Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-847/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)5386/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh İddiaçı oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən 3000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mülk iyyətində olan mənzildə qeydiyyatdadır. Cavabdeh mütəmadi olaraq iddiaçıya fiziki güc tətbiq etməklə müxtəlif xəsarətlər yetirmiş, 2020-ci ilin mart ayının 15-dən etibarən güc tətbiq etməklə onu mənzildən qovmuşdur.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbinə etiraz etməklə yanaşı izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində yaşamır, özünün evi və qeyri-yaşayış obyekti vardır. Mübahisəli mənzilə ehtiyacı yoxdur. Lakin, həmin evdə istifadə hüququnun saxlanılmasını istəyir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(007)-1833/2020 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən istifadə hüququna 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmiş, qətnamənin Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd edilmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarlarına istinad edərək hesab etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi İddiaçı birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Belə olan halda, iddiaçının kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi əsaslıdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisəli mə nzildə yaşamır, özünə məxsus mənzili vardır. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzildə yaşamır. Özünün evi vardır. Mübahisəli mənzilə ehtiyacı yoxdur. Lakin, həmin evdə istifadə hüququnun saxlanılmasını istəyir. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıyır. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzilin aylıq kirayə haqqının dəyərini, cavabdehin mübahisəli mənzildə yaşadığı müddəti, onun əmək qabiliyyətli olmasını, habelə cavabdehin özünə məxsus evinin olmasını, cavabdehin mübahisəli mənzilə ehtiyacının olmadığını, iddiaçının isə kompensasiya ve rməklə istifadə hüququna xitam verilməsinə dair iradə ifadəsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən 3000 manat kompensasiya məbləği ağlabatandır və buna görə iddia tam təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(007)-1833/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)3052/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovun və V.N.Sadıqovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Niz ami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(007)-1833/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzili yaşaması və istifadəsi üçün Order əsasında İddiaçı və onun ailə üzvləri Cavabdeh, X2 və X1 verilmiş, Cavabdeh da razılığı ilə mübahisəli mənzil özəlləşdirilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı adına 23 yanvar 2008-ci il tarixdə qeydə alınmış və iddiaçıya Çıxarış verilmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 26 noyabr 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini deyil, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsini tələbini pozmaqla, iddia tələbindən kənara çıxmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-3052/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(102)-4660/2021 nömrəli qərarı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovun və İ.Ə.Şəfiyevin iştirakı ilə) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-3052/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ilkin tələbi müvafiq kompensasiya təklif olunmadan mənzildə olan istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Bundan sonra isə 3000 manat kompensasiya təklif olunmaqla istifadə hüququna xitam verilməsi və təkrar olaraq yenidən 26 noyabr 2020-ci il tarixdə kompensasiya təklif olunmadan istifadə hüququna xitam verilməsinə dair ərizələr iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbi əsasında tərtib olunmuş 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair ərizə əsasında məhkəmə araşdırmasını davam etdirmiş, ərizənin surəti cavabdeh tərəfə təqdim edilmiş, ərizənin məzmunu və tələb məhkəmənin qətnaməsinə daxil edilmişdir. Ondan sonra daxil olmuş ərizə isə cavabdeh tərəfə təqdim olunmamış, məhkəmə tərəfindən icraata qəbul edilməsi təmin olunmamış, qətnaməyə daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə təklif olunan kompensasiya məbləğinin davamlı surətdə müəyyən müddət ərzində başqa yaşayış yerində yaşamağa imkan verilməməsi ilə bağlıdır. Baxılan kassasiya şikayətinin dəlillərində kompensasiya təklif edilməklə istifadə hüququna xitam verilməsinin iddiaçının - mülkiyyətçinin hüququ olmasını qeyd edilir. Beləliklə işin halları ilə müəyyən olunur ki, iddia tələbi müvafiq kompensasiya verilməklə istifadə hüququnun itirilməsi ilə bağlıdır.
15. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, kompensasiyanın məbləği iddia tələbinə daxil olmadığı kimi, onun məbləğini müəyyən etmək də məhz iddiaçı - mülkiyyətçiyə aid olan məsələdir, bununla yanaşı məhkəmələr kompensasiyanın məbləğini mülkiyyətçinin razılığını əsas götürməklə iddiaçı tərəfin tələb edib-etməməsindən asılı olmayaraq müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyən iddiaçı məhz həmin məbləğə münasibətdə razılığını açıq bəyan edir. Bu halda isə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasına dair mövqeyi əsaslı hesab edilə bilməz.
16. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq tələbin yönəldiyi cavabdehin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmasına imkan verməsini müəyyən etməlidir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirsə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdiyi halda m əhkəmə aktında bununla bağlı mövqeyini göstərməlidir.
17. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9517/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Ş.Talışınskinin sədrliyi və məruzəsi ilə, hakimlə R.Ə.Eyvazovun və Ş.A.Məmmədovanın iştirakı ilə) cavabdehin apellyasiya şikayə ti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(007)-1833/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü; Mülki Məcəllənin 6, 11,1, 146, 152164, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2, 7-ci, Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-cü maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki h allar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. İddia üzrə iddiaçının subyektiv tələbi müstəvisində sübutların təqdim edilməməsi, iddianın da təmin edilməsinə əsaslar müəyyən etmir. Halbuki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9517/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 may 2022-ci il tarixli, 2(102)-2033/22 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin məruzəsi, hakimlər İ.R.Xələfovun və A.Q.Hüseynovun iştirakı ilə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2(103)-9517/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
22. İşi təkrar apellyasiya baxışına göndərək kassasiya məhkəməsi göstərmişdir ki, mübahisənin düzgün hüquqi həlli üçün əvvəlcə cavabdehin sözügedən mənzil üzərində istifadə hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir. Məlum olduğu kimi mənzildən istifadə ( şəxsi servitut) hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
23. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində yaşamadığını, özünün şəxsi evinin olduğunu bildirmişdir. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə cavabdehin başqa yaşayış yerinin olub-olmadığını, başqa sözlə onun öz mənzil ehtiyacını daimi əsaslarla başqa yaşayış sahəsində qarşılayıb-qarşılamadığını araşdırmalı, bu xüsusata dair toplanmış sübutları qiymətləndirməli, nəticə sindən asılı olaraq cavabdehin mübahisə predmeti olan mənzil üzərində istifadə hüququnun olub-olmadığına yekun hüquqi qiymət verməlidir.
24. Cavabdehin mənzildən istifadə hüququ qaldığı halda iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olub-olmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməlidir. Hazırki işə baxmış əvvəlki kassasiya kollegiyasının da bu istiqamətdə hüquqi mövqe sərgiləməsinə baxmayaraq, apellyasiya məhkəməsi həmin göstərişi yerinə yetirməməklə, MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
25. Təkrar apellyasiya icraatında iddiaçı ərizə verərək, cavabdehin istifadə hüququna xitam verilməsinə dair kompensasi ya məbləğinin 12000 manat müəyyən edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)5386/2022 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(007)-1833/2020 nömrəli qətnaməsi cavabdehə ödənilməli kompensasiya məbləğinə aid hissədə dəyişdirilmiş, Cavabdeh ödənilməli kompensasiyanın məbləği 12000 manat müəyyən edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki icraatındakı göstərişlərə istinad etməklə göstərmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcuddur, iddiaçı bu hüquqa xitam verilməsini tələb etməklə və müvafiq kompensasiyanın məbləğini də artıraraq 12000 manat təklif etməklə bu faktı təsdiqləmiş olur.
28. Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarında rayon məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli protokolundan görünür ki, cavabdeh izahatında həmin evdə yaşamadığını, öz şəxsi evinin olduğunu bildirmişdir. Cavabdehin vəkili məhkəmə iclasında buna etiraz etmişdir və bildirmişdir ki, cavabdeh xeylı – beş ildən artıq müddət Türkiyədə yaşasa da, hazırda qayıtmışdır, başqa yaşayış yeri yoxdur, onun rayon məhkə məsindəki izahatı protokolda dolğun əks olunmamışdır, təklif olunan 12000 manat məbləği ədalətli deyildir.
29. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının kompensasiyanın məbləğini artıraraq təklif etdiyi 12000 manat hazırkı işin halları, cavabdehin öz evinin olması barədə rayon məhkəməsindəki izahatı nəzərə alınaraq ağlabatandır və hazırkı işin müəyyən olunmuş faktiki halları baxımından həm də ədalətlidir.
30. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələrinə, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
31. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5386/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarının tələbləri pozulmuşdur. Belə ki, mübahisəli mənzilin satış qiyməti hazırda 200000 manat təşkil edir. Bir aylıq kirayə haqqı isə 500 manatdır. İddiaçı tərəfindən təklif olunan 12000 manat kompensasiya ilə davamlı surətdə müəyyən müddət ərzində başqa mənzildə yaşamağı təmin edə biləcək məbləğ hesab edilə bilməz. Məhkəmə mənzilin dəyərini və aylıq kirayə haqqı qiymətini araşdırmadan maddi hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı, mütləq şəkildə mənzilin özəlləşdirilməsi zamanı cavabdehin iddiaçı ilə bərabər olan mülkiyyət hüquqlarından onun xeyrinə imtina etməsindən ibarət mühüm hal da nəzərə alınmalıdır ki, bu baxımdan yanaşdıqda da təklif olunan kompensasiya məbləğinin yetərli olmadığı açıq aydın müəyyən edilir.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Kassasiya şikayətinə qarşı etiraz veri lməmişdir. Kassasiya baxışının hədləri:
35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddə sinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 39. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (o na məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq normas ı əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məh kəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmışdır.
43. Məhkəmə kollegiyası b ir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və kassatorun həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır.
44. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrini tətbiq etmiş və həmin maddələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçının təkrar apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya cavabdehin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin daha yüksək məbləğdə kompensasiya tələb etmək hü ququ yoxdur.
46. Belə ki, ilk olaraq qanunvericiliyə əsasən kompensasiya məbləğini mülkiyyətçi təklif edir və məhkəmə yalnız təklif olunan məbləğlə razılaşaraq iddianı təmin edə və ya razılaşmayaraq iddianı rədd edə bilər. İstifadə hüququ olan şəxsin isə özünün kompensasiya məbləğini müəyyən etmək hüququ yoxdur.
47. Digər tərəfdən kompensasiya institutu mülkiyyətçinin mülkiyyətindən hər hansı payın istifadəçiyə verilməsi kimi qiymətləndirilməməlidir. Həmin məbləğ istifadəçiyə mülkiyyətçinin hesabına yalnız müəyyən davamlı müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu səbəbdən daşınmaz əmlakın hazırki dəyərinin və həmin əmlakın özəlləşdirilməsi zamanı cavabdehin razılıq verməsinin kompensasiya məbləğinin müəyyən edilməsi üç ün əhəmiyyət kəsb etmir.
48. Mübahisəli daşınmaz əmlaka oxşar yaşayış sahəsinin aylıq kirayə haqqının 500 manat təşkil etməsinə dair kassasiya şikayətinin dəlili də əsaslı hesab edilə bilməz. İlk olaraq bu səbəbdən ki, cavabdeh etirazın bu dəlili ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir.
49. Digər tərəfdən cavabdehin qeyd olunan dəlilini əsaslı hesab etsək də belə, təklif olunan məbləğ cavabdehin davamlı olaraq - 24 ay (12000 / 500 = 24 ay) müddətində oxşar şəraitli mənzildə kirayədə yaşamaq imkanını verir ki, yaranmış məhkəmə praktikasında belə kompensasiya ədalətli hesab olunur.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araş dırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-5386/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.