Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-855/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan Kənd ümumi orta məktəbinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi buraxdığı iş günləri üzrə əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin GəncəDaşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı “Daşkəsən rayon Bayan kənd ümumi məkt əbində təlim tərbiyə və tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1861/2*23 nömrəli iş üzrə 29 avqust 2*23-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı 15 avqust 2**1-ci ildən Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində tarix müəllimi və *1.*9.2**6-cı il tarixdən 15.*9.2*26-cı ilədək Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində *,5 vahidi olmaqla direktor müavini vəzifəsinə təyin edilmişdir. 2. 15.*9.2*16-cı il tarixdə sinif komplektlərinin sayı azaldığı üçün di rektor müavini vəzifəsindən azad edilmişdir.
3. İddiaçı 2*19-cu il tarixdə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin GəncəDaşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinə qarşı Daşkəsən rayon Bayan kənd ümumi məktəbində təlim tərbiyə və tədris işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2**4-cü ildən 2*16-cı ilədək Daşkəsən rayonu Bayan kənd üm umi orta məktəbində təlim-tərbiyə işləri üzrə *,5 vahid olmaqla, direktor müavini vəzifəsini icra etmişdir. 2*16-cı ildə sinif komplektinin sayının azalması səbəbindən həmin ştat vahidi ləğv edilmiş və icra etdiyi vəzifə ixtisara düşmüşdür. Bundan sonra o, həmin məktəbdə tarix müəllimi kimi çalışmağa davam etmişdir. 2*19-cu ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsi bərpa edilmiş, lakin o, əvvəllər icra etdiyi həmin vəzifəyə qaytarılmamışdır. Buna görə də o, vəzifəyə qaytarılması ilə bağlı qanunla müəyyən olunmuş müddətdə və qaydada həmin vaxt fəaliyyət göstərmiş Daşkəsən rayon Təhsil Şöbəsinə, daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə və nəhayət məhkəməyə müraciət etmişdir. O, ilk dəfə *5 may 2*22-ci il tarixdə işə bərpa tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası mümkün hesab edilməmişdir. 2*16-cı ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə *,5 vahidin ixtisara düşməsi ilə əlaqədar vəzifədən azad edilməsinə dair əmr qəbul edilərkən qanunun tələbi pozulmamışdır. Lakin o, hesab edir ki, yenidən bərpa edilmiş *,5 ştat vahidi olan Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli və məcburi buraxılmış iş müddəti üzrə əmək haqqı ona ödənilməlidir.
6. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Bayan kənd ümumi məktəbində tədris və təlim-tərbiyə işləri üz rə direktor müavini vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş saatları üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, 15 sentyabr 2*16-cı il tarixdə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində sinif komplektlərinin miqdarının yeddidən az olması ilə əlaqədar direktor müavini vəzifəsi ixtisara düşmüşdür. Bu səbəbdən İddiaçı direktor müavini vəzifəsindən azad edilmiş və həmin məktəbdə müəllim kimi fəaliyyətinə davam etmişdir. 16 sentyabr 2*19-cu il tarixdə məktəbdə sinifkompletlərinin miqdarı artmış və direktor müavini vəzifəsi ştatı yaranmışdır. Həmin vəzifəyə başqa bir şəxs direktor tərəfindən təyin edilmişdir. İddi açı həmin məktəbdə işlədiyindən direktor müavini vəzifəsinə təyinatdan məlumatı olmuş, bununla bağlı Daşkəsən Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə müraciət etsə də, müraciətdən uzun müddət keçməsinə baxmayaraq, məhkəməyə müraciət etməmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü hissələrində göstərilən, müvafiq olaraq 1 təqvim ayı və 1 il müddətlərini ötürmüşdür. Buna görə də iddia müddətinin İddiaçı tərəfindən ötürülməsi nəzərə alınaraq, iddia rədd edilməlidir.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində 2*16-2*17-ci tədris ili üzrə sinif komplektlərinin sayı azaldığı üçün həmin məktəbdə direktor müavini ştatı ixtisara düşmüş, bununla əlaqədar İddiaçı ilə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbi arasında direktor müavini vəzifəsinə dair əmək münasibətləri 15.*9.2*16-cı il tarixdə başa çatmış və sinif komplekti artmadığı üçün 2*182*19-cu tədris ili üçün həmin ştat olmamışdır. 2*19-2*2*-ci tədris ilində sinif komplektlərinin sayı artdığından *,5 ştat vahidi tədris işləri üzrə direktor müavini ştatı açılmış və həmin vəzifəyə yenidən qəbul həyata keçirilmişdir. Hazırki iddia ərizəsində isə iddiaçı sinif komplektlərinin sayı azaldığı üçün direktor müavini vəzifəsindən azad edilməsi barədə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin 15.*9.2*16-cı il tarixli *3 nömrəli əmrinin qanuniliyini mübahisələndirməmiş və həmçinin onun ləğv olunmasını deyil, yalnız əvvəlki vəzifəsinə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, bərpa olunma əvvəlki münasibətlərin kəsildiyi yerdən (hazırki halda 15.*9.2*16cı ildən) davamı, işə qəbul və ya vəzifəyə qəbul isə artıq yeni əmək münasibətlərin yaranmasıdır. Belə olan halda isə İddiaçı iddia tələbi özünün göstərdiyi kimi «işə bərpa tələbi» adlandırılsa da, əsas məzmunu «işə bərpa» deyil, «işə qəbul», yaxud «vəzifəyə qəbul»dur. «İşə qəbul» və ya «vəzifəyə qəbul» isə qanunla müəyyənləşdirillən, qanunda müəyyənləşdirilmədiyi halda isə işəgötürənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər iki halda, yəni qeyd olunanlardan hansı subyektin (qanunverici, yaxud işəgötürən) işə qəbul (vəzifəyə qəbul) tələblərini müəyyənləşdirilməsindən asılı olmayaraq, işə götürənin işə (vəzifəyə) qəbuldan imtinaya dair qərarını qanunsuz hesab etdiyi halda işə (vəzifəyə) iddia edən şəxs həmin qərarın qanuniliyini bu və ya digər qaydada mübahisələndirə bilər. Hazırki halda isə İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə qəbul olunmasına dair işəgötürənə müraciət etməmiş və bununla əlaqədar onun işə (vəzifəyə) qəbul tələbindən imtina olunmamış, habelə İddiaçı işəgötürənin həmin hərəkətlərini məhkəmədə mübahisələndirməmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288, 296, 3, 42, 68, 7*, 71, 3**, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Mə hkəməsinin 2(125)1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını düzgün araşdırmadan, onun pozulmuş hüquqlarını bərpa etməmiş və natamam qətnamə çıxarılmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1861/2*23 nömrəli iş üzrə 29 avqust 2*23-cü il tarixli qətnaməsi ilə (Ə.Məmmədov (sədrliyi və məruzəsi ilə), hakimlər R.Mamedov və R.Muradov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1861/2*23 saylı mülki iş üzrə 28 aprel 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya in stansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: 15. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 2*.2-ci maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri həyata keçirir.
16. Qeyd edilən Qanun normasının mətn və məzmunundan müəyyən edildiyi kimi, məktəbin fəaliyyətinə rəhbərlik Məktəbin direktoru tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə görə məktəbin işəgötürəni səlahiyyətləri məktəbin direktoruna aiddir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
17. Göründüyü kimi, İddiaçı Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində direktor müavini vəzifəsinə təyin edilib edilməməsi məsələləri həmin məktəbin direktorunun səlahiyyətlərinə aid olan bir məsələdir və Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən, işəgötürənin qanunla nəzərdə tutulan hüquqlarının hə yata keçirilməsinə və qanunla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 71.1, 288, “Ümumi təhsil haqqında” Qanunun 1, 13, 2*.2, MPM-nin 4.1, 14.1, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, 2*19-cu ildə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində təlim tərbiyə və tədris işləri üzrə direktor müavini vəzifəsi bə rpa edilmiş, lakin o, əvvəllər icra etdiyi həmin vəzifəyə qaytarılmamışdır. Halbuki, 12 il müddətində həmin vəzifədə çalışmasına baxmayaraq həmin vəzifəyə digər şəxslər təyin edilmişdir. Bununla da işəgötürən tərəfindən həmin vəzifədə uzun illər çalışmış şəxs (iddiaçı) əvəzinə digər şəxs təyin edilməklə əmək münasibətlərində ayrı seçkiliyə yol verilmiş, işin keyfiyyətini qiymətləndirərkən bərabər imkanlar yaradılmamış, işçinin işdə irəli çəkilmək hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
24. Maddə 11. 1-ci və 2-ci bəndləri. İşəgötürənin aşağıdakı hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlama q, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; 2-ci bənd. işəgötürənin bu maddədə nəzərdə tutula n hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
25. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
26. Maddə.288. Əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiya sının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-o lmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üç ün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 416.1 Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1861/2*23 nömrəli iş üzrə 29 avqust 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.