət i kimi dəyərləndirilməməlidir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), X10 və X15) 2(105)-1596/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına görə Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin şagidi olan İsmayıllı Narxanım 2017-ci ildə birinci sinifdə təhsilə başlayarkən əsas xarici dil olaraq ingilis dilini seçmişdir. Onun seçdiyi xarici dil barədə məlumat ümumi təhsil müəsisələrinin informasiya sistemində (bundan sonra – UTİS) səhvən rus dili kimi qeyd edilmişdir. Bu texniki səhv olaraq qiymətləndirilə bilər. Lakin, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin dərs jurnallarından görünür ki, şagirdlər İsmayıllı Narxanım və Göyüşov Cəsarətin adları 1-5-ci siniflərdə ingilis dili qrupuna daxil edilsə də, 6-cı sinfin sentyabr ayında həmin şagirdlərin adları rus dili qrupuna daxil edilmişdir. Yalnız 2023-cü ilin mart ayında sinif jurnalında İsmayıllı Narxanımın adı qarşısında “çıxıb” qeydi aparılmışdır. Göyüşov Cəsarətin adı isə hələ də rus dili qrupunda qalmaqda davam edir. Qeyd edilən faktlar isə təsdiq edir ki, iddiaçı icrası onun üçün məcburi olan əmrlə müəyyən edilmiş qaydaları pozmuş, şagirdlərə 1-5-ci siniflərdə tədris edilən əsas xarici dili 6-cı sinifdə başqa xarici dilə dəyişdirmişdir. Bu isə iddiaçının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini düzgün yerinə yetirmədiyini və verilmiş intizam tənbehi tədbirinin həmin hərəkətlərə adekvat olduğunu göstərir.
19. Belə ki, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 8-ci bəndinə əsasən, İ və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticə haqlı hesab edilmişdir.
21. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1, 186.2, 187.1, 187.2, 188.1, 188.2.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 32, 34-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1596/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
26. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermə k; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
27. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
28. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
29. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
30. Maddə 188.2.2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 32.3 Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq; 32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək; (....)
32. Maddə 34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır: 34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək 34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü y ardımlar etmək; 34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər” 33.
1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. 34.
2. Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi İ (birinci) sinifdən başlanır. Tədrisi İ (birinci) sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir. 35.
4. Bu “Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödən ilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir. 36.
5. İkinci xarici dil tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində V-Xİ (beşinci-onbirinci), tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Vİİ-Xİ (yeddinci-onbirinci) siniflərdə tədris olunur. 37.
8. İ və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, x üsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
49. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1596/2023 nömrəli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.