Məhkəmə qərarları › İş №2(102)-855/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-855/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-855/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlunun, üçüncü şəxs X14 və onun vəkili Musayev Xəqani Zakir oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyab r 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti, X26, X14 və X20 cəlb edilməklə “daşınmaz əmlakın dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədr lik edən A.Tağıyev, iş 2(009)-37/2016) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 1184a №-li sahənin 06 noyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 535 nömrəli reyestr kitabının 50662 nömrəli vərəqində X10 adına aparılmış qeydiyyat etibarsız hesab edilmiş, həmin qeydiyyat əsasında X10 adına tərtib edilmiş RX seriyalı ******* saylı, 06.11.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və X4 adına tərtib olunmuş RX № ******* saylı, 15.11.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İddiaç ı ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsinməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Hacıyev, iş № 2(103)-3003/2017) üçüncü şəxslər X26, X14 və X20 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), A.Kal balıyev və İ.Xələfov, iş № 2(102)-5835/2017) İddiaçı qismən kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-1639/2019) X26, X14 və X20 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Səbail rayon məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 20 19-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. X4 vəkili Musayev Xəqani Zakir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş fakt iki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 20 aprel 1995-ci il tarixli 1193 saylı sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m olmaqla torpaq sahəsi X5 istifadəsinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, torpaq sahələrinin yerləşmə mövqeyinə görə 1173, 1174, 1175 və 1176 saylı bütöv sahə kimi (0,12 ha) sxemin solundan başlayaraq ardıcıll ıqla yerləşmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 28.08.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planının surətindən görünür ki, istifadəçisi (icarədarı) X16 olan Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin sənəd üzrə sahəsi 600,0 kv.m, faktiki sahəsi 1275,0 kv.m və artıq sahəsi isə 675,0 kv.m-dir. Həmçinin Səbail Rayon İcra Hakimiyyəti başçısının 20 aprel 1995-ci il tarixli 1193 saylı sərəncamı ilə X11 həmin sahədə 1173 saylı torpaq sahəsi ayrılmış, 1174 nömrəli sahə X6, 1175 saylı torpaq sahəsi X21, 1176 saylı sahə isə X7 ayrılmışdır. Torpaq sahələrinin hər biri faktiki 12 sot olmaqla, sənəd üzrə 0,06 ha təşkil edir və ardıcıllıqla yerləşmişlər. 11 sentyabr 2013cü il tarixli Daşınmaz Əmlakın AN-İ № **** *** saylı alqı-satqı müqaviləsi ilə, X17 ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan 0.06 ha torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2013cü il tarixli torpaq sahəsinin plan ölçüsünun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1176 saylı sahənin hüquqi sahibi İddiaçıdur. Bundan başqa Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1171 saylı, 17 aprel tarixli 1995-ci il tarixli Sərəncamı ilə vətəndaş X18 ayrılmış, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1184a saylı 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, sxemdə yalnız 1184 saylı torpaq sahəsinin yerləşmə mövqeyi göstəri lmiş, digər torpaq sahələrinin (1173, 1174, 1175 və 1176) yerləşməsi qeyd olunmamış, sxemə əsasən 1184a saylı torpaq sahəsinin bir sahə kimi (0.12 ha) 2-ci və 3-cü cərgələr arasında yerləşməklə hər iki yola (cərgəyə) çıxışı olduğu göstərilmişdir. X26 ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini alıcı X8 30.000 (otuz min) manata satmışdır. Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1184a saylı sahə xüsusi mülkiyyət hüququ əsasında X8 məxsusdur və kateqoriyası yaşayış məntəqlərinin torpaqları olmaqla fərdi yaşayış təyinatlıdır. AN-İ seriyalı, ******* saylı, 11 sentyabr 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, X16, X22, X23, X24, X19 və X2 Elçin Allahverdi oğluna ünvan 1 ünvanında yerləşən və mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsini 76.000 manat müqabilində satmışlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı X26, X20 və X14 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla verilmiş sərəncamı mübahisələndirmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.02.2019-cu il tarixli 2-1(102)-154/2019 saylı qərarı ilə müəyyən edilmişdir ki, A.İ.Mustafayevə münasibətdə sərəncamın mübahisələndirilməsi üzrə iddiaçının subyektiv hüququ da olmamışdır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən sərəncamla üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin koordinatları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə ekspert iza təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizanın 28082 nömrəli, 13 aprel 2018-ci il tarixli rəyindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995ci il tarixli Sərəncamı ilə X18 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 1184 a saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin koordinatlarının iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. X1 aid hissədə ləğv edilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, X20 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iddia qaldıraraq, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 N-li, 17.04.1995-ci il tarixli Sərəncamı ilə fərdi yaşayş evinin ti kintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş "torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlara uyğun olaraq adına hüquqi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinin 28.12.2015-ci il tarixli 2-1(81)4088/2015 saylı qərarı ilə iddia təmin edilmişdir. Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsi cavabdehlərə aid torpaq sahələrinə hər-hansı aidiyyəti olmamaqla onlardan ayrı yerləşir. Belə olan halda iddiaçının hazırkə tələblə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüququ olmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edil məsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Sub yektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən cavabdehlərə məxsus torpaq sahələrinə dair aparılmış qeydiyyatların etibarsız hesab edilməsi və həmin qeydiyyatlara dair verilmiş çıxarışların ləğv edilməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur.” İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Səbail Rayon İcra Hakimiyyətinin 20 aprel 1995-ci il tarixli 1193 saylı sərəncamı ilə faktiki uzun müddət X5 istifadəsində olmuş Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 200 kv.m torpaq sahəsinin 600 kv.m hissəsi sonuncunun qanuni istifadəsinə verilmiş, qalan torpaq sahəsi isə bir hasar daxilində özünə məxsus olmaqla yerləşmişdir. Mən həmin şəxsdən alqı-satqı yolu ilə qeyd olunan bir hasar daxilində olan 12 sot torpaq sahəsini almışam və bu barədə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq 02 oktyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış almışam. Lakin iddia ərizəsini verdiyim ərəfələrdə mənə məlum olmuşdur ki, faktiki bir hasar daxilində olmaqla istifadəmdə olan 600 kv.m torpaq sahəsinə X4 adına qanunsuz olaraq AR DƏDRX-nin BŞƏİ tərəfindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsinin hər biri faktiki 12 sot olmaqla, sənəd üzrə 0,06 ha təşkil edir və eyni sıra ilə yerləşmişlər. Daşınmaz Əmlakın dövlət reyestri haqqı nda» Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülkiyyət hüququnun konstitusion hüquq olmaqla öz hüquqi əsasını konstitusiyadan götürür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Kassasiya şikayətinin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbi özünün mülkiyyətində olmayan, qanunsuz olaraq istifadə etdiyi və artıq cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlıdır. Bundan əlavə torpaq sahəsinin cavabdehə məxsus olması həm məhkəmə aktları, həm də daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrindəki qeydiyyatla təsdiq olunur. Belə olan halda kassasiya şikayətinin dəlilləri əsassızdır və rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarı da şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar