Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-85/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh 13 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-85/2023 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vıcdanlı alıcılıq) Bakı şəhəri, 18 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4313/2022 nömr əli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil X9 mülkiyyətində olmuş, xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə X16 öldüyü günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir.
2. X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 3. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sözügedən mənzil 43.000 manat qarşılığında X9 etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən X1. Alqı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə X16 tərəfindən X6 3 il müddətinə verilmiş etibarnamə əsasında imzalanmışdır.
4. X18 xx.xx.2020-ci il tarixdə Qusar rayon Notariat ofisində bağladığı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sözügedən mənzili Maraqlı şəxs satmışdır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1218/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin olunaraq 12 mart 2019-cu ildə vəfat etmiş X3mış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin İddiaçı münasibətdə uzadılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqlədirilməsi barədə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X20 vəfat etdikdən sonra, ona verilmiş vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsinin alınması üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə müraciət etmiş, həmin Notariat Ofisindən ona qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünü bildirilmiş, buna görə də vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ona münasibətdə uzadılmışdır. Eyni zamanda, qətnamə ilə müəyyən olunmuşdur ki, mərhum X2 başqa vərəsəsi yoxdur. Qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə göndərilmişdir. Notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, mənzil 54 mərhum X9 adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2019-cu il tarixdə, yəni X16 vəfat etdikdən bir gün sonra alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Bu əqd bağlanarkən mülki qanunvericilikdə nəz ərdə tutulmuş normalar kobud şəkildə pozulmuşdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)818/2021 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı- satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair Maraqlı şəxs adına aparılmış qeydiyyat barədə çıxarış ləğv edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 s aylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab məktubundan göründüyü kimi mərhum X12 məxsus olmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, mənzil 54 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil xx.xx.2019-cu il tarixdə, yəni X16 vəfat etdikdən bir gün sonra 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Bu əqdin mərhum X16 tərəfindən bağlanması mümkün deyildir. 13 saylı DNK-nın 4Ə/60 saylı reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş normalar kobud şəkildə pozulmuşdur. Bundan sonra Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil Maraqlı şəxs adına keçmişd ir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab etmişdir ki, iddia təmin edilməlidir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14, 337.1, 337.2, 337.4, 359.1, 359.3, 365.1.7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(006)818/2021 nömrəli qərardadı ilə (hakim N.Tağıyeva) qətnamədə olan yanlışlıq düzəldilmiş, qətnamənin qət etdi hissəsində ...xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun” sözünün “... Qusar rayon Notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun” sözləri kimi oxunması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş və iş üçün əhəmiyyətli olan faktiki halları tam araşdırmamışdır. Onunla iddiaçı və cavabdeh arasında hansı hüquqi münasibət olduğunu nəzərə almadan, hansı maddi hüquq normalarını tətbiq edilməli olduğunu müəyyən etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı mübahisəli mənzildə cəmi 1 ay kirayə qalmış, mənzilin sahibi olan X4 nə qohumluğu ç atır, nə də ki, adıçəkilən şəxsə baxmamışdır. Alla Çebatareva tərəfindən tanımadığı, evində cəmi 1 ay kirayədə qalan şəxsə vəsiyyətnamənin verilməsi (həmçinin ölümündən cəmi 1 ay əvvəl vəsiyyətnamə vermişdir) də şübhə doğurur. Məhkəmə onun vicdanlı alıcı olmasını nəzərə almamış, nəticədə konstitusion hüquqları pozulmuşdur. Məhkəmə, həmçinin, onu tərəf kimi işə cəlb etməməklə prosessual pozuntuya yol vermişdir.
14. Apellyasiya baxışı zamanı iş üzrə X8, X19 və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)-4313/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti qism ən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qalan hissələrdə iddianın təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxılmalıdır.
17. Məhkəmə kollegiyası iddianın “13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.20 19-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına” dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, mənzilin alqı-satqısını həyata keçirərkən mərhum X9 adından etibarnamə üzrə nümayəndəsi X8 çıxış etmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən müqavilə bağlanan vaxtı mülkiyyətçi olan X16 vəfat etdiyindən onun adından verilmiş etibarnamənində hüquqi qüvvəsi olmamışdır. Belə olan halda, X5 mərhum X9 adından alqı-satqı müqaviləsi bağlamaq hüququ olmamışdır. Ona görə də, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır.
18. Məhkəmə kollegiyası iddianın “Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına” dair hissəsinə qiymət verərək q eyd etmişdir ki, Mülki Məcəlləyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur.
19. Baxılan iş üzrə üçüncü şəxs Maraqlı şəxs mübahisəli mənzili əldə edərkən həmin əmlak dövlət reyestrində X14 adına qeydə alınmışdır. Sonuncular arasında xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük ol mamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında Maraqlı şəxs vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Bundan başqa, X14 adına olan birinci alqı-satqı müqaviləsi mülkiyyətçi olan X9 vəfat etdiyi günün səhərisi bağlanmışdır. Maraqlı şəxs ilə isə müqavilə daha uzun müddətdən sonra yəni, təxminən 1 ildən sonra bağlanmışdır. Ona görə də, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Məhkəmə kollegiyası, həmçinin, hesab etmişdir ki, X19 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia əsasız hesab olunduğundan, həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsinə dair məsələyə qiymət verilmə sinə ehtiyac qalmır.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 337.1, 337.2, 337.4, 337.5, 359.1, 359.3, 365.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsini etibarsız hesab etmiş, lakin həmin müqavilə üzrə tərəflərin bir-birinə nə qaytarmalı olması barədə fikir bildirməmişdir. Halbuki iş materiallarında olan sənədlərdən də görünür ki, həmin əmlak q anunla (vərəsəlik əsasında) iddiaçıya məxsus olmalı olduğu halda, başqa şəxslərə satılmış, əqd etibarsız hesab edildiyi üçün X8 həmin mənzili geri qaytara bilmədiyi halda onun dəyərini pulla iddiaçıya qaytarmalıdır. Bununla bağlı məhkəmə heç bir mövqe bildirməmiş, həmçinin, iddiaçının hüquqları və iddiaçının mübahisələndirdiyi iki müqavilədən yalnız birincinin etibarsız hesab olunmasının hüquqi nəticələri, bu halda nə etməli olması ona izah edilməmişdir. Hesab edir ki, Mülki Məcəllənin 337.4-cü maddəsinin tələblərinə tam əməl edilməmişdir.
24. Hazırki iş üzrə məhkəmənin vicdanlı alıcı hesab etdiyi X7 həqiqətən mübahisəli mənzillə bağlı vəziyyətdən bixəbər olması, nə üçün mənzili Bakı şəhərində yerləşdiyi halda izi itirmək məqsədilə alqı-satqını Qusarda bağlaması ilə bağlı halları ətrafı ar aşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı Maraqlı şəxs (nümayəndə və vəkil Abdullazadə Seyfulla qızı) etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Buna görə də, kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin q eydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən, qətnamə kassasiya şikayətinə əsasən iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməmiş hissəsi üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmadığına və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə bu h issədə ləğv edilməlidir.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair X19 ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi rədd edərkən Maraqlı şəxs vicdanlı əldə edən olması qənaətinə gəlmişdir.
43. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs ilə bağlanmış əqdin etibarlılığı ilə bağlı qiymətləndirmə apararkən, həmin alqı-satqı müqaviləsinin iş materiallarında mövcud olmamasına diqqət yetirməmiş, əqdin qanunvericiliyin tələlərinə uyğun olub-olmmasını müəyyənləşdirmək üçün həmin əqdə dair notariat işini tələb edərək öyrənməmiş və əqdin qanunvericiliklə müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğunluğunu yoxlamamışdır.
44. Kollegiya vurğulayır ki, qanun verici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
45. Həmçinin apellyasiya məhkəməsi Maraqlı şəxs vicdanlı alıcı olması qənaətinə gələrkən işin ən əsas və diqqətəlayiq məqamı o lan Maraqlı şəxs X19 və ya onun anası X8 ilə əvvəllər bir-birilərini tanıyıb-tanımamalarını, mənzilin S.Babayevanın mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu qeydin mötəbərliyinə şübhə etmək üçün hansı əsasların olub-olmamasını ətraflı təhlil etməyərək, onun mübahisəli alqı-satqı müqaviləsini bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirib-etdirmədiyinə bu əqdə dair notariat işinə baxış keçirməklə hüquqi qiymət verməmişdir.
46. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnamədə daşınmaz əmlakla bağlı vicdanlı alıcılığa dair qanunvericilik normalarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında nümayiş etdirdiyi hüquqi mövqelərə istinad etsə də, yuxarıda qeyd edilən məsələrlə bağlı müvafiq hüquqi qiymətləndirmə aparmadan şəxsin vicdanlı alıcı hesab edilməsi barədə mövqeyi düzgün olmamışdır.
47. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi vicdanlı əldə etmə və reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi mövqeyi qətnamədə istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarının və sadalanan digər qərarlarının, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent əhəmiyyətli qərarlarının da tələblərinə uyğun olmamışdır.
49. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, ilk əqdi etibarsız hesab edən məh kəmə hansı əsaslarla mübahisəyə Mülki Məcəllənin 337.5-ci maddəsi baxımından qiymət vermədiyini, əqdin etibarsızlığının nəticələrini tətbiq etməməsini qətnamədə göstərməmişdir.
50. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
51. Sözügedən Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstəri lən hallar işin materiallarına uyğun olsun.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin q ətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
53. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yoxlanılan hissədə qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi ikinci alqı-satqı müqaviləsi bağlanarkən əqdin etibarsızlığı əsaslarının hazırki işdə mövcud olub-olmamasını tam araşdırmamaqla gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
54. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, kassasiya şikayət təmin edilməlidir.
56. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdı rılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli 2(103)4313/2022 saylı qətnaməsi qismən iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.