Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-848/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli X3 İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8890/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Azə rbaycan Milli Elmlər Akademiyası ilə X2 arasında bağlanmış 18 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu 19.02.2020-ci il tarixdən X1 tabeliyində inzibati binaların istismarı və təsərrüfat idarəsinin nəqliyyat-təsərrüfat şöbəsinə baş energetik vəzifəsinə qəbul edilmişdir. 18 may 2020-ci il tarixdə iddiaçı işlər idarəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Akademiyanın Prezidentinin 20 may 2021-ci il tarixli əmri ilə İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi dövrdə Əmək Məcəlləsinin 79-cu maddəsinin ziddinə olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsas göstərməklə həmin əmrin ləğv edilməklə baş mütəxəssis vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1808/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Z.Abdullayev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8890/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1808/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilib, iddianın təmin edilməsini, bu mümkün olmadıqda isə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbayca n Milli X3 İdarəsi kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-8890/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-c i maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünür ki, İddiaçı tərəfindən iddia Azərbaycan Milli X3 İdarəsinə qarşı verilmiş və işə birinci instansiya məhkəməsində baxılarkən İşlər İdarəsinin iddiaya cavab verməli olan hüquqi şəxs kimi Milli Elmlər Akademiyası ilə, yəni əsl cavabdehlə əvəz edilməsi tələb olunmamış və işə həmin tərəflərin iştirakı ilə baxılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın ona cavab verməli olan hüquqi şəxsə qarşı verilməməsin i və cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinin apellyasiya qaydasında həll edilməsinə Azərbaycan Respublikası MPM-nin 50, 51 və 54-cü maddələrinin yol verməməsini əsas göstərməklə iddianı rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. (54.1) İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əv əz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. (54.2) Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. (54.4) Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8890/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-848/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-848/2022
02.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver