Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-848/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1516/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, həmin müqavilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti ilə X5 arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzilə dair bağlanmışdır. 2. 16.12.2022-ci il tarixli akta əsasən, Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli mənzildən çıxarılması barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, qanun pozuntusunun aradan qaldırılmasını təmin etməmişdir.
3. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixl i qərardadına əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nümayəndə və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12- də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Nümayəndə tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6. 21.05.2019-cu il tarixli 3-3/382 saylı arayışa əsasən, X5 1-ci qrup gözdən əlil, kənar şəxsin qulluğuna ehtiyacı olduğuna görə ona nəvəsi Cavabdeh qulluq edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və qeyrilərinin və onlara məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla ə saslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıİması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin y aşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. X3 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Kom itəsinin Mənzil istismar Departamentinin 08 iyul 2019-cu il tarıxli bina 738-12/40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsınə əsasən, Qubadlı rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni Yaşayış kompleksi 12 nömrəli binada 40 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. 18 fevral 2020-ci il tarixində X5 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil istismar Departamentinin Sumqayıt şəhəri üzrə Mənzil Kommunal istismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 40 nömrəl i mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 40 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Hansı ki, Cavabdeh həmin yaşayış kompleksində bina 8-də 62 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Qeyd edilir ki, zəbt edilən 40 nömrəli mənzillə bağlı iddia tələbləri əsasında Sumqayıt Şəhər Məhkəməsi 09 aprel 2021-ci il tarixli xeyirlərinə məhkəmə qətnaməsi çıxarmış, qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına və Ali məhkəmənin Mülki kollegiyasına şikayətlər edilsə də, qətnamə qüvvəsində qalmışdır. Həmin qətnamədə cavab deh kimi Nümayəndə qoyulmuşdur. Məhkəmə qətnaməsinin icrası zamanı mənzildə Cavabdeh yaşadığını əsas gətirən icra məmuru Orxan Bağırov iddia tələbində qeyriləri sözünün olmadığını əsas gətirərək işini icra edə bilmədiyini bildirmişdir. Onlar da bu səbəbdən iddia ərizəsində cavabdeh şəxsi dəyişib Cavabdeh və iddia tələbinə qeyriləri sözünü əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
9. Cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək verdiyi izahatda bildirmişdir ki, o, müharibə veteranı və 1-ci qrup əlil olduğu üçün əslində ona mənzil verilməli idi. Lakin atasının 70 yaşı olduğuna görə atası oğlunun himayəsinə verilmiş və sözügedən ev də atasına ayrılmışdır. Hazırda onların yaşamaq üçün başqa yerləri yoxdur. Hazırda özü xəstədir, oğlu ailəlidir və onunla birlikdə bir evdə yaşaya bilməz. Bildirir ki, dövlət tərəfindən onlara 4 nəfər ailə üzvü olmağına baxmayaraq 3 otaqlı mənzil veilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1168/2023 nömrəli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, cavabdeh və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən öz mövqeyi onunla əsaslandırmışdır ki, cavabdehin Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildə yaşamasının heç bir qanuni və müqavilə əsası yoxdur. Buna görə də məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, cavabdeh və ona məxsus əşyalar Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməlidir. Məhkəmə onu da qeyd edib ki, iddia ərizəsində “qeyrilərinin” də mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilsə də, məhkəmə hesab edib ki, həmin hissədə iddia tələbi qeyri-dəqiq olduğundan iddia həmin hissədə təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2, 3.3, 3.7-ci bəndlərinə, Mənzil Məcəlləsinin 91.1.5, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 82.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə erməni işğalçılarının təcavüzü nəticəsində Qubadlı rayonundan köçkün düşmüş və 1993-cü ildə Sumqayıt şəhərinə köçmüşlər. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində, müvəqqəti məskunlaşmışlar. Göstərilən mənzilə özbaşına və ya zorla girməmiş, bir məcburi köçkün ailəsi kimi dövlət tərəfindən orada məskunlaşmışlar. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər nümayəndəliyinin arayışı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinin arayışları, MİS-in təsdiq etmiş olduğu ailə tərkibi barədə arayış, MİS-in vermiş olduğu arayış, ətraflı arayış da bir daha sübut edir. Maddi imkansızlıqdan əziyyət çəkir və evdə dəyərli heç bir əml akları da yoxdur ki, satıb özlərinə yaşayış mənzili ala bilsinlər. Ailənin ağır vəziyyəti yaşayış sahəsi mənzil almaq imkanından onları məhrum etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini pozmuş və onların əleyhinə qətnamə qət etmiş, bununla da İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Roma, 4.Xİ.1950) müddəalarını pozmuşdur. Bundan əlavə, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq mə qsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(105)-1516/2023 saylı qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov, F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1168/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini formal mül ahizələr kimi qiymətləndirirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
17. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildə yaşamasının heç bir qanuni əsası yoxdur. Çünki, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1.2-ci bəndində kirayəçinin ailə üzvü kimi heç kim göstərilməmiş və həmin müqaviləyə yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə əlaqədar xitam verilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri i lə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
18. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 91.1.5, 91.3, 99.4, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2, 3.3, 3.7-ci bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 20.Kassator, kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə ailə üzvləri ilə birlikdə erməni işğalçılarının təcavüzü nəticəsində Qubadlı rayonundan köçüb Sumqayıt şəhərinə gəlmişlər. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində, müvəqqəti məskunlaşmışlar. Göstərilən mənzilə özbaşına və ya zorla girməmiş, bir məcburi köçkün ailəsi kimi dövlət tərəfindən orada məsk unlaşmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır. Belə ki, məhkəmə qətnaməsi əsassız və mövcud qanunvericilik normalarına ziddir, iddiaçı tərəfin məhkəmə prosesində təqdim etdiyi sübutlar tamamilə saxtalasdırılmışdır. Məhkəmə birtərəfli və qərəzli qətnamə çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin ədalətli məhkəmə araşdır ması hüquqlarını kobud şəkildə pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 22.Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Pro tokolu
26. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 28.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 29.Maddə 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 30.Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 31.Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 32.Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayı ş sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 33.Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 34.Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 35.Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 36.Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 37.Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 38.3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 39.3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 40.3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 41.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 44.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 50.Kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 52.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsas landırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 53.Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 54.Belə ki, xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən iddiaçıya cavabdeh tərəfindən Sumqayıt şəhəri, 12-ci m ikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzil ayrılmışdır. X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdehin atası Nümayəndə həmin kompleksdə bina 8, 62 saylı mənzillə təmin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qətnaməsi ilə Nümayəndə və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq həmin mənzildə Nümayəndə övladı cavabdeh yaşamağa davam etdiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 55.Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1.2-ci bəndində kirayəçinin ailə üzvü kimi heç kim göstərilməmişdir. 56.Həmin müqavilənin 5.5-ci bəndinə əsasən bu müqaviləyə yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə əlaqədar xitam verilir. 57.Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12də yerləşən 40 nömrəli 1 otaqlı mənzildə yaşamasının heç bir qanuni əsası yoxdur. 58.Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmə klə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. 59.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instans iyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(105)-1516/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.