Məhkəmə qərarları › İş №2(102)-850/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-850/2022

07.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-850/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi, mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları RX seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"ın surətindən görünür ki, Göyçаy rаyоnu Pоtu kəndində 0,11 hа tоrpаq sаhəsi tаm mülkiyyət hüququ üzrə Zаmаnоvа Rаdə Emin qızının аdınа dаşınmаz əmlаkın dövlət reyestrində 5 nömrəli reyestr kitаbının 75 nömrəli vərəqində 17 dekаbr 2015-ci ildə dövlət qeydiyyаtına аlınmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Kаdаstrı və Ünvаn Reyestri Xidmətinin 30 аvqust 2016-cı il tаrixli 357 №-li mütəxəssis rəyindən görünür ki, mübаhisəli ərаziyə hər iki tərəfin iştirаkı ilə bаxış keçirilmiş, tədqiqаt оbyektinin yerləşdiyi ərаzidən müаsir ölçmə аpаrаtı ilə (GPS) müvаfiq kооrd inаtlаr götürülmüş, həmin kооrdinаtlаr elektrоn bаzа məlumаtlаrındа аrаşdırılmış, аrаşdırmа nəticəsində müəyyən edilmişdir ki, nаturаdа ölçülərək kооrdinаtlаrı götürülmüş tоrpаq sаhəsi RX seriyаlı ******* №-li çıxаrışа əlаvə edilmiş plаn və ölçünün kооrdinаtlаrınа tаm uyğun gəlir və həmin tоrpаq sаhəsi cаvаbdeh tərəfindən istifаdə edilir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarından müəyyən edilir ki, cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən X2 və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahə si üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Qeyd olunan tələb üzrə (inzibati icraat qaydasında) bir neçə dəfə məhkəmə aktları qəbul edilmişdir. Sonuncu qərar: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarına əsasən 3-cü şəxs İddiaçı və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2-1(84)-477/2017 saylı qərarının dəyişdirilməsi və iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və İddiaçı qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX seiyalı ******* nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı X2 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 08.02.2021-ci il tarixli, 21(107)-3/2021 nömrəli qərarından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci tarixli, 2-1(102)-909/2021 nömrəli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia qaldıraraq mülkiyyətində o lan və Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsində cavabdehin inşa etdirdiyi qanunsuz tikililərin sökülməsi, cаvаbdehin həmin torpaq sahəsindən çıxаrılmаsı və mülkiyyət hüququnun bərpа edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini X3 Ucar rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş 23 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 16500 manata satın almışdır. Cavabdeh qanunla оnun mülkiyyətində olan həmin 0,11 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada qanunsuz tikinti işləri apararaq ev tikdirmişdir. Dəfələrlə cavabdehə оnun şəxsi mülkiyyətində olan torpaqda qanunsuz hərəkətlərinə son qoym ağı, torpaq sahəsini boşaltmağı və ya əvəzini ödəməyi təklif etsə də, Cavabdeh оnun təkliflərinə əhəmiyyət verməmiş və özünün qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində xeyli miqdarda maddi ziyana düşmüş, əsəblərinin pozulması nəticəsində səhhətində problemlər yaranmışdır. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, həmin sahəni qanuni yollarla əldə edərək yaşayış evi inşa etdirmişdir. 14 oktyabr 2016-cı il tarixli 2(046)-257/2006 nömrəli qətnamə ilə (X4) iddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsi və 111-ci maddəsi, Mülki Məcəllənin 152.1 və 157.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 81.1-ci maddələrin ə əsaslanmaqla hesab etmişdir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, dövlət həmin hüququn müdafiəsinə və toxunulmazlığına təminat verir. Cavabdeh torpaq sahəsinə və onun üzərində aparılmış tikililərə dair hüququnun olması və tikintinin qanuni əsaslarla aparılması barədə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Vidadi Qasımov sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin e dilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 0,11 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış, bu barədə 077447 nömrəli Çıxarış vardır. Onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmişdir. Mütəxəssis rəyinə görə həmin torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsindədir. Lakin cavabdeh torpaq sahəsinə sahibliyin və istifadənin qanuni əsaslarla olmasını sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələri, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsi və 11-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 81.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətində göstərilmişdir ki, mübahisəli 0,11 ha torpaq sahəsi torpaq ishalatı zamanı Göyçay rayon Potu bələdiyyəsinin mülkiyyətinə verilmiş, bələdiyyə həmin sahəni 10.03.2007-ci il tarixli 06 nömrəli protokol qərarı ilə və Torpaqların alqı-satqısına dair 14.03.2007-ci il tarixli aktla X1. Torpağın alqı-satqısı keçmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfində 28.06.2007-ci il tarixdə 24 nömrə ilə qeydə alınmışdır. Esmira Məlikovanın əsl cavabdeh olması, onun işə cəlb olunması barədə dəf ələrlə vəsatət qaldırmasına baxmayaraq, məhkəmələr əsassız olaraq həmin vəsatətləri təmin edilməmişdir. İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış 0,11 ha torpaq sahəsinin elektron baza məlumatlarında mövcud olmaması, Esmira Məlikovaya satılmış torpaq sahəsi ilə üstüstə düşməsi, torpaq sahəsinin Esmira Məlikovaya satlımasına dair bələdiyyənin qərarının və alqı-satqı aktının qüvvədə olması, əsl cavabdehin Esmira Məlikova olması kimi halları nəzərə almayan apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Qəhrəman Allaherdiyev - sədrlik edən və məruzəçi, Ələsgər Əliyev, Gündüz Quliyev) 2(102)5058/2017 nömrəli iş üzrə 02 avqust 2017-ci il tarixli qərarı ilə kassas iya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına görə mübahisəli 0,11 ha torpaq sahəsi Göyçay rayon Potu bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli protokol qərarı ilə və Torpaqların alqı-satqısına dair 14.03.2007-ci il tarixli aktla X2, 15 mart 2007-ci il tarixdə torpaq sahəsi ona aktla təhvil verilmişdir. Torpaq sahəsi keçmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən 28.06.2007-ci il tarixdə yenidən ölçülərək 24 nömrə ilə Esmira Məlikovanın adına qeydə alınmışdır. Bundan başqa torpaq sahəsi ******* saylı Çıxarışla İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Qanuni qüvvəsini almasa da, Şəki İnzibati-İqtisadi Məhkəməsi nin 18 may 20017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, torpaq sahəsi İddiaçı əvvəl Esmira Məlikovaya satılmışdır. Cavabdeh torpaq sahəsini qanunsuz zəbt etməsi qənaətinə gələn məhkəmələr həmin sahənin Elmira Məlikovaya satılmış sahə olubolmamasını, torpaq sahəsinin nə vaxtdan Cavabdeh istifadəsində olimasını, tikinti işlərinin nə vaxt aparıldığını, Esmira Məlikovanın hazırkı iddiya münasibətini, İddiaçı uzun müddət torpaq sahəsindən istifadə etməməsinin səbəblərini aydınlaşdrmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) 09 oktyabr 2019-cu il tarixli 2(107) 2/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri icra edən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli 0,11 ha həyətyanı torpaq sahəsi Göyçay rayon Potu bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən iddiaçı Esmira Məlikovaya satılmış və bununla bağlı torpaqların alqı-satqısına dair 14.03.2007-ci il tarixli akt tərtib edilərək keçmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən 28.06.2007-ci il tarixdə 24 nömrə ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsinin 2015-ci ildə tərtib və təsdiq etdiyi “Daşınmaz əmlakın texniki və ziyyətini əks etdirən müayinə (baxış)” Aktına görə mərkəzi elektron baza məlumatlarına əsasən Potu bələdiyyəsinin baş sxemində 1310B/0.10 kimi işarələnmiş 0,11 ha torpaq sahəsi iddiaçı Esmira Məlikovaya ayrılmış (satılmış) torpaq sahəsidir, həmin torpaq sahəsinin naturada (yerdə) olan sərhədləri ilə rəqəmsal kadastr xəritəsində olan koordinatları üstüstə düşür. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin texniki vəziyyətinin müayinəsi aparılarkən İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri nə Qətibə Talıbovanın adına tərtib olunmuş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA-030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, nə də Rövşən Zakirovun adına tərtib olunmuş JN-502F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə nəzərdə tutulmuş 0,11 ha torpaq sahəsi elektron baza məlumatlarında mövcud olmamış və bu torpaq sahəsinin Esmira Məlikovaya ayrılmış (satılmış) torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Bu da əvvəllər Rövşən Zakirov və Qətibə Talıbovaya məxsus olmuş, hazırda isə üçüncü şəxs İddiaçı tərəfindən alınmış 0,11 ha torpaq sahəsinin iddiaçı Esmira Məlikovanın torpaq sahəsinin olduğu yerdə deyil, başqa yerdə olmasına dəlalət edir. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində İddiaçı adına olan mülkiyyət hüququ barədə qeydiyyat əsassız hesab edilmiş, həm in qeydiyyatın ləğv edilməsi öhdəliyi aidiyyəti orqanların üzərinə qoyulmuşdur. Bu baxımdan artıq iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququ mövcud deyildir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasına dair qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələri, Mülki Məcəllənin 6, 139.1, 152.1, 157.2 və 157.4-cü maddələri, İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsi, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2-ci hissələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiasının mübahisəli 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququn bərpasını tələb etməkdə subyektiv hüququnun olmaması barədə səhv etmiş, mülkiyyət hüququnun müdafiəsinin dövlətin vəzifəsi olmasını diqqətdən qaçırmış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd olunmasına dair qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddi açı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. M addə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da irəli sürülmüş, məhkəmə tərəfindən həmin dəlillərə hüququi qiymət verilmişdir. İnzibati məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə mübahisənin predmeti olan Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində İddiaçı adına o lan mülkiyyət hüququna dair qeydiyyatın əsassız sayılması və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyi aidiyyəti orqanların üzərinə qoyulması ilə göstərilən torpaq sahəsinə iddia etməyə İddiaçı subyektiv hüququnun olmaması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə öz təsdiqini tapır. Belə olan halda iş üzrə cavabdeh tərəfin hərəkətlərinə hüquqi qiymət verilməsi də istisna olunur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar