Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-860/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili X3, Cavabdeh1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)12270/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(011)-357/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “dəymiş maddi ziyana görə 30.725 manat, mənəvi ziyana görə 15.000 manat pul tələbinə və mənzilə köçürülmə” barədə iddiası qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilinə köçürülməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)12270/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Tərəflər ayrıayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, “dəymiş maddi ziyana görə 27.895 manat, mənəvi ziyana görə 10.000 manat, cəmi 37.895 manat pul tələbinə və mənzilə köçürülmə” barədə iddia qaldırmışlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə də iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddia ərizəsini İddiaçı mübahisəli mənzilə köçürülməsi hissəsində əsassız olaraq təmin etmişdir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilən hissəsində də rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı və vəkili xx məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 və vəkili xx məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Məzhər İmanov və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edi r ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətlərini təmin edilmədən saxlayarkən, iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsasların olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23-cü maddələrinin və digər maddi, prosessual hüquq normalar ının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən, X6 x qarşı sonuncunun Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilindən istifadə hüququna xitam verilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, X6 xya qarşı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilindən istifadə hüququna xitam verilməsinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli mənzilə ümumiyyətlə istifadə hüququ yaranmadığı üçün mövcud olmayan hüquqa xitam verilə bilməz. Ona görə də xx mövcud olmayan hüquqa xitam verilməsinə dair iddiası rədd edilməlidir. Sonradan İddiaçı kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, X6 xya qarşı sonuncunun Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilindən istifadə hüququna xitam verilməsinə dair iddiası fərqli əsaslarla, yəni İddiaçı mübahisəli mənzildən istifadə hüququnun olması və həmin hüquqa xitam verilməsi üçün əsasların olmamasına görə rədd edilmişdir. Ali Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı atası mərhum xx xx xxxxxx 1989-cu il tarixdə yetkinlik yaşına çatmayan ailə üzvü kimi qızı İddiaçı ilə birlikdə mənzilə qeydiyyata alınmışdır. Bu halda İddiaçı ümumiyyətlə mübahisəli mənzilə istifadə hüququnun olmaması barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə qanunsuz və əsassızdır. Kassasiya baxışı zamanı həmçinin İddiaçı daimi olaraq digər yaşayış sahəsinə köçməsi və ya hər hansı digər mənzilə istifadə hüququ əldə etməsi barədə işdə sübutların olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətləri ilə eyni məzmunlu olan kassasiya şikayətlərinin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilindən qanuni əsaslarla istifadə hüququ əmələ gəlmişdir. Belə ki, İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməmiş və ya hər hansı digər yaşayış sahəsindən istifadə hüq uqu əldə etməmişdir. İşin qeyd olunan halları, yəni İddiaçı mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də müəyyən edilmişir. Bu səbəbdən də iddia ərizəsini İddiaçı mənzilə köçürülməsi hissəsində təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələblərinə də uyğundur. Belə ki, həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni İddiaçı köçmək istədiyi mənzildə yaşayıb və yaşadığı mənzildən məhrum edilib. Ailədə gərgin münasibətlər yarandığı üçün İddiaçı hazırda başqa mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, yaşadığı mənzili müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra İddiaçı həmin mənzilə qayıtmasına və yaşamasına Cavabdeh1 imkan verməməsi məhrumetmə hesab olunur. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, məhrum etmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (mənzildən çıxarma, mənzilə buraxılmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, mübahisəli mənz il üzərində Cavabdeh1 mülkiyyət hüququ olmadığından İddiaçı məruz qaldığı məhrum etmə (mənzilə buraxılmama) ilk vaxtdan qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan məhkəmələr tərəfindən İddiaçı düzgün olaraq yaşamış olduğu mənzilə köçürülmüşdür. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, İddiaçı mənzilə köçürülməsi üçün əsasların olmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, dü zgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mü bahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin bax ılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “xx şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırki mülki iş üzrə İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin 40-cı mənzilindən istifadə hüququ olan şəxs kimi tanındığından, sonuncunun qeyd olunan mənzilə köçürülməsi barədə iddiası əsaslı olmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini İddiaçı sözügedən mənzilə köçürülməsi hissəsində təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini- dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində rədd etməklə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərəri n ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. İşin faktiki hallarından göründüyü kimi cavabdehlərdən birgə qaydada maddi ziyan qismində 30.725 manat, mənəvi ziyan qismində 15.000 manatın tutulması hissəsində tələb İddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və onun tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbini qeyd olunan hissədə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayət lərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-12270/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasə n dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-860/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-860/2020
25.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver