Məhkəmə qərarları › İş №2(102)-853/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-853/2025

24.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-853/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülkiyyətə müdaxilənin aradan qaldırlması, yüksək gərgiinlikli elektrik xəttinin mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-1876/20 24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X3, X4, X5 və X1 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür.

2. İş materiallarında olan, "xxxx" ASC-nin İddiaçı və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-13/2-2/16-Kol-6629-5/2023 saylı və xx.xx.2023-cü il tarixli 1313/2-2/06-V-1669-5/2023 saylı məktubların surətindən görünür ki, Azərbaycan R espublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 17-ci bəndinə əsasən, elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər. «ASAN Kommunal» Mərkəzi vasitəsi ilə "xxxx" ASC-yə ünvanlanan ərizədə iddiaçılara məxsus torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsini iddiaçılar tərəfindən etiraf edilmiş və həmin dayaqların iddiaçıların şəxsi hesabına ərazidən çıxarılması ilə bağlı müraciətinin icra edilməsi məqsədi ilə yekun dəyə ri 1759,66 manat olan smeta dəyəri tərtib edilərək iddiaçılara təqdim edilmişdir. Yekun smeta dəyəri ödənildikdən sonra iddiaçıların müraciətinin icrasının təmin ediləcəyi bildirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla hə min işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı məhkəmədə iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayonunun Mahrızlı kəndində ona və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi var. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyətə basdırılmış iki ədəd yüksək gərginlikli elektrik dirəyi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə təhlükə yaradır. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağı ona mülkiyyətində olan əmlakın 653,3 kv.metr hissəsinə düşür. Elektrik dirəklərinin həyətindən çıxarılması üçün Ağcabədi Regional «ASAN Xidmət» Mərkəzinə müraciət etmiş, müraciətinə əsasən həyətinə baxış keçirilib akt tərtib edilərək elektrik dirəklərinin həyətindən çıxarılması üçün 1760 manat xərcin onun tərəfindən ödənilməli olduğu ona bildirilmişdir. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.

5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddianın Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında İd diaçı məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin keçdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla həmin işıq dirəklərinin çıxarılacağı günədək hər ay ona 150 manat kompensasiyanın ödənilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. (hakim M.Nəiftəliyev)

6. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X3, X4, X5 və X1 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus iki ədəd elektrik dirəyi ba sdırılmışdır. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. Göründüyü kimi, iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir. Belə olan halda iddianın torpaq mübahisəsinə aid hissəsi təmin edilməlidir.

7. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab etmişdir ki, iddianın hər ay üçün 150 manat kompensasiya tələbi təmin oluna bilməz.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 139.3, 140, 146.1, 146.2, 385.1, 386.1-ci və Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3 və 4-cü Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının sonradan həyətyanı sahəsinə salınmış və həmin sahədən keçən elektrik xətti 1969-cu ildə çəkilmişdir. Həmçinin iddiaçının mübahisələndirdiyi həmin s ahə gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonasıdır. Həmin ərazidə, yəni, elektrik şəbəkəsinin yerini dəyişmək mülkiyyətçi və yaxud istismarçı ilə razılaşdırılmalıdır. Bu əsasda layihə-smeta sənədləri hazırlanmış və həmin sənədlər iddiaçıya təqdim olunmuşdur. Həm də, bu iş üzrə ərazi aidiyyəti qaydaları pozulmuşdur.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-1876/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1149/2024 nömrəli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərərk İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əs asında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması iddiasının təmin edilməməsi qət edilmişdir. (hakimlər Süleymanov Loğman - sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay və Həsənov İslam)

12. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X3, X4, X5 və X1 mülkiyyətinə Ağdam rayonunu Mahrızlı kəndində 0,33 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin qərb tərəfindən keçən 10 kv-luq elektrik hava xəttinin qorunma zolağına mülkiyyətdə olan torpaq sahəsinin 653,3 kv.metr hissəsinə düşür. Həmin elektrik xətti 1969-cu ildə, yəni torpaq sahəsinin iddiaçıya verilməsindən əvvəl çəkilmişdir.

13. Qanunericiliyin tələblərindən görünüdüyü kimi, iddiaçının mübahisələndirdiyi ərazi rabitə təyinatlı torpaq sahəsi olmaqla, elektrik ötürücü xətlərinin mühafizə zonası sayılır. Həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan isə, mühafizə zolağında ağac əkmək qadağandır.

14. Məhkəməyə təqdim edilmiş X9 Təchizatı və Satışı idarəsi X2 25 sentyabr 2024cü il tarixli, 21/744 saylı arayışına əsasən Ağdam rayon Mahrızlı kənd sakini İddiaçı Kamaal oğlunun həyətyanı sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, həyətdən keçən elektrik xətti 1969-cu ildə çəkilmişdir. Həmin elektrik xətti vətəndaş tərəfindən həyətyanı sahəsinə salınmışdır.

15. Həmçinin "xxxx" ASC-nin İddiaçı və digərlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-13/2- 2/16-Kol-6629-5/2023 saylı və xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-V-16695/2023 saylı məktubları ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 17-ci bəndinə əsasən, iddiaçıya izah edilmişdir ki, elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər. «ASAN Kommunal» Mərkəzi vasitəsi ilə "xxxx" ASC-yə ünvanlanan ərizədə iddiaçılara məxsus torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsini iddiaçılar tərəfində n etiraf edilmiş və həmin dayaqların iddiaçıların şəxsi hesabına ərazidən çıxarılması ilə bağlı müraciətinin icra edilməsi məqsədi ilə yekun dəyəri 1759,66 manat olan smeta dəyəri tərtib edilərək iddiaçılara təqdim edilmişdir. Yekun smeta dəyəri ödənildikdən sonra iddiaçıların müraciətinin icrasının təmin ediləcəyi bildirilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillə ri

17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil oğlu) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq bir neçə ildir ki, cavabdeh "xxxx" ASC İddiaçı razılığı olmadan ona məxsus torpaq sahəsində istifadə edir, vətəndaşların elektrik təchizatını həyata keçirir və bu fəaliyyətdən gəlir əldə edir. Lakin, buna baxmayaraq, iddiaçının torpaq sahəsindən istifadə etdiyinə görə ona heç bir ödəniş həyata keçirmir. Beləliklə, cavabdeh "xxxx" ASC faktiki olaraq mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə edir, yəni oradan iki ədəd yüksək gərginlikli elektrik dirəyi keçirir. Bu səbəbdən də torpaq sahəsindən istifadə etdiyinə görə cavabdeh təşkilat hər a y iddiaçıya (və ailə üzvlərinə) 150 manat məbləğində kompensasiya ödəməlidir.

19. Lakin, iki ədəd yüksək gərginlikli işıq dirəyinin həyətyanı sahənin içindən keçməsi mülkiyyət hüququ əsasında iddiaçıya (və ailə üzvlərinə) məxsus olan sahədən istifadə etməyinə təhlükə yaradır. Beləliklə də iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə etməklə çətinlik çəkir. Belə ki, Mülki Məcəllənin 157-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququna qəsd mülkiyyətdən məhrumetmə ilə müşayiət olunmayan formada həyata keçirilir. Buna baxmayaraq, iddia tələbinin əsası kimi çıxış edən maddi norma olsa da Gəncə Apellyasiya Məhkəməsi bu maddəyə ümumiyyətlə istinad etməmiş və bu maddənin tələbləri baxımından iddiaçının hüquqlarının pozulmasına münasibət bildirməmişdir.

20. İşıq dirəyinin altında yerləşən torpaq sahə sindən təsərrüfat məqsədləri üçün istifadə olunur və güclü külək zamanı həmin elektrik naqillərinin qırılaraq torpaq sahəsinə düşməsi istisna edilmir. Bu səbəbdən də həmin işıq dirəklərinin qırılaraq gələcəkdə zərər vurma təhlükəsi olduğundan onların çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

21. Belə ki, işıq dirəkləri keçən torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması heç bir sübutla və ya iş materialı ilə öz təsdiqini tapmır. Bunun əksinə olaraq, həmin işıq dirəklərinin keçdiyi ərazi iddiaçıya məxsus çıxarışa əsasən yaşayış məntəqəsi torpaqlarına aid edilir və bu hal daşınmaz əmlakın dövlət qeydiyyatı ilə sübuta yetirilir

22. Həmçinin işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xə bər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmış. Beləliklə də Gəncə Apellyasiya Məhkəməsinin yol verdiyi prosessual pozuntulara görə MPM-in 418-ci maddəsindən irəli gələrək qəbul edilmiş qətnamə ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyy ət hüququ məhdudlaşdırıla bilər.

26. Maddə 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

27. Maddə 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Müh afizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydaları

28. Bənd

17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq öz vəsaiti hesabına görməlidirlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrin in mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” 29. 1.4. Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. 30. 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçı apelly asiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məh kəmə kollegiyası kassasiya şikayətində qeyd edilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarına istinad düzgün olmuşdur, həmin qərar mübahisə yarandıqdan sonra qüvvədən düşmüş və xx.xx.2024-cü il tarixdən qüvvədə olan “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsər rüfat işlərinin aparılmasına dair tələblər”də də mühafizə zonalarının ölçüləri və torpaq mülkiyyətçilərinin həmin zonalardan istifadəsinə dair tələblər müəyyənləşdirilmişdir.

46. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli elektrik xətti 1969-cu ildə çəkilmişdir. Bu isə o deməkdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınarkən həmin torpaq sahəsi elektrik xətti keçən hissədə mühafizə zonası ilə yüklü olmuşdur. Buna görə də, iddiaçı həmin yüklülüyün götürülməsini əgər xəttin texniki cəhətdən alternativ yolla çəkilməsi mümkündürsə, öz vəsaiti hesabına həyata keçirilməsini tələb eə bilər.

47. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağ lı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya məhkəməsinə təqdim edilən yeni sübutlara baxılmır.

48. Beləliklə də, məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-1876/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar