Məhkəmə qərarları › İş №2(102)-857/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-857/2025

18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-857/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1896/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Beynəlxalq Bankı Açıq S əhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(104)-139/2019 saylı qərarının surətindən görünü r ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmündən məhkum Cavabdeh2, onun müdafiəçisi X2 və zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh2 barəsində 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 3. "xxxx" tərəfindən müştəri İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-də İddiaçı adına AZ74İBAZ******************** nömrəli hesab açılmışdır. 4. "xxxx" tərəfindən verilmiş əmanət kitabçasının surətindən görünür ki, İddiaçı adına ******************** hesab nömrəsi açılmışdır. 5. xx.xx.2017-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesabdan 21657 manat vəsait məxaric edilmişdir.

6. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, zərərçəkmiş şəxs İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli, 500 saylı mədaxil qəbzinin surəti və onun məhkum olunmuş Cavabdeh2 Tofiq oğlu ilə üzləşdirmə protokolları cinayət işinin materiallarında aşkar edilməmişdir.

7. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında olan şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi tanımışdır. Sevil xx.xx.2017-ci ildə hesabından 21657 manat pul məxari c etmiş və o, bu məxarici sistemə işləmişdir. Daha sonra is üstünü düzəldərək pul qoyacağını bildirib çıxıb getmişdir. Daha sonra İddiaçı Şöbəyə qayıdaraq hesabına 22000 manat pul qoymaq istədiyini bildirmişdir.Həmin vaxt Cəlil onu yanına çağıraraq sənədləşmə işləri aparmış və sayını bilmədiyi məbləğdə pulu ondan alaraq əmanət kitabçasını yazmış və müqavilə imzalatmışdır. O, həmin vaxt başqa müştəri ilə məşğul olduğunqdan İddiaçı sənədləşmə işlərini Cəlilin özü gördüyünü görsə də nə yazdığını bilməmişdir.

8. Cinayət işinin materiallarında olan şahid X9 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi tanımışdır. Sevil xx.xx.2017-ci ildə hesabından 21657 manat pul məxaric etmiş, əməliyyat işləri aparıldıqdan sonra o, kassadan həmin pulu qəbz əsasında Sevilə təhvil vermişdir. Daha sonra Se vil çıxıb getmişdir. Onun hasebına 22000 manat pul mədaxil etməsini xatırlamır.

9. Cinayət işinin materiallarında olan İddiaçı izahatında göstərmişdir ki, O, əvvəllər X12 filialında özünə hesab açdıraraq 21657 manat pul yığmış, sonradan 2017-ci ilin oktyabr ayında həmin pulu hesabdan götürüb elə həmin gündə X14 Gəncə filialında əvvəllər oranın işçisi kimi tanıdığı Cəlil müəllimə vermişdir ki, onun hesabına yatırsın və ondan sonra müəyyən sənədlərə Cəlil müəllimin iştirakı ilə imzalamışlar.

10. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Cavabdeh2 ifadəsinə əsasən, İddiaçı onun tanışıdır. O, ona müraciət edərək hesabına 22000 manat məbləğində pulu hesabına qoymaq istəmiş, o, ona narahat olmamağını demiş və sənədləşməni özü edəcəyini bildirmişdir. 22000 manat pulu ondan alsa d a hər hansı bir məbləğdə depozitə pul qoymayaraq həmin pulu özünə götürmüşdür. Daha sonra onu inandırmaq üçün şöbəyə çağıraraq müəyyən sənədləri imzalatmışdır. 2018-ci ilin fevral ayında o hesabından 4000 manat pul lazım olduğunu bildirdiyi üçün o, özü düzəltdiyi 4000 manat pulu ona vermişdir ki, şübhələnməsin

11. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

12. Qeyd olunan cinayət işi üzrə "xxxx" ASC-nin Gəncə şəhər filialının X18 müdiri vəzifəsində işləyən Cavabdeh2 zərərçəkən şəxs İddiaçı da 22000 manat pulunu dələduzduq yolu ilə ələ keçirməkdə təqsirli bilinmiş və ona verilmiş ittihamda təkrarən öz qulluq m övqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə X6 Beynəlxalq Bankın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətdiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 18000 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC-nin Gəncə şəhər filialının X18 müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, İddiaçı "xxxx" ASC-nin Gəncə şəhər filialının X8 ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx.xx.2017-ci il tarixdə 22000 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Gəncə şəhər filialının X18 inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib İddiaçı xeyli miqdard a əmlakını aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmin tarixdə pulların guya İddiaçı ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli, 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Bu əməlinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaq zamanı İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı bildirmişdi r ki, anasının xəstəliyi ilə əlaqədar olaraq ona pul lazım olduğundan "xxxx" ASC-nin Gəncə şəhər filialına kredit ilə bağlı müraciət etmiş, lakin Cavabdeh2 4000 manat məbləğində ona pul vermişdir. İddiaçı Cavabdeh2 ona verdiyi həmin 4000 manat məbləğində pulun onun adına kredit kimi rəsmiləşdirildiyini hesab etmişdir. Lakin Cavabdeh2 həmin pulun kredit kimi rəsmiləşdirmədiyini bildirmişdir. xx.xx.2017-ci il tarixli, 500 saylı qəbzə əsasən İddiaçı "xxxx" ASC-nin Gəncə filialına 22000 manat mədaxil etmiş, ona cari bank hesabı açılmış və hesab üzrə heç bir əməliyyat aparılmamışdır. Cavabdeh2 tərəfindən 4000 manat məbləğində İddiaçı pul verildiyi təsdiqləndiyindən tələbləri 22000 manat məbləğində pulun deyil, 18000 manat pulun cavabdehlərdən tutulub İddiaçı verilməsidir. Cavabdeh2 "xxxx" ASC -nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Cavabdeh2 iddiaçıdan banka qoymaq adı ilə pul alması və mənimsəməsinin işəgötürənin (bankın) tapşırığı əsasında yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlıdır. Çünki ziyanın Cavabdeh2 əmək vəzifələrinin icrası ilə bağlı vurulması Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Ona görə də "xxxx" ASC-dən 18000 manat pulun tutularaq İddiaçı verilməsi barədə tələbləri qanuni və əsaslıdır. Tərəflər arasında yaranmış mübahisə cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və hökm əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının müraciətinə əsasən bankın “Gəncə” filialında onun adına hesab açmış, həmin hesaba mədaxil etmək adı ilə İddiaçı xx.xx.2017-ci il tarixdə 22000 manat pulu bankın X18 inzibati binasında alaraq həmin pulu iddiaçının bankda qeyd olunan hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləməklə İddiaçı məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir.

15. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X13 iddianı banka münasibətdə qəbul etmədiyini bildirməklə izahatında qeyd etmişdir ki, sözügedən məbləğin bankla heç bir əlaqəsi yoxdur. İddiaçı və Cavabdeh2 bir-birilərini şəxsən tanımışlar. Bankın bu məsələdə heç bir marağı yoxdur. İddianın "xxxx" ASC-yə münasibətdə rədd olunmasını məhkəmədən xahiş etmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 18000 manat pul və 144 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəz ərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə Cavabdeh2 zərərçəkən şəxs (hazırki iddiaçı) İddiaçı da 22000 manat pulunu dələduzduq yolu ilə ələ keçirməsində təqsirli bilinmiş və ona verilmiş ittihamda X6 Beynəlxalq Bankın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim etməklə vəzifə saxtakarlığı törətdiyi göstərilmişdir.

18. İddiaçı iddia edir ki, Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. İddiaçı, Cavabdeh2 bankın adından müəyyən sənədləşmə işləri apardığını və bu barədə 500 nömrəli qəbz verildiyini iddia etsə də, bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunan 500 nömrəli qəbzin surətinin məhkəməyə təqdim olunması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə sorğu verilmiş, cavab olaraq cinayət işinin materiallarında belə bir qəbzin mövcud olmadığı qeyd edilmişdir. Bununla yanaşı məhkəmə tərəfindən cinayət işinin materiallarına baxış keçirilmiş, baxış zamanı bankın adından İddiaçı belə bir qəbz verilməsi aşkar olunmamışdır. Göründüyü kimi Cavabdeh2 ilə iddiaçı arasında bankın adından müəyyən sənədləşmə işləri aparılması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir

19. Məhkəmə öz mövq eyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1 və 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin "xxxx" ASC-yə münasibətdə təmin edilməməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx"ASC-nin Gəncə şəhər filialının X1 8 müdiri vəzifəsində işləyərkən onun "xxxx" ASC-nin Gəncə şəhər filialının X8 ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə ondan xx.xx.2017-ci il tarixdə 22000 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Gəncə şəhər filialının X18 inzibati binasında alaraq, guya onun ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzinə hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə ona təqdim etmişdir. Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə o, zərərçəkmiş şəxs qismində tanınmış və hökm əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 onun müraciətinə əsasən bankın Gəncə filialında onun adına hesab açmış, həmin hesaba mədaxil etmək adı ilə ondan x x.xx.2017-ci il tarixdə 22000 manat pulu bankın X18 inzibati binasında alaraq həmin pulu onun bankda qeyd olunan hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləməklə ona məxsus xeyli miqdarda aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İşin əsli ondadır ki, Azərbaycan Beynaxalq Bank ASC-dən ona məktub daxil olmuşdur ki, onun qoyduğu depozit növü ləğv olunmuş və növbəti dəfəyə uzadılmayacaqdır. Ona görə də, bankda mövcüd olan digər depozit növünə pulunu yatızdırmağı təklif olunmuşdur. Cəlil ona Gəncə filialında öz adına yığdığı 21657 manat pulu çıxardaraq 12 faizlə onun, yəni Cəlilin özünün işlədiyi şöbədə depozita qoymağını təklif etmişdir. O da xx.xx.2017-ci il tarixdə 21657 manat pulunu çıxardaraq üstünü də düzəldib 22000 manat edərək həmin pu lu depozitə qoymaq üçün Beynǝxalq bankın Gəncə filialının X18 müdiri Cavabdeh2 yanına getmişdir. Şöbədə kompyuterdə işləyən Aysel adlı qız sənədləri çıxartdıqdan sonra Cəlil sənədləri ona imzalatmış va o, pulu Cəlilə vermişdir. Cəlil şöbədə pulu ondan qəbul edərək əmanət kitabçasını və depozit müqaviləsini imzaladıb, pulu sayaraq götürmüş və ona kassa mədaxil orderi vermişdir. Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Cavabdeh2 ondan banka qoymaq adı ilə pul alması və mənimsəməsinin işəgötürənin (bankın) tapşırığı əsasında yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlıdır. Çünki ziyanın Cavabdeh2 əmək vəzifələrinin icrası i lə bağlı vurulması Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu iltarixli 1(100)-11/2019 saylı hökmü ilə öztəsdiqini tapır. Ona görə də hesab edir ki, "xxxx" ASC-dən və Cavabdeh2 18000 manat pulun tutularaq ona verilməsi barədə tələbi qanuni və əsaslıdır

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, sözügedən məbləğin bankla heç bir əlaqəsi yoxdur. İddiaçı və Cavabdeh2 bir-birilərini şəxsən tanımışlar. Banka 22000 manat depozitə qoyulması ilə bağlı kassa mədaxil qəbzi mövcud olmamışdır. Belə ki, Cəlil "xxxx" ASC-də şöbə müdiri işləmiş, pulu götürmək səlahiyyəti olmamış, verilən kreditləri qəbul etmişdir. Bankın bu məsələdə heç bir marağı yoxdur. Ona görə də, apellyasiya şikayətini n təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1896/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və İslam Həsənov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2099/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 18000 manat pul və 144 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya in stansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə səzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə Cavabdeh2 zərərçəkən şəxs (hazırki iddiaçı) İddiaçı da 22000 manat pulunu dələduzduq yolu ilə ələ keçirməsində təqsirli bilinmiş və ona verilmiş ittihamda təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə X6 Beynəlxalq Bankın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatla r daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası ilə işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətdiyi göstərilmişdir. 2018-ci ilin fevral ayında iddiaçı hesabından 4000 manat pul lazım olduğunu bildirdiyi üçün o, özü düzəltdiyi 4000 manat pulu ona vermişdir ki, şübhələnməsin. İddiaçı iddia etmişdir ki, Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC də həmçinin, işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır.

25. İddiaçı vurulmuş zərərin əvəzinin tələb etməsi üçün "xxxx" ASC -yə qarşı tələb hüququ yaranmışdır. Belə ki, mülki hüquq pozuntusu Cavabdeh2 təqsiri ucbatından baş versə də, "xxxx" ASC Cavabdeh2 işəgötürəni olduğundan cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Ona görə də, İddiaçı dəymiş zərər kimi ödənilmiş 18000 manat pul və ödənilmiş 144 manat dövlət rüsumu tutularaq cavabdeh "xxxx" ASC-dən tutulmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə 18000 manat pulu ələ keçirərək dələduzluq etməkdə cavabdeh X3 təqsirli olması müəyyən edildiyindən "xxxx" ASC -nin cavabdeh X7 qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

26. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1099.1, 1099.2 və 1114.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil2 oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü tarixli, 2(104)-1896/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, həmin iş üzrə iddianın ABB-yə münasibətdə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədən də göründüyü kimi, əsaslandırıcı hissədə məhkəmə yalnız adları çəkilən normaları sadalamaqla kifayətlənmiş, həmin normaların hazırki işin halları ilə nə dərəcədə əlaqəli olması və həmin əlaqənin mahiyyət etibarı ilə kökündə duran məqsədin nədən ibarət olması barədə heç bir əsaslandırma etməmiş, sadəcə bir cümlə ilə “İddiaçı vurulmuş zərərin əv əzinin tələb etməsi üçün "xxxx" ASC - yə qarşı tələb hüququ yaranmışdır ” kimi qeyd etməklə kifayətlənmişdir. Halbuki həmin maddələrin tətbiq olunma şərtləri aydın şəkildə izah olunsaidi, bu zaman işəgötürən olaraq Bankın məsuliyyətinin hədləri müəyyən olunar və düzgün nəticəyə gəlinərdi. Belə ki, hazırki məzmunlu mübahisələrə baxılarkən ilk növbədə aydınlaşdırılmalı məsələ işəgötürənin işçinin vurduğu zərərə görə məsuliyyət daşıması üçün sonuncunun üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olub-olmamasının aydınlaşdırılmasından irəli gəlməlidir. Hazırki iş üzrə "xxxx" ASC tərəfindən işəgötürən olaraq Cavabdeh2 iddiaçının depozitdə olan pulunu məxaric edərək nağd qəbul edib ona ziyan vurulması ilə bağlı hər hansı göstəriş verilməmiş, Cavabdeh2 belə bir səla hiyyəti olmadığından bu epizod sırf tərəflər arasında olan köhnə tanışlıq və dostluq münasibətlərindən (etimad) yaranmışdır. Buna görə də hesab edirlər ki, məhz iddiaçının yuxarıda da qeyd edildiyi kimi depozitdə olan vəsaiti məxaric edərək sonuncuya verilməsi halı ona ziyan dəyməsi (delikt) kimi qiymətləndirilə bilməz. Hazırki mülki iş üzrə cavabdeh olaraq Bank tərəfindən Cavabdeh2 belə bir tapşırıq verilməmiş, onunla bağlanılan əmək müqaviləsində və ya vəzifə təlimatlarını müəyyən edən digər hər hansı sənəddə ona belə bir vəzifə həvalə edilməmişdir. İşin hallarından da göründüyü kimi iddiaçı heç də öz bildirdiyi kimi Bankla əmanət (depozit) münasibətlərinə daxil olmaq niyyətində olmamış, Cavabdeh2 pul verərkən onun depozitə qoyulmadığını bilmiş və aralarındakı münasibət faizə borc pul ve rilməsindən başqa bir şey olmamışdır. Beləliklə, bütün bunlar da onu deməyə əsas verir ki, hazırda iddiaərizəsində qeyd edilən məbləğin cavabdeh olaraq ABB ASC-dən tutula bilməsüiçün heç bir qanuni və hüquqiəsasmövcud deyildir.

29. İddiaçı apelyasiya şikayəti verərək “Gəncə şəhər Məhkəməsinin e-2(125)2099/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin "xxxx" ASC-nə münasibətdə təmin edilməməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını”xahiş etmiş, qətnamənin digər, yəni Cavabdeh2 münasibətdə təmin olunan hissəsi isə nə sonuncu, nə də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Təsadüfi də deyil ki, cinayət işi aparılan zaman da İddiaçı mülki iddianı həm ABB-yə, həm də Cavabdeh2 qarşı qaldırmış və sonradan öz ərizəsi əsasında iddia baxılmamış saxlanılmışdır. Bütün bunlar isə o deməkdir ki, apelyasiya baxışının hədlərini yalnız iddianın ABB-yə münasibətdə təmin olunmasının mümkünlüyü məsələsi təşkil etməli idi. Lakin apelyasiya instansiya məhkəməsi həmin hədlərdən kənara çıxaraq bu hissədə heç bir şikayət olmamasına baxmayaraq qətnaməni tamamilə ləğv etmiş, iddianı Cavabdeh2 münasibətdə rədd etmiş, pulun tutulmasını yalnız ABB-yə şamil etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına birbaşa olaraq zidd olmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxılma hədlərindən kənara çıxaraq ciddi prosessual pozuntuya yol vermişdir.

30. Apellyasiya instansiyası məhkəməsi işin lazımi qaydada araşdırılmasını təmin etməmişdir. Belə ki, ilk növbədə iddiaçı öz iddia ərizə sində Cavabdeh2 tərəfindən aldadıldığını iddia edərək əvvəlcə Bankın Gəncə filialına 21657 manat pul depozitə qoyduğunu, sonradan həmin depozit növü ləğv edildiyindən pulu məxaric edərək və 22.000 manata tamamlayaraq guya cavabdehin təkidi ilə bu dəfə artıq Yeni Gəncə şöbəsinə yenidən depozitə qoymaq istəmiş və bununla bağlı müvafiq sənədləri imzalamışdır. İddiaçının bu qeyd etdiklərinin özündə bir anlaşılmazlıq mövcuddur. Belə ki, iddiaçı öncədən qoyduğu depozit şərtlərinin artıq mövcud olmaması səbəbindən pulunu məxaric etdiyini və yeni şərtlərlə qoymaq istədiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, Bankın bütün əmanət (depozit) məhsullarının şərtinə əsasən müqavilənin bitmə tarixində Bankda bu müqavilə bağlanarkən müəyən olunmuş şərtlərlə əmanət məhsulu mövcud olmadığı halda, Müqavilə həmin bitmə tarixində Bankda müqavilə müddətində cari ildə mövcud olan əmanət şərtləri ilə uzadıla bilər. Yəni məsələn, şəxs 2019-cu ilin yanvar ayında 12% hesablanmaqla əmanət yerləşdirərsə və 2020-ci ilin yanvar ayından etibarən bütün Bank üzrə əmanətfaizi 10% müəyyənləşdirilərsə, müqavilənin uzadılması halında avtomatik olaraq həmin şərtlərlə əmanətin faizi 10%- lə hesablanmış olacaqdır. Lakin buna baxmayaraq iddiaçı guya nədənsə pulunu məxaric etmək ehtiyacı duymuş və bunu məhz yeni əmanət məhsulu ilə faizin hesablanması üçün etmişdir. Halbuki qeyd edildiyi kimi bunun üçün pulun məxaric edilməsinə ehtiyac yox idi.. Bu da onu göstərir ki, iddiaçı Cavabdeh2 növbəti dəfə pulu təqdim edərkən onun depozitə qoyulması məqsədi güdməmiş, həmin pulun heç də depozit hesabına yerləşdirilməyəcəyi ni və cavabdehə borc olaraq verdiyini bilmiş və məqsədli hərəkət etmişdir. İddiaçı Bankla əmanət (depozit) münasibətlərinə girmək istəməmiş və heç girməmiş, Cavabdeh2 ilə aralarında olan sövdələşmə ilə əlaqədar onun özünə borca və faizə pul vermişdir. Bundan əlavə qeyd etmək istəyirik ki, iddiaçı özü 22.000 manat pulu Banka depozitə qoymaq istədiyini və bu niyyətlə sənədləri imzaladığını bildirsə də, hazırda diqqət etsək, cavabdehlərdən tələb edilən məbləğ sırf guya qoyulan əsas pul məbləğindədir və hesablanmalı (əgər, doğrudan da, depozitə qoyulmuşdursa) faizlər tələb edilməmişdir. Heç müqavilənin hansı faizlə bağlandığı belə məlum deyildir. Aydın məsələdir ki, əgər iddiaçı pulu depozitə qoysa idi, ötən müddət ərzində ona hesablanmalı olan faizləri də tələb etməli idi. Lakin göründüyü kim i iddiaçı hazırda konkret olaraq bir məbləğ tələb etmiş, bununla da niyyətinin Bankla depozit müqaviləsi bağlamaq olmadığını bir daha təsdiq etmişdir. Əlavə olaraq o da qeyd edilməldir ki, iddiaçının istinad etdiyi Gəncə Ağır CinayətlərMəhkəməsinin 1(100)- 11/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü üzrə zərərçəkmiş şəxs məhz iddiaçının özü olmuş, iddiaçı ona vurulan 18.000 manat maddi ziyanın ödənilməsinə dair müvafiq olaraq mülki iddia qaldırmış, sonradan ərizə onun öz xahişi ilə baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə ona hər hansı aidiyyatı olmayan, cinayət işində sadəcə adı keçən bir şahidin qeyri-dəqiq ifadəsinə əsaslanaraq mövcud faktları təhrif etmiş və bu da yanlış nəticəyə gəlməyə səbəb olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən halların həqiqiliyinə heç bir əhəmiyyət verilməmiş, göstərilənlər arasındakı səbəbli-əlaqənin aşkar edilməsi ilə bağlı heç bir zəruri addımlar atmamış və beləliklə, səhv nəticəyə gələrək əsassız qətnamə qəbul edilməsinə zəmin yaratmışdır. Beləliklə, qeyd edilənlərə əsasən hesab edirlər ki, işin faktiki hallarının düzgün qiymətləndirilməməsi ilə yanaşı, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual normalarının tətbiqində də yuxarıda göstərilən yanlışlıqlara yol v ermişdir və bütün bunlar qətnamənin kassasiya instansiyası qaydasındaləğv olunması üçün əsasdır.

31. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2,1099.1,1099.2- ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.3, 372.6-cı maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı (nümayəndə və vəkil Nümayəndə1) kassasiya şikayətinə etiraz edərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)1896/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birb aşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

36. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin v ə ya fəaliyyət göstərməli olsun.

37. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.

49. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə l əğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul eilməlidir.

50. Belə ki, iddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 18000 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin apellyasiya məhkəməsi vurulmuş zərərin sadəcə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmalı olması nəticəsinə gəlmişdir.

51. İşin mübahisəsiz halıdır ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər M əhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə səzasına məhkum edilmişdir. Qeyd olunan cinayət işi üzrə Cavabdeh2 zərərçəkən şəxs (hazırkı iddiaçı) İddiaçı da 22000 manat pulunu dələduzduq yolu ilə ələ keçirməsində təqsirli bilinmiş və onun təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə X6 Beynəlxalq Bankın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası ilə işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətdiyi sübut edilmişdir. 2018-ci ilin fevral ayında iddiaçı hesabından 4000 manat pul lazım olduğunu bildirdiyi üçün o, özü düzəltdiyi 4000 manat pulu ona vermişdir ki, şübhələnməsin.

52. Yəni, Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədi vaxt İddiaçı vurduğu 18000 manat məbləğində zərər əmək vəzifələrinin icrası zamanı baş vermişdir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədal ətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

54. Göründüyü kimi cavabdeh Cəli Əlizadənin iddiaçıya vurduğu zərərə görə digər cavabdeh "xxxx" ASC ilə birgə məsuliyyət daşıyır.Ona görə də iddiaçı hər iki cavabdehə qarşı iddia qaldırmışdır.Apellyasiya məhkəməsi iddianı sadəcə cavabdeh "xxxx" ASC-yə qarşı təmin etməkdə haqlı olmamışdır.

55. İddiaçı (nümayəndə v ə vəkil Nümayəndə1) kassasiya məhkəməsinə elektron kabinet vasitəsilə cinayət işi üzrə materiallar təqdim etsə də, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsi sübutları qəbul etmir onlara hüquqi qiymət vermir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Yuxarıda göstərilənlərə görə də cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli,Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli 2(104)-1896/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada 18000 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli 2(104)-1896/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada 18000 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar