Məhkəmə qərarları › İş №2(102)-847/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-847/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-847/2025 10.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(106)-151/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan cavabdehlərin hüquqi varislərinə qarşı Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cəmi 180252,72 manatın – bundan 129264,94 manat əsas, 8177,03 manat faiz, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 42810,75 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 (14 dekabr 2020-ci ildə ölmüşdür) vərəsəsi olmuş X8 (07 fevral 2022-ci ildə ölmüşdür) vərəsələri olan X1, X4, X2 və X5 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sa hədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 28 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(049)-61/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129264,94 manat əsas, 8177,03 manat faiz borcu, kredit müqavilə sinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 19238,73 faiz borcu olmaqla, cəmi 156680,7 manatın, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş mərhum X9 mülkiyyətində olmuş və hazırda onun vərəsələri X1, X6, X3, X7 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, hə min fərdi yaşayış evinin açıq hərracdan satışa çıxarılması və ipoteka predmeti olan qeyd edilən əmlakın ilkin satış qiymətinin 598500,00 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsi ilə və Cavabdeh1 hüquqi varisi X10 ayrıayrılıqda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(106)-15 1/2025 nömrəli qərardadı ilə (hakim A.N.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və T.X.Heydərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(049)61/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 26.2, 31.1, 32.3, 32.4, 151.1, 151.1.3, 385.1.1, 387.2.9-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli qərarına istinad etməklə göstərmişdir ki, işdə olan borcverən İddiaçı ASC, borcalan Cavabdeh2 MMC arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcverən “feyxoa və kivi bağının salınmasına, təbii bulaq suyunun istehsalı və satışını həyata keçirmək məqsədi ilə” istifadə etmək üçün borcalana 200000 AZN (iki yüz min) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Hazırkı mülki iş üzrə kredit müqaviləsi bağlamış tərəflər (borcverən İddiaçı ASC, borc alan Cavabdeh2 MMC) hüquqi şəxslər olmaqla, aralarında yaranmış mübahisənin mahiyyəti sahibkarlıq münasibətlərindən irəli gəldiyi müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidi yyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. İş materiallarından, istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu müəyyən olunur. Şikayətin dəlilləri:

6. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

7. Kassasiya şikayəti belə əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 3.1, 30, 31.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin 01 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasının məzmununu, iddianın verildiyi zamanı qüvvədə olmuş prosessual qanunvericiliyinə əsasən aidiyyət qaydalarına riayət edilməklə verildiyini və məhkəmənin icraatına qəbul etdiyini nəzərə almamışdır.

8. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. (01 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin pre dmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.2. (01 yanvar 2020-ci il tarixdən sonra qüvvədə olan redaksiyada) Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. (01 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtis adi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır. Maddə 30. (01 yanvar 2020-ci il tarixdən sonra qüvvədə olan redaksiyada) Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə gönd ərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Kassasiya instansiya məhkəməsinin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

11. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin kommersiya məhkəməsinə aidiyyətini müəyyən edərkən mülki prosessual qanunvericiliyin hazırda qüvvədə olan normalarına istinad e tmişdir.

12. Lakin, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia 28 oktyabr 2019-cu il tarixdə Lənkəran Rayon Məhkəməsinə verilmiş və icraata qəbul olunmuşdur.

13. Nəzərə alınmalıdır ki, hazırkı iddia cavabdehlər olaraq kredit alan hüquqi şəxs Cavabdeh2 MMC-yə və ipoteka qoyan Cavabdeh1 qarşı verilmişdir.

14. Mülki Prosessual Məcəllənin iddia verilən zaman qüvvədə olmuş 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.

15. Qeyd olunan prosessual hüquq norması hazırkı mübahisəyə tətbiq edilərkən, belə nəticəyə gəlinir ki, iddia hüquqi şəxslər arasında bağlanmış kredit müqaviləsinə əsaslansa da, cavabdehlərdən biri (hazırkı ha lda ipoteka qoyan) fiziki şəxs olduğu halda, iddia ümumi məhkəmədə baxılmalı olmuşdur. Birinci instansiya məhkəməsi də, iddia verilən zaman qüvvədə olmuş prosessual hüquq normalarına və məhkəmə təcrübəsinə uyğun olaraq iddiaya icraata qəbul edib, mahiyyəti üzrə baxmışdır.

16. Mülki Prosessual Məcəllədə 01 yanvar 2020-ci il tarixdən müvafiq dəyişikliklər edilməklə, belə işlərin məhkəmə aidiyyəti kommersiya məhkəmələrinə verilməsi nəzərdə tutulsa da, Məcəllənin 31.2-ci maddəsinə əsasən bu dəyişikliyin icraatda olan işlərə tətbiqi istisna olunmuşdur.

17. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərkibinin bu mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məh kəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarında da əks olmuşdur.

18. Belə ki, həmin Qərarın 5-ci bəndində məhkəmələr izah olunmuşdur ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir.

19. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin hüquqi şəxslər arasında bağlanmaqla, onun əsasında yar anmış mübahisənin sahibkarlıq münasibətlərindən irəli gəlməsinə əsaslanaraq, iddianın kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edərkən, iddianın qanunvericilikdə edilən dəyişikliklərdən əvvəl ümumi məhkəməyə verilməsini və məhkəmənin icraatına qəbul edilməsini nəzərə almamışdır.

20. Bu səbəbdən, qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Həmçinin, kassasiya şikayətində işə mahiyyəti üzrə baxılması kassasiya instansiyası məhkəməsindən xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi isə iddianın mahiyyətinə qiymət vermədiyi üçün, kassasiya baxışının predmetini yalnız aidiyyət məsələsi olduğundan, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

21. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(106)-151/2025 nömrəli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar