Məhkəmə qərarları › İş №2(102)-848/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-848/2019

13.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-848/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il iş № 2(102)- 848/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov, 2(023)-295/2018 saylı mülki iş) İddiaçı Cavabdeh q arşı ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə etmək hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin evdən pasport qeydiyyatından çıxarılması barədə iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 iyul 2018-ci il tarixli, 2(104)-2417 saylı qərardadı ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən, məruzəçi), T.Muxtarov və İ.Şəfiyev, 2(104)2417/2018 saylı mülki iş) apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-295/2018 saylı mülki iş üzrə 29 mart 2018-ci il tarixli qətnaməsi «iddianın Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış evindən pasport qeydiyyatından çıxarılması» hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissəsi üzrə işin icraatına xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən, məruzəçi), T.Muxtarov və İ.Şəfiyev, 2(104)-2417/2018 saylı mülki iş) hazırki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-295/2018 saylı mülki iş üzrə 29 mart 2018-ci il tarixli qətnaməsi iddianın «Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə etmək hüququnun itirilmiş hesab edilməsi»nin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus olan, ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə etmək hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin evdən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəm əsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı bi rinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi f aktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi 11 avqust 2017-ci il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 11 avqust 2017-ci il tarixli 501-1/806 inventar nömrəli texniki pasportun surətlərindən görünür ki, Qazax şəhəri ÜNVANi tam olaraq İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan, Qazax Rayon Məhkəməsinin 05.05.2014-cü il tarixli 2(023)-189/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbi əsassız olduğundan rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18.03.2015-ci il tarixli 2(104)-436/2015 saylı qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 05.05.2014-cü il tarixli 2(023)-189/2014 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçı Cavabdeh ünvan 1 ünvanda yerləşən evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2015-ci il tarixli 2(102)-3047/2015 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18.03.2015-ci il tari xli 2(104)-436/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan, 23.02.2017-ci il tarixli aktın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 18.03.2015-ci il tarixli 2(104)-436/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh ünvan 1 ün vanda yerləşən evə köçürülmüşdür. Birinci intansiya məhkəməsi Cavabdeh sözügedən evdə qanunla müəyyən edilmiş qaydada köçürülərək yaşadığından İddiaçı cavabdehə qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh evdən istifadə etmək hüququnun itirilmiş hesab edilməsi barədə hissəsinin rədd olunması barədə gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Cavabdeh 1998-ci ildən iddiaçının mərhum qardaşı İsmixani Allahverdi ilə faktiki nikah münasibətlərinə girərək gəlin kimi mübahisəli mənzilə köçdüyü üçün onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmu ş Mənzil Məcəlləsinin müddəaları əsasında təhlil edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azə rbaycan Respublikasının Konstitusiya Məhkəməsinin həmin qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvləri altı ay və ya daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsinə əsas ola bilər. Bu baxımdan iddia tələbi təhlil olunduqda məlum olmuşdur ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməmiş və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçməmişdir. Yəni Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməsi üçün qənuni əsaslar olmamış dır. Digər tərəfdən hazırda cavabdehin iddiaçı tərəfindən bildirdiyi kimi başqa yerdə yaşaması belə onun mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi demək deyildir. Çünki bu halı cavabdeh də qeyd etmiş və göstərmişdir ki, iddiaçı evin qapısını bağladığı üçün evdə yaşaya bilmir. Yəni bu hal cavabdehin iradə ifadəsinin göstəricisindən kənar meyardır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın «Cavabdeh ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə etmək hüququnun itirilmiş hesab edilməsi»nin rədd olunması hissəsində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq norma larını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar