Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-857/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2020-ci il iş № 2(102)-857/20 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Hacıyev Bəxtiyar Yusif oğlu, cavabdehlər x5, x4, cavabdehlərin vəkili Manafov Faiq Səmədağa oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdehlər x5, x4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevr al 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(011)-7625/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim L.Talıbova) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova, 2(103)-3072/2019 saylı mülki iş) hazırki iş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2(011)-7625/2018 saylı qətnaməsi qismən- cavabdehlər x3, x4 və x5 borcun tutulmasının təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qeyd edilən hissələrdə qismən təmin edilmiş, cavabdeh x3 15500 (on beş min beş yüz) manat, x4ndan 5000 (beş min) manat, x5 6500 (altı m in beş yüz) manat x1nun xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər x3, x4 və x5 iddiaçı x1nun xeyrinə tutulması, qətnamə qalan hissələrdə - cavabdehlər x7 və x6 aid iddianın rədd edilməsi, cavabdehlər x3, x4 və x5 iddianın əldən çıxmış faydanın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2, x3, x4, x5, x6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x7 21500 manatın, 2015-ci ilin dekabr ayından hesablanmaqla 31 ay həmin pula görə verməli olduğu qazanc kimi 66650 manat əldən çıxmış faydanın, x3 18500 manatın, 2015-ci ilin aprel ayından hesablanmaqla 31 ay həmin pula görə verməli olduğu qazanc kimi 57350 manat əldən çıxmış faydanın, x6 5000 manatın, 2015-ci ilin aprel ayından hesa blanmaqla 31 ay həmin pula görə verməli olduğu qazanc kimi 15500 manat əldən çıxmış faydanın, x4 5000 manatın, 2015-ci ilin aprel ayından hesablanmaqla 31 ay həmin pula görə verməli olduğu qazanc kimi 15500 manat əldən çıxmış faydanın, cavabdeh x5 10.000 manat pulun və 2015-ci ilin aprel ayından hesablanmaqla 31 ay həmin pula görə verməli olduğu qazanc kimi 31000 manat əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumu kimi 30 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər x5, x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, işə bu hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər x5, x4, cavabdehlərin vəkili Manafov Faiq Səmədağa oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və iddiaçının vəkili Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, materiallarından Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli 2(011)-263/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh x2 29000 manat alınaraq iddiaçı x1na verilməsi qət olunmuşdur. İş materiallarından Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi x8 30.06.20 17-ci il il tarixli qərarının surətindən görünür ki, x1nun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, cavabdehlərdən x7 və x6 polisdə dindirilməmişlər. Cavabdeh x3 iddiaçıya 18500 manat borcu olduğunu bildirib. Cavabdeh x4 iddiaçıdan 2014-cü ildə 5000 manatı 10%-lə, sonra əlavə 10000 manat aldığını, 15000 manat qaytardığını qeyd edib. Birinci instansiya məhkəməsində cavabdeh x3 izahatında iddiaçıdan 15500 manat və 3000 manat aldığını, 22000 manat qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh x4 izahatında iddiaçıdan 12000 manatı 10%-lə aldığını, 42000 manat qaytardığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh x5izahatında iddiaçıdan 10000 manat aldığını, 14000 manat qaytardığ ını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericilikdə borc müqaviləsinin şifahi formada, tərəflərin razılaşması ilə yazılı formada bağlana bilməsi göstərilsə də, konkret hansı formada olması qeyd olunmamışdır. Hazırki işdən görünür ki, tərəflər öz aralarında əqdlər üçün müəyyən edilmiş qaydaya uyğun olaraq, şifahi formada müqavilə bağlamışlar. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, sübut etmə yükünə istinad edərək, qeyd etmişdir ki, iddiaçı x1 cavabdehlərin hər birinə müəyyən miqdarda pul verdiyini bildirsə də, bununla bağlı olaraq hər hansı bir qəbz və ya mədaxil orderi təqdim etməmiş, həmin pulun şifahi razılaşma əsasında cavabdehlərə ödənildiyini bildirmişdir. Cavabdehlər x3, x4 və x5 iddiaçıdan faizlə qaytarılması şərti ilə pul aldıqlarını bildirsələr də, həmin pulu faizi ilə birlikdə qaytardıqlarını və ona borclarının qalmadığını bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehlər x7 və x6 aid hissədə iddianı rədd etməsi ilə bağlı gəldiyini nəticə ilə razılaşmışdır. Belə ki, iddiaçı cavabdehlər x7 və x6 aid hissədə mötəbər sübutlar təqdim etm əmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər x3, x4 və x5 borcun tutulmasının təmin edilməyən hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının üzərinə mümkün olmayanı sübut etmək vəzifəsi qoymuşdur ki, iddiaçı tələb etdiyi almadığı pulları sübut etsin. Hansı ki, iddiaçının tələb etdiyi almadığı pulları sübut e tməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, iddiaçıya pulun qatarmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- cavabdehlər x3, x4 və x5 borcun tutulmasının təmin edilməyən hissələrində ləğv etməklə, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul etməklə, iddia qeyd edilən hissələrdə qismən təmin etməklə, cavabdeh x3 15500 (on beş min beş yüz) manat, x4ndan 5000 (beş min) manat, x5 6500 (altı min beş yüz) manat x1nun xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər x3, x4 və x5 iddiaçı x1nun xeyrinə tutulması, qətnamə qalan hissələrdə - cavabdehlər x7 və x6 aid iddianın rədd etməklə, cavabdehlər x3, x4 və x5 iddianın əldən çıxmış faydanın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası QƏRARA ALDİ Cavabdehlər x5, x4nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 oktyabr 2019-ce il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-857/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-857/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver