Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-859/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 xxx oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsindən irəli gələn pul tələbi, iddia müddəti ilə bağlı sübutetmə, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlunun ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1131/2 024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı xx.xx.2017-ci il tarixdə atası Cavabdeh3 ünvan 2 ünvanında yerləşən adına olan əraziyə (ümumi sahəsi 0,22 ha) sərəncam verməyi alğı-satqı müqaviləsini imzalamağı, notariatlarda nümayəndəsi kimi iştirak etməyi, ona çatası pul məbləğini çıxarmasını, sənədləri imzlamağı və bu məsələ ilə bağlı bütün tələb olunan sənədləşmə işlərini aparmağı etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir.
3. AN-İ № **** *** nömrəli, 9 sentyabr 2017-ci il tarixdə qeydə alınmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən, satıcı İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30.000 manata satmışdır. Müqavilə satıcı tərəfindən İddiaçı nümayəndəsi Cavabdeh3 tərəfindən, alıcı tərəfindən isə Cavabdeh1 nümayəndəsi xxx tərəfindən imzalanmışdır.
4. Başqa bir mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən imzalanmaqla, onların arasında Bakı şəhərində bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”nə görə: 1). tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda barışıq yolu ilə həll etmək üçün hazırkı ba rışıq sazişini bağlayırlar; 2). İddiaçı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək “ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin alğı-satqısına dair Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 9 sentyabr 2017-ci il tarixli 4Ə-776 reyestr nömrəli müqavilənin etibarsız sayılmasını” tələb etmişdir; 3). Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər və təsdiq edirlər ki, ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) qeydiyyat üçün hər bir sotu 5.800 manat olmaqla Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ümumilikdə 127.600 manat məbləğində pul ödənilmişdir; 4). Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, onun ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır; 5). Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, Qəbələ rayon məhkəməsində qaldırdığı iddianın məqsədi etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin satışı nəticəsində əsassız olaraq varlandığı 97.600 manat məbləğində pulu ondan alınmaq üçün zəruri sübutları təmin e tmək və sonradan 97.600 manat məbləğində pulu Cavabdeh3 almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmaqdır; 6) Hazırkı barışıq sazişinə əsasən İddiaçı Cavabdeh1 hazırkı barışıq sazişinin 7-ci maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür – 6.1. Cavabdeh1 qarşı qaldırdığı iddiasından imtina etməyi; 6.2. ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh1 qarşı heç bir iddia qaldırmamağı və həmin torpaq sahəsini Cavabdeh1 geri tələb etməməyi; 6.3. Qəbələ rayon məhkəməsinin icraatında olan e2(025)-900/2023 nömrəli iş üzrə iddiası təmin edildiyi təqdirdə ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini heç bir ödəniş olmadan Cavabdeh1 satmağı və bu məqsədlə zəruri alğı-satqı müqaviləsini icra etməyi öhdəsinə götürür. Bu halda çəkilən xərc tərəflər arasında bərabər şəkildə bölünməlidir; 7) Hazırkı barışıq sazişinə əsasən Cavabdeh1 İddiaçı hazırkı barışıq sazişinin 6-cı maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür – 7.1. Qəbələ Rayon Məhkəməsinin icraatında olan e2(025)900/2023 nömrəli işə baxılarkən ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5.800 manat olmaqla ümumikdə 127.600 manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ödənilməsini məhkəmədə verəcəyi ifadəsində təsdiq etməyi; 7.2. ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5.800 manat olmaqla ümumikdə 127.600 manat məbləğində pula alınması və həmin məblə ğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi; 8). Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir; 9). Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq. 10) Hazırkı barışıq sazişinin hər hansı bir bən dinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. 11) Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir; 12) Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb: 13). Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər; 14) Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir: 15) Hazırkı barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırkı barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə və lazımi qaydada icra edənə qədər qüvvədədir.
5. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-900/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barə də ərizəsi təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102.600 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının atası, Cavabdeh2 isə anasıdır. İddiaçı 5 aprel 2013-cü ildə 4Ə-443 saylı alğı-satqı müqaviləsi əsasında 0,22 ha torpaq sahəsini satın almış və mülkiyyət hüquqları ********** nömrəsi ilə 30 aprel 2013cü ildə qeydiyyata alınmışdır. İddiaçı valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Niyyəti isə Bakı şəhərində bir neçə ev almaq olmuşdur. İddiaçı özü ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından, atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. Həmin torpağın bir sotunun dəyəri 8.000-10.000 manat aralığında olduğundan razılaşmışlar ki, qiyməti iddiaçı ilə razılaşılaraq satılacaqdır. 2017-ci ildə valideynləri iddiaçıya zəng vuraraq bildirmişlər ki, torpağı istəyən vardır, ancaq pulunu tam şəkildə ödəyə bilmir, hissə-hissə ödəyəcəkdir. İlkin olaraq torpağın pulundan 25.000 manat pul ödənildiyini bildirmişdir. 2022-ci ilin yayında isə iddiaçı Azərbaycana gələrkən məlum olmuşdur ki, atası xxx həmin torpağın hamısını 9 sentyabr 2017-ci ildə satıb və həmin pulun bir hissəsi ilə 40.000 manata iddiaçının anası Cavabdeh2 adına 30 aprel 2018-ci ildə ünvan 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsin 0,065 ha olan fərdi yaşayış evi satın almışdır. Beləliklə, 7 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan ünvan 7 ünvanda yerləşən 0,22 ha torpaq sahəsini 9 sentyabr 2017-ci ildə Cavabdeh1 Qəbələ “Asan xidmət” mərkəzində notariat kontorunda satmış və iddiaçıya da bu barədə bildirməmişdir.
8. İddiaçı məhkəmədə cavabdehlərə qarşı torpağın satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldıraraq göstərirmişdir ki, torpağın qiyməti iddiaçı ilə razılaşdırılmadan satıldığından və iddiaçı Cavabdeh3 0,22 ha torpağını 30.000 manata satılmasına etibarnamə vermədiyindən müqavilə etibarsız sayılmalıdır. Ancaq Cavabdeh1 keçirilən məhkəmə iclasında nümayəndə və vəkillə təmsil olunaraq bildirmişdir ki, həmin torpağın sotunu 5.800 manat olmaqla, cəmi 127.600 manat vəsait ödəməklə satın almış və buna dair sübutları təqdim edəcəkdir. Bununla əlaqədar Cavabdeh1 nümayəndəsi Nümayəndə3la iddiaçının nümayəndəsi barışıq sazişi imzalanmış, həmin sazişdə Cavabdeh1 həmin torpaq sahəsinin sotunu 5.800 manata satın alındığı və cəmi 127.600 manat pulun iddiaçının alğı-satqı müqaviləsi üzrə nümayəndəsi Cavabdeh3 ödənildiyi təsdiq olunmuşdur. Cavabdeh1 öz üzərinə 127.600 manat pulun Cavabdeh3 ödənilməsinə dair sübutları təqd im edəcəyini öhdəsinə götürmüşdür. Ancaq iddiaçıya cəmi 5 ödəniş tarixçəsini təqdim etmişdir: 11 sentyabr 2017-ci il tarixdə X3 adından X8 19.000 rus rublu, 3 oktyabr 2017-ci il tarixdə 4.000 ABŞ dolları, 3 noyabr 2017-ci il tarixdə xxx xxxun adından Cavabdeh3 5.000 ABŞ dolları, 5 dekabr 2017-ci il tarixdə xxx xxxun adından xxxə 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə xxx xxxun adından xxxə 237.600 rus rublu. Halbuki, Cavabdeh1 127.600 manat pulu ödədiyini və buna dair sübutları təqdim edəcəyini göstərirdi. Nə qədər ki, Cavabdeh1 həmin torpaq sahəsini 127.600 manata satın aldığını göstərir, eyni zamanda torpağın dəyərinin həmin vaxt o qiymət olduğunu təsdiq edir, 9 sentyabr 2017-ci ildə hər iki tərəf iddiaçının əmlakından əsassız varlanıb.
9. Cavabdeh3 iddiaçıya çatmalı vəsaiti ödə məyərək arvadı (iddiaçının anası) Cavabdeh2 adına 30 aprel 2018-ci ildə rəsmləşdirilməklə ümumi birgə mülkiyyətdə olan ünvan 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0,065 ha olan fərdi yaşayış evini satın almış, Cavabdeh1 127.600 manat dəyərində olan əmlakın dəyərini tam ödəməmişdir.
10. Həmçinin qeyd olunmalıdır ki, həqiqətən də Cavabdeh1 9 sentyabr 2017-ci ildə torpağa dair alğı-satqı müqaviləsi bağladıqdan sonra torpağın borclu qaldığı hissəsini ödəməkdə davam etmişdir. İddiaçı ilə Cavabdeh1 barışıq sazişi bağlayaraq təsdiq və bəyan etmişdir ki, ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. Ancaq onun əmlakı hesabına varlanmış şə xslər əldə etdikləri qazancı iddiaçıya qaytarmalıdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili göstərmişdir ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, xxx xxx və Cavabdeh2 arasında olan telefon danışıqlarında Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin Cavabdeh1 satışından onun və həyat yoldaşı Cavabdeh3 127.600 manat almasını etiraf etmişdir.
13. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, əslində onun təmsil etdiyi şəxslər bu prosesdə olmağı arzu etməyən şəxslərdir. Təmsil etdiyi şəxslər uzun illərdir ki, Rusiya Federasiyasında Kam çatkada yaşayırlar. Cavabdeh1 əri xxx müəllim Rusiya Federasiyası vətəndaşıdır. İradə xanım işləmir, evdar xanımdır. xxx müəllim bizneslə məşğul olur, kifayət qədər maddi imkanı var. Torpaq alınan ildə onlar Bakı şəhərində 2-3 yerdə ev almışlar. İşdə adı keçən X14 xxxanın doğma dayısıdır. İradə xanım dayısına deyib ki, ev almaq istəyirlər və ondan maraqlanmasını istəmişdir. xxx müəllim də Mingəçevirdə yaşayır. Axtarıb maklerlər vasitəsi ilə, yekun olaraq bu torpaq sahəsini almaq qərarına gəlmişlər. Pulun müqavilədən kənar verilməsinə İradə xanım da, xxx müəllim də xxx müəllimə irad tutmuşlar, xxx müəllim də demişdir ki, xxx köhnə kişilərdəndir, o pulu almağını heç vaxt danmaz. 2017-ci ilin iyuniyul aylarında İradə xanım da, xxx müəllim də Azərbaycana gəlmişlər. Gəlib Qəbələdə torpaq sahə sinə baxış keçirmiş və qiyməti danışıb razılaşmışlar. Lakin həmin dövrdə İddiaçı etibarnaməsi olmadığına, özü də Almaniya Federativ Respublikasında olduğuna görə alğı-satqı müqaviləsini icra edə bilməmişlər. İyul ayının sonu, avqust ayının əvvəllərinə qədər onlar Azərbaycanda olmuşlar. Həmin dövrdə bir dəfə əlbəəl 40.000 manat, bir dəfə də 30.000 manat olmaqla, 70.000 manat pulu müqavilə bağlanana qədər özləri Cavabdeh3 vermişlər. Heç kim 128.000 manata satdığı torpağın əsas məbləğini sona saxlamaz. 70.000 manat təqdim etmişlər. Avqustun sonunda onlar Azərbaycandan getmişlər. 30.000 manatı alğı-satqı vaxtı təqdim etmişlər. Qalan pulu da xxx müəllimə ödəmişlər. Bir dəfə təcili pul lazım olub, onda da xxx müəllimin adına göndərmişlər. Telefon danışıqlarında da özləri etiraf edib, pulu harada, neçə aldıqlarını özləri demişlər. Simuzər xanım da, onların kürəkəni Zəfər müəllim də telefon danışığında hər şeyi özləri etiraf etmişdir. Buna görə də iddia tələbi Cavabdeh1 münasibətdə rədd olunmalıdır.
14. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisənin əsasını təşkil edən hal odur ki, 2017-ci il tarixində bağlanılmış və alğı-satqıdan əldə olunmuş vəsaiti Cavabdeh3 iddiaçının etibarnamə üzrə nümayəndəsi qismində iddiaçıya verməyib və nəticədə əsassız olaraq varlanıb. Lakin Cavabdeh3 əvvəlki iddia tələbinə qarşı etirazında və iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi daşınmaz əmlakın alğısatqı müqaviləsində əldə olunan vəsaitdən 28.000 manatını iddiaçının razılığı ilə Bakı şəhər ində yerləşən “Melisa Park” Yaşayış Kompleksindən mənzilin alınması üçün verildiyini, 2.000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirmişdir. Yəni satışdan əldə edilmiş 30.000 manat məbləğində pulun hamısı iddiaçı üçün xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən ona, Cavabdeh3 ödənildiyi qeyd edilmişdir. Belə ki, 11 sentyabr 2017-ci il tarixdə xxx xxxun adından xxxə 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə xxx xxxun adından xxxə 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə xxx xxxun adından Cavabdeh3 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə xxx xxxun adından xxxə 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə xxx xxxun adından xxxə 237.000 rus rublu göndərilib. Göründüyü kimi pulun verilib alınması xxx xxx ilə xxx arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə xxx xxxun adından 5.000 ABŞ dollarının alınması Cavabdeh3 arasında olmuşdur. Bunna görə də xxx xxxun adından iddia qaldırmaq üçün müvafiq olaraq İddiaçının hər hansı subyektiv hüququ yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Digər tərəfdən isə xxx xxx mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın müddət keçdiyindən və ötən müddə t ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Mülki Məcəllənin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Əslində isə xxxin atasından torpaq qalıb, həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdə müəyyən çətinlik olduğuna görə ailə arasında razılıq əsasında xxxin qardaşı torpaq sahəsini iddiaçı Anarın adına alğı-satqı qaydasında rəsmiləşdirib. Lakin həmin torpaq sahəsində bütün ailə üzvlərinin payı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili iddia müddətnin tətbiqi barədə ərizə də vermişdir.
16. Birinci instansiya məhkəməsində şahid X2 (Cavabdeh3 qardaşı) göstərmişdir ki, anasından və atasından qalmış torpaq sahəsi vərəsəlik qaydasında onun adına keçirilmişdir. Razılaşmışlar ki, sonradan həmin torpaq sahəsini bölsünlər. Torpaq sahəsi 88 sot olmuş, 4 nəfər arasında bölünmüş, hərəyə 22 sot torpaq düşmüşdür. Bir qardaşı, bacısı ona heç nə deməmişlər. xxx isə onlara düşən torpaq sahəsini oğlu Anarın adına keçirilməsini tələb etmişdir. Onunla razılaşmış və notariusa getmişlər. Notariusda dövlət rüsumlarını Anar ödəmişdir. Həmin vaxt xxx də, Anarın anası da yanlarında olmuşlar. Notariusa gedəndə orada qeydiyyatı aparana demişdir ki, o, torpaq sahəsini satmır, qardaşının oğluna bağışlayır. Sənədlər hazır olandan sonra onlara demişlər ki, sənədləşməni alğı-satqı kimi hazırlamışlar. Qardaşı və onun ailəsi etiraz etməmişdir deyə, o, da heç nə deməmişdir. Torpağı öz adlarına sənədləşdirlən onlar olduğundan o, da etiraz etməmişdir. Notariusda onlara demişlər ki, alğı-satqı ilə bağışlamanın rüsumu eynidir. Onlar da ata-oğul razılaşmışlar.
17. Birinci instansiya məhkəməsində şahid X9 verdiyi ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsi qayınatasına qalmış torpaqdır. Torpaq sahəsi satılanda o, iştirak etməmişdir. Qiymətini də İradə xanımdan eşitmişdir. Sözügedən torpaq sahəsi təxminən 127.000 manata satılmışdır. Bundan başqa kimin kimə nə qədər pul verdiyindən, kimin nə qədər pul aldığından məlumatı yoxdur. Torpaq sahəsi 22 sot olmuşdur. Böyük qaynı Anar (iddiaçı) Almaniyaya getmiş, balaca qaynı hərbi xidmətdədir. Qayınanası ilə qayınatasının köməyinə çatan odur.
18. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1279/2023 nömrəli, 14 noyabr 2023-cü il tar ixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102.600 manat pulunun və ödənilmiş 393 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Abbas Əliyev)
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin özünün verdiyi etibarnamə əsasında Cavabdeh1 satması işin mübahisəsiz halıdır. Alğı-satqı əsasında Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənilmiş pulun məbləği isə tərəflər arasında mübahisəli haldır. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin alğı-satqısı nəticəsində Cavabdeh1 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5.800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127.600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi də təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Sumuzər Xəlilovanın vəkili və etibarnamə üzrə nümayəndəsi alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin 127.600 manata satılması ilə bağlı razılaşmır.
20. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh1 127.600 manata satması Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsinin etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e-2(025)-900/2023 n ömrəli mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, iş materiallarında olan iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, xxx xxx və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, xxx xxx və xxx arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir.
21. Birinci instansiya məhkəməsi onu da diqqətə çatdırmışdır ki, Cavabdeh2 Cavabdeh1 və xxx xxx ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127.600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həya t yoldaşıxxxun məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirilmişdir. Cavabdeh1, xxx xxx vəxxx arasında olan telefon danışıqlarında isəxxx iddiaçının mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127.600 manata satılması barədə məlumatlı olduğunu bildirmiş, həmçinin məhkəmə iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu etiraf etmişdir.
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan iddiaçıya məxsus torpaq sahəsinin gəlirindən əldə etdiyi 127.600 manat pulun 102.600 manatını qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddia olunan 102.600 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmal ıdır.
23. Birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı mövqeyi belə olmuşdur ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləği Cavabdeh3 və Cavabdeh2 verilməsi öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
24. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qiymət bildirərək, etirazda göstərilən dəlilləri əsassız olmaqla formal mülahizələrə söykənmiş dəlillər kimi q iymətləndirmişdir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.7, 386.1, 1091, 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
26. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, 102600 manat pulun müştərək qaydada Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmas ını xahiş etmişdir.
27. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı 102600 manat pulun Cavabdeh1 tərəfindən ödənilməsinə dair disk təqdim olunsa da, iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirakı olmadığından və həmin pulu aldıqlarını nümayəndələri etiraf etmədiklərindən, həmin vəsait müştərək qaydada Cavabdeh1 da alınmalı idi. Məhkəmə nəzərə almamışdır ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş barışıq sazişindən görünür ki, torpaq sahəsi 127.600 manata satılmışdır. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir.
28. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ap ellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
29. Apellyasiya şikayəti iddaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
30. Apellyasiya baxışında iddiaçını sifarişi əsasında “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərtib etdiyi 05 fevral 2024-cü il tarixli arayışa əsasən ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyəri 8.000-10.000 manat olmuşdur.
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-316/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş-cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102.600 manat və 393 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid olan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev, və Ələddin Məcidov)
32. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad etməklə səhvə yol vermişdir. İddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər. Hazırkı iş üzrə iddia tələ binin qanuni əsasını Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir.
33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qismən, yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsaslı, Cavabdeh1 münasibətdə isə əsassızdır. Belə ki, Cavabdeh1 vicdanlı alıcı statusunu daşıyır.
34. Daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakı əldə edən şəxs, yəni iş üzrə Cavabdeh1 belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir.
35. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləğinin Cavabdeh3 verilməsi öz təsdiqini tapmışdır.
36. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin Cavabdeh3 aid hissəsini əsaslı sayaraq göstərmişdi r ki, iddiaçı mübahisədə adı keçən torpaq sahəsinin alğı-satqısı nəticəsində Cavabdeh1 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5.800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127.600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə3 da təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və torpaq sahəsinin 127.600 manata satılması ilə bağlı razılaşmır.
37. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” dis kdə olan Cavabdeh1, xxx xxx və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, xxx xxx vəxxx arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1, xxx xxx və Cavabdeh2 arasında olan telefon danışıqları əqdin (alğı-satqı müqaviləsinin) tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları İradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu Cavabdeh1, xxx xxx və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, xxx xxx vəxxx arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir.
38. Apellyasiya instansiya məhkəməsi eyni zamanda diqqətə çatdırmışdır ki, cavabdehin nümayəndəsi Cavabdeh3 torpaq sahəsini satdıqdan sonra onunla birgə nikahda olan ar vadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı məhz iddiaçıya məxsus vəsait əsasında almamasına dair hər hansı sübut təqdim etməmişdir.
39. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə iddiaçıya məxsus torpaq sahəsi satıldıqdan qısa müddət sonra Cavabdeh3 digər cavabdeh, arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı alması onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi 30.000 manata deyil 127.600 manata satılmışdır. Digər tərəfdən işdə olan X4 Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışına əsasən ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyəri 8.00010.000 manat olmuşdur.
40. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülməmişdir. Belə ki, iş materiallarınd a olan 9 sentyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mübahisəli torpaq sahəsini tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30.000 manata satmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. 7 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 etibarnamə əsasında ona məxsus olan torpaq sahəsini satmış və ona da bu barədə bildirməmişdir. İddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasında dərhal xəbərdar ola bilməzdi. Halbuki, hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə iddiaçının məhz 2017-ci il tari xdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir.
41. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi satıldıqdan qısa müddət sonra Cavabdeh3 digər cavabdeh, arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı alması onu deməyə əsas verir ki, həmin əmlaka dair ödənilən məbləğ iddiaçıya məxsus torpaq sahəsinin satışından əldə edilmiş pul vəsaiti hesabına alınmışdır. Həmin mülkün şəxsi vəsaiti hesabına alınmasına dair cavabdeh tərəf hər hansı bir sübut təqdim edə bilməmişdir.
42. Apellyasiya instansiya məhkəməsi cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək vurğulamı şdır ki, Cavabdeh3 28.000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” Yaşayış Kompleksindən mənzilin alınması üçün verildiyini, 2.000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirsə də, o, bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə cavabdeh tərəfindən ona cəmi 25.000 manat pul ödənildiyini bildirmişdir.
43. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin onlara məxsus olduğu bildirilən səs yazısının onların razılığı alınmadan açıq məhkəmə iclasında səsləndirilməsinin qanunvericilik normalarının və konstitusion hüquqların kobud şəkildə pozulması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək bildirmişdır ki, səs yazısı şəxsi to xunulmazlıq hüququnun pozulması, cavabdehin şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunması kimi qiymətləndirilə bilməz. Həmçinin, cavabdeh verdiyi şikayətində həmin səs yazısının ona məxsus olmasını mübahisələndirmədiyindən bu barədə əlavə araşdırmaya lüzum yoxdur. Yəni cavabdeh qeyd edilən səs yazılarının ona məxsus olmasını etiraf etmişdir.
44. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci, Ailə Məcəlləsinin 41.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunları na uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarların istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
45. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
46. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ap ellyasiya instansiyası məhkəməsi mülki mübahisəyə birtərəfli qaydada, iddiaçı şəxsin mənafeyini üstün tutmaqla yanaşmışdır. Məhkəmənin iddia tələbinə aidiyyəti olmayan Cavabdeh2 adına alınan 40.000 manat dəyəri olan əmlakın hansı pul ilə alınmasının sorğu-sual etməsi də gülünc doğurur. Belə ki, Cavabdeh3 və Cavabdeh2 uzun müddət birgə işləyərək təsərrüfat qurmaları və bu müddət ərzində iddiaçının tələb etdiyi kimi (102.600 manat) elə də böyük məbləğ olmayan 40.000 manat pulun qazanmaları mübahisəsiz olmalı və məhkəmə tərəfindən mübahisə predmeti kimi nəzərə alınmalı deyildi. Digər tərəfdən mülki qanunvericiliyə əsasən iddia tələbinin sübutetmə yükü cavabdeh şəxsin deyil, iddiaçı şəxsin üzərindədir. Məhkəmə mülki işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Alğı-satqı müqaviləsinə görə ödənilən pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın bir müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçmişdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, cavabdehlər tərəfindən məhkəməyə iddia tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuş, lakin apellyasiya məhkəməsinin iddia müddətinin ötürülməsinə dair münasibəti isə iddiaçının ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin qeyd edilən qiymətə satılmasından onun dərhal xəbərdar ola bilməməsi kimi fikri qeyd etmişdir. Halbuki iddiaçı şəxsən dəfələrlə torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasına gəlmiş, alınan vəsaiti dolayısı ilə qəbul etmiş, hər hansı etirazını bildirməmiş və uzun müddət susmuşdur. Bundan başqa, cavabdeh şəxs kimi Cavabdeh2 məxsus olduğu bildirilən səs yazısının onun razılığı alınmadan açıq məhkəmə iclasında səsləndirilməsi qanunvericilik normalarının və konstitusion hüquqların kobud şəkildə pozulmasıdır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1985/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv ed ilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
48. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq münasibətlərinin yaranması, yəni iddiaçıya məxsus torpaq sahəsinin onun verdiyi etibarnamə əsasında Cavabdeh1 satılması işin mübahisəsiz halıdır. Mübahisə torpaq sahəsinin alğı-satqı müqaviləsində göstərilən 30.000 manata deyil, iddiaçının iddia etdiyi 127.600 manata satılması, habelə iddiaçıya alğı-satqıdan əldə edilmiş vəsaitdən ödənilmiş məbləğ də daxil olmaqla, Cavabdeh1 tərəfindən Cavabdeh3 verilməsi iddia edilən həmin vəsaitin 102.600 manat hissəsinin iddiaçıya qaytarılmaması ilə bağlıdır; - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etməklə səhvə yol verməsi, iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələrinin tətbiq olunması barədə düzgün nəticəyə gəlmişdir; - həmçinin apellyasiya instansiya məhkəməsinin o mövqeyi də düzgündür ki, iddiaçı torpaq sahəsinin alğı-satqı müqaviləsində göstərilən 30.000 manata deyil, 127.600 manata satılmasını iddia etdiyi halda, sübutetmə qaydasını nizamlayan Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən bu halın sübut olunması vəzifəsi məhz iddiaçının üzərinə düşür; - lakin iddiaçı tərəfindən torpaq sahəsinin 127.600 manata satılması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsini təsdiq edən sübutl ar kimi işin faktiki hallarını araşdıran məhkəmələrə iddiaçının nümayəndəsi və vəkili kimi ilə Cavabdeh1 nümayəndəsi və vəkili arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evi alması barədə məlumat, Cavabdeh1, xxx xxx və Cavabdeh2 arasında olan telefon danışıqlarını əks etdirən “CD” disk təqdim edilmiş, bununla belə iddia ərizəsində Cavabdeh1 tərəfindən 127.600 manat məbləğinə aldığı torpaq sahəsinin dəyərinin tam ödənilmədiyi qeyd edilərək, iddia tələbi həmin vəsaitin müştərək qaydada Cavabdeh1 tutulması üçün sonuncuya qarşı da yönəldilməklə, habelə qeyd olunan tələbin təmin edilməməsi apellyasiya şikayətində mübahisələndirilməklə, iddiaçının özü tərəfindən təqdim ed ilmiş yuxarıda sadalanan sübutların mötəbərliyi şübhə altına alınmışdır; - həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirak etmədiklərindən, onları məhkəmədə təmsil edən nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh3 Cavabdeh1 torpağa görə iddia olunan pulu almasını etiraf etməmiş, alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığını, həmin pulun hamısının iddiaçıya verildiyini bildirmiş, mübahisəli torpaq sahəsinin 127.600 manata satılması ilə razılaşmamışdır; - məhkəmələr iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş, yuxarıda sadalanan sübutlara istinad etməklə yanaşı, torpaq sahəsinin 127.600 manata satılmasının məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən də təsdiq edilməsinə, apellyasiya instansiya məhkəməsi isə əlavə ol araq, ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat olması barədə Qəbələ Qiymətləndirmə MMC-nin 05 fevral 2024-cü il tarixli arayışına da istinad etmişdir; - ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat, yaxud Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 qeyd etdiyi kimi alğı-satqının 5.800 manat məbləğdə razılaşdırılması ağlabatan qiymət kimi qəbul olunsa belə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki Prosessual Məcəllənin 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir; - bundan başqa, apell yasiya instansiya məhkəməsi alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alması barədə məlumatı, iddianın Cavabdeh2 qarşı təmin edilməsi üçün əsas kimi qəbul edərkən, həmin sübutun mötəbərliyini digər sübutlarla qarşılıqlı şəkildə yoxlamamış, sonuncuya alınmış fərdi yaşayış evinin məhz iddiaçıya məxsus torpaq sahəsinin satılmasından əldə olunmuş vəsait hesabına 30 aprel 2018-ci ildə alınması ilə bağlı hər hansı araşdırma aparmamış və həmin məlumatı mötəbər sübut kimi qəbul edilərkən yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır; - apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan fakt lar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - apellyasiya instansiya məhkəməsi yalnız yuxarıda qeyd olunan sübutlara əsasən Cavabdeh3 torpaq sahəsini 127.600 manata satması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsi barədə qənaətə gəlməklə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur; - bununla yanaşı, iddia müddətinin başlanğıcının müəyyən edilməsi və keçməsi ilə bağlı sübutetmə yükü də apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmişdir; - belə ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq müqaviləsinin bağlanması 27 iyun 2017-ci il tarixdə 5 il müddətində, yəni 27 iyun 2022-ci il tarixədək verilmiş etibarnamə ilə müəyyən olunur. Ümumi qayda olaraq, Mülki Məcəllənin 373. 2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir; - birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə təqdim olunmuş ərizəyə heç bir münasibət bildirməmişdir; - iddia müddətinin tətbiqindən imtina edən apellyasiya məhkəməsinin mövqeyinə görə isə, 07 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 onun verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini satmış və ona da bu barədə bildirməmiş, iddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından dərhal xəbərdar ola bilməzdi. Bu halda apellyasiya instansiya məhkəməsi iddia müddətinin axımının hansı tarixdən hesablanmalı olduğunu qətnamədə dəqiq göstərməsə də, iddia müddətinin axımı ilə bağlı hər hansı araşdırma aparmadan, yalnız iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq iddiaçının Almaniya Federativ Respublikasından Azərbaycana gələrkən torpağın həmin qiymətə satılmasının ona məlum olduğu 07 aprel 2023-cü il tarixi iddia müddətinin axımının başlandığı tarix kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi bu hissədə də sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla göstərmişdir ki, cavabdeh iddiaçının məhz 2017-ci il tari xdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir; - Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin axımı başlayır. Həmçinin həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; - işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, iddia müddətinin axımının başlanğıcını müəyyən edərkən iddiaçının iddia ərizəsində göstərdiyi halları diqqətdən qaçırmış və nəzərə almamışdır. Halbuki iddia ərizəsində iddiaçı göstərmişdir ki, Bakı şəhərində bir neçə ev almaq məqsədilə valide ynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, atası Cavabdeh3 adına 27 iyun 2017-ci il tarixdə etibarnamə göndərmiş, torpağın sotunun dəyərinin 8.000-10.000 manat aralığında olduğundan qiyməti onunla razılaşılaraq satılacağı ilə razılaşmış, bundan sonra 2017-ci ildə valideynlərinin zənginə əsasən torpağı hissə-hissə ödəmək şərti ilə almaq istəyən şəxsin olmasından, ilkin olaraq torpağın pulundan 25.000 manat pul ödənilməsindən, bununla da həmin tarixdən torpağın satılmasından, həm də 25.000 manatdan daha baha qiymətə, yəni təxmin etdiyi torpağın sotunun dəyərinin 8.000-10.000 manat aralığı qiymətinə satılmasından və hissə-hissə ödəmə ilə bağlı icra müddətinin müəyyənləşdirilməsindən məlumatlı olmuşdur. Torpağın pulunun hissə-hissə ödənilməsi ilə bağlı müddəti müəyyənlə şdirilmiş öhdəlik kimi iddia müddətinin axımı isə, Cavabdeh1 əri xxx xxx tərəfindən 11 sentyabr 2017-ci il tarixdən başlanmaqla 4 dəfəyə xxxin adına, bir dəfə isə Cavabdeh3 adına 5.000 ABŞ dolları məbləğində pulun ödənilməsi ilə, 18 dekabr 2017-ci il tarixdə bitdiyi vaxtdan başlanmışdır; - bundan başqa, iddiaçı iddia ərizəsində 2022-ci ilin yayında Azərbaycana gələrkən artıq atası Cavabdeh3 həmin torpağın hamısını 09 sentyabr 2017-ci ildə satmasını bildiyini və həmin pulun bir hissəsi ilə 40.000 manata anası Cavabdeh2 adına 30 aprel 2018-ci ildə Qəbələ şəhərində fərdi yaşayış evi satın almasını bildiyini qeyd etdiyi halda, ziddiyyətli şəkildə 07 aprel 2023-cü ildə torpağın qiymətinin onunla razılaşdırılmadan satıldığını bildiyini göstərmiş, apellyasiya instansiya məhkəməsi də iddia müddəti nin axımının başlanğıcı kimi hər hansı məntiqə sığmayan 07 aprel 2023-cü il tarixi qəbul etmişdir; - göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, yuxarıda qeyd olunan tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, hissə-hissə ödənişlərin olunmasını və iddia müddətinin kəsilməsini iddiaçı iddia etdiyi üçün, bu halların sübutetmə vəzifəsi də onun üzərinə düşməlidir; - “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətir ib çıxarardı; - “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir; - beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinə və vahid məhkəmə təcrübəsinin müəyyən edilməsi ilə bağlı tələblərə cavab vermir; - apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
49. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1131/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhk əməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 manat pul və ödənilmiş 393 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Zamin Tahirov, Rövşən Rəfiyev)
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə uyğun şübhə və ziddiyyətlərin aradan qaldırılması üçün araşdırma aparan və eyni zamanda tərəflərin apellyasiya şikayətinin dəlillərinə qiymət verən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 mübahisədə adı keçən torpaq sahəsini Cavabdeh1 127600 manata satması Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nüm ayəndə3 etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e-2(025)-900/2023 nömrəli mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, iş materiallarında olan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X5 və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, X5 və X9 arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının atası Cavabdeh3 verdiyi etibarnaməyə əsasən ona torpaq sahəsini konkret olaraq 30000 (otuz min) manata satması barədə deyil, Bakı şəhərində bir neçə evin alınması məqsədilə mövcud bazar qiymətinə satması barədə tapşırıq vermişdir. Bu fakt iddiaçının iddia ərizəsi ilə yanaşı izahatlarda və iddiaçı tərəfindən verilmiş etibarnamədə öz əksini tapmışdır. O zaman isə Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, dalan-6 ünvanında torpaq sahəsinin real bazar qiyməti 8.000-10.000 manat olmuşdur. Buna görə də sözügedən torpaq sahəsinin 30000 manata satılması real görünmür.
52. Halbuki, Cavabdeh2 Cavabdeh1 və X5 ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həyat yoldaşı X6 məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirmişdir. Cavabdeh1, X5 və X9 arasında olan telefon danışıqlarında isəxxx İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 12 7600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu bildirmişdir.
53. İddiaçının vəkili və nümayəndəsi şifahi vəsatətlə çıxış edərək, “CD” diskdə olan səs yazılarının onlara məxsusluğuna aydınlıq gətirilməsi məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apelyasiya baxışında iştirak etmələrinin təmin olunmasını xahiş etmiş, vəsatət təmin olunsa da, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirak etməmişlər.
54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etməklə yanaşı, torpaq sahəsinin 127.600 manata satılmasının məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili N ümayəndə3 tərəfindən də təsdiq edilməsinə, apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı isə əlavə olaraq, Qəbələ Qiymətləndirmə MMC-nin 05 fevral 2024-cü il tarixli arayışına istinad etmişdir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alması barədə göstərişi üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh2 dəyəri 40000 manat olan fərdi yaşayış evini məhz 30 aprel 2018-ci ildə, yəni iddiaçıya məxsus əmlak satıldıqdan sonra almışdır. Bu isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, həmin ev iddiaçıya məxsus əmlakın satılması nəticəsində əldə olunmuş pul vəsaiti ilə alınmışdır. Çünki iddiaçıya məxsus torp aq sahəsinin satılmasına görə Cavabdeh3 həmin vaxt 102600 manat pula malik olduğu sübut olunur. O da həmin vaxt arvadı Cavabdeh2 (birgə mülkiyyətinə) 40000 manat dəyərində fərdi yaşayış evi almışdır.
56. Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Odur ki, iddia tələbi Cavabdeh2 münaasibətdə də təmin edilməlidir.
57. Ali Məhkəmənin iddia müddəti (iddia müddətinin başlanğıcının müəyyən edilməsi və keçməsi ilə bağlı sübutetmə yükünün birinci apellyasiya baxışı zamanı düzgün bölüşdürülməməsi) ilə bağlı göstərişləri üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpağın pulunun hissə-hissə olaraq Cavabdeh1 əri xxx xxx tərəfindən bir dəfə xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına, 11 sentyabr 2017-ci il tarixdən başlanmaqla, sonuncusu xx.xx.2017-ci il tarixdə olmaqla 4 dəfəyə xxxin adına ödənilməsi iddiaçıya onun nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 arasında 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur.
58. Belə ki, həmin “Barışıq Sazişi”nin 7.2-ci bəndində qeyd edilən şərtə əsasən Cavabdeh1 ünvan 10 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yü z iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi öz öhdəsinə götürmüşdür. Belə olan halda, iddia ərizəsində qeyd edilən 5 ödəniş tarixçəsi iddiaçıya 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. 07 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 onun ona verdiyi etibarnamə əsasında ona məxsus olan torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 Qəbələ «Asan xidmət» mərkəzində notaria t kontorunda satmış və ona da bu barədə bildirməmişdir. Göründüyü kimi, iddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından iddiaçı dərhal xəbərdar ola bilməzdi. Halbuki hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir.
60. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad etməklə səhvə yol vermişdir. Halbuki iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məc əllənin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər.
61. İşin 26-cı səhifəsində olan 27 iyun 2017-ci il tarixli 1207/2017 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh3 ünvan 2 ünvanında yerləşən adına olan əraziyə (ümumi sahəsi 0.22 ha) sərəncam verməyi alqı-satqı müqaviləsini imzalamağı, notariatlarda nümayəndəsi kimi iştirak etməyi, ona çatası pul məbləğini çıxarmasını, sənədləri imzlamağı və bu məsələ ilə bağlı bütün tələb olunan sənədləşmə işlərini aparmağı etibar etmişdir. Bu da təsdiq edir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir. Buna görə də qətn amə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
62. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən, yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsaslı, Cavabdeh1 münasibətdə isə əsassızdır.
63. İddia tələbinin Cavabdeh1 aid olan hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olmuşdur ki, Cavabdeh1 vicdanlı alıcı statusunu daşıyır. Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğısatqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəflər arasında razılaşdırılmış pul məbləğini Cavabdeh3 verməsi öz təsdiqini tapmışdır. Buna görə də iddia tələbi və apellyasiya şikayəti Cavabdeh1 münasibətdə əsassızdır.
64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 777.2, 778.1, 778.3, 779.1-ci, Ailə Məcəlləsinin 41.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
65. Cavabdehlər X1 və Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər.
66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə görə ödənilən 30.000 manat pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın bir müddət keçdiy indən və ötən müddət ərzində mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçmişdir. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh3 torpaq sahəsini 127.600 manata satması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsi barədə qənaətə gəlməklə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiy i, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, hissə-hissə ödənişlərin olunmasını və iddia müddətinin kəsilməsini iddiaçı iddia etdiyi üçün, bu halların sübutetmə vəzifəsi də onun üzərinə düşməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil ed ilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf et məsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətl ərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsin in vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsi əvvəlki kassasiya baxşının predmeti olmadığı üçün, hazırki kassasiya baxışının da predmeti deyil. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, iddianın yalnız cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissəsi başa düeşülür.
70. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şika yətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
72. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarı qərarında şərh edilən və hazırki qərarın 48-ci bəndində qeyd edilən göstərişlərə əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçü n məcburidir.
73. İşdən görünür ki, iddiaçının verdiyi 27 iyun 2017-ci il tarixli etibarnamə ilə onun atası – Cavabdeh3 iddiaçıya məxsus torpaq sahəsini 09 sentyabr 2017-ci il tarixli alqısatqı müqaviləsi ilə Cavabdeh1 30000 manata satmışdır. İşin hallarına görə iddiaçı ilə Cavabdeh3 arasında şifahi qaydada bağlanmış tapşırıq müqaviləsi olmuşdur. İddia məhkəməyə 21 iyul 2023-cü ildə verilmiş, iddiaçının valideynləri olan cavabdehlər iddia müddətini tətbiqi barədə ərizə vermişlər.
74. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin Maddə 375.2 və 377-ci maddlərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək ver diyi ərizə əsasında tətbiq edilir, iddia müddətinin axımı isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 75.Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının əvvəlki qərarında da qeyd edilib ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq müqaviləsinin bağlanması 27 iyun 2017-ci il tarixdə 5 il müddətində, yəni 27 iyun 2022-ci il tarixədək verilmiş etibarnamə ilə müəyyən olunur. Ümumi qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməy ə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, yuxarıda qeyd olunan tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.
76. Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən bu göstərişlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 07 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 satmış və ona da bu barədə bildirməmişdir. İddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından iddiaçı dərhal xəbərdar ola bilməzdi. Hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
77. İddiaçının öz hüquqlarının pozulduğu vaxtın, yəni iddia müddətinin axımının 07 aprel 2023-cü ildən başlanmasını qeyd edən apellyasiya instansiyası məhkəməsi bu halın hansı sübutla müəyyən edilməsinə aydınlıq gətirməmişdir. Buna görə də bu halın nə ilə müəyyən olunması nə işdən, nə də qətnamədən görünmür. Halbuki işin halları sübutlar və onların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməsi ilə müəyyən edilir.
78. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki prosessual Məcllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutla... göstərilməlidir.
79. Məhkəmə iclas protokollarından (İİ cild, iş v.57, 75) görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sədrlik edənin sualına cavab olaraq bildirib ki, iddiaçının atası zəng edib torpağın satılması barədə məlumatı iddiaçıya 2017-ci il tarixdə verib, eyni zamanda da bildirib ki, iddiaçı Almaniyadan Azərbaycana 2022-ci ilin yayında gəlib və həmin tarixə kimi torpağın hansı qiymətə satılmasından xəbərsiz olub.
80. İddiaçını digər vəkili isə (İİ cild, iş v.57, 75) iddiaçının 2023-cü ildə xəbəri olduğundan dərhal vəkillə müqavilə bağlayıb. Sədrlik edənin sualına cavab olaraq həmçinin bildirib ki, iddiaçının müraciəti əsasında 2022-ci ildə Qəbələ Rayon Polis şöbəsində bu barədə araşdırma aparılıb.
81. Göründüyü kimi, iddiaçının bir vəkili torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsinə, iddiaçının hüquqlarının pozulduğu vaxtın isə 2022ci ilin yay ayına təsadüf etməsinə, digər vəkili isə iddiaçının bu faktlar barəsində 2023-cü ildə xəbəri olduğundan dərhal vəkillə müqavilə bağlamasını deməklə, biri digərini tamamlamayan, hüquqlarının pozulduğunun gah 2022-ci, gah da 2023-cü ildən iddiaçıya məlum olmasını bildirməklə ziddiyyətli izahatlar vermiş, eləcə də bildirdikləri fakt barəsində də hər hansı sübut təqdim etməmişlər.
82. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndə və vəkillərinin iddiaçının hüquqlarının pozulduğu vaxtın müəyyən edilməsi ilə bağlı ziddiyyətli məlumatlar vermələrinə əhəmiyyət verməmiş, həmin ziddiyyəti aradan qaldırmaq üçün nümayəndələr sorğu-sual edilməmiş, nümayəndələrin irəli sürdüyü hallarla bağlı hər hansı sübutun olubolmamasını onlara təklif etməmiş, üstəlik, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 satmasını və ona da bu barədə bildirməməsini göstərmişdir. Ha nsı ki, iddiaçının vəkillərindən biri (nümayəndəsi) torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsini göstərmişdir.
83. Məhkəmə kollegiyası iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsinin cavabdehlərin üzərinə düşməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, iddia müddətinin ötməsini cavabdehlər alqı-satqı müqaviləsinin 2017-ci ildə bağlanması, hazırki iddianın isə 2023-cü ildə verilməsini bildirməklə əsaslandırmışlar.
84. Mülki Məcəllənin müddətlərin başlanması və qurtarmasını müəyyən edən 368 və 369.1-ci maddələrinə uyğun olaraq müddətin təqvim tarixindən götürülməklə keçməsi qanuni prezumpsiya baxımından, cavabdehlərin dəlillərinin əsassız olmamasını göstərir. Çünki müqavilənin bağlanması tarixindən – 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 3 illik iddia müddəti 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni qanuni prezumpsiyaya görə müddətin keçməsi mübahisə doğurmur və cavabdehlərin bu barədə ərizə verməsi ilə onların müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir.
85. Bundan sonra isə sübut etmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, hüquqlarının pozulduğuni bildiyi və bilməli olduğu vaxtın hansı tarixdən hesablanmalı olmasını, yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
86. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
87. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
88. Qeyd edildiyi kimi iddiaçı tərəf prezumpsiyanı aradan – hüquqlarının pozulduğu vaxtın hansı tarixdən bəlli olmasına dair hər hansı sübut təqdim etməmiş, bununla bağlı əsaslı izah verməmiş, onun nümayəndələrindən biri torpağın satılması barədə məlumatın iddiaçıya 2017- ci il tarixdə verilməsi, eləcə də iddiaçının bu işlərdən 2022-ci ildə Azərbaycana gəlməsindən sonra, digəri isə 2023-cü ildə xəbər tutması barədə ziddiyyətli məlumatlar verməklə yetərlənmiş, apellyasiya instansiyası məhkəməsi də təsdiqini tapmayan bu məlumatlara əsasən iddia müddətinin ötməməsi və üstəlik, iddia müddətinin ötməsi halının sübut etmə vəzifəsinin cavabdehlərin üzərinə düşməsi barədə səhv nəticəyə gəlmişdir.
89. Məhkəmə kollegiyası bir daha izah edir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə verilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür.
90. Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarında da iddia müddətinin axımının başlanmasının sübut edilməsi vəzifəsinin iddiaçının üzərinə düşməl i olması, buna baxmayaraq, sübutetmə yükünün düzgün bölüşdürülməməsi barədə göstəriş olsa da, apellyasiya instansiyası məhkəməsi təkrarən sübut etmə vəzifəsini düzgün bölüşdürməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, nəticədə birinci apellyasiya baxışında müəyyən edilən hallardan fərqli heç bir halı müəyyən etmədən iddia müddətinin ötməməsi nəticəsinə gəlmişdir.
91. Bundan əlavə, Ali Məhkəmənin əvvəlki qərarında belə göstəriş olub ki, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki Prosessual Məcəllənin 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir.
92. Mülki Prosessual Məcəllənin 95.1 və 95.2-ci maddələrinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
93. İşdən görünür ki, iddiaçı tərəf torpağın satış qiyməti ilə bağlı digər sübutlarla yanaşı, Cavabdeh2, Cavabdeh1 və X5 ilə, eləcə də Cavabdeh1, xxx xxx və X9 arasındakı telefon danışıqlarını əks etdirən CD təqdim etmişlər.
94. Həmin danışıqlar iddiaçı ilə aparılmayıb, cavabdehlər və işə aidiyyəti olmayan şəxslər arasındakı danışıqlardır. Apellyasiya instansiyası məhkəməsi həmin danışıqları sübut kimi qəbul etsə də, Ali Məhkəmənin göstərişinə uyğun olaraq onları Mülki Prosessual Məcəllənin 95.1 və 95.2-ci maddələrinin tələbi baxımından qiymətləndirməyib.
95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il Qərarında hüquqi mövqe belə olub ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozm aqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıq ları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
96. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında əks edilən hüquqi mövqedən də görünür ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
97. Lakin hazırki işdə istinad edilən danışıqlar iddiaçı ilə deyil, başqa şəxslər arasında aparılıb. Buna baxmayaraq, həmin sübutların mənbəyi, əldə edilmə üsulu, kim tərəfindən iddiaçıya təqdim edilməsinə aydınlı q gətirilməyib. Buna görə də qeyd edilən CD-dəki danışıqların MPM-in 76.3, 95.1 və 95.2-ci maddələrinin tələbi və Konstitusiya Məhkəməsinin qərarında əks edilən hüquqi mövqe baxımından sübut kimi qəbul ediləniliyi məsələsi araşdırmadan kənarda qalmaqla, bu barədə Ali Məhkəmənin göstərişi icrasız qalıb.
98. Həmçinin apellyasiya instansiyası məhkəməsi apellyasiyanın həddindən kənara çıxaraq, iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsini də yoxlayıb.
99. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı təmin etməmiş, həmin hissədən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı bundan kassasiya şikayəti verməmişdir. Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarı ilə iddia yalnız digər cavabdehlərə qarşı təmin edilən hissədə yoxlanıb və apellyasiya insta nsiyası məhkəməsinin əvvəlki qərarı da həmin hissədə, yəni iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissədə ləğv edilib.
100. Belə olan halda, yeni apellyasiya baxışının predmeti iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissəsi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olmayan hissəni – iddianın Cavabdeh1 qarşı təmin edilməyən, başqa sözlə mübahisə predmeti olmayan hissəsini də yoxlayıb. Bu isə Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə zidd olub.
101. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
102. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı Ali Məhkəmənin qərarına formal yanaşmış, orada əks edilən göstərişləri diqqətə almamışdır.
103. Məhkəmə kollegiyası analoji hallarla bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq iddianın təmin və ya rədd edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
104. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəl ir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
105. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1131/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qər