Məhkəmə qərarları › İş №2(102)-85/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-85/2025

28.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-85/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi); əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi); işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və s.” tələblərə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3506/2024 nömrəli iş üzrə 13 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə görə, İddiaçı (bundan sonra mətndəiddiaçı) Cavabdeh MMC-də (bundan sonra mətndə-cavabdeh MMC) bar menecerin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə əmək müqaviləsi 28 fevral 2021-ci il tarixədək bağlanmışdır.

2. Müqavilənin 2.2-ci bəndinə görə, tərəflərdən birinin müqavilə müddəti bitdiyi tarixdə müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədiyi təqdirdə, müqavilə 1 ay müddətinə uzadılmış hesab olunur. 3. 01.02.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya görə, işçi bar meneceri vəzifəsinə işə qəbul edilmişdir. 4. 31 avqust 2022-ci il tarixli əmrin surətinə görə, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 5. 567810 nömrəli poçt qəbzinin surətinə görə, işdən azad olunma ilə bağlı əmrin surəti xx.xx.2022-ci il tarixdə iddiaçıya poçt vasitəsilə çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin onun barəsində verdiyi 31 avqust 2022-ci il tarixli əmrin ləğv edilməsi, işə qəbul günündən işdən çıxdığı günə qədər dövr ərzində çıxdığı bütün bayram günlərinə görə əmək haqqının ödənilməsi, cavabdehin üzərinə onun köhnə əmək kitabçasına işə qəbul və işdən çıxmağı barədə qeydlərin yazılması, 1500 manat mənəvi ziyanın tutulması, buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi və protokolun tələb edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə görə o, xx.xx.2021-ci il tarixdən aylıq 1114,12 manat əmək haqqı ilə bar menecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə müvafiq olaraq, işçinin 21 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə olaraq əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. X4 ilə əmək müqaviləsinə əlavə və dəyişiklik edildi. O, 1340,11 manat aylıq əmək ilə bar meneceri vəzifəsinə işə qəbul edilmiş hesab olundu. Bu sənədə görə işçinin 30 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə razı deyildir. O, xx.xx.2022-ci ildə “Maize Bakı Restoranı”nda yeni işə qəbul olunmuşdur.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixli, EA-563/2021 saylı müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli BHG-TE22/130 saylı əmri ilə, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin sürəti işçinin yaşadığı ünvana göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 17:25-də poçt qəbzinə imza atmaqla qeyd olunan əmri və HR-044/22 say lı məktubu almışdır. İddiaçı öz iddia ərizəsində BHGTE22/130 saylı əmrin ləğv edilməsini tələb edir, eyni zamanda həmin iddia ərizəsində qeyd edir ki, xx.xx.2022-ci ildən “Maize Bakı Restoranı”na işə qəbul olunub. Əlavə olaraq qeyd edilməlidir ki, bu tip əmrləri ləğv etmək üçün Əmək Məcəlləsinə əsasən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi qeyd edilib. Bu da öz növbəsində iddia tələbinin bu hissəsində digər tələblərlə birlikdə əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı bayram günlərinə görə əmək haqqının ödənilməsini tələb etsə də, iddia ərizəsinə hər hansı sübüt təqdim etməmişdir. Qeyd olunmalıdır ki, işçi hüququnun pozulduğu gündən Əmək Məcəlləsinə görə 1 il ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli idi. Nəzərə alınsa ki, iddiaçı ilə müqavilə xx.xx.2021-ci il ta rixdə imzalanmış və xx.xx.2022-ci ildə xitam verildiyinə görə iddia müddəti bu hissədə də keçmişdir. İddiaçı məhkəməyə yalnız 21.02.24-cü ildə müraciət etmişdir. Əmək kitabçalarının qeydiyyatı kitabına görə ******* saylı əmək kitabçası xx.xx.2021-ci ildə işçi tərəfindən işə qəbul olunanda təqdim edilmişdir. Həmin dövrdə Cavabdeh MMC əvvəlki rəhbərlik tərəfindən idarə olunurdu. İddiaçıya mənəvi zərərə görə kompensasiyanın verilməsinin təmin olunması üçün heç bir dəlil və sübutlar irəli sürməmiş və iddia ərizəsinə əlavə olunmamışdır, sadəcə olaraq iddia ərizəsinin tələb hissəsində bir bənd kimi qeyd etmişdir. İddiaçı Sadiq qızı ƏƏMN yanında X1 protokolunu tələb etmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli, MN1497078 saylı protokol tərtib edilərək həmin protokolda İXM-nin 192.4-c ü maddəsi qeyd edilmiş və onun əsasında xx.xx.2023-cü il tarixli, MN0023518 saylı qərar ilə İXM-nin 192.6-cı maddəsinin tətbiq olunması qərarı verilmişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixli, 3(009)-468/2023cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə ləğv edilmiş və xx.xx.2023-cü il tarixli, 3(103)-1474/2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (qərarlar əlavə edilir). Nəzərə alınmalıdır ki, İddiaçı Sadiq qızı iddia müddətini buraxmışdır. Belə ki, o, BHG-TE22/130 saylı əmri 31.08.22-ci ildə almışdır (poçt qəbzi əlavə edilir). Cavabdeh tərəfindən təqdim olunmuş mediasiya arayışına əsəsan mediasiyanın tətbiqi barədə təklifi yalnız işdən 1 il, 1 ay, 4 gündən sonra xx.xx.20 23-cü ildə göndərmişdir. Göründüyü kimi iddiaçı bütün iddia müddətlərini pozmuşdur. İddiaçı Sadiq qızı yainız xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-695/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işçi ilə bağlanmış əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Müddət bitdikdən sonra tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmaqla işçi əmək funksiyalarını yerinə yetirməkdə davam etmişdir. Lakin tərəflər arasında əmək münasibətləri 5 ildən çox davam etmədiyindən əmək müqaviləsi öz mahiyyəti etibarilə müddətli ola raq bağlanmış hesab edilir. Əmək müqaviləsi müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddət bitdikdən sonra işəgötürən tərəfindən xəbərdar edilməklə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.

11. Məhkəmə eyni zamanda iddiaçının iddia ərizəsində X5 Xidməti tərəfindən cavabdehin barəsində inzibati protokol əsasında inzibati qərar tərtib edilməsinə münasibətdə qeyd edib ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının surətinə görə, həmin qərarın ləğv edilməsi ilə bağlı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə qeyd edib ki, iddiaçı xx.xx.2022-ci il tarixdə hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasi ya şurasına xx.xx.2023-cü il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsini təsdiq edən başqa bir fakt da ondan ibarətdir ki, iddiaçı özü ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən artıq başqa işdə çalışmağa başlamışdır.

13. Belə olan halda, məhkəmə qeyd edib ki, hətta iddiaçının əmək hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsi nəzərə alınsa belə, işə bərpa ilə əlaqədar yenə də qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur.

14. Məhkəmə eyni zamanda göstərilənlərə əsasən qeyd edib ki, iddiaçı tərəfindən pul tələbi ilə əlaqədar məhkəməyə müraciət etmə k üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti də ötürülmüşdür.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin 42.2, 45.1, 45.5, 68, 73.1, 296.2, 296.3 və 296.4-cü, Mülki Məcəllənin 375, 375.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instnasiya məhkəməsinin 2(009)695/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin gəldiyi mövqe ilə razı deyil, o, iddia müddətini ötürməmiş, vaxtında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, cavabdehin xx.xx.2022-ci il tarixli qanunsuz əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə razı deyil. Ona görə də hesab edib ki, cavabdeh onu işdən çıxararkən Əmək Məcəlləsinin 45, 47 və 304.2-cü maddələrinin tələbləri pozulmuş, lakin məhkəmə isə buna əhəmiyyət verməmişdir. Ona görə də hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv olunmalıdır.

18. İddiaçı izahatında apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onunla müddətli müqavilə imzanlanmış, lakin bununla əlaqədar ona heç bir məlumat verilməmişdir. Bundan başqa bağladığı müqavilədə qeyri-iş və məzuniyyət günlərində işlədiyi müddətdə ona məvacib veriləcəyi qeyd edilmişdir. Lakin həmin məvacib verilmədi. O, Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinə müraciət etdikdən sonra ödənilməmiş məbləğlər geri ödənildi. Əmək müqaviləsində müqavilənin müddətli və ya müddətsiz olması ilə əlaqədar heç bir qeyd yox idi. Bütün bayram günlərində işləmişdir. Həmin günlərdə işdə olmuşdur və işlə bağlı ondan müvafiq sənədlər istənilirdi. O da öz elektron poçt ünvanı ilə həmin sənədləri göndərirdi. Lap əvvəllər onda bir əmək kitabçası idi, 2014-cü ildən əvvəl açılmışdır. Daha sonra o, iş yerindən əmək kitabçasını istəyəndə ona yeni əmək kitabçası açıldı və iş fəaliyyətinə son verilməsi ikinci əmək kitabçasında qeyd edildi. İşinə xitam verilməsinin köhnə əmək kitabçasında qeyd edilməsini tələb edir. Müvafiq əmr ləğv edilərsə, yeni iş yerindən çıxıb köhnə işinə qayıdacaq. İş fəaliyyətinə avqust ayının 31-i son verilib və əmri də həmin gün almışdı r. O, əvvəl məhkəməyə müraciət etmiş, sentyabr ayına qədər məhkəmə tərəfindən ona heç bir məlumat gəlməmişdir. Məhkəmə ona qanunvericiliyə görə əvvəlcə mediasiyaya müraciət etməli olduğunu bildirdi. Sentyabr ayında da mediasiyaya müraciət etmişdir. Qeyri-iş günlərində işləməyini insan resursları qeydə almalı idi.

19. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı işdən azad edildikdən sonra xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan başqa şəxs işdən azad edildikdən sonra özünə iş tapdı. İddiaçı iddia müddətini ötürmüşdür. Qarşı tərəf müvafiq əmrin ləğv edilm əsini tələb edir, lakin müvafiq əmrin hansı əsasla ləğv edilməli olduğu barədə heç bir qeyd yoxdur. Maddi və mənəvi ziyanla bağlı da ddia ərizəsində heç bir əsaslandırma yoxdur. Əmək kitabçalarının ona verilmədiyini bildirir, lakin onlara təqdim olunmuş əmək kitabçasını iddiaçıya təqdim etmişlər. İddiaçının bayram günlərində işləməsi barədə heç bir məlumatı yoxdur, özü də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qarşı tərəf Əmək müfəttişliyinə müraciət etdikdən sonra Əmək müfəttişliyi tərəfindən yanlışlığa yol verilib. Həmin qərar ləğv olunmuşdur. Daha sonra işlə bağlı heç bir əlavə sənəd, protokol tərtib edilməmişdir. Qarşı tərəf əmək müqaviləsinin müddətli olması barədə məlumatlı idi və bununla müvafiq sənədləri iş materiallarına əlavə etmişdir. Bu şirkət əvvəl başqa idarəetmədə olmuşdur, daha sonra onlara verilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra mətndə-apellyasiya instansiya məhkıməsi) Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(103)-3506/2024 nömrəli iş üzrə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) ibarət tərkibdə iddianın rədd edilməsini və birinci instansiya məhkəməsinin 2(009)-695/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılsını qət etmişdir.

21. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin apellyasiya qaydasında araşdırılması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.

22. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə ria yət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqqhesab aparılmış, əmək kitabçasının (iş səh. 71 – ******* nömrəli əmək kitabçasının xx.xx.2021-ci il tarixdə təhvili verməsi və xx.xx.2022-ci il tarixdə təhvil alması) təqdim edilməsi təmin edilmişdir.

23. Məhkəmə qeyd etmişdirki, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olduğu, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədini daşıdığı, digər işçilərlə müqavilələrin eyni şərtlərlə bağlanmadığı və bu kimi işçinin hüquqlarını poza biləcək digər halların mövcudluğu müəyyən edilməmişdir.

24. İddiaçının tərəf olduğu əmək müqaviləsinin müddətli olmasından məlumatsız olduğuna, işə çıxdığı bayram günlərinə görə əmək haqqının ödənilmədiyinə, işə qəbul və işdən çıxması barədə qeydlərin cavabdehdə olan əmək kitabçasına yazılmadığına və s. barədə irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayıb.

25. İddiaçı mənəvi zərər dəyməsini əmək hüquqularının pozulması ilə əlaqələndirdiyindən, yuxarıda qeyd edilənlərə əsasən isə cavabdeh tərəfindən əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilməsi aşkar edilmədiyindən iddia bu hissədə də əsassızdır.

26. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağ lıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

27. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

28. Tərəflər arasında bağlanmış 5 fevral 2021-ci il tarixli EA-563/2021 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 31 avqust 2022-ci il tarixində xitam verilmiş, iddiaçı əmrin surətini xx.xx.2022-ci il tarixdə, saat 17:25-də poçt qəbzinə imza atmaqla rəsmi şəkildə qəbul etmiş, ******* nömrəli əmək kitabçasını isə xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Buna baxmayaraq iddiaçı hüquqlarının pozulduğunu bildiyi yuxa rıda qeyd edilən tarixlərdən bir ildən artıq müddət keçəndən sonra 2023-cü ilin oktyabr ayında Bakı 9 saylı Mediasiya Təşkilatına, daha sonra da xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da o əmək mübahisələrinin, o cümlədən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin məhkəmə qaydasında həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürmüşdür. Eyni iddia ilə birinci instansiya məhkəməsinə müraciət etməsi, həmin iddianın məhkəmənin xx.xx.2023-cü il tarixli 2(009)-1630/2023 saylı qərardadı ilə geri qaytarılması iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının kəsilməsinə və iddia irəli sürüldüyü gündən geri qaytarıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmasına əsas deyildir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 42, 45, 47, 68, 73, 83, 196.5, 290.3, 296.1, 296.2, 296.4 və 300.1-ci maddələrinə,.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:

30. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-3506/2024, x x.xx.2024-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürməmiş və vaxtında məhkəməyə müraciət etmişdir. 2022-ci ildə iddiaçını işdən azad etmişlər, hər ay ondan tutulan pulu maaşdan ödəmələri martın 2023-cü ildə ancaq əmək haqqı onun şikayətindən sonra ödənilir. İddiaçını iş saatlarından artıq işlətmişlər. 5 günlük iş saatı olmuş, lakin onu 6 gün işlətmişlər, pulunu isə verməmişlər. Həmçinin iddiaçını 1 il 6 ay işlədiyi vəzifəyə başqa direktor götürən zaman ona deyilib ki, sınaq müddəti ilə işə götürür, iddiaçı imza atıb. Onun bu hərəkətləri qanuna ziddir, iddiaçı ilə bağlanan müqavilədə həmçinin q eyri iş günlərinin ödənilməsi göstərilir, o da bütün qeyri iş günlərini işləmiş, lakin ona pul ödənilməmişdir. 30 gün məzuniyyətə buraxılmağı isə ödənilmişdir, lakin tam yox. İddiaçı tələb edib ki, qanunla işlədiyi qeyri iş günlərinin əmək haqqı ona verilsin, iddiaçının hüquqları pozulduğu üçün ona dəymiş zərər ödənilsin və onun pozulmuş hüquqları bərpa edilsin.

32. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci, Əmək Məcəlləsinin: 42.2, 45.1, 45.5, 68.2 və 73.1-ci, Mülki Məcəlləsinin 16.1, 17.1, 337.4, 339.1, 1159.1, 1159.1.1 və 1167-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2 77.1, 77.3 və 88-ci maddələrinə istinad edilmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 məhkəməyə kassasiya şikayətinə etiraz ilə müraciət edərək, iddiaçı tərəfindən verilən kassasiya şikayətini əsassız olduğundan rədd edilməsini və apellyasiya instansiya məhkəməsinin 2(103)-3506/2024, xx.xx.2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

34. Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

35. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

36. M addə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 3

7. Maddə 47.“f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

38. Maddə 68 “b” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.

39. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

40. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdi rilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

41. Maddə 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.

42. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

43. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

44. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

45. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

46. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

47. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

48. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəm ə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3506/2024 nömrəli iş üzrə 13 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar