Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-856/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Rəsul X5 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-856/2024 Açar sözlər: mənzildən çıxarılma 18.04.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Rəsul X5 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 oktyabr 2023-cü il tarixli, 2(103)5635/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 1. 08.06.2016-cı il tarixdə 38 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən X2 onun adına olan bütün daşınar və daşınmaz əmlakını Rəsul X6 vəsiyyət etmişdir.
2. Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən fərdi yaşayış evi tam payda Rəsul X5 xüsusi mülkiyyəti kimi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Rəsul X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 47 nömrəli mənzildən çıxarılaraq Rəsul X6 təhvil verilməsi və ödənilmiş 100 mana t dövlət rüsumunun Cavabdeh alınıb Rəsul X6 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı 286574 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X2 07 iyun 2022-ci il tarixdə vəfat etmişdir. X1 verdiyi vəsiyyətnamə əsasında miras əmlakı qəbul etmək üçün Bakı şəhəri, 38-ci notariat Kontoruna müraciət edilmiş və bununla bağlı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 47 nömrəli mənzilə ********** nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınm az əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 47 nömrəli mənzili qanunsuz olaraq zəbt etmiş, dəfələrlə mənzildən çıxması tələb edilməsinə baxmayaq həmin mənzildən çıxmaqdan imtina etmişdir.
5. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. O izahatında bildirmişdir ki, cavabdehlə mərhumə X2 arasında faktiki nikah münasibətləri mövcud olmuşdur. Bu səbəbdən cavabdeh sözügedən mənzildə yaşayır. Eyni zamanda, məhkəməyə Lənkəran rayonu Şilavar kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən imzalanmış 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin surətini məhkəməyə təqdim etmişdir.
6. Bakı Ş əhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1688/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 47 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, 47 nömrəli mənzilin Rəsul X6 təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulub Rəsul X6 ödənilməsi qət edilmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 öz adına olan bütün əmlakını iddiaçı Rəsul X6 vəsiyyət etmişdir. Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu X4 tərəfindən məhkəməyə təqdim edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsinin Rəsul X7 olduğu və onun miras əmlakdan tam hissədə pay almalı olduğu aydın olur. Mübahisəli mənzil - Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən ev hal-hazırda Rəsul X5 tam payda xüsusi mülkiyyətindədir. Cavabdeh mənzildən çıxmaqdan imtina etdiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mənzil iddiaçının tam payla xüsusi mülkiyyətindədir və cavabdehin həmin mənzildən istifadə etməsi üçün heç bir hüquqi əsası yoxdur. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi vəsiyyətnamənin surəti ilə bağlı qeyd etmişdir ki, həmin vəsiyyətnamənin əsli məhkəməyə təqdim edilməmişdir. Elektron notariat məhkəmə informasiya sist emindən çıxarışdan görünür ki, mərhumənin notarial qaydada təsdiq edilmiş yalnız bir vəsiyyətnaməsi mövcud olmuşdur ki, həmin vəsiyyətnamə ilə də hazırki mülki iş üzrə iddiaçıya bütün əmlakını vəsiyyət etmişdir. Digər tərəfdən, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamə mövcud olmuş olsa belə, mərhumə R.Cabbarova tərəfindən 08 iyun 2016-cı il tarixli vəsiyyətnamənin tərtib edilməsi ilə əvvəlki vəsiyyətnamə ləğv edilmiş olur. Eyni zamanda sonrakı vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmiş və iddiaçı xüsusi mülkiyyətçi kimi hüquqlarını artıq qeydiyyatdan keçirmişdir. Beləliklə, cavabdehin etirazı əsassızdır və formal mülahizələrdən ibarətdir, iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33 və 43-cü maddələrinə, Mülki Məcəllənin 152, 157, 1133, 1166, 1168, 1179, 1220, 1222 və 1243-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəməyə şifahi olaraq deyilən xüsusatların və cavabdehlə mərhum Rəfiqə Cabbarova arasında 20 ilə yaxın ər-arvad münasibətlərində olmağı, habelə məhkəməyə təqdim edilmiş foto şəkillərə heç bir məhkəmə tərəfindən araşdırılmamış və bunun nəticəsi olaraq qanunvericiliyə zidd olaraq qətnamə qəbul edilmişdir. Belə ki, cavabdeh evin əvvəlki mülkiyyətçisi mərhum X2 ilə qeyd edildiyi kimi 20 ilə yax ın faktiki nikah münasibətlərində olmuş, bu faktı cavabdehdə təsdiq edə bilər. Məhkəmə işin bu və digər hallarını tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 oktyabr 2023-cü il tarixli, 2(103)-5635/2023 nömrəli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən), İ.Şirinov və E.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə yaşayır, lakin istifadə hüququ yoxdur. O, bildirir ki, mənzilin əvvəlki mülkiyyətçisi Rəfiqə Cabbarova ilə faktiki nikah münasibətində olub. Cavabdehin mənzilə istifadə hüququ olmadığına görə, hesab olunur ki, o, əmlaka qanunsuz sahiblik edir.
14. Məhkəmə mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, o, 20 ilə yaxın bir müddət ərzində mərhum X2 ilə faktiki ər-arvad münasibətlərində olmuş və mərhumun mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 146 saylı evin, 47 saylı mənzilindən istifadə etmişdir. Qeyd edi lən müddət ərzində adıçəkələn mənzildən öz əmlakı kimi, mübahisəsiz qaydada istifadə etmişdir. Bu səbəbdən həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən sözügedən mənzildən istifadə hüquqi qazanmışdır. Mübahisəli mənzildən istifadə hüququ əldə etməyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinin tələbi nəzərə alınaraq iddiaçı Rəsul X5 iddia tələbi heç bir halda təmin edilə bilməzdi. Mübahisəli mənzildən cavabdehin uzun illər ərzində istifadə etməyi, mənzilin əvvəlki mülkiyyətçisi R.Cabbarova ilə faktiki ər-arvad münasibətlərində olmağı və mənzilin faktiki sahibi olmaqla ondan istifadə hüququ əldə etməyi barədə iddiaçı Rəsul X5 məlumatı olmuş, lakin o, qeyd edilən məsələlər barədə məhkəmədə vicdanlı mövqedə olmamışdır. Mübahisəyə baxa n apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına düzgün qiymət verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinin tələbinin ziddinə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi Rəsul X7 tərəfindən cavabdehin əmlak hüququnun (mənzildən istifadə hüququ) pozulmasından müdafiə etməmişdir. Məhkəmə yekun nəticəyə gəlmək üçün mübahisənin bütün faktiki hallarına diqqət yetirməmiş, iş üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamışdır. Xüsusən də, məhkəmə mübahisənin o faktiki halına qiymət verməmişdir ki, cavabdeh mübahisəli mənzildə 20 ilə yaxın müddət ərzində yaşamış və bu müddət ərzində həmin dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə əsasən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İşə apellyasiya şikayəti əsasında baxan məhkəmə proses sual hüquq normalarını pozaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edib etməməsi məsələsinə diqqət yetirməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi mübahisəli mənzildən cavabdehin istifadə hüququ əldə etməsinə dair maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən riayət edilməməsinə nəinki diqqət yetirməmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən də həmin normalar düzgün tətbiq edilməmişdir. Bundan başqa, apellyasiya instansiyasi məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntu kimi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin ziddinə sübutlara düzgün qiymət verməməsini də tam yoxlamamış, mübahisənin faktiki halları ilə bağlı məhkəməyə verilmiş izahatın rədd ed ilməsi üçün əsaslı arqumentlərin olmamasına diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
20. Maddə
33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
21. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 1133.1. Əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nüm ayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
35. Verilmiş kassasiya şikayətinə ə sasən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
38. Məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 oktyabr 2023-cü il tarixli, 2(103)-5635/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.