Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-861/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-668/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 v ə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən X2, Cavabdeh1 Qallac qızı, İddiaçı2, İddiaçı3, İddiaçı1, X3 və Verdiyeva Könül Yolçu qızının ümumi (paylı) mülkiyyətinə 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. (JN-244A KOD 40103018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktı). Torpaq islahatı ilə əlaqədar X2, Cavabdeh1 Qallac qızı, İddiaçı2, İddiaçı3, İddiaçı1, X3 və Verdiyeva Könül Yolçu qızına 0,1556 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi verilmiş, xx xxxx 2018-ci il tarixli Seriya RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən həmin torpaq sahəsi onların ümumi (birgə) mülkiyyəti kimi, torpaq sahəsində yerləşən, ümumi sahəsi 270 kv metr olan yaşayış evi isə X1 ayrıca mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. X2 xx xxxxxx 2010-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsindən və JN-244A kod 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatl ı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar öz paylarının naturada ayrılmasını, cavabdehlərin onlara aid olan torpaq sahəsindən çıxarılmalarını istəyirlər. Cavabdehlər iddiaçıların paylarının ayrılmasına razı olmadıqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyinə əsasən hüquqmüəyyənedici sənəddə **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN244A KOD -40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2/12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin 1/7 h issə payının ayrı-ayrılıqda və 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.1556 ha torpaq sahəsindən və JN-244A kod 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılması tələbinə dair iddiaları təmin edilməmiş və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızından müştərək qaydada 343.10 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərc tutulub Yerquruluşu LayihəTədqiqat Mərkəzinin hesabına, 50 manat ekspertiza xərci isə tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyin ilə iddiaçıların hüquqları məhdudlaşdırılmış, birinci instansiya m əhkəməsi isə ekspert rəyinə istinad edərək iddianı rədd etmişdir. Ona görə də iş üzrə təkrar məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizaları keçirilməlidir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylı qətnaməsi ləğv edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Vəzirxan Məlikov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş üzrə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələ rdən ibarət olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli **********04 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət reyestrindən ümumi paylı mülkiyyətdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsindən və JN-244 A KOD 40103018 olan torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquq müəyyən edici sənədlərə uyğundur və həmin ərazidə cavabehlərin naturada istfadəsində 1,08 ha Qa zma Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi var. Hüquqmüəyyənedici sənəddə **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN-244A KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 22084 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyesteri Xidmətinin 18 saylı Zaqatala LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ümumi paylı mülkiyyətdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsindən və JN-244 A KOD 40103018 olan torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Qərardadın ikin ci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyesteri Xidmətinin 18 saylı Zaqatala LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Hüquqmüəyyənedici sənəddə **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN-244A KOD -40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsindln iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş və “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Kompleks yerquruluşu sənədlərinə əsasən JN-244 saylı dövlət aktı ilə yerquruluşu xəritəsində göstərilən ərazi Balakən rayonu, Qazma kəndində tədqiq olunan torpaq sahələri ilə faktiki olaraq coğrafi yerləşmə mövqeyinə görə uyğunluq təşkil edir. Buna əsasən qeyd edilir ki, ərazidə 2009-cu ildə 15.5x11.8 ölçüdə inşa edilən iki mərtəbəli fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı JN-244 saylı dövlət aktının JN-244A nömrəli planın sərhəddi daxilində yerləşir. Eyni zamanda 1275 invantar nömrəli fərdi yaşayış evinin texniki pasportunda B şərti işarəli təsərrüfat tikilisi tərəflərin qeyd etdiyi kimi və həmçini n ekspertiza zamanı müşahidə olundu ki, əvvəllər yaşayış evi kimi istifadə olunmuşdur. Qeyd edilən səbəblərə görə və eləcə də JN-244 saylı Dövlət Aktının 244A, 244B, 244F, 244G nömrəli planları üzrə torpaq sahələrinin faktiki coğrafi yerləşmə koordinatlarına görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması, həmçinin tədqiqat materiallarında olan RX ******* seriyalı Çıxarış üzrə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən tədqiq olunan torpaq sahələrinin, həmçinin yaşayış evinin payçılar arasında bölünməsi mümkün olmamışdır. Göründüyü kimi daha bir ekspertizanın nəticəsi də sözügedən torpaq sahələrinin, həmçinin yaşayış evinin payçılar arasında bölünməsinin mümkün olmadığını göstərmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, apely asiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət edici hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş h allarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiy yətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 215.1-215.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni Da şınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin xx xxxxxxx 2019-cu il tarixli **********04 nömrəli, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi ekspertinin xx xxxxxx 2019-cu il tarixli 22084 nömrəli və “xxxx” MMC-nin ekspertinin xx xxxx 2020-ci il tarixli rəyləri ilə əsaslandırmışdır. Həmin rəylərə görə iddiaçıların və Cavabdeh1 ümumi(paylı) mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində 0,1556 ha həyətyanı torpaq sahəsinin və 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Həmin ərazidə cavabehlərin istfadəsində əlavə olaraq 1,08 hektar Qazma Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi vardır. 0,1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında bölg üsü, 2,12 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsindən iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və ya 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada bölgüsü mümkün deyildir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 244A planın sərhəddi daxilində 15,5x11,8 metr ölçülərdə 2 mərtəbəli yaşayış evi yerləşir. Eyni zamanda torpaq sahəsində əvvəllər yaşayış evi kimi istifadə olunmuş B tikilisinin olması la müəyyən edilmşidir (həmin tikilinin həyətyanı, yaxud kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi göstərilməmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin sahədə yerləşən fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, mübahisənin predmeti olan 0,1556 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub iddiaçıların, Cavabdeh1 və xx xxxxxx 2010-cu ildə vəfat etmiş X1 ümumi(birgə) mülkiyyətindədir, yaşayış evi isə Qüdrət Hüseynovun adına ayrıca qeydiyyata alınmaqla miras əmlakdır. Miras əmlakla bağlı hazırkı iş üzrə tərəflər (vərəsələr) arasında mübahisə yoxdur, həmin əmlakla əlaqədar tələblər irəli sürülməmişdir. Torpaq sahəsi sənəd üzrə 0,1556 ha, faktiki 0,1681 ha, tikinti altı sahə 0,047 3 hektardır. Həm mütəxəssis rəyində, həm də ekspert rəylərində torpaq sahəsinin tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında naturada bölgüsünün mümkün olmaması göstərilmiş, məhkəmələr tərəfindən də ekspertiza və mütəxəssis qarşısında eyni məzmunlu sual qoyulmuşdur. İddia ərizəsinin məzmununa və tərəflərin izahatlarına görə həyətyanı torpaq sahəsi, o cümlədən yaşayış evi və tikililər cavabdehlərin sahibliyində və istifadəsindədir, ekspert rəyinə görə yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir, ev və tikililər isə hazırkı mübahisənin predmeti deyildir. İddia tələbi isə torpaq sahəsinin hər birinə 1/7 pay, yaxud 5/7 və 2/7 pay olmaqla 2 hissəyə (miras qoyan Qüdrət Hüseynovun payı və Cavabdeh1 payı 2 hissə, iddiaçıların payları 5 hissə) bölünməsindən ib arətdir. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun yaşayış evi və tikililər altı sahələr cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1556 torpaq sahəsindən iddiaçıların paylarının ayrılması, həmin qaydada bölgü aparılmasını nəzərdən keçirməmiş, göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirməmiş, iddiaçıların ba haqda olan vəsatətlərini də əsassız olaraq rədd etmişdir. Nəticədə mübahisə də həll olunmamış qalmışdır. Mülki işlər mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməs inə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. İşdən daha sonra görünür ki, mütəxəssis və ekspertiza rəylərinə görə tərəflərin paylı mülkiyyətində olan 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərsə torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacaq və təsərrüfat sahəsi yararsız hala düşəcəkdir. Ona görə də naturada bölgü istisna olunur. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, No JN-244, KOD 40103018 olan, xx xxxxx 1999-cu il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktına görə tərəflərin paylı mülkiyyətində olan 2,12 ha torpaq sahəsi 244A, 244B, 244F və 244G nömrəli planlarda yerləşir, həmin sahələr bir ərazidə olmaqla həmsərhəddir, 244A planın sərhədi daxilində mərhum Qüdrət Hüs eynovun mülkiyyətində olan 15,5x11,8 metr ölçülərdə 2 mərtəbəli yaşayış evi yerləşir. Yuxarıda qeyd olunduğu kimi yaşayış evi cavabdehlərin sahibliyində və istifadəsindəir, hazırkı mübahisənin predmeti deyildir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, 2,12 ha kimi geniş bir ərazinin paylar 5/7 və 2/7 olmaqla iki hissəyə bölünməsinin mümkünsüzlüyü inandırıcı deyildir. İşə baxan məhkəmələr ekspert rəylərinin həmin hissəsinə tənqidi yanaşmamaqla səhvə yol vermişdir. Ekspert rəylərində göstərilən torpaq sahəsinin naturada bölgüsünü mümkünsüz edən əsaslara (bölgü həyata keçirilərsə torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacaq və təsərrüfat sahəsi yararsız hala düşəcəkdir) gəldikdə isə rəylərdən görünür ki, mütəxəssis və ekspertlər həmin hissədə rəyləri əsaslandırmamışdır. Rəydə 2,12 ha torpaq sahəsinin 2/7 və 5/7 pay olmaqla 2 hissəyə bölgüsü həyata keçirildiyi halda torpağın təyinatına uyğun istifadəsinin mümkünsüz olacağının və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinin nədən barət olması, bu baş verdiy təqdirdə torpağın keyfiyyətinə, münbitliyinin və digər faydalı xassələrinin azalmasına, səmərəli istifadə edilməsinə və sair necə təsiri olacağı göstərilməmişdir. İşə baxan məhkəmələr də qeyd olunan halları diqqətdən qaçırmış, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin sualların cavablandırılması üçün bu sahə üzrə torpaqşünas mütəxəssis cəlb olunmasını təmin etməmişdir. Ekspert rəyi tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün müəyyən etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən etmək üçü n məhkəmənin istinad etdiyi sübut vasitələrindən biridir. MPM-nin 101.7-ca maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-668/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün ap elyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov