Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-86/2021 03.02.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4240/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)405/2020 nömrəli qətnaməsi ilə, qızının oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” haqqında iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4240/20 nömrəli qətnaməsi ilə, iddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qızı, kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışı zamanı İddiaçı kassasiya şikayətindən imtina barədə ərizə verərək bildirmişdir ki, mülkiyyətində olan mənzildən oğlu Cavabdeh çıxarmaq niyyətindən daşınmışdır, odur ki, kassasiya şikayətinin geri qaytarılmasını xahiş edir. Ərizə İddiaçı və onun vəkili Nümayəndə tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən, iddiaçın ın nümayəndəsi və vəkili Nümayəndə, ərizəni müdafiə etdiyini bildirmiş və kassasiya şikayətindən imtinanın qəbul edilməklə kassasiya icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya nəzərə alır ki, kassator şikayətindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək ərizə ilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdı r. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, İddiaçı ərizəsi təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4240/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4240/2020 nömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-86/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-86/2021
03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver